Month: May 2024

  • Qazaxıstanlı idmançı Bakıdan Parisə velosipedlə gedəcək – VİDEO

    Qazaxıstanlı idmançı Bakıdan Parisə velosipedlə gedəcək.

    Bu barədə məlumat “İTV Xəbər”də verilib.

    Bildirilib ki, veteran idmançı Rabbim Boraşov bu addımını Paris-2024 Yay Olimpiya Oyunlarına həsr edib.

    Ətraflı süjetdə:

  • Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

    Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 228 nəfərə çatıb.

    Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Xatırladaq ki, daha əvvəl 179 nəfərin öldüyü bildirilirdi. Daşqınlar Keniyanın qərbindəki Masai Mara safari parkında da fəsadlar törədib, Telek çayının daşması səbəbindən turist qruplarının hotellərdə xarici dünya ilə əlaqəsi kəsilib.

  • DİN valideynlərə müraciət etdi

    Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət ünvanlayıb.

    Müraciətdə deyilir:

    “Övladlarınızın internetdə təhlükəsizliyini təmin etmək üçün yalnız sizin nəzarətiniz altında internetdən istifadəsinə icazə verin. Uşaqlarınızın internetdə oynadıqları oyunlar haqqında məlumatlı olun.

    Şifrə olaraq, mürəkkəb şifrə seçməkdə uşaqlara yaxından kömək edin” , – deyə müraciətdə bildirilib.

  • В Хачмазе 17-летняя девушка обручилась ​​с 37-летним мужчиной – ЗАЯВЛЕНИЕ МВД (ВИДЕО)

    В социальных сетях распространилась информация о том, что в селе Гусарчай Хачмазского района 17-летнюю девушку выдали замуж за 37-летнего мужчину.

    Чтобы уточнить эти сведения, Bizim.Media связался с и.о. директора гусарчайской средней школы имени Арифа Мамедова Рауфом Мамедовым. Последний сообщил, что девушка (2007 г.р.) после шестого класса перестала ходить в школу. По его словам, свадьбы еще не было, состоялась лишь помолвка.

    Комментируя данный вопрос, старший инспектор губинской региональной группы пресс-службы МВД старший лейтенант полиции Хаял Талыбов отметил, что в соцсетях распространилась информация о принудительном замужестве несовершеннолетней жительницы Хачмазского района. В ходе проверки, проведенной сотрудниками районного отдела полиции, было установлено, что М.С. (2007 г.р.) на добровольной основе была помолвлена с жителем хачмазского села Карагуртлу Т.Ф. (1987 г.р.). По его словам, вступления в брак не было.

    Было подчеркнуто, что по данному факту в Хачмазском РОП проводятся необходимые мероприятия.

  • Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? – DİN-dən AÇIQLAMA (VİDEO)

    Xaçmazda erkən nikah qeydə alınıb. Hadisə Qusarçay kəndində qeydə alınıb.

    Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 17 yaşlı qızın 37 yaşlı oğlanla toyu olub.

    Bizim.Media məsələni Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədovla dəqiqləşdirib.

    Direktor əvəzi həmin məktəblinin altıncı sinifdən məktəbə gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.
    Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib.

    O qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.

    Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb.

    Onlar ailə həyatı qurmayıblar.

    Faktla bağlı hazırda Xaçmaz Rayon Polis Şöbəsində zəruri araşdırmalar aparılır.

  • Подорвался на собственной мине: армянский сапер получил ранение на границе с Азербайджаном

    Армянский военнослужащий подорвался на мине в районе села Киранц в Тавуше.

    Информацию об инциденте подтвердили в Минобороны Армении.

    “Военнослужащий получил ранение в результате взрыва мины. По предварительным данным, его жизнь вне опасности”, – сообщил пресс-секретарь МО Арам Торосян.

    Напомним, что 25 апреля еще один военнослужащий ВС Армении подорвался на мине в Тавушской области.

    Источник: Sputnik Армения

  • Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

    Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb.

    Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

    “Hərbçi mina partlaması nəticəsində xəsarət alıb”, – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

    Məlumatda həmçinin bildirilir ki, minaya düşən hərbçi istehkamçı olub.

  • “Neftçi”nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm

    Çox məyusam, azarkeşlərdən üzr istəyirəm.

    Median.Az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

    Mütəxəssis 0:5 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib: “Təəssüf ki, rahat şəkildə məğlub olduq. Qırmızı vərəqədən sonra hər şey bəlli idi. Rəqibin daha əvvəl keçirdiyi matçlara baxmışdıq. Ancaq səhvlərimiz çox oldu. Onların üzərində işləməliyik. Düşünürdük ki, mərkəzdə topu saxlamaqla nəsə edə bilərik, lakin Ağdam klubu bizə qarşı tamamilə fərqli hazırlaşmışdı”.

    Mütəxəssis təkbətək mübarizələrdə çətinlik çəkdiklərini dilə gətirib: “Bu da böyük oyunlarda problem yaşamağımıza səbəb olur”.//report.az

  • “Qarabağ” Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb

    “Qarabağ” klubu müdafiəçi Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb.

    “Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb. O, 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.

    Qeyd edək ki, Mustafazadə 2021-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.

  • Bakı-Quba yolunda “Range Rover” külə döndü – AÇIQLAMA

    Bakı-Quba yolunda “Range Rover” markalı avtomobil yanıb.

    Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

    Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanlayıb.

    İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

    O qeyd edib ki, hadisə may ayının 2-də Bakı-Quba yolunun 98-ci kilometrliyində qeydə alınıb.

    Belə ki, Orxan Zaur oğlu Göyçayevin idarə etdiyi “Range Rover Velar” markalı 10-JR-059 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən alışıb.

    İlkin ehtimala görə, hadisə qısaqapanma səbəbindən baş verib. Hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.

    Xəsarət alan və ya ölən olmayıb.

    “Sürücülərdən bir daha xahiş edirik ki, avtomobillərinin sazlığına diqqət etsinlər və avtomobilin elektrik sistemində hər hansı müdaxilələrə yol verməsinlər”, – deyə R.Tağıyev vurğulayıb.