Month: May 2024

  • В Шекинском районе 59-летний мужчина подозревается в двойном убийстве

    В селе Баш Шабалыд Шекинского района застрелены два человека.

    4 мая около 16:00 в полицию поступила информация об убийстве Азера Садиева (1966 г.р.) и Исрафила Мамедсоя (1957 г.р.) из охотничьего оружия.

    Как сообщили Oxu.Az в шекинской региональной группе пресс-службы МВД, подозреваемый в совершении преступления Намик Мамедов (1965 г.р.) нанес себе ранение после инцидента. Мужчина госпитализирован.

    По данному факту проводится расследование.

  • Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ – TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO

    Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb.
    Oxu.az-ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb.


    Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatlar məlum olub.

    Oxu.az-ın əldə etdiyi məlumata əsasən hadisə otlaq sahəsinin üzərində baş verib.

    Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namik Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

    Daha sonra Namik Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.

    Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.

    ***

    Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib.

    Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? – FOTO

    Mərhum “Toppuş bacı” ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalın yenidən evlənməsi ilə bağlı məlumat yayılıb.

    Bu barədə o, özünün “Instagram” hesabında məlumat paylaşıb.

    Qeyd edib ki, xəbərlər tamamilə yanlışdır:

    “Haqqımızda o qədər söz-söhbət yayıldı, amma nə mən, nə yoldaşım bu barədə heç bir kəlmə də olsa danışmadıq. Mənim dərdim mənə bəsdir. Şər atana, yalan yazana, haqqımıza girənə Allahın lənəti olsun”.

  • Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var – YENİLƏNİB

    Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub.

    APA xəbər verir ki, hadisə nəticəsində İlkin Həbib oğlu Rzayev dünyasını dəyişib.

    1986-cı il təvəllüdlü Həbib Rzayev, 1995-ci il təvəllüdlü Məhəmməd Həsənov, 2021- ci il təvəllüdlü Sədaqət Həsənova və 1987-ci il təvəllüdlü Salahov Samir isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    ***

    Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.

    Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub.

  • ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər

    Mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bir qrup jurnalistə müsahibə verib.

    O, müsahibədə Azərbaycanın azad etdiyi ərazilərə getməmək üçün bəhanələr uydurub. Özü də diplomatik etiketlərdən kənar söhbətlərlə.

    Sitata baxın: “İndiyədək, Azərbaycanın bir neçə regionunda səfərdə olmuşam. Bunu siyasi səbəbləri yoxdur. Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir… Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm… Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”. Bu nə deməkdir axı? Necə yəni fərqlidir, necə yəni şou? Şou demişkən, səfir özü elə əsl şou göstərib.

    Çünki bu boyda diplomatik rəzil açıqlama ilə çıxış etmək elə özü tamaşadır. Bu, nəyə və kimə lazımdır? Axı belə bəyanatlar Azərbaycan-ABŞ əlaqələrinə də mənfi təsir edir.

    Görünür səfir bunu başa düşmür. Bu azmış kimi səfir ətrafına bir qrup jurnalisti də toplayıb. Həmin jurnalistlər ki, Azərbaycana qarşı kampaniyalarda iştirak edirlər. Misal üçün Xədicə İsmayıl. Görəsən cənab səfir özünü kim hesab edir? Azərbaycanın halalı olan ərazilərə getməməyi müxtəlif bəhanələrlə izah edən səfir daha sonra jurnalistlərə insan hüquqlarından danışır. Nədənsə, bu mövzu həmişə spekulyasiya vasitəsi olur.

    Görmək olur ki, Mark Libbinin məqsədi diplomatik fəaliyyətə uyğun olmayan bir hərəkətdir. Beynəlxalq öhdəliklərin pozulmasına imza atan diplomat barədə isə ölçü götürülməlidir. Hətta belə şeylərə görə diplomatları “persona non grata” elan edərlər.

    Ona görə də, cənab Libbi hərəkətlərinə və bəyanatlarına düzəliş etməsə, o, Bakının “qara siyahı”sına salına bilər.//oxu.az

  • Шарифов: Большая часть климатического финансирования должна поступать из развитых стран

    Большая часть средств на борьбу с климатическими изменениями должна поступать из развитых стран.

    Как передает корреспондент Report из Тбилиси, об этом заявил министр финансов Азербайджана Самир Шарифов в ходе семинара “Достижение результатов в сфере борьбы с климатическими изменениями для трансформации”, проводимого в рамках 57-го ежегодного собрания АБР в столице Грузии.

    “Нам приходится иметь дело с тем фактом, что большая часть выбросов углекислого газа приходится на не такое большое число стран мира. Если мы посмотрим на число компаний, которые являются лидерами в области выбросов, их также намного. Если сосредоточиться на этом, мы найдем способы привлечь их к выполнению климатической программы”,- сказал он.

    По словам Шарифова, мобилизация финансовых ресурсов для преодоления этих трудностей – важный вопрос.

    “Но я могу напомнить, что после глобального финансового кризиса 2008 года, мир продемонстрировал очень быстрые действия, когда G20 создала ряд механизмов для решения этой проблемы. Я полагаю, что подобное можно сделать и сейчас”,- добавил министр.

  • Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır

    İqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır.

    “Report”un Tbilisiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankı (AİB) 57-ci İllik Toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” seminarında deyib.

    “Biz karbon qazı tullantılarının böyük hissəsinin dünyanın o qədər də çox ölkəsinin payına düşməsi faktı ilə məşğul olmalıyıq. Emissiya sahəsində lider olan şirkətlərin sayına baxsaq, bunlar da çoxdur. Buna diqqət yetirsək, onları iqlim proqramına cəlb etməyin yollarını tapacağıq”, – nazir deyib.

    S.Şərifovun sözlərinə görə, bu çətinliklərin öhdəsindən gəlmək üçün maliyyə resurslarının səfərbər edilməsi vacib məsələdir.

    “Ancaq xatırlada bilərəm ki, 2008-ci il qlobal maliyyə böhranından sonra G20 bu problemi həll etmək üçün bir sıra mexanizmlər yaratdıqda dünya çox sürətli hərəkətlər göstərdi. Güman edirəm ki, bu, indi də edilə bilər”, – nazir əlavə edib.

    “Ancaq xatırlada bilərəm ki, 2008-ci il qlobal maliyyə böhranından sonra G20 bu problemi həll etmək üçün bir sıra mexanizmlər yaratdıqda dünya çox sürətli fəaliyyət göstərdi. Güman edirəm ki, bu, indi də edilə bilər”, – nazir vurğulayıb.

  • Botoksun psixikaya faydası üzə çıxdı

    Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu.

    Median.Az “Medicina”ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq və mimik əzələləri dondurmaq üçün kosmetologiyada geniş istifadə olunur.
    Eləcə də nevroloqlar tərəfindən bəzi nevroloji xəstəliklər, əzələ səyrimələri, miqren, baş ağrısı və sidik saxlamamada tətbiq edilir.

    Kaliforniya universitetinin alimləri botoksun antidepressant kimi işlədiyini öyrənib.
    Onlar ABŞ-ın FDA qurumunun bazasından istifadə edərək araşdırma aparıb.
    Bazada 40 min amerikalının botoksla terapiyadan sonra şikayət və nəticələri də toplanıb.

    Bu adamlar botoksu müxtəlif səbəblərdən müxtəlif nahiyələrə – alın, boyun, əzələ və ayaqlara vurdurublar.

    Məlum olub ki, bütün botoks etdirənləri 90%-i botoksdan sonra depressiyadan 40-50% daha az əziyyət çəkiblər, nəinki vurdurmayanlar.

    Eləcə də botoks olunan pasiyentlərin 22-70%-də təşviş hissləri azalıb.
    Botoksun psixikaya təsir mexanizmini öyrənən alimlərin ehtimalına görə, botulotoksin beyinin emosiya və əhvalı tənzimləyən hissələrinə düşür və sinir -əzələ vasitəsilə təsir edir.

    Buna görə də botulotoksindən depressiya vı təşviş pozuntusu zamanı istifadə yolları öyrənilməlidir.

  • Mayın 5-6-da maqnit qasırğası olacaq

    Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığından keçəcəyi proqnozlaşdırılır.

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “Report”a verilən xəbərə görə, Günəş aktivliyinin davam edəcəyi 4-6 may tarixləri üçün M (R1-R2 mülayim orta – radiorabitəni güclü əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı ehtimal olunur.

    Qeyd edilib ki, 4-6 may tarixləri üçün Günəş küləyi parametrlərinin artması və tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri hiss olunacaq. Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i günün sonu və 6-sı saat 14.00 radələrinədək daha güclü geomaqnit həyəcanlaşması hiss olunacaq.

    Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn yüksək sürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası gözlənilir.

  • В Азербайджане скончалась студентка БСУ

    Скончалась студентка IV курса факультета социальных наук Бакинского славянского университета (БСУ) Фидан Наджафова.

    Об этом говорится в публикации, размещенной на странице Azərbaycan Universitetləri в Facebook.

    Отмечается, что причиной смерти девушки стала продолжительная болезнь.