Month: May 2024

  • Çörək məhsullarına dair sanitariya norma və qaydaları təsdiqlənib – FOTO

    Çörək məhsullarına dair sanitariya norma və qaydaları təsdiqlənib.
     
    Median.Az
     report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.
     
    Çörək məhsullarının orqanoleptik xüsusiyyətlərinə əsasən, xarici görünüşü baxımından tam bişmiş və qabarmış, özünəməxsus görünüşdə, qoxuda olmalı, rəngi bütün səth boyu eyni olmaqla üz qabığı çökük və yanmış olmamalı, daxili süngər kimi məsaməli olmalı, daxili xəmir kimi, yapışqan olmamalı, habelə daxilində kənar maddələr, qarışmamış, topa şəklində un, duz və digər inqrediyentlər olmamalı və üz qabığı ilə daxili arasında boşluq olmamalıdır.
     
    Eyni zamanda buğda çörəyinin daxili yekcins, özünəməxsus rəng, dad və qoxuda olmalı, kənar dad və qoxu hiss edilməməlidir.
     
    Buğda çörəyinin emalında dadverici maddələrin istifadəsinə yalnız üzərinə səpilməsi ilə yol verilir. Çörək məhsulları maya (Saccharomyces cerevisiae) əvəzinə və ya onunla birgə balatı əlavə edilməklə emal oluna bilər.

  • Məhkəmə Əziz Orucovun apellyasiya şikayətini təmin etməyib

    Bakı Apellyasiya Məhkəməsi “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun şikayətini təmin etməyib.
     
    Bu barədə report-a onun həyat yoldaşı Lamiyə Çerpanova bildirib.
     
    O bildirib ki, məhkəmə iclasında Ə.Orucovun barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha bir ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.
     
    Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
     
    Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
     
    Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

  • Azərbaycanda altıncı sinif şagirdi qəfil vəfat etdi

    Şabran rayon, Əmirxanlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Rəhim Pənah oğlu Əliyev dünyasını dəyişib.

    Bu barədə məktəb sosial media hesabında məlumat yayıb.

    Bildirilib ki, şagird qəfil vəfat edib.

  • Bakıda narkotik satışı ilə məşğul olan 21 nəfər tutulub – FOTO / VİDEO

    Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şöbələrinin may ayının əvvəlindən keçirdikləri əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, qanunsuz dövriyyədən 10 kiloqram müxtəlif növ narkotik vasitə çıxarılıb. Saxlanılanlardan Vüqar Dadaşlı, Tehran İsmayılov və Əhməd Aslanov paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.

    Saxlanılanlar barəsində cinayət işləri başlanılıb. Tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Elbrus Hümbətovdan bir ədəd “Kalaşnikov” avtomatı, yeddi ədəd patron və bir ədəd daraq aşkarlanıb. Əməliyyatlar zamanı talama cinayətləri törətdiyinə görə beş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər tutulub. Nərimanov rayonu ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində də silsilə tədbirlər görülüb. Nəticədə soyuq silah hesab olunan alətlərin satışı ilə məşğul olan iki nəfər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Onlardan 62 ədəd xəsarət yetirmə təyinatlı alətlər götürülüb.

  • Əhaliyə xəbərdarlıq – Mayın 31-i 18-dən başlayaraq…

    Mayın 31-dən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək.
     
    Zəif səviyyəli qasırğa gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayacaq. Geomaqnit qasırğası ayın 31-i 18:00-da güclənərək yerini az güclü geomaqnit qasırğasına verəcək və oyunun 2-si 15:00-dək davam edəcək.

    Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

    Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

  • Zaqatalada traktor yanıb

    Zaqatalada traktor yanıb.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 15:40-da rayonun Danaçı kənd sakini Abdulla Ramazan oğlu Ramazanov kənd ərazisində sahədə otbiçən aqreqat qoşulan traktorla sahədə işləyən zaman anidən yağın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində traktor yanaraq texnika yararsız hala düşüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В России выдвинули предложение относительно “Талибана”: какое решение примет Путин?

    Директор второго департамента Азии МИД РФ Замир Кабулов сообщил 27 мая, что российское внешнеполитическое ведомство, а также Минюст России доложили президенту России Владимиру Путину, что находящееся у власти в Афганистане движение “Талибан” (организация находится под санкциями ООН за террористическую деятельность и запрещена в РФ) можно исключать из списка запрещенных организаций.

    По словам дипломата, позиция была согласована с другими ведомствами. Он указал, что исключение движения из списка запрещенных обязательно перед его признанием.

    “Без этого о признании говорить будет преждевременно, поэтому этот вопрос продолжает прорабатываться. Все соображения доложены высшему руководству России. Ждем принятия решения”, – сказал он.

    Источник: ТАСС

  • Rusiyada “Taliban”la bağlı təklif irəli sürüldü: Putin hansı qərarı verəcək?

    “Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Prezident Vladimir Putinə məlumat verib ki, “Taliban” hərəkatı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla bilər”.

    Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Asiya İkinci Departamentinin direktoru Zamir Kabulov deyib.

    Onun sözlərinə görə, bu olmadan hərəkatın tanınması barədə danışmaq tez olacaq.

    “Bu (qadağan olunmuşlar siyahısından “Taliban”ın çıxarılması – red.) məcburidir. Bunsuz hərəkatın tanınması haqqında danışmaq tez olacaq. Ona görə də bu məsələ üzərində işlənilməsinə davam edilir. Bütün mülahizələrlə bağlı Rusiyanın ali rəhbərliyinə məlumat verilib. Biz qərarın qəbul olunmasını gözləyirik”, – deyə Kabulov bildirib.

    Diplomat onu da əlavə edib ki, Rusiya hərəkat nümayəndələrini Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət edib. Onun sözlərinə görə, “Taliban” Rusiyanın neft məhsulları ilə maraqlanır. Forumda Əfqanıstanın tranzit potensialı ilə yanaşı, bu mövzu da müzakirə oluna bilər.

    Mənbə: NEWS.ru

  • Bakı metrosu iş rejimini dəyişəcək

    28 May – Müstəqillik Günü ilə əlaqədar sabah “Bakı Metropoliteni” QSC-də iş rejiminə dəyişikliklər ediləcək.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, həmin gün “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkət intervalı saat 07:00-dan 21:00-dək 2 dəqiqə 30 saniyə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində və əksinə, qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

    Sərnişin axınının istiqamətlərindən asılı olaraq, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

    Bayram günü “Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə günü cədvəlindən istifadə etmələri xahiş olunur.

    Metropoliten istifadəçilərinin təhlükəsizliyi və sərnişin rahatlığı nəzərə alınmaqla, işçi heyəti üçün növbətçilik cədvəli əsasında iş rejimi müəyyənləşdirilib.

  • Azərbaycan Ordusunun hərbçisi faciəvi şəkildə vəfat edib

    Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

    Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

    “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda qeyd olunub.