Month: May 2024

  • Əməkdar jurnalist 91 yaşında vəfat edib – FOTO

    Azərbaycanın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov 91 yaşında vəfat edib.

    Bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı nekroloqda bildirilib.

    Qeyd edək ki, Hüseynov Bəbir Qüdrət oğlu 1932-ci ildə Ağdam rayonunda doğulub. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olmuş Bəbir Hüseynov 1979-cu ildən “Ağdam” qəzetinin redaktoru kimi çalışıb.

  • Avropa çempionu “Yuventus”a qayıdır

    İtaliya millisinin heyətində Avropa çempionu olan Corco Kyellini “Yuventus” klubuna qayıdır.

    “Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 39 yaşlı sabiq müdafiəçinin Turin təmsilçisində texniki vəzifələrdən birini tutacağı gözlənilir.

    O, klubun əsas komandası ilə də sıx əməkdaşlıq edəcək.

    Qeyd edək ki, Corco Kyellini 2005-2022-ci illər aralığında “Yuventus”un formasını geyinib. Təcrübəli futbolçu daha sonra ABŞ-də “Los-Anceles”in uğurları üçün çalışıb və burada karyerasını bitirib. O, hazırda bu komandanın məşqçilər korpusunda yer alıb. Kyellini 2021-ci ildə yığma ilə Avropa çempionu olub.

  • Təhsilverənlərin etik davranış prinsipləri müəyyənləşib

    Azərbaycanda təhsilverənlərin etik davranış prinsipləri müəyyənləşib.

    “Report”un əldə etdiyi məlumatına görə, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda yer alan prinsiplərə əsasən, təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur.

    Təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.

    Təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməli, təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalı, xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməli, təhsilverənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır.

    Bundan başqa, təhsilverən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya siyasi mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır.

    Təhsilverən özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır.

    Eyni zamanda təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur . Təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir;

    Təhsilverən çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

    Təhsilverən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsilalanların, onların valideynləri və ya digər qanuni nümayəndələrinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməli, vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafeyi üçün istifadə etməməlidir.

  • Вопрос реставрации Дворца шекинских ханов обсуждается со специалистами

    Центр управления заповедниками при Государственном агентстве по туризму обсуждает со специалистами вопрос реставрации Дворца шекинских ханов.

    Как сообщает Report, об этом сказала зампредседателя правления центра Садагат Давудова на международной конференции “Археологический туризм и устойчивое управление” в Баку.

    “Данный вопрос находится в центре внимания”, – отметила она.

  • Şəki Xan Sarayının bərpa edilməsi ilə bağlı mütəxəssislərlə iş aparılır

    Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzi Şəki Xan Sarayının bərpa edilməsi ilə bağlı mütəxəssislərlə iş aparır.

    Bunu Mərkəzin İdarə Heyətinin sədr müavini Sədaqət Davudova Agentliyin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasnının Arxeologiya və Antropologiya Institutunun tərəfdaşlığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransda bildirib.

    “Hələ ki, bərpa işlərinə başlanılmayıb. Bu məsələ diqqət mərkəzindədir”, – deyə o qeyd edib.
    //report

  • Завтра воздух в Баку прогреется до 26 градусов

    24 мая в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В некоторых частях полуострова, начиная с дневных часов, местами ожидаются осадки. Будет преобладать северо-восточный ветер, который вечером сменится умеренным северо-западным.

    Температура воздуха ночью составит 13-17°, днем – 21-26° тепла. Атмосферное давление повысится с 761 до 764 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-80 %, днем – 50-55%.

    В некоторых районах Азербайджана местами ожидаются дожди, в отдельных местах интенсивные, не исключаются грозы, град и туман, в высокогорных районах – снег. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 10-15°, днем – 18-23° тепла, в горах ночью 3-8°, днем – 10-15° тепла.

  • Sabah Bakıda 26, rayonlarda 23 dərəcə isti olacaq

    Mayın 24-də paytaxt Bakıda havanın əsasən yağmursuz keçəcəyi, bölgələrdə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 13-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

  • Ötən il dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üçün sərf olunan vəsait açıqlanıb

    Keçən il Azərbaycanda dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə dövlət büdcəsindən 116,1 milyon manat vəsait yönəldilib.

    Bu, “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

    Qeyd olunub ki, bu göstərici 2022-ci illə müqayisədə 22 milyon manat və ya 23,4 faiz çoxdur.

    Hesabat dövründə sosialyönlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 8130,1 milyon manat (2022-ci illə müqayisədə 664,3 milyon manat və ya 8,9 faiz çox), sosial ödənişlər üzrə xərclərə 4396,4 milyon manat (2022-ci illə müqayisədə 845,8 milyon manat və ya 23,8 faiz çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 407,8 milyon manat vəsait yönəldilib.

    Ümumilikdə məcmu olaraq sosialyönlü xərclər 2023-cü il dövlət büdcəsi xərclərinin 35,8 faizini və ya 13050,4 milyon manatını təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1473,4 milyon manat və 12,7 faiz çoxdur.

    Son 5 ildə, yəni 2019-cu illə müqayisədə 2023-cü ildə sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4 faiz-bənd, mütləq ifadədə isə 5289,1 milyon manat və ya 1,7 dəfə artıb.

  • В Баку пройдет массовый субботник

    В Баку 25 мая пройдет масштабный внутренний общегородской субботник с целью повышения уровня санитарной чистоты города и обеспечения ухода за зелеными насаждениями.

    Об этом сообщили в исполнительной власти города Баку.

    В исполнительной власти призвали жителей столицы, коллективы предприятий, ведомств и организаций, а также предпринимателей и работников частного сектора принять активное участие в данном мероприятии.

  • Şənbə günü paytaxtda iməcilik keçiriləcək

    Paytaxt Bakıda şəhərin sanitar təmizlik səviyyəsinin yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə may ayının 25-də genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçiriləcək.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

    BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb.