Bakıda 17 yaşlı qız itkin düşüb.
APA xəbər verir ki, Sabunçu rayonu ərazisində yaşayan 2007-ci il təvəllüdlü Fidan Əhmədova yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşüb.
Faktla bağlı araşdırma aparılır.
Devid Blandın rəhbərlik etdiyi ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun tədqiqatçıları insan bitlərinin vəba xəstəliyinə səbəb olan Yersinia pestis bakteriyasını effektiv şəkildə ötürə biləcəyini aşkar ediblər.
Bu nəticələr mayın 21-də PLOS Biology jurnalında dərc olunub.
Y. pestis bir çox pandemiyanın, o cümlədən Avropada milyonlarla insanın ölümünə səbəb olan orta əsr Qara Ölümün səbəbidir. Əvvəllər hesab olunurdu ki, vəba xəstəliyinin əsas daşıyıcıları siçovullar və birələrdir, infeksiya onların dişləmələri ilə insanlara yoluxur. Bununla belə, yeni araşdırmalar göstərir ki, insan qanı ilə qidalanan bədən bitləri də vəba xəstəliyinin yayılmasında mühüm rol oynaya bilər.
Bədən bitlərinin Y. pestis daşıyıcısı kimi nə qədər təsirli ola biləcəyini öyrənmək üçün alimlər bir sıra laboratoriya təcrübələri aparıblar. Bitlərin bakteriya olan qanla qidalanmasına imkan vermək üçün isti insan dərisini təqlid edən membran qidalandırıcılardan istifadə etdilər. Tədqiqat nəticəsində məlum olub ki, bitlər uğurla Y. pestis ilə yoluxub və bakteriya olan qanla qidalandıqdan sonra onu müntəzəm olaraq ötürə bilirlər.
Üstəlik, alimlər Y. pestisin Pavlovski vəziləri kimi tanınan bitlərin tüpürcək vəzilərini yoluxdura biləcəyini aşkar ediblər. Pavlovski bezləri ilə yoluxmuş bitlər, infeksiyası həzm sistemi ilə məhdudlaşanlara nisbətən bakteriyaları daha effektiv ötürüb. Bu vəzilər bitlərin ağız hissələrinə sürtkü maddəsi ifraz edir və ağız üzvlərinin vəba bakteriyası ilə çirklənməsinə səbəb olur, sonra dişləmə yolu ilə insanlara keçə bilir.
Bu nəticələr göstərir ki, bədən bitləri Y. pestisin əvvəllər düşünüldüyündən daha təsirli vektoru ola və keçmiş vəba epidemiyalarında mühüm rol oynamış ola bilər.
Tədqiqat müəllifləri vurğulayırlar: “Biz aşkar etdik ki, insan orqanizmi bitləri Yersinia pestis-ə əvvəllər düşünüldüyündən daha yaxşı dözür. Bitlərə xas olan Pavlovskinin vəziləri yoluxa bilər və qanla qidalanmadan əvvəl həşəratın ağız üzvlərinə taun basillərini buraxaraq infeksiyanın ötürülməsini artırır”.
//qaynarinfo.az
Bakıda tanış olduğu şəxsin oteldə pullarını oğurlayan qadına hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə “Eleon” oteldə baş verib.
Belə ki, 2005-ci ildə Bakı şəhərində doğulmuş Esmira (şərti) Memar Əcəmi metrostansiyasının yaxınlığında ofisiant işlədiyi “555 çay evi”ndə Zamin (şərti) adlı müştəri ilə tanış olub.
Onlar Zaminlə “Eleon” oteldə gecələyiblər. Zamin yatdıqdan sonra Esmira onun 1500 manat pulunu götürərək, oteli tərk edib.
Məhkəmənin qərarə ilə qadın Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Tədqiqatçılar xəstənin fikirlərini real vaxt rejimində ispan və ingilis dillərinə çevirən süni intellekt (Sİ) sistemi hazırlayıblar.
Qaynarinfo xəbər verir ki, mayın 20-də Nature Biomedical Engineering jurnalında dərc edilən bu tapıntılar beynin nitqi necə emal etdiyini başa düşməkdə yeni zəmin yaradır və ünsiyyət pozğunluğu olan insanlarda çoxdilli nitqi bərpa edən cihazlara gətirib çıxara bilər.
Davisdəki Kaliforniya Universitetindən nevroloq Sergey Staviski qeyd edir ki, tədqiqat nitqin bərpası üçün neyroprotezlərin inkişafında mühüm addım olub. O vurğulayıb ki, tədqiqatın yalnız bir xəstənin iştirakı ilə aparılmasına baxmayaraq, nəticələr gələcəkdə bu strategiyanın uğurla tətbiq oluna biləcəyini göstərir.
Tədqiqatda Panço kimi tanınan xəstə 20 yaşında insult keçirib və bədəninin çox hissəsi iflic olub, nitqini itirib. Otuz yaşlarında o, insultun uzunmüddətli təsirlərini öyrənmək üçün Kaliforniya Universitetində, San-Fransiskoda neyrocərrah Edvard Çanqın eksperimentinin bir hissəsi olub. 2021-ci ildə Çanq komandası sinir fəaliyyətinin qeydə alınmasına və ekranda sözlərə çevrilməsinə imkan verən Pançonun korteksinə elektrodlar yerləşdirib.
Tərcümə edilə bilən ilk cümlə ingilis dilində “Mənim ailəm yaxınlıqdadır” cümləsi olub. Bununla belə, Panço üçün ispan dili doğma və daha mənalı olaraq qalır. Dil identikliyinin vacibliyini anlayan komanda Pançonun iki dildə danışmaq cəhdlərini deşifrə edə bilən süni intellekt sistemi hazırlayıb. Layihəyə aspirant Aleksandr Silva rəhbərlik edib.
Təcrübələr zamanı Panço 200-ə yaxın sözü tələffüz etməyə çalışıb ki, onların hər biri özünəməxsus sinir nümunəsi təşkil edib. İspan və İngilis dili modullarından ibarət Sİ sistemi bu nümunələri təhlil edib. Hər bir modul sinir nümunələri və kontekst əsasında ən çox ehtimal olunan sözü seçib.
Sistem ispan və ingilis dilini 88% dəqiqliklə ayırd edə və ifadələri 75% dəqiqliklə deşifrə edə bilib. Zaman keçdikcə Panço mənalı söhbətlər edə biləcəkdi. Bu nəticələr, hər iki dil fəaliyyətinin beynin eyni bölgəsində meydana gəldiyini, fərqli dillərin beynin müxtəlif hissələrini aktivləşdirdiyini iddia edən əvvəlki araşdırmalara zidd olduğunu göstərib.
Maraqlıdır ki, Pançonun yeni dillərə beyin reaksiyaları ingilis dilini daha gec öyrənməsinə baxmayaraq, ikidilli mühitdə böyüyən uşaqların beyin reaksiyalarına bənzəyib. Bu, müxtəlif dillərin ümumi nevroloji xüsusiyyətləri paylaşdığını göstərir.
Tədqiqatda iştirak etməyən Yaponiyanın Dokkyo Tibb Universitetinin nevroloqu Kenji Kansaku, növbəti addımın Mandarin və ya Yapon kimi fərqli artikulyasiya xüsusiyyətlərinə malik dilləri öyrənmək olacağını söyləyib. Silva həmçinin ünsiyyəti mümkün qədər təbii etmək üçün “kod dəyişdirmə” və ya eyni cümlə daxilində dilin dəyişdirilməsini araşdırmağı planlaşdırır.
“Sağlamlıq haqqında arayışı almaq üçün 50-60 manat tələb olunur”.
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Aydın Əliyev deyib.
Ekspert təklif edib ki, heç bir yerdə işləməyən əhali qrupu üçün bununla bağlı güzəşt nəzərdə tutulmalıdır:
“Adam işləmir, heç bir gəliri yoxdur. İşə düzəlmək istəyəndə sağlamlıq haqqında arayış tələb edirlər. İmkansız əhali üçün buna görə dövlət tərəfindən güzəştlər olmalıdır. Yəni, ya simvolik bir qiymət olmalıdır, ya da ödənişsiz olmalıdır”.
Aydın Əliyev sağlamlıq haqqında arayışın qiymətinin son günlər qaldırıldığını açıqlayıb:
“Əvvəl 40 manat idi, indi 50 manatdan yuxarı qaldırıblar”.
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda kanadalı Şadi Elnahasa qalib gəlib.
Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.
“Valideynlər qız uşaqlarının qatilidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bir günə 205 abortla bağlı məlumata aydınlıq gətirərkən deyib.
Sosioloq aidiyyatı qurumların bu problemə diqqət ayırmadığını qeyd edib:
“O təşkilatlar ki, bu məsələyə diqqət yetirməlidir, bunların çoxu diqqətin nədən ibarət olduğunu bilmir. Amma bunun qarşısını almaq mümkündür. Cəmiyyətdə belə hadisələrin çoxalması yalnız demoqrafik cəhətdən qorxulu deyil, mənəvi-psixoloji cəhətdən də dəhşətlidir. Valideynlər qız uşağının məhv olmasına qərar verir. Əslində onlar öz uşaqlarının qatilidir”.
Əhməd Qəşəmoğlu deyib ki, öz uşağını öldürən insanlarda daxili-psixoloji sarsıntı baş verir:
“Bu neqativ bir enerji formalaşdırır, bu da cəmiyyətə köklənir. Bu cür insanların ətrafına qarşı da hissiyyatlı olmayacaqlar. Çox qorxunc hadisədir, qarşısını almaq üçün çox ciddi elmi əasaslarla təbliğat işləri aparmaq lazımdır. Məsələn, hamilə qadınlarla maarifləndirmə işləri aparmaq olar. Hətta bəzi hallarda inzibati yollarla problemi həll etmək mümkündür”.
Sosioloq hesab edir ki, cəmiyyətdə gedən prosesləri başlı-başına buraxmaq olmaz.
Qeyd edək ki, Azərbaycanda ötən il 73 min 816 abort qeydə alınıb. Bu da hər günə 205 abort deməkdir. 2022-ci ildə isə bu say 58 min idi. Dövlət Statistika Komitəsinin digər məlumatına əsasən, ötən il 112 min 620 nəfər doğulub. Onun 59 min 814 ü oğlan, 52 min 806 sı isə qızdır. Cinslər arasındakı fərq 7 008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
Deputat Cavanşir Feyizyevə məxsus olduğu bildirilən “Dokta” MMC sanitariya-gigiyena və sanitariya epidemioloji qaydaları pozmaqda ittiham edilir.
Qaynarinfo-ya daxil olan məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati iş başlanıb.
215.4-cü maddə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması ilə bağlıdır.
İttihamdan belə aydın olur ki, Cavanşir Feyizyevə məxsus olduğu deyilən “Dokta” MMC-də sertifikasiyadan keçməyən şəxslər çalışır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 800 manatdan 1000 manatadək, hüquqi şəxslərin isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
İşə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sadrliyi ilə baxılacaq.
Əczaçılıq sahəsində fəaliyyət göstərən “Dokta” MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Muxtarov Elməddin Fəxrəddin oğludur. Ondan əvvəl şirkəti Sadıqov Elçin Ağasadıq oğlu təmsil edib.
Cavanşir Feyziyev barəsində mediada dərc edilən araşdırma materiallarında da “Dokta” MMC-nin deputata məxsus olduğu iddia edilir. Bu iddiaların təkzib olmasına dair heç bir məlumata rast gəlinmir.
Cavanşir Fyeziyevin həm də “Avromed” şirkətinin sahibi olduğu bildirilir. Bu şirkət dərman bazarının ən iri şirkətlərindən hesab edilir.
Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində qalanın təmir-bərpa işləri aparılır.
Bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımzadə deyib.
O bildirib ki, qalanın daxilində üç binada da təmir- bərpa işləri aparılır.
“Bunlar şəbəkə emalatxanası, diyarşünaslıq və qeyri yaşayış binasıdır. İlin sonuna qədər çalışacağıq ki, işləri başa çatdıraq. Bu binaların təmir-bərpa işlərindən sonrakı etaplarda Şəki Xan Sarayının bərpasına başlayacağıq”,-deyə memar qeyd edib.
“TikTok” sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında DİN-in Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında aparılan araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun “Hyundai” markalı, Surət Əliyevin isə “VAZ 2107” markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.
İdarədən verilən xəbərə görə, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyatı məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla – Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.