Month: May 2024

  • Президент Чада назначил новое правительство

    Президент Чада Махамат Идрисс Деби Итно назначил своим указом министров нового кабинета, предложенных премьером Алламаем Халиной.

    Об этом сообщил портал Tchadinfos.

    Согласно указу, государственным министром, министром иностранных дел, африканской интеграции, по делам чадцев за рубежом и международного сотрудничества, официальным представителем правительства стал Абдераман Куламалла. Государственным министром, министром юстиции и по правам человека, хранителем печати – Абдерахим Бреме Хамид, государственным министром, министром финансов, бюджета, экономики и плана – Тахир Хамид Нгилин.

    Министром вооруженных сил, по делам ветеранов и жертв войны назначен Исаха Малуа Джамус, общественной безопасности и иммиграции – Махамат Шарфадине Марги.

    Состав нового правительства Чада определился после вступления 23 мая в должность президента Махамата Идрисса Деби Итно, который был избран 6 мая.

    Таким образом, в Чаде завершен переход от военного к гражданскому правлению, который длился с 2021 года, когда на поле боя погиб президент Чада Идрисс Деби Итно – отец нынешнего главы государства.

  • Çad Prezidenti yeni hökuməti təyin edib

    Çad Prezidenti Mahamat İdriss Debi İtno Baş nazir Əllamə Halinanın təklifinə əsasən yeni hökumət kabinetinin nazirlərini təyin edib.

    Bu barədə “Tchadinfos” portalı məlumat yayıb.

    Çadın yeni hökumətinin tərkibi Prezident seçilən Mahamat İdriss Debu İtnonun mayın 23-də andiçmə mərasimindən sonra müəyyən edilib.

    Qeyd edək ki, hazırkı dövlət başçısı mayın 6-da seçilib.

    Beləliklə, Çad hazırkı dövlət başçısının atası döyüş meydanında həlak olduqdan sonra davam edən hərbi idarəetmədən mülki idarəçiliyə keçidi başa çatdırıb.

  • Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU

    Mayın 27-də Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindəki evdə 44 yaşlı Natavan Əhmədovanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    N.Əhmədovanın müəllim kimi işlədiyi bildirilsə də, onun Zaqatala rayon Çüdülbinə kənd kitabxanasının kitabxanaçısı vəzifəsində çalışması dəqiqləşib.

    Qardaşı tərəfindən güllələnərək qətlə yetirilən Natavanın fotosunu təqdim edirik:

    Qeyd edək ki, hadisənin qısqanclıq zəminində törədilməsi iddia edilib. Bildirilib ki, atasının vəfatının 25-ci ildönümü mərasimi ilə bağlı Natavan Əhmədova valideyninin evinə gəlib, burada 35 yaşlı Nurlan Əsgərov qonaqların gözləri qarşısında bacısını güllələyib.

    Məlum olub ki, hadisəni törədən N.Əsgərov narkotik istifadəçisidir. Onun üzərində məhkumluq var və elektron qolbaq daşıyır. N.Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb.

    Ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib./Publika.az

  • В Баку проходит международный теннисный турнир памяти Гейдара Алиева

    В Баку проходит международный теннисный турнир J-30 Baku, посвященный памяти великого лидера Гейдара Алиева.

    В соревнованиях в Бакинской теннисной академии наряду с местными спортсменами принимают участие 32 юноши и 30 девушек из Индии, Польши, Великобритании, Украины, Туниса, Турции, Израиля, Узбекистана, Румынии, Сербии, Казахстана и России.

    Ильхам Бахшалиев, Тамерлан Керимов, Эльвин Гашимов и Лала Эйвазова выступят в соревнованиях среди спортсменов в возрасте 18 лет.
    //report

  • Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan tennis üzrə beynəlxalq turnir keçirilir

    Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tennis üzrə beynəlxalq “J-30 Baku” turniri keçirilir.

    Bakı Tennis Akademiyasında təşkil edilən yarışda yerli idmançılarla yanaşı Polşa, Böyük Britaniya, Ukrayna, Tunis, Türkiyə, İsrail, Özbəkistan, Rumıniya, Serbiya, Qazaxıstan, Rusiya həmçinin Hindistandan 32 oğlan və 30 qız idmançı mübarizə aparır.

    18 yaş kateqoriyasında keçirilən turnirdə oğlanlardan İlham Baxşəliyev, Tamerlan Kərimov, Elvin Həşimov, qızlardan isə Lalə Eyvazova çıxış edir.
    //report

  • Парламент Грузии преодолел вето президента на закон об иноагентах

    Парламент Грузии преодолел вето президента страны на закон “О прозрачности иностранного влияния”.

    Согласно информации, 84 голосами депутаты проголосовали за принятие законопроекта в его первоначальном виде, четверо высказались против.

    Отмечается, что практически вся оппозиция в знак протеста покинула заседание и не участвовала в голосовании. Оппоненты властей присоединились к митингу на проспекте Руставели.

    Парламент Грузии принял закон об иноагентах в третьем чтении 14 мая. Вскоре президент наложила на него вето.

    После преодоления вето закон вновь направят на подпись президенту. Если Зурабишвили снова его не подпишет, его подпишет и опубликует спикер парламента Шалва Папуашвили. После публикации закон вступит в силу.

    Источник: newsgeorgia.ge

  • Gürcüstan parlamenti qalmaqallı qanunla bağlı prezident vetosunu aşdı

    Gürcüstan parlamentində “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi üzrə növbəti səsvermə baş tutub.

    Bu dəfə deputatlar qalmaqallı qanun layihəsi üzərində prezident Salome Zurabişvilinin qoyduğu vetonu səs çoxluğu ilə aradan qaldırıblar. Sənədin lehinə 84, əleyhinə isə dörd deputat səs verib.

    Qeyd edək ki, qanun layihəsi illik gəlirlərinin 20%-ni xaricdən maliyyələşdirən QHT və KİV-in qeydiyyata alınmasını tələb edir və onları bəyannamə doldurmağa məcbur edir.

    Mənbə: Sputnik

  • Bütün vətəndaşlara görə bu müavinət verilə bilər – Millət vəkili

    Azərbaycanda dünyasını dəyişən bütün vətəndaşlara görə dəfn müavinətinin təyin olunması təklif edilir.

    Bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

    O bildirib ki, dəfnə görə birdəfəlik müavinət “İşsizlikdən sığorta haqında” qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi alan, sığorta olunan şəxslər və ya əmək pensiyası alan şəxslər vəfat etdikdə ödənilir.

    “Hazırda müavinətin məbləği işsizlikdən sığorta alan və sığorta olunan şəxslər vəfat etdikdə 500 manat, əmək pensiyası alan şəxslər vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin 3 misli məbləğində müəyyən edilir.

    Praktik olaraq bu deməkdir ki, hazırda əmək pensiyalarının minimum məbləği 280 manat olduğuna görə bu ödəniş 840 manatdır. 280 manatı üçə vurulmaqla 840 manat ödəniş edilir.

    Müavinət müraciətetmə müddətindən asılı olmayaraq, vətəndaşın ölümü ilə əlaqədər onun dəfni ilə bağlı xərclər təyin edilir və ödənilir.

    Müraciətetmə qaydası digər sosial müavinətlərdə olduğu kimi, Dövlət Sosial Müdafiə Fonduna, Dost Mərkəzinə və şəhid ailələrinin ailə üzvləri, müharibə ilə əlaqədər xəsarət alan hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edilməklə mümkündür.

    Mövcud qaydalara əsasən, dəfn üçün müavinəti heç də bütün vətəndaşlar ala bilmir və bu zaman işsizlikdən sığorta ödənişi almayan, sığorta olunmayan və əmək pensiyası olmayan şəxslər vəfat etdikdə onların dəfninə görə ödəniş edilmir.

    Nəzərə alsaq ki, vətəndaşlarımızın bir qismi işsizlikdən sığorta almır və ya sığortalanmayıb və ya əmək pensiyası almır, əmək pensiyası tamam olmadan dünyasını dəyişir, bizim təqdim etdiyimiz təkliflər ondan ibarətdir ki, dəfnlə bağlı müavinət sığorta ödənişi edib-etməməsindən asılı olmayaraq, dünyasını dəyişən bütün vətəndaşlar üçün təyin olunsun”, – deyə deputat qeyd edib.

    O bildirib ki, bununla bağlı müzakirələr həm Milli Məclisdə, həm də komitə iclasında aparılıb və bu müzakirələr bu istiqamətdə praktik olaraq rəsmi müzakirələrin başlanması anlamına gəlir.

    “Ona görə gözlənir ki, bu müavinət qaydalar dəyişməklə sığorta ödəyən şəxslərlə yanaşı, digər şəxslərə də ödənilə bilər və bu, imkan verə bilər ki, bu müavinəti bütün dünyasını dəyişmiş vətəndaşlarımızın yaxınları və ya ailə üzvləri istifadə etsin. Bu, dəfn xərcinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması deməkdir.

    O baxımdan, biz istisnasız olaraq dünyasını dəyişən bütün şəxslərlə bağlı dəfn müavinətinin təyin olunmasını təklif edirik”, – deyə deputat əlavə edib.

  • Выдвинет ли внук Хомейни свою кандидатуру на выборах президента Ирана?

    Внук основателя Исламской Республики Иран аятоллы Рухоллы Хомейни – Хасан Хомейни – не будет выдвигать свою кандидатуру на внеочередных выборах президента страны.

    Об этом сообщил глава Института письменного наследия покойного верховного лидера Мохаммад Али Ансари, близкий к внуку Хомейни.

    “Я знаю, что у него нет никаких оснований для выдвижения своей кандидатуры”, – заявил Ансари.

    Ранее некоторые эксперты высказывали предположение, что после гибели президента Эбрахима Раиси одним из кандидатов на пост главы исполнительной власти может стать Хасан Хомейни.

    По информации местных СМИ, в борьбу за пост президента Ирана, выборы которого состоятся через два месяца, могут вступить действующий глава судебной власти Ирана Голям Хосейн Мохсени-Эджеи и исполняющий обязанности президента страны Мохаммад Мохбер. Существует вероятность выдвижения кандидатур бывшим и нынешним спикерами иранского парламента (Меджлиса) – Али Лариджани и Мохаммадом Багером Галибафом. Оба политика уже принимали участие в выборах президента в 2005 году. Галибаф также выдвигал свою кандидатуру в 2013 году, однако проиграл их Хасану Роухани.

    Источник: Tasnim

  • Xomeyninin nəvəsindən prezident seçkisi ilə bağlı qərar: Namizəd olacaqmı?

    İranın qurucusu, ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni növbədənkənar prezident seçkisində öz namizədliyini irəli sürməyəcək.

    Bu barədə Yazılı İrs İnstitutunun rəhbəri Məhəmməd Əli Ənsari “Tasnim” agentliyinə müsahibəsində bildirib.

    Qeyd edək ki, daha əvvəl bəzi ekspertlər prezident İbrahim Rəisinin ölümündən sonra Həsən Xomeyninin dövlət başçısı postuna namizədlərdən biri ola biləcəyini hesab edirdilər.