Month: May 2024

  • Андреева: Существует возможность для расширения поддержки противоминной деятельности в Азербайджане

    Существуют возможности для расширения партнерства и международной поддержки противоминной деятельности в Азербайджане.

    Об этом в интервью Report заявила резидент-координатор ООН в Азербайджане Владанка Андреева.

    Она подчеркнула, что страновая команда ООН в Азербайджане поддерживает амбициозные усилия правительства по постконфликтному восстановлению и реконструкции в таких областях, как разминирование, развитие навыков, поддержка вынужденных переселенцев в области здравоохранения, образования и др.

    “Азербайджан является одной из стран, наиболее загрязненных минами. С 2020 года при финансовой поддержке Европейского союза, правительства Великобритании, внутренних ресурсов агентств ООН – ПРООН, ЮНИСЕФ и Верховного комиссара ООН по делам беженцев (UNHCR) совместно поддерживается деятельность ANAMA по разминированию путем институционального укрепления, предоставления технической экспертизы, поддержки закупок и обучения по вопросам риска, связанного с взрывоопасными предметами”, – сказала В.Андреева.

    По словам резидента-координатора ООН, еще многое предстоит сделать: “Совместно с ANAMA ООН помогла организовать две международные противоминные конференции”.

    Третья международная конференция пройдет завтра в Зангилане и продолжится в Баку.

    По ее словам, эти конференции служат “платформой для поиска постоянной международной поддержки в решении критической задачи по очистке Карабаха от мин”.

  • Vladanka Andreyeva: Azərbaycanda minalarla mübarizəyə dəstəyi genişləndirmək imkanı var

    Azərbaycanda minalarla mübarizə üçün tərəfdaşlıq və beynəlxalq dəstəyi genişləndirmək üçün imkanlar mövcuddur.

    Bunu müsahibəsində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.

    O, BMT-nin Azərbaycandakı ölkə komandasının postmünaqişə dövründə bərpa və yenidənqurmaya dair ərazilərin minalardan təmizləməsi, bacarıqların inkişafı, səhiyyə, təhsil və digər sahələrdə məcburi köçkünlərə dəstək kimi iddialı səylərini dəstəklədiyini vurğulayıb:

    “Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən biridir. 2020-ci ildən başlayaraq Avropa İttifaqının, Böyük Britaniya hökumətinin, eləcə də təşkilatımızın daxili resurslarının maliyyə dəstəyi ilə BMTİP, UNICEF və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ANAMA-nın minalarla mübarizə səylərini, o cümlədən institusional gücləndirmə və texniki yardım göstərilməsi ilə dəstəkləyir”.

    Onun sözlərinə görə, bu istiqamətdə hələ çox iş görülməlidir: “BMT ANAMA ilə birlikdə minalarla mübarizə üzrə iki beynəlxalq konfransın təşkilinə kömək edib.

    Üçüncü beynəlxalq konfrans sabah Zəngilanda keçiriləcək və Bakıda davam edəcək”.

    V.Andreyeva qeyd edib ki, bu konfranslar Qarabağın minalardan təmizlənməsi kimi mühüm vəzifənin həllində davamlı beynəlxalq dəstək axtarmaq üçün platforma rolunu oynayır.

  • İranda iki həftə ərzində 63 məhbus edam olunub

    İranda iki həftə ərzində barələrində ölüm hökmü çıxarılan 63 məhbus həbsxanalarda edam olunub.

    Median.Az “radiofarda”ya istinadən xəbər verir ki, bu barədə “Amnesty International” Təşkilatının hesabatında bildirilib.

    Qeyd edilib ki, İranda bu il 28 aprel-11 may aralığında 15-i etiraz aksiyası iştirakçısı olmaqla, 63 nəfər edam olunub.

    Təşkilatın baş katibi Aqnes Kallamar açıqlamasında deyib ki, İran hakimiyyəti insan həyatını tamamilə nəzərə almayaraq narkotik cinayətlərinə görə cəzaları sərtləşdirib : “Bu isə İran cəmiyyətində yoxsul insanlara qarşı ayrı-seçkiliyə səbəb olub”.

    Təşkilatın hesabatına əsasən, 2022-ci illə müqayisədə 2023-cü ildə İranda edamların sayı iki dəfə artıb: “Naməlum səbəblərdən insanlar itkin düşür. Habelə ölkədə işgəncə və başqa qeyri-insani, alçaldıcı, qəddar əməllər mütəşəkkil şəkildə həyata keçirilir”.

    Bildirilib ki, İran məhkəmə sistemi bu kimi qanunsuz əməlləri ictimailəşdirmir. İran İnsan Haqları Təşkilatı qeyd edib ki, İslam Respublikası 2023-cü ildə azı 22 qadını edam etməklə, dünyada bu göstəriciyə görə birinci yerdədir.

    Məlumata görə, 2023-cü ildə 1634 edam hökmü icra olunub. Çindəki edamlar bu statistikaya daxil edilməyib. Təşkilatın hesabatına əsasən, Çin, İran, Səudiyyə Ərəbistanı, Somali və ABŞ 2023-cü ildə ən çox ölüm hökmü icra olunmuş ölkələrdir.

    Kallamar ABŞ-da edamların sayının 18-dən 24-ə yüksəldiyini söyləyib.
    //report

  • Beyləqanda 4 otaqlı evdə yanğın olub

    Beyləqan rayonunda 4 otaqlı evdə yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, rayonun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə, digər otağın 1 ədəd qapısı, pəncərə çərçivəsi və dam örtüyü 60 m² sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • NY Post: Трамп продал самолет из-за высоких судебных расходов

    Бывший американский президент Дональд Трамп, вновь претендующий на высший государственный пост, продал один из своих самолетов из-за высоких расходов на суды.

    Об этом сообщает газета New York Post.

    По ее сведениям, речь идет о самолете Cessna Citation X. Трамп часто пользовался им во время предвыборной кампании 2016 года. Его стоимость составляет $10 млн, его приобрел Мердад Моайеди – строительный магнат иранского происхождения и крупный донор Трампа.

    Трамп является фигурантом сразу нескольких судебных дел, в том числе о штурме Капитолия, хранении секретных документов и подлоге финансовых документов. В конце апреля агентство Bloomberg со ссылкой на финансовую отчетность предвыборной кампании Трампа сообщало, что он может столкнуться с нехваткой средств на оплату услуг адвокатов.

  • Tramp məhkəmə xərclərinə görə təyyarəsini iranlı maqnata satıb

    Yenidən ABŞ-ın ən yüksək dövlət kürsüsü uğrunda mübarizə aparan Donald Tramp məhkəmələrin yüksək xərclərinə görə təyyarələrindən birini satıb.

    Bu barədə New York Post məlumat yayıb.

    Qeyd olunub ki, sözügedən təyyarə “Cessna Citation X”dir. Tramp 2016-cı il seçki kampaniyası zamanı ondan tez-tez istifadə edib.

    Dəyəri 10 milyon dollar olan təyyarə İran əsilli tikinti maqnatı və Trampın əsas donoru Merdad Moayedi tərəfindən alınıb.

    Tramp Kapitoliyə hücum, gizli sənədlərin saxlanması və maliyyə sənədlərinin saxtalaşdırılması da daxil olmaqla bir neçə hüquqi işdə iştirak edir.

    Aprelin sonunda Bloomberg, Trampın seçki kampaniyasının maliyyə hesabatlarına istinad edərək, onun vəkillərə ödəniş etmək üçün vəsait çatışmazlığı ilə üzləşə biləcəyini bildirib.

  • Azərbaycanda vəzifəli şəxs özünü güllələdi

    Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb.

    Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranması zamanı baş verib.

    Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

    Qeyd edək ki, S.Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.

  • Slovakiya prezidenti Azərbaycan liderini təbrik edib

    Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident.

    Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

    Şadam ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər uzunmüddətli dostluq xarakteri daşıyır və ümumi maraqların yeni sahələrinə doğru genişlənir. Əminəm ki, qarşılıqlı əməkdaşlığımız ölkələrimizin vətəndaşlarının rifahı naminə bundan sonra da inkişaf edəcəkdir. Bizim əsas dəyərlərimiz demokratiya, qanunun aliliyi, insan hüquqları və çoxtərəflilik, eləcə də davamlı gələcək naminə sabitlik, firavanlıq və həmrəylikdir.

    Hörmətli cənab Prezident, Sizə, həmçinin bütün Azərbaycan vətəndaşlarına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, firavanlıq və uğurlu inkişaf arzulayıram”.

  • Antonio Quterreş İlham Əliyevi təbrik edib

    Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, təbrikdə deyilir:

    “Zati-aliləri.

    Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

    Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü Azərbaycan xalqı ilə birlikdə qeyd edir.

    Bu əlamətdar tarix Dayanıqlı İnkişaf Məqsədlərinin inkişaf etdirilməsinin, iqlim böhranı ilə mübarizənin, hamı üçün fürsətlərin genişləndirilməsi və ümid verilməsinin əhəmiyyətini xatırlamaq baxımından gözəl fürsətdir.

    İndi hamı üçün sülhün, davamlı inkişafın, insan hüquqlarının təmin olunmasına kömək etmək naminə həmrəyliyin və ortaq həll yollarının tapılmasının vaxtıdır.

    Bu əlamətdar günü qeyd edərkən, gəlin Azərbaycan xalqı və bütün dünya xalqları üçün daha da yaxşı gələcək naminə səylərimizi artıraq.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Bloger Fatimə Mövlamlı və Nicat Ismayıl Qəbələdə polis tərəfindən profilaktiki işdən sonra sərbəst buraxılıblar

    Qəbələdə saxlanılan bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl ilə polis tərəfindən profilaktiki iş aparılıb və onlar sərbəst buraxılıblar.

    Bu barədə DİN Mətuat Xidmətinin regional qrupundan bildiriblər.