Month: May 2024

  • ANAMA: На освобожденных территориях обезврежены еще 204 мины

    В ходе операций по разминированию с 20 по 26 мая на освобожденных от оккупации территориях Азербайджана обезврежены 32 противотанковых, 172 противопехотных мин, 274 неразорвавшихся боеприпасов.

    Об этом сообщает Median.Az со ссылкой на еженедельную информацию Агентства Азербайджана по разминированию (ANAMA) о гуманитарных операциях по разминированию.

    В общей сложности 1 164.9 га территории очищены от мин и неразорвавшихся боеприпасов.

    Операции по разминированию проводились ANAMA, министерством обороны, министерством по чрезвычайным ситуациям и Госпогранслужбой.

  • Azad olunmuş ərazilərdə 204 mina zərərsizləşdirilib

    Azad olunan ərazilərdə mayın 20-26-da 32 tank əleyhinə mina, 172 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən 1 164.9 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
    //report

  • Завтра в Азербайджане ожидается до 28 градусов тепла

    28 мая в Баку и на Абшеронском полуострове осадков не ожидается.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Будет преобладать северо-западный ветер, который днем сменится северо-восточным. Температура воздуха ночью составит 13-18°, днем – 23-28° тепла. Атмосферное давление – 763 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 60-70%, днем – 45-55%.

    В большинстве районов Азербайджана преимущественно без осадков, однако днем в некоторых горных и предгорных районах местами ожидаются дожди, временами ливневого характера, вероятны грозы, град и туман. Будет преобладать умеренный восточный ветер. Температура воздуха ночью составит 13-17°, днем – 23-28° тепла, в горах ночью 5-10°, днем – 13-18° тепла.

  • Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

    Mayın 28-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

    Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

  • İtaliyanın Baş naziri NATO rəhbərini tənqid edib: Ehtiyatlı davranmalıyıq

    İtaliyanın Baş naziri Corca Meloni Qərb ölkələrinə Ukraynanın Rusiya ərazisinə onların təqdim etdiyi silahlarla zərbələr endirməsinə qoyulan qadağaya yenidən baxılması çağırışlarında ehtiyatlı olmağa çağırıb.

    Bu barədə İtaliya lideri “Rai3” telekanalının “Yarım saat sonra” verilişində deyib.

    “Stoltenberqin niyə belə bir şey söylədiyini bilmirəm, amma diqqətli olmalıyıq. NATO sərt və qeyri-müəyyənlik olmadan olmalıdır, lakin mən daha diqqətli olmağı tövsiyə edirəm”, – Baş nazir NATO-nun Baş katibi Yens Stoltenberqin bəyanatını şərh edərkən söyləyib.

    Xatırladaq ki, daha əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində Ukraynanın tərəfdaş ölkələrinin Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalı olduqlarını bildirmişdi.

  • NBC: в США из-за непогоды погибли не менее 15 человек

    По меньшей мере 15 человек в четырех американских штатах погибли из-за последствий бурь и торнадо.

    Об этом сообщает телекомпания NBC.

    По ее данным, семь человек, двое из которых – дети, погибли в штате Техас, два – в Оклахоме, пять – в Арканзасе и один – в Кентукки. Точное число пострадавших пока не называется, однако, как указывает NBC, несколько жителей Техаса получили травмы и были доставлены в больницы на машинах скорой помощи и вертолетах.

    По данным мониторингового ресурса PowerOutage.us, более 200 тыс. жителей Кентукки остались без электричества. Отключения затронули также более 81 тыс. потребителей в Арканзасе, 79 тыс. – в Миссури, более 41 тыс. – в Техасе и более 22 тыс. – в Теннесси.

  • NBC: ABŞ-də qasırğa və tornadolardan azı 15 nəfər ölüb

    ABŞ-nin dörd ştatında qasırğa və tornadoların fəsadlarından azı 15 nəfər ölüb.

    Bu barədə NBC telekanalı bildirib.

    Məlumata görə, ikisi uşaq olmaqla yeddi nəfər Texasda, ikisi Oklahomada, beşi Arkanzasda və bir nəfər Kentukki ştatında ölüb. Zərərçəkmişlərin dəqiq sayı açıqlanmasa da, NBC-nin verdiyi məlumata görə, Texasın bir neçə sakini xəsarət alıb və təcili yardım, həmçinin helikopterlə xəstəxanalara aparılıb.

    “PowerOutage.us” monitorinq resursunun məlumatına görə, 200 mindən çox Kentukki sakini işıqsız qalıb. Kəsintilər Arkanzasda 81 mindən, Missuridə 79 mindən, Texasda 41 mindən və Tennessidə 22 mindən çox istehlakçıya da təsir edib.

  • Karta yanlışlıqla göndərilən pulu necə geri qaytarmaq olur? – VİDEO

    “Əgər əməliyyat vəsaiti göndərən tərəfin öz iradəsi ilə həyata keçirilibsə və məbləğ onu qəbul edən tərəfin kart hesabına daxil olunsa, məbləğin geri qaytarılması bankın səlahiyyətləri xaricindədir”.

    Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində bank rəsmisi Yadigar Cəfərli deyib.

    O bildirib ki, əgər məbləği göndərən şəxs qarşı tərəfin hansısa hüquqi pozuntuya yol verdiyini düşünürsə, o, hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

    Məsələ ilə bağlı hüquqşünas Elyar Həsənov isə bu halda bankın heç nə edə bilməyəcəyini, qanunla sui-istifadə hallarına yol verilməməsi üçün bank məlumatlarının məxfi saxlanmalı olduğunu bildirib.

    “Bir vətəndaş heç bir hüquqi əsası olmadan digərinin pul vəsaitini əldə edirsə, pulu mənimsənilən şəxsin tələbi ilə bu vəsait ona geri göndərilməlidir. Əgər şəxs vəsaiti geri göndərməkdən imtina edirsə, bu, məhkəmə yolu ilə həyata keçirilə bilər”, – Elyar Həsənov qeyd edib.

    Ətraflı videomaterialda:

  • Vuçiç: Serbiya Azərbaycanın həyati mənafelərin müdafiəsində səmimi tərəfdaş olduğunu unutmayacaq

    Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir:

    “Möhtərəm cənab Prezident.

    Sizi Serbiya Respublikası xalqı adından və öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah arzu edirəm.

    Serbiya Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı etimada, təqdir və hörmətə, eyni zamanda, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir.

    İcazə verin, BMT Baş Assambleyasında yaxın zamanda keçirilmiş səsvermədə Azərbaycan Respublikasının göstərdiyi anlayış və mövqeyə, bununla da Serbiya Respublikasına, regionda sülh və sabitliyə dəstək verdiyinə görə minnətdarlığımı bildirim.

    İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə Serbiya Respublikası üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə ölkənizin göstərdiyi kömək və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası həyati mənafelərin müdafiəsində dəfələrlə səmimi tərəfdaşımız olduğunu nümayiş etdirib və biz Serbiya Respublikasında bunu unutmayacağıq.

    Ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində iştirakınızı yüksək qiymətləndirirəm. Əminəm ki, Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq qarşıdakı dövrdə də qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə möhkəmlənməyə və zənginləşməyə davam edəcək və Sizinlə birlikdə bu işə öz şəxsi töhfəmi verməyə hazır olduğumu bildirirəm.

    Bizim üçün ən mühüm milli və dövlət əhəmiyyəti daşıyan Kosovo və Metohiya məsələsi ilə bağlı göstərdiyiniz diqqət və dəstəyə görə də təşəkkür edirəm. Serbiya Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında Azərbaycan Respublikasının göstərdiyi prinsipial və qəti dəstək ölkənizin beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasına sadiqliyinin göstəricisidir. Əmin olun ki, Serbiya Respublikası da Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəkdir.

    Hörmətli cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm”.

  • Onlayn sifariş zamanı kartdan əlavə vəsait çıxılır? – AÇIQLAMA (FOTO)

    “Trendyol”dan sifariş etmişəm, üç gün sonra balansdan əlavə ödəniş çıxılıb”.

    Bununla bağlı sosial şəbəkədə şikayət yazılıb.

    Qeyd olunub ki, söhbət Azərbaycan Beynəlxalq Bankından (ABB) gedir. Bank əlavə vəsait çıxılmasının səbəbini müştəriyə türk lirəsində yaranmış məzənnə fərqi ilə əsaslandırıb.


    Məsələ ilə bağlı ABB-yə sorğu ünvanladıq. Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli bildirib ki, bu, ticarətdə normal bir praktikadır:

    “Əməliyyat edərkən vəsait bloklaşdırılır. Silinmə ilə bloklaşdırma arasında bir neçə saat fərq olur. Silinmə zamanı həmin an üçün olan məzənnə nədirsə, onunla silinir. Səbəb də məzənnənin bəzən dəyişkən olmasıdır. Belə olan halda müştəri məzənnə fərqindən qazana da, itirə də bilər”.

    Üç gün sonra balansdan pul silinməsi məsələsinə gəldikdə isə Y Cəfərli qeyd edib ki, əgər həqiqətən belə bir şey olubsa, bunu yalnız müştərinin kart məlumatlarına əsasən araşdırmaq mümkün olar.