Month: May 2024

  • Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı

    Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxsin (PHŞ) baş direktoru Saleh Novruzi vəzifəsindən azad edilib.

    “Qaynarinfo”nun məlumata görə, bu barədə nazir Teymur Musayev müvafiq əmr imzalayıb.

    Nazirin müvafiq əmri ilə “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ-nin baş direktor vəzifəsi müvəqqəti olaraq Samir Akif oğlu Musayevə həvalə edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun Əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar. İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Hər üç şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

  • Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”

    “Moskva Londonun Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına adekvat cavab verəcək”.

    Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova müvafiq suala cavabında deyib.

    Qeyd edək ki, mayın 8-də Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Rusiya hərbi attaşesinin ölkədən çıxarılacağını bəyan edib.

    Mənbə: TASS

  • “Sədərək Yusif”in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı

    “Sədərək” ticarət mərkəzinin sahibinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın cəzası azaldılıb.

    Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda onun cəzası 1 il azaldılaraq 10 ilə endirilib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətə azadlıqdan məhrum edilmişdi.

    Təqsirləndirilən şəxs 177.4 maddəsi ilə özünü təqsirli bilmədiyini və ona daha ağır cəza verilməsi üçün vurulmuş ziyanın məbləğinin şişirildiyini deyib.

    O, həmin maddənin 177.3.2 maddəsinə tövsif olunmasını istəyib.

    İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəylinin İçərişəhərdə yerləşən evində xadimə işləyib. İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun anası Fəridə Qədimovaya məxsus qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə O.Qədimbəyli və F.Qədimovaya 803 min 118 manat ziyan vurub.

    İstintaq zamanı R.Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

    İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polisə özü göstərib. Həmin əşyalar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.

    İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə zərərçəkmiş qismində O.Qədimbəyli və onun həyat yoldaşı F.Qədimova tanınıb.

  • AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı

    Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib.

    Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və ikincili çirklənməyə səbəb olmasıdır.

    Qeyd olunub ki, Agentlik tərəfindən qeyd edilən ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.

    Qeyd edək ki, 2024-cü ilin ötən dövründə Agentlik tərəfindən 58 dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq məhdudlaşdırıcı qərarlar qəbul edilib.

  • В Украине приняли законопроект о мобилизации осужденных

    Верховная Рада Украины приняла во втором чтении законопроект о мобилизации осужденных.

    Об этом в своем Telegram-канале сообщил депутат украинского парламента Ярослав Железняк.

    По его словам, за принятие документа проголосовали 279 депутатов.

    18 апреля депутат Верховной Рады Роман Костенко заявил, что в Украине могут быть мобилизованы до 10 000 осужденных.

    По его мнению, при нынешних потребностях украинской армии в мобилизации – “это ничто”.

    Парламентарий также отметил, что в начале конфликта в Украине уже освобождали осужденных, участвовавших в боевых действиях.

    Всего в пенитенциарных учреждениях Украины находится около 45 000 человек.

    Источник: gazeta.ru

  • Ukrayna məhkumları döyüşə göndərir

    Ukrayna Ali Radası məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini qəbul edib.

    Bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak özünün “Telegram” səhifəsində məlumat verib.

    Onun sözlərinə görə, sənədin qəbuluna 279 deputat səs verib.

    Xatırladaq ki, aprelin 18-də Ali Radanın deputatı Roman Kostenko bildirib ki, Ukraynada 10 minə qədər məhkum səfərbərliyə cəlb oluna bilər.

  • Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

    Türkiyənin paytaxtı Ankarada Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir.

    Bu barədə “Report”un Ankara bürosu məlumat verir.

    İclas çərçivəsində sənədlərin imzalama mərasimi baş tutur.

  • Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi – FOTO/VİDEO

    Masazırda tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, polis əməkdaşları gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar.

    Müəyyən olunub ki, Mikayıl Abbasov Abşeron rayonu Masazır qəsəbəsində sex yaradaraq adları çəkilən şəxslərlə birlikdə kustar üsulla spirtli içkilər hazırlayıb. Daha sonra bu şəxs paytaxt və bölgələrdə Azər Əsgərov, Rüstəm Qədirli və Ramin Mirzəxanovun vasitəsilə hazırladığı spirtli içkilərin topdan və pərakəndə satışını təşkil edib. Tədbirlərin davamı olaraq adıçəkilən sonuncu şəxslərin də saxlanılması təmin edilib.

    Dəstə üzvlərinə məxsus sex, anbar və mağazalara baxış zamanı xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt aşkarlanıb.

    Təyin edilən ekspertizalar zamanı spirtli içkilərin tərkibinin standartlara uyğun gəlmədiyi və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.

    Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.





  • Rayonlarda leysan olacaq

    Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s olacaq.

  • Azərbaycanda bank kartlarında problem yarandı

    Azərbaycanda bank kartlarında problem yaranıb.

    Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb.

    Pravda.az-ın məlumatına görə, “Azericard” yaranan məsələ ilə bağlı açıqlama verib.

    “Azericard” proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur. Nəzərə almağınız xahiş olunur, problem qısa müddət ərzində aradan qaldırılacaq”, – deyə məlumatda qeyd olunub.