Month: May 2024

  • Спрос на доллары в Азербайджане вырос более чем на 2%

    На очередном валютном аукционе, состоявшемся сегодня в Центральном банке Азербайджана (ЦБА), продано 75,1 млн долларов США.

    Об этом Report сообщили в ЦБА.

    Спрос на аукционе составил 75,1 млн долларов США и полностью обеспечен. Согласно информации, это на 1,6 млн долларов США, или на 2,2% больше, чем было заявлено ранее на аукционе 2 мая.

  • Azərbaycanda dollara tələb 2 %-dən çox artıb

    Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 75,1 milyon ABŞ dolları satılıb.

    Bu barədə “Report”a AMB-dən məlumat verilib.

    Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 75,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

    Bu, daha öncə mayın 2-də keçirilən hərracda olan tələbatla müqayisədə 1,6 milyon ABŞ dollar və ya 2,2 % çoxdur.

    Xatırladaq ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

    Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərçənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

  • Qusar sakini dəm qazından boğularaq ölüb

    Qusar rayon sakini dəm qazından boğularaq ölüb.

    Qusar şəhər sakini, 1992-ci il təvəllüdlü Sevda Bədəlova hamam otağında dəm qazından boğulub.

    Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xırdalanda müəllimlərdən pul tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olunub

    Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib.

    Bu barədə idarə məlumat yayıb.

    Qeyd olunub ki, bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.

    Xatırladaq ki, adıçəkilən uşaq bağçasının fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.

  • ЦАХАЛ начал точечную контртеррористическую операцию в восточной части Рафаха

    Израильские военные начали точечную контртеррористическую операцию в восточной части Рафаха на юге сектора Газа.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила пресс-служба Армии обороны Израиля (ЦАХАЛ).

    Ранее она сообщила о том, что израильские военные взяли под контроль палестинскую сторону пограничного перехода “Рафах”.

    “После получения разведывательной информации, которая показала, что КПП “Рафах” в восточной части Рафаха использовался в террористических целях, войскам ЦАХАЛ удалось установить оперативный контроль над КПП “Рафах” со стороны сектора Газа”, – говорится в сообщении.

  • İsrail ordusu Rəfahın şərqində antiterror əməliyyatına başlayıb

    İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfahın şərq hissəsində antiterror əməliyyatına başlayıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

    Daha əvvəl İsrail hərbçilərinin “Rəfah” sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirdiyi barədə məlumat vermişdi.

  • The Times: Плохая система борьбы с дронами повышает риск теракта на Олимпиаде

    Французская система обнаружения и нейтрализации беспилотных летательных аппаратов Parade, которая будет использоваться на Олимпийских играх 2024 года в Париже, способна определять лишь один из трех дронов в плотной городской застройке, что повышает риск террористической атаки с помощью беспилотников.

    Об этом сообщила британская газета The Times со ссылкой на экспертов.

    По их мнению, Parade, разработанная концерном Thales за €350 млн, далека от того, чтобы считаться “превосходной” системой. Согласно одному из специалистов, который знаком с ходом ее испытаний, Parade зачастую принимает за беспилотники вентиляторы кондиционеров и обнаруживает дроны лишь на расстоянии до 800 м. В то же время отмечается, что это лишь одна из систем, которые будут применяться для обеспечения безопасности во время Олимпийских игр. Также будут задействованы британские системы радиоэлектронного подавления аппаратов.

    Газета напомнила, что Parade уже использовалась в целях безопасности во время чемпионата мира по регби, который прошел во Франции осенью 2023 года. Тогда система обнаружила 55 случаев использования беспилотников, у операторов которых отсутствовало разрешение на их эксплуатацию.
    //report

  • Dronlarla zəif mübarizə Paris olimpiadasında terror riskini artırır

    Fransanın 2024-cü il Paris Olimpiadasında istifadə ediləcək “Parade” dron aşkarlama və zərərsizləşdirmə sistemi sıx şəhər ərazilərində yalnız hər üç pilotsuz təyyarədən birini aşkar edə bilir, bu da pilotsuz təyyarələrə əsaslanan terror hücumu riskini artırır.

    Bu barədə Britaniyanın “The Times” qəzeti ekspertlərə istinadən məlumat yayıb.

    Onların fikrincə, “Thales” konserninin 350 milyon avroya hazırladığı “Parade” əla sistem sayılmaqdan uzaqdır. Sınaqlarının gedişi ilə tanış olan mütəxəssislərdən birinin sözlərinə görə, “Parade” dronları yalnız 800 m məsafədə aşkar edir. Eyni zamanda qeyd olunur ki, bu, Olimpiya Oyunları zamanı təhlükəsizliyi təmin etmək üçün istifadə ediləcək sistemlərdən yalnız biridir. Bundan başqa, Britaniyanın radioelektron aparatları sistemləri də işə salınacaq.

    Qəzet xatırladıb ki, “Parade” artıq 2023-cü ilin payızında Fransada keçirilən reqbi üzrə dünya çempionatı zamanı təhlükəsizlik məqsədilə istifadə edilib.
    //report

  • Vyetnamda yüzlərlə insan qidadan zəhərlənib

    Vyetnamda 560-dan çox insan qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

    Bu barədə xarici mətbuata istinadən xəbər verir.

    Məlumata görə, Donqnay əyalətinin Lonqxan şəhərinin səlahiyyətliləri bir neçə gün əvvəl zəhərlənənlərin sağlıq durumu ilə bağlı açıqlama yayıb.

    Açıqlamada zəhərlənən 560-dan çox insandan 12 nəfərin vəziyyətinin ağır olduğu, 200 nəfərin xəstəxanalardan evə buraxıldığı bildirilir.

    Regional səhiyyə idarəsi bildirib ki, ağır xəstələrdən alınan qan nümunələrində təzə ət, pendir və meyvələrdə rast gəlinən bağırsaq çöpü bakteriyası aşkarlanıb.

    Rəsmi qurumlar çörək zavodunun gündə orta hesabla 1 100 sendviç istehsal etdiyini bildiriblər. Qeyd edilir ki, qida zəhərlənməsi əlaməti ilə xəstəxanaya müraciət edənlərin sayı hər gün artıb.

    Zavod müvəqqəti bağlanıb. İlkin yoxlamalar zamanı orada qida təhlükəsizliyi pozuntuları aşkarlanıb, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

  • Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? – RƏSMİ AÇIQLAMA (VİDEO)

    Dağıstan Respublikasından olan güləş üzrə məşqçi Orenburq vilayətində keçirilən ümumrusiya yarışında uduzduğu üçün azyaşlı şagirdini döyüb.

    Dağıstan Respublikasının bədən tərbiyəsi və idman naziri Sajid Sajidov hadisənin baş verdiyini təsdiqləyib:

    “O, Karabudaxkənd rayonunun Karabudaxkənd kəndindən olan Alaudin Atayevdir, amma mən ona məşqçi də deyə bilmərəm. Üstəlik, onun məşqçi olmadığı da məlum olub. O, dövlət idman müəssisələrində işləmir və məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq təhsili yoxdur. Özünü məşqçi kimi sınamaq qərarına gələn fərdi sahibkardır və tələbələri əsasən qohumlarının və dostlarının övladlarıdır. Onu da öyrəndim ki, o, əvvəllər də məşq və yarış prosesində uşaqlara qarşı oxşar zorakılıq hərəkətləri edib”.

    Qeyd edək ki, yayılan kadrlarda “məşqçi”nin zorakılıq etdiyi azyaşlının idman geyimində Azərbaycan millisinin rəmzi sayılan “AZE” ifadəsi diqqət çəkib. Sözügedən fakt hadisənin Azərbaycanda baş verməsi və ya azyaşlının azərbaycanlı olması fikrini ortaya çıxarıb.

    Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat Katibi Sərxan Musayev açıqlama verib.

    “Məsələnin Azərbaycan Güləş Federasiyası ilə heç bir əlaqəsi yoxdur. Nə güləşçi, nə də məşqçini tanıyırıq. Güləşçinin üzərindəki trikoda “AZE” yazılması normal haldır. Çünki hər məşq zalının qarşısında və ya idman malları mağazasında bu tərzli trikolar əldə etmək mümkündür”.