Month: May 2024

  • DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir.

    BDYPİ verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

    Yağışlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.

    Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

    Piyadalardan da ehtiyatlı olmaq, avtomobil yoluna çıxmamaq, yolları onlar üçün ayrılan keçidlərdən keçmək xahiş olunur.

  • Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb

    Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinin (PŞ) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Şöbəyə Bərdə rayon sakini 1964-cu il təvəllüdlü Teyyub Nuruşovun odlu silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

    Həmin şəxs saxlanılıb və üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, səkkiz ədəd patron və bir ədəd sandıqça aşkar edilərək götürülüb. T.Nuruşov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

    Faktla bağlı 4-cü PŞ-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

  • Ильхам Алиев принял губернатора Астраханской области Российской Федерации

    6 мая Президент Азербайджанской Республики Ильхам Алиев принял губернатора Астраханской области Российской Федерации Игоря Бабушкина.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri isə yandırılıb

    Mayın 4-də səhər 5 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Июньские фьючерсы на марку WTI подорожали на 0,63% – до 78,6 доллара за баррель, июльские на Brent – на 0,58%, до 83,44 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin iyun füçersləri 0,63% artaraq bir barelinin qiyməti 78,60 ABŞ dolları olub.

    “Brent” markalı neftin iyul füçersləri isə 0,58% artaraq bir barelinin qiyməti 83,44 ABŞ dolları təşkil edib.

    Mənbə: “Bloomberg”

  • Названа дата переговоров между главами МИД Азербайджана и Армении в Алматы

    Объявлена дата встречи министров иностранных дел Азербайджана и Армении Джейхуна Байрамова и Арарата Мирзояна в Алматы (Казахстан).

    Об этом сообщил пресс-секретарь МИД Азербайджана Айхан Гаджизаде в своем аккаунте в социальной сети X.

    По его словам, встреча состоится 10 мая в Алматы.

  • Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.

    Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

    Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.

  • Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb

    Cəlilabadda 18 yaşlı oğlan 8 gündür itkin düşüb.

    APA-nın verdiyi xəbərə görə, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 27.04.2024-cü il tarixində yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

    Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm, gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göyrəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.

    Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.