Month: May 2024

  • “Sumqayıt”ın futbolçularından maraqlı rəqs (VİDEO)

    “Sumqayıt”ın futbolçusu Rövlan Muradovun öz toyunda komanda yoldaşı Kazimir Ninqa ilə rəqsi gündəm olub.

    Toydan görüntülər sosial şəbəkələrdə yayılıb.

    Həmin görüntüləri təqdim edirik://Qafqazinfo.az

  • Cəlilabadda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb

    Cəlilabad rayonunda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.

    Hadisə rayonun Günəşli kəndində baş verib.

    Kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanı elektrik cərəyanı vurub. O, hadisə nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //apa

  • Kolumbiya Fələstində səfirlik açacaq

    Kolumbiya Prezidenti Qustavo Petro Fələstinin Ramallah şəhərində səfirliyin açılmasına göstəriş verib

    APA “Al-Jazeera”ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Luis Gilberto Murillo jurnalistlərə bildirib.

    Murillo əlavə edib ki, tezliklə daha çox ölkə Birləşmiş Millətlər Təşkilatı qarşısında Fələstin dövlətinin tanınmasını dəstəkləməyə başlayacaq.
    Xatırladaq ki, Kolumbiya mayın əvvəlində Təl-Əvivdən səfirini geri çağırıb və ölkə prezidenti deyib ki, Qəzzadakı müharibəyə görə İsraillə diplomatik əlaqələri kəsir. Səfirlik mayın 3-də bağlanıb.

  • Qiymətlərə təsir edən əsas amillər müəyyənləşdirilib

    Qiymət artımında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının rolunun olmayıb.

    APA xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

    Bildirilib ki, qlobal miqyasda, o cümlədən əsas xarici ticarət tərəfdaşlarında ikirəqəmli inflyasiyanın birrəqəmli inflyasiya ilə əvəzlənməsi ölkə daxilində qiymət artımının zəifləməsinə öz töhfəsini verib, manatın nominal effektiv məzənnəsi qiymət artımını azaldan əsas amillərdən olub. 2023-cü ildə istehlak qiymətləri indeksi əvvəlki ilə nisbətən 8,8% artıb ki, bu da yenidən baxılma zamanı proqnozlaşdırılmış göstəricidən 1,6 faiz bəndi, 2023-cü il üzrə dəqiqləşdirilmiş göstəricidən isə 0,7 faiz bəndi azdır. Əvvəlki illə müqayisədə orta illik inflyasiyada zəifləmə müşahidə edilib, bu, həm idxal olunan mallar üzrə qiymət artımının zəifləməsi, həm də əvvəlki illərdə qeydə alınan yüksək qiymət artımının təsirinin aradan qalxması ilə əlaqəli olub.

    Baxılan dövrün 5 ayında deflyasiya qeydə alınıb, aylıq ifadədə maksimum bahalaşma 1,5% olub. Mal və xidmətlərin qiymətləri il ərzində hər ay orta hesabla 0,2% (əvvəlki ildə analoji göstərici 1,1%) yüksəlib. İstehlak səbətinin bütün qrupları üzrə birrəqəmli artım izlənib.

    Xatırladaq ki, Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Rəyində 2023-cü ilin sonuna faktiki inflyasiyanın təqdim olunan inflyasiya gözləntisi ətrafında olacağı şərh edilmişdi. Bazis inflyasiyası 2023-cü ildə orta illik ifadədə 8,8% olub ki, bu da qiymət artımında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının rolunun olmadığını göstərir. Baxılan dövrdə istehsalçı qiymət indekslərinin də artım tempinin zəifləməsi müşahidə edilib. Belə ki, orta illik qiymət artımı idxal olunan məhsullar üzrə 16,7%-ə (ötən il 22,2%), kənd təsərrüfatı məhsulları üzrə 8,1%-ə (ötən il 15,9%), poçt və kuryer xidmətləri üzrə 1,1%-ə (ötən il 50,7%) enib. Əsas ticarət tərəfdaşlarının inflyasiya göstəricilərinin təhlili hesabat ilində bu ölkələrdə dəbahalaşma templərində azalmanın qeydə alındığını göstərib.

  • “Lamborghini” “uçan” kapotlara görə minlərlə avtomobili geri çağırır

    İtaliyanın avtomobil istehsalçısı “Lamborghini” 2,1 min Urus markalı avtomobilləri təmir üçün geri çağıracaq.

    Söhbət 2023-2024-cü illərdə istehsal olunan avtomobillərdən gedir.

    Belə ki, avtomobillərin kapotunda problem olduğu aşkarlanıb. Yüksək sürətlərdə kapot və ön bamper arasında kiçik boşluqlar yarana bilir ki, bu da artan hava axını zamanı kapotun açılmasına səbəb ola biər.

    Məlumata görə, kapot ya sadəcə açılıb ön şüşəyə dəyə, ya da tamamilə yerindən çıxa bilər. Bu, bütün yol istifadəçiləri üçün təhlükəlidir.

    Qeyd edək ki, “Lamborghini Urus”un qiyməti 200 min dollardır.
    //avtosfer.az

  • Dələduzluq yolu ilə hesabına pul ödətdirən şəxs saxlanıldı

    Dələduzluq yolu ilə hesabına pul ödətdirən şəxs saxlanılıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda paytaxt sakini olan 3 nəfəri aldadaraq hesabına 450 manat, 700 manat və 800 manat olmaqla ümumilikdə 1950 manat pul ödətdirməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Kəlbihüseyn Abuşov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • 69 ilin “Mercedes”i hərraca çıxarılır

    1955-ci il istehsalı olan “Mercedes-Benz 300 SL Gullwing” bu il “Monterey Jet Center” hərrac evində hərraca çıxarılacaq. Bu barədə İqtisadiyyat.az “Motorious”a istinadən xəbər verir. Məlumata görə, bu əlamətdar avtomobil fərqli qapıları ilə seçilir. Onun dəyəri 1,5 milyon dollardan 1,8 milyon dollara qədər qiymətləndirilir.

  • Azərbaycanda elektromobillərin istehsalı ilə bağlı layihələr gözlənilir

    Elektromobilə olan tələbatı nəzərə alaraq Azərbaycanda növbəti illərdə bu tip avtomobillərin istehsalı və ixracı ilə bağlı layihələr gözlənilir.

    Bunu “Report”a açıqlamasında Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gülay Həsənova deyib.

    O bildirib ki, ümumilikdə 2024-cü ildə Azərbaycanda 8 000 avtomobil istehsalı nəzərdə tutulub ki, bunlardan 6 000-i minik avtomobilləri, 2 000-i isə yük avtomobilləri və avtobuslardır.

    İcraçı direktorun sözlərinə görə, avtomobillərin qiyməti 17 min 800 manatdan başlayır və bu rəqəm 160 min manata qədər dəyişir.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd (il ərzində 75,2 % artıb) yük avtomobili və 948 ədəd (-24,7 %) minik avtomobili istehsal edilib.

  • Премьер Грузии заявил, что еврокомиссар припугнул его примером покушения на Фицо

    Премьер-министр Грузии Ираклий Кобахидзе заявил, что в разговоре с ним о принятом законе об иноагентах один из еврокомиссаров припугнул его примером недавнего покушения на премьера Словакии Роберта Фицо.

    Как передает Median.Az со ссылкой на ТАСС, слова Кобахидзе приводит пресс-служба правительства Грузии.

    “Даже на фоне продолжительного шантажа [со стороны Запада] была ошеломляющей угроза, которая прозвучала в телефонном разговоре с одним из еврокомиссаров. В беседе со мной еврокомиссар перечислил целый ряд мер, которые могут принять западные партнеры в случае преодоления вето на закон о прозрачности, и, перечисляя эти меры, отметил: “Вы же видели, что случилось с Фицо, и должны быть очень осторожны”, – сказано в заявлении.

    Премьер Грузии назвал крайне возмутительным пример покушения на Фицо в контексте принятого закона “О прозрачности иностранного влияния”. Как подчеркнул Кобахидзе, по предварительной информации, в деле покушения на премьера Словакии “выявляется след спецслужб одной из стран, которая особенно тесно связана с “глобальной партией войны”. Также он отметил, что в лице “глобальной партии войны” Тбилиси имеет дело с “чрезвычайно опасной силой, которая готова пойти на все для того, чтобы вызвать в Грузии беспорядки”.

    При этом, по его словам, планам так называемой глобальной партии войны не суждено сбыться и Грузия сохранит мир и политическую стабильность. Что касается угрозы со стороны еврокомиссара, то рассказать о ней премьер счел необходимым в качестве превентивной меры.

  • Gürcüstanın Baş naziri avrokomissarın onu təhdid etdiyini deyib

    “Xarici agentlər haqqında” qanunla bağlı müzakirələr zamanı Avropa komissarlarından biri məni Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına son sui-qəsd nümunəsi ilə qorxudub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

    “Hətta Qərbdən uzun müddətdir davam edən şantaj fonunda Avropa komissarlarından biri ilə telefon danışığında mənə qarşı hədə heyrətləndirici idi. Avropa komissarı mənimlə söhbətində bu qanuna veto aradan qaldırılarsa, Qərb tərəfdaşlarının görə biləcəyi bir sıra tədbirləri sadalayıb və daha sonra qeyd edib: “Fitso ilə hansı hadisənin baş verdiyini gördünüz, çox diqqətli olmalısınız”, – o qeyd edib.

    İ.Kobaxidze deyib ki, Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi ilə bağlı ölkələrdən birinin xüsusi xidmət orqanlarının izi aşkarlanıb və bu dövlət “qlobal müharibə tərəfdarları” ilə xüsusilə sıx bağlıdır.