Month: May 2024

  • Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

    “Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır”.

    Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib.

    “Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-i qədər olmalıdır. Bu, baş barmaq qalınlığında piy, kolbasa və ya yağ parçasıdır”, – Çuxaçeva bildirib.

    Doymuş yağların həddindən artıq istehlakı ürək-damar xəstəliklərinin inkişafı ilə əlaqələndirilir. Onlar sağlam doymamış yağlardan (balıq və bitki yağlarından) daha yüksək ərimə dərəcələri ilə fərqlənirlər. Otaq temperaturunda doymuş yağlar bərk qalır.

    “Yağsız ət, eləcə də balıq, dəniz məhsulları, paxlalılar, bitki yağları və qoz-fındıq seçərək doymuş yağların qəbulunu azalda bilərsiniz. Həmçinin emal olunmuş məhsullardan imtina etməlisiniz: orqanizmin delikates ətlər, kolbasalar, şirniyyatlar, desertlər və tərkibində doymuş yağlar olan digər məhsulları istehlak etməsinə ehtiyac yoxdur. Onlar daxilimizdə də əmələ gələ bilər”, – həkim izah edib.

    Mənbə: gazeta.ru

  • Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”

    Rusiyalı məşhur müğənni Andrey Qubin xəstəlik səbəbindən bütün bədənində olan ağrılara artıq öyrəşdiyini bildirib.

    Bu barədə müğənni Rusiya televiziyasında efirə gedən verilişlərdən birində danışıb.

    Qubin ürəyinin fasilələrlə döyündüyünü etiraf edib.

    Sənətçinin sözlərinə görə, onurğa sütunu zədələndiyi üçün ürək döyüntülərinin ritmi pozulub. Uşaqlıqda aldığı idman zədəsi səbəbindən müğənninin ürəyi yanlış vəziyyətdədir.

    Qeyd edək ki, ifaçı artıq 15 ildir bu xəstəliklə yaşayır.

    “Mənə dedilər ki, ürəyini inkişaf etdir, həftədə beş dəfə idman edirəm. Müayinə olundum, dedilər ki, qanın yaxşıdır”, – o qeyd edib.

    Xatırladaq ki, Qubin ikitərəfli üz prosopalgiyasından əziyyət çəkir. Xəstəliyə görə ulduzun nəfəs almasında, mimikasında və diksiyasında problemlər yaranıb. Sənətçi etiraf edib ki, xəstəliyi potensial sevgililəri ilə görüşlərə getməyə mane olur.

    Mənbə: gazeta.ru

  • В Шеки 68-летняя женщина погибла при наезде автомобиля

    В городе Шеки произошло ДТП с наездом на пешехода.

    Об этом Report сообщили в шекинской региональной группе пресс-службы МВД.

    Согласно информации, сегодня около 00:10 Ровшан Мурадов, находясь за рулем автомобиля марки Opel, сбил переходившую дорогу Гарибу Абдуллаеву (1956 г.р.).

    От полученных травм женщина скончалась на месте происшествия.

    По данному факту ведется расследование.

  • Şəkidə qadını avtomobil vuraraq öldürüb

    Şəkidə qadını avtomobil vuraraq öldürüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, bu gün saat 00:10 radələrində Şəki şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? – VİDEO

    Yüksək hərarət, səpki, boğaz ağrısı…

    Xezerxeber.az-ın məlumatına görə, son vaxtlarda uşaqlardakı bu cür simptomlarla bağlı müraciət edənlərin sayında artım müşahidə olunur. Bunu Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirir.

    Mütəxəssis bildirib ki, qızılcayla oxşar simtomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir. Streptakok adlı bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizma və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından bildirilib ki, uşaqlarda olan yüngül boğazağrısı belə gözardı edilməməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.

    Ətraflı süjetdə:

  • На Солнце произошли семь мощных вспышек

    Ученые зафиксировали семь мощных вспышек на Солнце, две из них относятся к классу Х. Об этом сообщили в Институте прикладной геофизики РФ.

    Ученые зарегистрировали на Солнце пять мощных вспышек класса М. Самая слабая соответствовала уровню М1.3, а самая сильная – М7.5.

    “5 мая в 13:00 мск (14:00 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 3 663 (N24W21) зарегистрирована вспышка M7.5 продолжительностью 19 минут”, – говорится в сообщении.

    Кроме того, две вспышки X1.3 произошли в 09:01 мск (10:01 по Баку – ред.) и в 14:54 мск (15:54 по Баку – ред.).

    Солнечные вспышки в зависимости от мощности рентгеновского излучения делятся на пять классов: A, B, C, M и X. Минимальный класс A0.0 соответствует мощности излучения на орбите Земли в 10 нановатт на 1 кв.м. При переходе к следующей букве мощность увеличивается в 10 раз. Вспышки, как правило, сопровождаются выбросами солнечной плазмы, облака которой, достигая Земли, могут провоцировать магнитные бури.

    Источник: ТАСС

  • Günəşdə güclü partlayışlar baş verib: Maqnit qasırğası təhlükəsi var

    Alimləri Günəşdə yeddi güclü partlayış qeydə alıblar ki, onlardan ikisi ən güclü “X” sinfinə aiddir.

    Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

    Qeyd olunur ki, mütəxəssislər Günəşdə “M” sinfinə aid beş güclü partlayış qeydə alıblar.

    Mayın 5-də Bakı vaxtı ilə saat 11:01-də və 16:54-də “X1.3” sinfinə aid iki partlayış baş verib.

    Xatırladaq ki, Günəş plazmasının püskürməsi ilə müşayiət olunan partlayışlar maqnit qasırğalarına səbəb ola bilər.

    Mənbə: TASS

  • Elza Seyidcahan əkizlərə: “Adam öz tayıyla zarafat edər” – VİDEO

    Əməkdar artist Elza Seyidcahan müğənnilər Sevil və Sevinc Səfərovaların onun haqda söylədiyi ifadələrə cavab verib.

    Sənətçi bu barədə “Söz-baz” verilişinin “Xəbər10 var” bölümündə aparıcı Zümrüd Bədəlova ilə telefon zəngi zamanı danışıb:

    “Mənə dedilər, mən də cavab vermirəm. Verə bilərəm, istəmirəm. Zarafat deyəndə ki, adam öz tayı ilə zarafat edər. Mən onların tayı deyiləm axı. Əlbəttə, Elza Seyidcahan stollara da baxanda yada düşür, təbiətə də baxanda yada düşür. Bu mənə xoşdur.

    Mən onlara heç bir zaman aqressiv söz deyə bilmərəm. Həmişə də bir yerdə olanda böyük hörmətlə mənim qarşıma gəliblər. Ehtiramla mənə salam veriblər. Hörmətsizlik görməmişəm. Mən şou-biznes aləmində olsam da, mənim sənətim tamam başqadır, onlar da tamam başqa yoldadırlar. Söhbət ifadan gedir. Mən heç bir zaman qalmaqal etməmişəm. Əksinə, mən uzanan, illərlə gedən bir qalmaqalın bir kəlmə sözlə qarşısını alışam”.

    Qeyd edək ki, əkizlərdən biri məclislərdən birində sonda oxumaqlarına etiraz edərək, aparıcı Zümrüd Bədəlovaya “Məni niyə sona salmısınız, Elzaya Seyidcahanam stollara oxuyum?” sözlərini söyləmişdi.

    Ətraflı videoda:

  • Parklardakı attraksionlar nə dərəcədə təhlükəsizdir? – VİDEO

    Bəzi attraksionların təhlükəsizlik, həm də təmizlik baxımından nəzarətsiz qaldığı iddia edilir.

    Xezerxeber.az-ın məlumatına görə, bəzi valideynlər həftə sonları parklara getdiklərini amma buna baxmayaraq nə dezinfeksiya, nə də təhlükəsizlik tədbirləri ilə rastlaşdıqlarını deyirlər.

    Hətta valideynlər, uşağı xəsarət almasın deyə saatlarla oyun yerlərində gözlədiklərini də bildirirdilər.

    Bəzi valideynlər isə bunun əksini düşünürlər.

    Ətraflı süjetdə:

  • Казахстанский спортсмен отправится из Баку в Париж на велосипеде – ВИДЕО

    Казахстанский спортсмен отправится из Баку в столицу Франции на велосипеде.

    Об этом говорится в сюжете İTV Xəbər.

    Отмечается, что ветеран спорта Раббим Борашов посвящает свой велотур летним Олимпийским играм в Париже.

    Подробнее – в видео: