Month: May 2024

  • В Баку автомобиль сбил 63-летнюю женщину

    В Сураханском районе Баку произошло дорожно-транспортное происшествие с участием пешехода.

    Автомобиль сбил переходящую дорогу Джейран Абдулла гызы Сафярову (1961 г.р.).

    Пострадавшая госпитализирована. По факту ведется расследование.

  • Bakıda avtomobil 63 yaşlı qadını vurub

    Bakının Suraxanı rayonunda 63 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    1961-ci il təvəllüdlü Səfərova Ceyran Abdulla qızı yolu keçərkən avtomobil onu vurub.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Fakt araşdırılır.

  • В Великобритании начали задерживать нелегальных мигрантов для отправки в Руанду

    Сотрудники МВД Великобритании начали задерживать нелегальных мигрантов, которых планируют депортировать в Руанду.

    Об этом сообщил глава ведомства Джеймс Клеверли.

    “Наши специальные подразделения ведут активную работу, быстро задерживая тех, кто не имеет права здесь находиться, чтобы мы начали осуществлять рейсы в Руанду”, – отметил глава ведомства в письменном заявлении. “Наше партнерство будет удерживать мигрантов от совершения смертельно опасных рейсов через Ла-Манш”, – добавил он.

    В подготовленных центрах временного содержания нелегалов могут содержаться до 2,2 тыс. человек. Согласно планам британских властей, массовая депортация задержанных в Руанду начнется через 9-11 недель.

  • Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb

    Britaniya Daxili İşlər Nazirliyinin (DİN) rəsmiləri Ruandaya deportasiya etməyi planlaşdıran qanunsuz miqrantları saxlamağa başlayıb.

    Bu barədə DİN rəhbəri Ceyms Kleverli bildirib.

    “Xüsusi bölmələrimiz Ruandaya uçuşlar həyata keçirə bilməmiz üçün burada qalmaq hüququ olmayanları tez bir zamanda saxlamaq üçün fəal şəkildə işləyir”, – nazir deyib. “Bizim tərəfdaşlığımız miqrantları La-Manş vasitəsilə ölümcül kanallararası səyahətdən çəkindirəcək”, – o deyib.

    Qanunsuz mühacirlərin müvəqqəti saxlanılması üçün hazırlanmış mərkəzlərdə 2,2 minə qədər insan saxlanıla bilər. Britaniya hökumətinin planlarına görə, saxlanılanların Ruandaya kütləvi deportasiyası 9-11 həftə sonra başlayacaq.

  • Bakıda yol qəzasında bir neçə nəfər xəsarət alıb

    Bakının Nəsimi rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Qazıyev Orxan Əbülfəz oğlu və həmyaşıdları – Mahmudzadə Mirəli Miri oğlu, Osmanov Əli Mehdi oğlu ağır xəsarətlər alıb.

    Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı O.Qazıyevə açıq, Ə.Osmanova isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? – VİDEO

    Taksilərlə bağlı yeni qaydaların qəbulundan sonra taksi xidməti göstərən sahibkarların qazla işləyən avtomobillərə üstünlük verməsinin şahidi oluruq.

    Maraqlıdır, bu hal taksi sürücüləri üçündə əlverişlidirmi?

    Məsələ ilə bağlı “Xəzərxəbər”in taksi sürücüləri arasında apardığı sorğu nəticəsində onlar avtomobili qaz sisteminə çevirməyin təhlükəli və maliyyə baxımından doğru olmadığını bildiriblər.

    Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə qazla işləyən avtomobillərin digər nəqliyyat vasitələrindən sərfəli hesab olunsa da, xüsusilə qəza zamanı avtomobillərdə partlayış ehtimalının yüksək olduğunu qeyd edib.

    Ətraflı “Xəzərxəbər”in süjetində:

  • Минобороны РФ: Российские военные взяли под контроль село Бердычи в Донецкой области Украины

    Вооруженные силы Российской Федерации (ВС РФ) взяли под контроль село Бердычи в Донецкой области Украины.

    Об этом 2 мая сообщили в Минобороны России.

    “Подразделения группировки войск “Центр” в результате активных действий полностью “освободили” населенный пункт Бердычи “Донецкой Народной Республики” (кавычки наши – ред.)”, – говорится в сообщении ведомства.

  • Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər

    Rusiya Silahlı Qüvvələri “Donetsk Xalq Respublikası”nın (DXR) Berdıçi kəndini nəzarətə götürüb.

    Bu barədə mayın 2-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Mərkəz” qoşun qruplaşmasının bölmələri fəal hərəkətlər nəticəsində “Donetsk Xalq Respublikası”nın Berdıçi qəsəbəsini tamamilə azad edib”, – deyə nazirliyin açıqlamasında bildirilib.

    Bundan əlavə, Rusiya hərbçiləri “DXR”in Vozdvijenka, Kalinovo, Sokol, Novopokrovskoye və Proqres yaşayış məntəqələrinin ərazilərində müdafiə qüvvələrinin taktiki vəziyyətini yaxşılaşdırıb və Ukrayna Silahlı Qüvvələrinin birliklərini məğlub ediblər.

  • Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT – FOTO

    Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin rəqəmsal media sektorunun müdiri vəzifəsinə təyinat olub.

    Bu vəzifə Hacıağa Əliyevə həvalə edilib.

    O, Kənd Təsərrüfatı Nazirliyində uzun müddət idi ki, çalışırdı.

  • Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI – FOTO

    Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən H.Abdullayev saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, sürücü idarə etdiyi VAZ-21014 markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

    Yoxlama zamanı H.Abdullayevin narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana, eləcə də metadon həbi istifadə etdiyi müəyyən olunub.

    H.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

    Həmçinin, bölmə əməkdaşları motosiklet sürücülərinin təhlükəsizliyinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçiriblər. Sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmadan bu növ nəqliyyat vasitələri idarə edən sürücülər aşkar edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.