Month: May 2024

  • Xudatda yaşayış binasında partlayış olub

    Xudat şəhərində yaşayış binasında partlayış baş verib.

    “Report”un Şimal bürosunun məlumatına görə, Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, ikimərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

    Hadisənin səbəbləri araşdırılır.

  • В Баку строится новая дорога (FOTO)

    В Ясамальском районе Баку ведутся работы по изменению схемы движения на улице Сулеймана Тагизаде возле “Тёвбя мечети” (ниже памятника Нариману Нариманову).

    Как сообщили Caliber.Az в местной Исполнительной власти, в частности, вместо крутого, зачастую провоцировавшего неисправность автомобилей подъёма (посредством которого водители выезжали мимо бывшего здания Евролицея и мечети к памятнику Н.Нариманову) строится объездная дорога.

    Она пройдет от здания мечети вбок к Центральному парку и наискосок выведет к проспекту Наримана Нариманова (бывшей улице Советская).

    Работы проводятся в рамках очередного этапа расширения территории Центрального парка (за счёт участка выше мечети “Тезепир”) и благоустройства территории.





  • Sürücülərə ŞAD XƏBƏR: Bakının ən dik yollarından biri ləğv olunur – XƏRİTƏ (FOTO)

    Bakının Yasamal rayonunda Tövbə məscidinin (Nəriman Nərimanov abidəsinin aşağısı) yaxınlığında yerləşən Süleyman Tağızadə küçəsində hərəkət sxeminin dəyişdirilməsi işləri aparılır.

    Bu barədə Caliber.az-a Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib.

    Məlumata görə, xüsusilə, avtomobillərin nasazlığına səbəb olan dik yoxuşun (sürücülərin keçmiş Avropa liseyinin binası və məscidi keçərək N.Nərimanov abidəsinə çıxdıqları yol) əvəzinə dolayı yol inşa edilir.

    Yeni yol məscid binasından yan tərəfə, Mərkəzi parka doğru uzanacaq və Nəriman Nərimanov prospektinə (keçmiş Sovetski küçəsi) çəpinə çıxacaq.

    İşlər Mərkəzi parkın ərazisinin genişləndirilməsi (Təzə pir məscidinin yuxarısındakı sahə hesabına) və ətraf ərazinin abadlaşdırılması çərçivəsində növbəti mərhələ kimi həyata keçirilir.





  • Kürdə suyun səviyyəsi azalmağa başlayıb

    “Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb”.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    Vurğulanıb ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 589 sm təşkil edir.

    Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı. Qeydə alınan ən yüksək səviyyə 27 may saat 7:00-da 628 sm-ə çatmışdı.

  • Səudiyyə Ərəbistanı ilə Suriya arasında 12 ildən sonra bir ilk

    Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriya ilə diplomatik əlaqələri bərpa edib.

    Səudiyyə Ərəbistanının rəsmi “Saudi Press” (SPA) agentliyinin məlumatına görə, Faysal Əl-Mudjil Səudiyyə Ərəbistanının Suriyadakı səfiri təyin edilib.

    Qeyd olunur ki, Faysal Əl-Mudjil 2012-ci ildə Səudiyyə Ərəbistanının Dəməşqdəki səfirliyi qapadılandan sonra Ər-Riyadı Suriyada təmsil edəcək ilk diplomat olacaq.

    Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri Suriyada vətəndaş müharibəsi başlayandan sonra müxalif qüvvələrə dəstək vermişdilər.

  • Франция отменит чрезвычайное положение в Новой Каледонии

    Французские власти приняли решение отменить чрезвычайное положение в Новой Каледонии, которое было введено 15 мая в связи с беспорядками.

    Об этом говорится в сообщении, опубликованном офисом Верховного комиссара этой заморской территории Франции в Тихом океане.

    “За последние 24 часа отмечена тенденция к стабилизации ситуации, – указывается в коммюнике. – Чрезвычайное положение в Новой Каледонии будет отменено начиная с 05:00 28 мая по местному времени (22:00 27 мая по Баку – ред.).

    Вместе с тем силы правопорядка по-прежнему будут находиться в режиме повышенной готовности. Власти также пока не намерены отменять комендантский час, действующий в вечерние и ночные часы.

    “В ходе пресечения беспорядков было задержано более 460 человек, – указывает офис Верховного комиссара. – Погибли 7 человек, в том числе 2 жандарма. Ранения получили 122 сотрудника правоохранительных органов”.

    Источник: ТАСС

  • Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyəti ləğv edir

    Yeni Kaledoniyada iğtişaşlar fonunda tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv ediləcək.

    Bu barədə AFP Yelisey sarayına istinadən məlumat verib.

    Agentliyin məlumatına görə, fövqəladə vəziyyət mayın 27-də axşam saatlarında ləğv ediləcək. Asayişin qorunması üçün Yeni Kaledoniyaya 480 jandarm göndəriləcək.

    Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun zorakılığın dərhal dayandırılması əmrinə baxmayaraq, bəzi bölgələrdə vəziyyət gərgin olaraq qalır. Yeni Zelandiya və Avstraliyanın hakimiyyət orqanları öz vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə etməyə davam edirlər.

    Xatırladaq ki, Yeni Kaledoniyada etirazlar 1998-ci ildə Numey Sazişinin bağlanmasından sonra bu ölkəyə gələn miqrantların səsvermədə iştirakına icazə verilməsini təklif edən konstitusiyaya düzəlişlərdən sonra başlayıb. Kanak xalqından olan yerli əhali ehtiyat edir ki, son 20 ildə ora köçən adanın Avropa əhalisinin bir hissəsi səsvermə hüququ qazanarsa, onlar azlıqda qala bilərlər.

    Mayın 23-də Yeni Kaledoniyaya səfər edən Fransa Prezidenti Emmanuel Makron konstitusiya islahatını zorla həyata keçirməyəcəyini bildirib və siyasi partiyalara razılaşmanın hazırlanması üçün bir neçə həftə vaxt verib.

  • Азербайджанский суд вынес решение в отношении Рубена Варданяна

    Рассмотрена жалоба на решение суда о продлении меры пресечения бывшему так называемому “государственному министру” незаконной структуры в Карабахе Рубену Варданяну.

    Как сообщает АПА, на процессе в Бакинском апелляционном суде было зачитано решение, согласно которому жалоба Р.Варданяна не была удовлетворена.

    Напомним, некоторое время назад ходатайство Главного следственного управления Службы государственной безопасности Азербайджана было рассмотрено в Сабаильском районном суде, в связи с чем срок ареста был продлен еще на пять месяцев.

    Рубен Варданян был задержан в Карабахе в прошлом году и доставлен в Баку. Ему предъявлены обвинения по статьям 214-1 (финансирование терроризма), 279.3 (участие в создании и деятельности вооруженных формирований или групп, не предусмотренных законом) и 318.1 (незаконное пересечение государственной границы Азербайджанской Республики) Уголовного кодекса АР.

    Напомним, ранее BBC и другие зарубежные СМИ выступили с обширными материалами расследования, разоблачающие механизмы отмывания денег Рубена Варданяна и другие его действия в разных странах.

  • Məhkəmə Ruben Vardanyanla bağlı qərar verib

    Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb.

    APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, Ruben Vardanyanın şikayəti təmin edilməyib.

    Xatırladaq ki, bir müddət əvvəl cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb və onun barəsində həbs qətimkan müddəti daha beş ay uzadılıb.

    Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.

    Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.

    Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdilər.

  • İran XİN: İranın Azərbaycanla əlaqələri düzgün yoldadır

    İranın Azərbaycanla əlaqələri düzgün yoldadır.

    Median.Az 
    APA-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında deyib.

    “Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpası məsələsi iki ölkə arasında əməkdaşlığın və əlaqələrin tərəqqisində razılaşdırılmış məsələlərdən biri olub. Ümid edirik ki, bu məsələ birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək”, – XİN sözçüsü qeyd edib.