Month: May 2024

  • 11-ci sinif şagirdi vəfat etdi

    Xudatda məktəbli vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı.

  • Мария Захарова пожелала Еревану сил для объяснения позиции о конфликте в Украине – ВИДЕО

    Москва желает Еревану сил для объяснения слов спикера парламента Алена Симоняна, который использовал термин “вторжение”.

    Об этом, говоря о конфликте в Украине, заявила официальный представитель МИД России Мария Захарова, отвечая на вопрос NEWS.ru.

    Ранее Совфед РФ отправил в Ереван запрос для разъяснения слов А.Симоняна. В ответ спикер армянского парламента указал на то, что Беларусь и Турция тоже не признают “вхождение новых территорий в состав России”, и задал встречный вопрос: “Сил только на нас хватает?”

    “Не знаю, кто про какие силы говорит. Надеюсь, (тем), кто делает подобные заявления, хватит сил направить ответ на обращение российских парламентариев, который последовал 24 апреля. Как только Москва получит ответную реакцию, российские парламентарии его изучат. И при необходимости прокомментирует публично. Желаем сил для подготовки ответа”, – сказала М.Захарова.

    Ранее А.Симонян в ходе своего выступления на конференции председателей парламентов стран-членов ЕС в Испании заявил, что Ереван “решительно защищает территориальную целостность Украины”. В ответ на это председатель Совета Федерации Валентина Матвиенко поручила сенаторам направить в парламент Армении запрос с требованием пояснить, от чьего имени озвучиваются такие заявления и разделяют ли парламентарии подобные оценки. Она отметила, что армянский коллега переступил “красную линию”, и за него было стыдно.

    Источник: news.ru

  • Zaxarova: “İrəvana Ukrayna münaqişəsi ilə bağlı mövqeyini izah etmək üçün güc arzulayıram” – VİDEO

    Rəsmi Moskva Ukraynadakı münaqişə haqqında danışarkən “işğal” ifadəsini işlədən Ermənistan parlamentinin sədri Alen Simonyanın sözlərini izah etmək üçün İrəvana güc arzulayıb.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə NEWS.ru-nun sualını cavablandırarkən deyib.

    Daha əvvəl Rusiya Federasiya Şurası Simonyanın sözlərinə aydınlıq gətirməsi üçün İrəvana sorğu göndərib. Ermənistan parlamentinin spikeri isə cavabında qeyd edib ki, Belarus və Türkiyə də Rusiyanın yeni ərazilərini tanımır və bəzilərinin gücü yalnız İrəvana çatır.

    “Kimin hansı gücdən danışdığını bilmirəm. Ümid edirəm ki, bu cür bəyanatlarla çıxış edənlərin Rusiya parlamentarilərinin aprelin 24-də göndərdikləri müraciətinə cavab göndərməyə gücü çatacaq. Moskva cavab alan kimi Rusiya parlamentariləri onu diqqətlə oxuyacaq. Lazım gələrsə, ictimaiyyətə açıqlama verəcək. Cavab hazırlamaq üçün İrəvana güc arzulayırıq”, – deyə Zaxarova bildirib.

  • Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi – VİDEO

    Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, “Mixaylo” ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb.

    “Qafqazinfo” xəbər verir ki, oğlunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamov tərəfindən yersiz replika atıldığı iddia edilib.

    Belə ki, paylaşımlarda İ.Qulamovun Ş.Şıxəliyevanın yaxasında şəhid oğlu Mehtinin şəklini görərək “Oğlunuzun şəklini niyə yaxanıza asmısınız?! Ruhuna ağır gedər, adından istifadə etməyin!” dediyi bildirilib.

    Daha sonra hətta həkimin mübahisəni davam etdirərək müayinədən imtina etdiyi də qeyd edilib.

    Məlumata görə, Şəlalə Şıxəliyeva və oğlu Bakıya müayinə üçün Şirvan şəhərindən gəliblərmiş. Başqa klinikada ailəyə lazım olan cihaz olmadığı üçün Şirvana geri qayıtmağa məcbur olublar.

    Bu gün həkim-nevroloq İbrahim Qulamov video paylaşaraq baş verən hadisənin, əslində, anlaşmazlıq səbəbindən yaşandığını deyib. O, ifadələrinə görə şəhidin anasından üzr istəyib.

    Qeyd edək ki, XTQ giziri olan Mehti Şıxəliyev 2020-ci ilin 7 noyabrında Şuşa döyüşləri zamanı qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla, eləcə də “Qarabağ” ordeni ilə təltif edilib.

  • Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq

    Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq.

    Bu barədə Avropa Komissiyasının Mətbuat Xidməti məlumat yayıb.

    Mayın 6-da Parisdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə üçtərəfli görüş baş tutacaq.

    Qeyd edək ki, Ukrayna, Çin və Qərb ölkələri arasında ticarət və investisiyanın gündəlikdə olan mövzular olduğu ehtimal edilir.

  • Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi

    “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanovun 3 il əvvəl bəraət aldığı hökmdən verilmiş protest üzrə məhkəmə istintaqı tamamlanıb.

    “Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda prokuror çıxış edib.

    Dövlət ittihamçısı protestini belə əsaslandırıb ki, R.Dilanovun əməlinə görə 2 milyon manata yaxın ziyan dəyib. Amma Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verərək məhkəmə zalından azadlığa buraxıb.

    Çıxışda bəraətverici hökmün qanunauyğun olmadığı qeyd edilib. Bu səbəbdən hökmün ləğv edilməsi, ittihamedici qərar çıxarılması xahiş edilib.

    Bir neçə il davam edən apellyasiya baxışı bu gün başa çatıb. Həsən Əhmədovun sədrlik etdiyi hakimlər heyəti prokurorun protestini təmin edib.

    Qərara əsasən, bəraətverici hökm tamamilə ləğv edilib. Məhkəmə Dilanovu həbsə göndərməyib. Ona sınaq müddəti seçilməklə şərti cəza verilib.

    Müdafiə tərəfi qərardan narazı qalıb, kassasiya şikayəti verəcəklərini elan ediblər.

    Qeyd edək ki, R.Dilanov barədə 2019-cu ildə cinayət işi başlanıb. O, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatını mənimsəməkdə ittiham edilib. Dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə olunmadığı bildirilib.

    2021-ci ildə isə R.Dilanov barəsində bəraət hökmü çıxarılıb. Ruslan Dilanova qarşı irəli sürülən ittihamların məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyi elan edilib. Ona qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdü.

  • Rusiya XİN: Ermənistan KTMT-nin üzvü olaraq qalır

    Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

    “Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalmaqda davam edir. Buna görə də o, müvafiq öhdəlikləri, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi və təşkilatın Nizamnaməsi, həmçinin digər sənədlərlə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürməlidir. Əminik ki, istənilən halda KTMT Avrasiyada sülhün təhlükəsizliyinin, eləcə də ona üzv dövlətlərin təhlükəsizliyinin qorunmasına cavabdeh olan effektiv strukturdur və bu təşkilat belə də qalacaq”, – o vurğulayıb.

    ///report

  • İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

    Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərmana əsasən, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələrinə daxil olan sektorlar üzrə strateji planların, habelə bu planlar əsasında həmin sektorların ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanması və aidiyyəti üzrə təqdim olunması işi davam etdirilməlidir.

    Növbəti ortamüddətli dövr (2025 -2028-ci illər) ərzində dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat”, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölmələrinə daxil olan sektorlar ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb edilməlidirlər.

  • Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR

    Yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

    Bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası məlumat yayıb.

    Bildirilib ki,  ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

    Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

  • Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 3-ü saat 16:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 22 m/s, Şirvanda 20 m/s, Naftalanda 16 m/s-dək güclənib.

    Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrdir.

    Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Qaxda arabir yağış yağıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 17, Aran rayonlarında 26, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.