Month: May 2024

  • Prezidentdən İsmət Abasovla bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Baş nazirin sabiq müavini İsmət Abasovla bağlı Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, sabah İ. Abasovun 70 yaşı tamam olur.

  • Президенту доложено о поднятии флага Азербайджана в четырех селах Газаха – ВИДЕО

    Сегодня в четырех освобожденных от оккупации селах Газаха был поднят государственный флаг Азербайджана.

    Начальник главного управления Государственной пограничной охраны Генерального штаба Государственной пограничной службы генерал-майор Вусал Султанов доложил об этом президенту Ильхаму Алиеву,

  • Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb – VİDEO

    Bu gün Qazaxın işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb.

    Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.

    Qeyd edək ki, Azərbaycan və Ermənitan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun dörd kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb

  • Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb

    “Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb”.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

    //mid.ru

  • Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov dəfn edilib

    Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Sabir oğlu Soltanovla Göyçay şəhərində keçirilən vida mərasimi başa çatıb.

    “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunub.

    Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Səbuhi Sabir oğlu Soltanov 1967-ci il mayın 21-də Göyçay şəhərində anadan olub. O, 1994-cü il yanvarın 22-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

  • Bakıda “Mercedes” və VAZ markalı avtomobilləri qaçıranlar ələ keçdilər

    Bakıda avtomobillər qaçırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, mayın 22-də gecə saatlarında Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Mercedes-Benz” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

    Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə rayon ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Tərlan Babayev saxlanılıb.

    Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən VAZ-2106 markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

    Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 may Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bununla bağlı parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

    O, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib.

    Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

  • ATV telekanalının əməkdaşı vəfat etdi – FOTO

    ATV telekanalının əməkdaşı Kəmalə Üzeyirova dünyasını dəyişib.

    Bu barədə telekanalın mətbuat katibi Ozal İbrahimli bildirib. O sosial şəbəkə hesabında mərhumun fotosunu paylaşaraq ATV telekanlı adından onun ailəsinə və yaxınlarına başsağlığı verib.

    Kəmalə Üzeyirova ötən gün vəfat edib.

  • Bu şəxslərin pensiyası artırılacaq

    Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.

    Bu dəyişiklik 186 nəfəri əhatə edəcək və illik əlavə maliyyə yükü 112 min manat olacaq.

    Belə ki, mövcud qanunvericiliyə görə, əlilliyi olan hərbi qulluqçulardan xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müvafiq təminat xərcliyinin – 60 faizi, orqanizmin funksiyalarının 61 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 55 faizi, orqanizmin funksiyalarının 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 35 faizi miqdarı həcmində əmək pensiyası ödənilir. Göründüyü kimi, digər dərəcələr arasında 20 faiz fərq olduğu halda, orqanizmin funksiyalarının 61 – 80 faiz və 31 – 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında cəmi 5 faiz fərq mövcuddur. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan hərbi qulluqçuların orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə, müvafiq təminat xərcliyinin 100 faizi, 61 – 80 faiz pozulmasına görə 80 faizi həcmində əmək pensiyası ödənilir.

    Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

  • Bakıda zəlzələ təlaşı: Bəzi binalar söküləcək

    Bakıda çoxmərtəbəli binaların zəlzələyə davamlılığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb. Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.

    Paytaxtda tikilən binaların zəlzələyə davamlı olub-olmaması ilə bağlı isə cəmiyyətdə təzadlı fikirlər mövcuddur. İnsanların bir qismi yeni tikililərin əvvəlki binalar kimi keyfiyyətli olmadığını desə də, bəziləri hazırkı binaların müasir standartlara tam cavab verdiyini düşünürlər.

    Bəs reallıqda vəziyyət necədir? Paytaxtda inşa olunmuş binalar zəlzələyə dözümlüdürmü?

    Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı 8-9 bal olaraq nəzərdə tutulub:

    “Açıqlanan məlumatlarda görünür ki, Bakı şəhərindəki binaların zəlzələyə orta davamlılığı təqribən 8-9 bal arasında hesablanır. Amma qeyd etdiyimiz rəqəm tam dəqiq şəkildə aparılacaq monitorinqin nəticələrindən sonra müəyyən olunacaq. Bu gün elə binalar var ki, onlar artıq öz istismar müddətini başa vurub. Bəzi binalar da var ki, yeni tikililər olsa da, ya düzgün ərazidə inşa olunmayıb, ya da seysmik baxımdan aktiv ərazidə inşa olunub”.

    Ekspert standartlara cavab verməyən binaların söküləcəyini bildirib:

    “Hər bir halda düşünürəm ki, monitorinqlər başa çatdıqdan sonra biz yekun nəticə haqqında danışa bilərik. Hələ ki istinad edəcəyimiz mənbə Türkiyədə baş verən zəlzələdən sonra, dövlət qurumlarımızın açıqladığı məlumatlardır ki, onlar da binaların davamlılıq göstəricisinin 8-9 bal arasında dəyişdiyini bildirirlər. Bu mənbələr isə tikinti prosesi dövründə həmin icra hakimiyyəti orqanlarının apardığı texniki ekspertizaların nəticələrinə əsaslanır. Təbii ki, əgər seysmik göstəriciləri normadan aşağı olarsa və bərkitmə kimi tədbirlər mümkün olmazsa, bu halda həmin binaların gələcək taleyi ilə bağlı qərar qəbul olunacaq”.