Month: May 2024

  • Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib

    Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndində torpaq sürüşməsi baş verib.

    Median.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, videogörüntülər dərc edilib.

    Videoda torpaq qatının necə çökməsi və aşağı sürüşməsi göstərilir.

    Qeyd edək ki, bu gündən etibarən Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.

  • Hərbi vəzifəlilərin təlim toplanışı davam edir – VİDEO

    Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunurlar.

    Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.

    Təlim toplanışı çərçivəsində plana uyğun olaraq, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

  • Yasamalda əməliyyat: Saxlanılanlar var – VİDEO

    Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Yasamal rayonunda vətəndaşlardan birinə məxsus dəyəri 3 000 manat olan motosikletin naməlum şəxslər tərəfindən oğurlandığı barədə polisə məlumat daxil olub. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən Abşeron rayon sakinləri Nurlan Kərəmov, Kənan Səlimov və Eltun Nəcəfov saxlanılıblar. Saxlanılanların törətdiyi oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

    Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı paytaxt ərazisində taksi sürücülərinə qarşı dələduzluq edərək onların mobil telefon və pul vəsaitlərini ələ keçirən əvvəllər oğurluq, dələduzluq, eləcə də narkotiklərlə bağlı cinayətlərə görə dəfələrlə məhkum olunmuş Anar İmanov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkar olunaraq götürülüb. A.İmanovun paytaxtın müxtəlif ərazilərində taksi sürücülərinə qarşı dələduzluq etdiyi müəyyən olunub.

    A.İmanov, N.Kərəmov, K.Səlimov və E.Nəcəfov analoji əməllərdə iştiraklarının olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

  • Almaniya Rusiyadakı səfirini geri çağırıb

    Almaniya Rusiyadakı səfiri məsləhətləşmələr üçün geri çağırıb.

    Məlumata görə, Almaniya Rusiyanı Sosial Demokrat Partiyasının resurslarına kiberhücum etməkdə ittiham etdikdən sonra Moskvadakı səfiri Aleksander Lambsdorfu məsləhətləşmələr üçün geri çağırıb.

    “Əlavə olaraq qeyd edə bilərəm ki, xarici işlər naziri Annalena Berbok Moskvadakı səfir Lambsdorfu məsləhətləşmələr üçün Berlinə geri çağırmaq qərarına gəlib. O, bir həftə Berlində qalacaq, sonra Moskvaya qayıdacaq”, – deyə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.

    Mənbə: TASS

  • Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var

    Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiya Federal Vergi Xidmətinə 153 milyon rubl borcu var.

    Median.Az Rusiya mətbuatına əsasən xəbər verir ki, mayın 1-də vergi orqanları “influencer”ə borcunu ödəməyi bildirib, ertəsi gün isə blogerin pay sahibi olduğu Banda Foods LLC şirkətinin hesablarını bloklayıb.

    Şirkət restoranlar və yeməklərin çatdırılması ilə məşğuldur. Bloklanmasına səbəb vergi bəyannaməsinin təqdim edilməməsidir.

    Xəbər ortaya çıxandan az sonra blogger sosial şəbəkə hesabında abunəçilərinə məlumat verərək əsas borcunu ödədiyini və yaxın vaxtlarda digər cərimələrini də ödəmək niyyətində olduğunu bildirib.
    //azxeber

  • Mayın 8-də geomaqnit qasırğası gözlənilir

    Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir.

    Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyin edəcəyi gözlənilir.

    Bildirilib ki, mayın 5-də baş vermiş TKA və YTDA-nın birgə təsiri nəticəsində mayın 8-də yenidən G1 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

  • МИД Армении назвал вопросы, которые будут обсуждаться с Азербайджаном в Алматы

    Ереван намерен обсудить с Баку в Алматы вопрос взаимного признания территориальной целостности двух стран.

    Как передают армянские СМИ, об этом заявили в МИД Армении.

    В повестке – письменное подтверждение обязательств между двумя странами, открытие транспортной инфраструктуры и торговых маршрутов в регионе.

    Отметим, что ранее стала известна дата встречи министров иностранных дел Азербайджана и Армении Джейхуна Байрамова и Арарата Мирзояна в Алматы (Казахстан).

    Как сообщил пресс-секретарь МИД Азербайджана Айхан Гаджизаде в своем аккаунте в социальной сети X, встреча состоится 10 мая.

  • Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı

    “İrəvan Almatıda Bakı ilə iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etmək niyyətindədir”.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, iki ölkə arasında öhdəliklərin yazılı təsdiqi, regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması gündəliyə daxil olan məsələlərdir.

    Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.

    Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

    Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.

    Mənbə: Ermənistan KİV

  • Hansı şəxslərə 1380 manat veriləcək? – Deputat AÇIQLADI

    “Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənişin verilməsidir. Bu müavinətin qanunla təsdiq edilməsinə baxmayaraq monitorinqlər göstərir ki, belə ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki, bu, cəza çəkməkdən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır”.

    Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib.

    Vurğulanıb ki, müavinət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilir:

    “Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edilməklə ödəniş həyata keçirilir.

    Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni həmin şəxslərə 1380 manat ödənilir. Müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmiləşdirmək mümkündür”.

    Deputat bildirib ki, müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

    “Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

    Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son üç ildə azad edilibsə və müraciət etməyibsə, o halda indi də bu ödənişi almaq hüququna malikdir”.

  • Посол США посетил Шушу

    Посол США в Азербайджане Марк Либби посетил Шушу.

    Информация об этом опубликована на странице посольства в социальной сети Х.

    “Сегодня посол Либби с супругой и Данусей совершили поездку в Физули и Шушу”, – говорится в публикации..

    Отмечено, что в ходе визита посол встретится с представителями правительства, а также с местными преподавателями, принявшими участие в программах по изучению английского языка, проводимых при поддержке посольства. Он также посетить Шушинскую крепость, дом Хуршидбану Натаван, родник “Хан гызы”, мавзолей Вагифа и Джыдыр дюзю.