Month: May 2024

  • Ukrayna Belqoroda dronla zərbə endirib: Azı altı nəfər həlak olub, çoxlu sayda xəsarət alan var

    Ukrayna Silahlı Qüvvələri dron vasitəsilə Rusiyanın Belqorod vilayətində donuzçuluq fermasının əməkdaşlarını daşıyan nəqliyyat vasitəsinə zərbə endirib.

    Bu barədə regionun operativ qərargahı məlumat yayıb.

    Pilotsuz uçan aparatının zərbəsi nəticəsində fermanın altı işçisi ölüb, 33 nəfər yaralanıb.

    Hələlik hadisənin digər təfərrüatı məlum deyil.

    Mənbə: TASS

  • В южных районах Азербайджана прекращена подача электроэнергии – ПРИЧИНА

    В связи с ремонтными работами сегодня в нескольких районах на юге Азербайджана возникли перебои в подаче электроэнергии.

    Об этом сообщили в ОАО “Азеришыг”.

    Было отмечено, что подача электроэнергии прекращена с 10:00 до 15:00 в селах Билне и Астанлы Ярдымлинского района, с 10:00 до 12:30 – в части Билясуварского района, с 10:00 до 15:00 – в части города Лянкярана, в селах Рво, Шову, Вел, Сиявар, Шагласер, Джил, Хархатан, с 10:00 до 13:00 – в селах Сиев, Билявар и Лермеруд Лерикского района.

    Энергоснабжение также временно прекращено сегодня с 10:00 до 12:00 в селах Джанган, Лаллар, Эдише, Солтанкенд, Таирли Джалилабадского района, с 12:30 до 15:00 – в селах Беюк Ходжавар, Банбашы, Гызылагадж, Вилеш, Онджягала, Беделан, Хишкедере Масаллинского района.

  • Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı – SƏBƏB

    “Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində bir sıra hava xətlərində təmir işləri aparılır.

    Bu barədə “Azərişıq” məlumat yayıb.

    Bildirilib ki, bununla əlaqədar bu gün saat 10:00-dan tətbiq olunan enerji kəsintisi Yardımlıda Bilnə və Astanlı kəndlərində 15:00-a kimi, Biləsuvar rayonunun bir hissəsində 12:30-dək, Lənkəran şəhərinin bir hissəsində, Rvo, Şovu, Vel, Siyavar, Şağlaser, Cil, Xarxatan kəndlərində 15:00-dək, Lerikin Siyov, Biləvər, Lərmərud kəndlərində 13:00-dək, Cəlilabadın Cəngan, Lallar, Edişə, Soltankənd, Tahirli kəndlərində saat 12:00-dək davam edəcək.

    Bundan başqa, saat 12:30-dan saat 15:00-dək Masallı Böyük Xocavar, Banbaşı, Qızılağac, Viləş, Öncəqala, Bədəlan, Hişkədərə kəndlərində də enerji verilişində fasilə yaranacaq.

  • Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində binaların birində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü M.Hüseynova yaşadığı mənzilin eyvanından binanın 1-ci mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

  • На границе между Казахстаном и Кыргызстаном произошло землетрясение

    Землетрясение магнитудой 5,7 зафиксировали на границе между Казахстаном и Кыргызстаном.

    Об этом сообщили в Национальном научном центре сейсмологических наблюдений и исследований МЧС Казахстана.

    Подземные толчки произошли в 09:12 по местному времени (08:12 по Баку – ред.). Эпицентр землетрясения находился в 194 км юго-восточнее Алматы. Очаг располагался на глубине 10 км.

    Данных о пострадавших или разрушениях не приводится.

    Источник: nsn.fm

  • Qazaxıstanla Qırğızıstan sərhədində zəlzələ baş verib

    Qazaxıstan və Qırğızıstan sərhədində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi məlumat yayıb.

    Məlumata görə, zəlzələnin episentri Almatıdan 194 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

  • В Гарадагском районе 24-летний мужчина покончил с собой

    В поселке Гобустан Гарадагского района Баку 24-летний гражданин найден мертвым.

    Как сообщает АПА, местный житель Фархад Джалилли (2000 г.р.) был найден повешенным во дворе своего дома.

    Предполагается, что он покончил жизнь самоубийством, ведется расследование.

  • Qaradağda 24 yaşlı oğlanın meyiti tapıldı

    Bakıda 24 yaşlı oğlan evin həyətində ölü aşkarlanıb.

    APA xəbər verir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Fərhad Cəlilli evinin həyətində asılmış vəziyyətdə aşkar edilib.

    Onun intihar etdiyi ehtimal edilir, araşdırma aparılır.

  • В некоторых районах Азербайджана наблюдались грозы, ливни и град – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на 9:00 6 мая, на территории страны наблюдалась нестабильная погода, периодически шли дожди, грозы, временами ливни, местами интенсивные, в Шахдаге и Гедабее выпал снег.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Количество выпавших осадков в Зардабе составляет 32 мм, Кюрдамире, Шеки – 17 мм, Исмайыллы – 16 мм, Загатале, Гейгеле – 15 мм, Дашкесане – 14 мм, Алтыагадже, Гахе, Гедабее – 13 мм, Гейчае, Агдаме – 11 мм, Тертере, Мингячевире, Гяндже – 9 мм, Огузе, Балакене – 8 мм, Товузе, Евлахе, Габале, Шамахы, Агсу, Садараке, Шабране, Халтане, Гобустане, Нафталане, Барде, Ордубаде, Агстафе, Джейранчоле, Шахбузе, Лянкяране, Губе, Грызе, Имишли, Нахчыване, Шаруре – 7 мм, в Баку и на Абшеронском полуострове – до 2 мм.

    5 мая в селе Пирили Кюрдамирского района выпал град диаметром 8-10 мм, селе Моллакенд – 6-8 мм, селе Гызыл Имишлинского района – 8-10 мм, поселке Тахтакерпю Агджабединского района – 6-8 мм.

    В Гяндже, Шамкире, Гедабее, Лерике, Гейчае, Гейгеле, Алтыагадже, Гусаре, Шамахы, Балакене, Гахе наблюдался туман.

    Северо-западный ветер временами в Баку и на Абшеронском полуострове усиливался до 23 м/с, Нефтчале – 20 м/с, Лерике – 15 м/с.

    По данным станции “Нефтяные камни”, высота волн на Каспии достигала 2,8 м.

    Минимальная температура воздуха в Баку и на Абшеронском полуострове составила 12, Нахчыванской АР – 8, низменных районах – 15, горных районах – 5-7, в высокогорье – 1 градус тепла.

  • Bəzi yerlərə leysan yağıb, dolu düşüb – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 6-da saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağ və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb.

    Düşən yağıntının miqdarı Zərdabda 32 mm, Kürdəmir, Şəkidə 17 mm, İsmayıllıda 16 mm, Zaqatala, Göygöldə 15 mm, Daşkəsəndə 14 mm, Altıağac, Qax, Gədəbəydə 13 mm, Göyçay, Ağdamda 11 mm, Tərtər, Mingəçevir, Gəncədə 9 mm, Oğuz, Balakəndə 8 mm, Tovuz, Yevlax, Qəbələ, Şamaxı, Ağsu, Sədərək, Şabran, Xaltan, Qobustan, Naftalan, Bərdə, Ordubad, Ağstafa, Ceyrançöl, Şahbuz, Lənkəran, Quba, Qrız, İmişli, Naxçıvan, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

    Mayın 5-də Kürdəmir rayonunun Pirili kəndinin ərazisinə 8-10 mm, Mollakənd kəndinin ərazisinə saat 21:20-də 6-8 mm, İmişli rayonunun Qızıl kəndinə saat 23:30-də 8-10 mm, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə isə diametri 6-8 mm olan dolu düşüb.

    Gəncə, Şəmkir, Gədəbəy, Lerik, Göyçay, Göygöl, Altıağac, Qusar, Şamaxı, Balakən, Qaxda duman müşahidə olunub.

    Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/san, Neftçalada 20 m/san, Lerikdə 15 m/san-dək güclənib. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,8 metrə çatıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 8, Aran rayonlarında 15, dağlıq rayonlarda 5-7 dərəcə, yüksək dağlıq ərazilərdə isə bir dərəcəyədək isti olub.