Month: May 2024

  • İrana ”balıq yağışı” yağdı – VİDEO

    İranın mərkəzi hissəsində, Yasuc şəhərində fenomenal hadisə baş verib – “balıq yağışı”.

    Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, günün ortasında yüngül yağışdan sonra küçələrə balıqlar yağmağa başlayıb və bu, yerli sakinlərin təəccübünə səbəb olub.

    Bu heyrətamiz hadisənin səbəbi, ekspertlərin fikrincə, su anbarının fonunda böyüyən tornado olub. Güclü qasırğa çoxluğu balığı havaya qaldıraraq bir neçə kilometr məsafədən ölkənin mərkəzi rayonlarına çatdıra bilib.

    “Balıq yağışı”ndan əvvəl şəhərinə yüngül yağış yağıb, sonra isə göydən balıq yağmağa başlayıb. Yayımlanan görüntülərdə bəzi sağ qalan balıqların birbaşa asfaltın üzərinə düşməsi yerli sakinlərin təəccübünə səbəb olub.

  • İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək

    Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Sammitin sonunda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub.

    Kommunike, eyni zamanda “Bakı prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.//report.az

  • Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub edib

    Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində daha bir oyun keçirilib.

    “Qarabağ” “Neftçi”ni qəbul edib.

    FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada “Qarabağ” 5:0 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində 12 və 77-ci dəqiqələrdə Nəriman Axundzadə, 41-ci dəqiqədə Toral Bayramov fərqlənib. “Qarabağ”ın digər qollarını isə 66-cı dəqiqədə Leandro Andrade, 85-ci dəqiqədə Abdullah Zubir vurub.

    “Neftçi”nin futbolçusu Yuri Matias 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

    Artıq çempionluğu təmin etmiş “Qarabağ”ın 76 xalı var. “Neftçi” isə 50 xalla 3-cü yerdədir.

    Bu gün, baş tutan digər görüşdə “Kəpəz”lə “Sumqayıt” heç-heçə edib – 1:1.

    Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.

  • В Армении несогласные с делимитацией границы с Азербайджаном начали шествие в Ереван

    Группа армян, протестующих против делимитации границы с Азербайджаном, начала шествие из села Киранц (Хейримлы) Тавушской области в Ереван.

    Об этом сообщает Report со ссылкой на армянские СМИ.

    Ранее вышедшие на демонстрацию против делимитации границы с Азербайджаном армяне перекрыли тракторами трассу Армения — Иран.

    Напомним, в соответствии с договоренностями, которые были достигнуты по итогам 8-й встречи Государственных комиссий Азербайджана и Армении по делимитации границы, экспертные группы двух стран на границе начали процесс уточнения координат на основании геодезических измерений на местности.

  • Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb

    Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən bir qrup erməni Tavuş vilayətinin Kirants kəndindən İrəvana doğru yürüşə başlayıb.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Qeyd edək ki, bundan əvvəl Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı nümayişə çıxan bir qrup sakin traktorlarla Ermənistan-İran yolunu bağlayıblar.

    Xatırladaq ki, Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara uyğun olaraq, sərhəddə iki ölkənin ekspert qrupları geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.

  • Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb – FOTO

    Azərbaycanla Mərakəş arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə saziş imzalanıb.

    APA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, proses Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşü çərçivəsində baş tutub.

  • Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib – FOTO

    Xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Somali Federativ Respublikasının Baş nazirinin müavini Salah Ahmed Jama ilə görüşüb.

    APA Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə və təşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Görüş zamanı nazir, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və Afrika ölkələri ilə əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

    Tərəflər ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı, alternativ enerji, habelə təhsil-humanitar sahədə tərəfdaşlığın inkişafı üçün geniş potensialın olduğunu bildiriblər. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ölkələri üçün müəyyən edilmiş təqaüd proqramında Somalidən tələbələrin iştirakının təqdirəlayiq olduğunu bildirilib.

    Bununla yanaşı, cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.

    Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.


  • Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?

    Bu gün Azərbaycanın görkəmli siyasi xadimi, diplomatiya tariximizdə müstəsna xidmətləri olmuş Əlimərdan bəy Ələkbər oğlu Topçubaşovun doğum günüdür.

    Median.Az kult.az-a istinadən xəbər verir ki, Ə.Topçubaşov 1862-ci ilin may ayının 4-də Tiflisdə anadan olub.

    Tarixçi alim Zaur Əliyev Topçubaşov haqda 3 maraqlı tarixi faktı bölüşüb:

    1. 1888-ci ildə (26 yaşında olarkən) Əlimərdan bəy hüquq elmləri namizədi adını alır. Peterburq Universitetinin Hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun Mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul edir. Lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etməkdən imtina edir və universitet haqqında Çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə vermir.

    2. 1920-ci ildə Azərbaycanı Sovet Rusiyası işğal etdikdən sonra artıq Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Əlimərdan bəy Topçubaşov soyadındakı “-ov” sonluğunu atır, yazışmalarında, mətbuat çıxışlarında və rəsmi müraciətlərində bir qayda olaraq “Topçubaşı” imzasından istifadə edir.

    3. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşov ölüm anında vəsiyyət etmişdi ki, mən öləndə gözlərimi bağlamayın. Soruşublar ki, niyə. Deyib ki, mən uşaq olanda anam belə bayatı söylərdi:

    Mən aşiq kəsən ağlar,

    Bəxtindən küsən ağlar.

    Qərib yerdə ölənin,

    Gözünü basan ağlar.

    “Nə zaman Vətəndə məni dəfn etsəz, gözümü onda bağlarsız”, – deyir.

    Qeyd edək ki, Xalq Cümhuriyyətinin qurucularından olan Ə.Topçubaşov 1934-cü il 8 noyabrda Parisdə dünyasını dəyişib.

  • Объявлены результаты лотереи Green card – ОБНОВЛЕНО

    Объявлены результаты лотереи Green Card.

    Как передает Median.Az, сразу после объявления результатов сайт лотереи перестал загружаться.

    Результаты можно узнать на официальном сайте лотереи DV (программа Diversity Immigrant Visa, диверсификационная виза – государственная лотерейная программа США по получению иммиграционных виз, дающих право на получение статуса постоянного резидента США – ред.) по номеру заявки.

    Отметим, что победители Green card получают право на постоянное жительство и работу в США.

    10:39

    Сегодня будут объявлены результаты лотереи Green card.

    Как сообщает Oxu.Az, они станут известны в ближайшие часы.

    Результаты можно узнать на официальном сайте лотереи DV (программа Diversity Immigrant Visa, диверсификационная виза – государственная лотерейная программа США по получению иммиграционных виз, дающих право на получение статуса постоянного резидента США – ред.) по номеру заявки.

    Отметим, что победители Green card получают право на постоянное жительство и работу в США.

  • “Green card” müraciətlərinin nəticələri açıqlandı – YENİLƏNİB

    ABŞ-də daimi yaşamaq, işləmək imkanı yaradan “Green card” lotereyasının nəticələri açıqlanıb.

    Median.Az xəbər verir ki, nəticələr açıqlanandan sonra hazırda “Green card”ın saytına girişdə məhdudiyyətlər var.

    DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar.

    09:48

    Bu gün “Green card” müraciətlərinin nəticələri açıqlanacaq.

    Median.Az xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir.

    DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar.

    Qeyd edək ki, “Green card” qaliblərinə ABŞ-də yaşamaq və işləmək üçün hüquq verilir.