Month: June 2024

  • Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatlarını dayandırıb

    Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatlarının dayandırıldığını açıqlayıb.

    Median.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.

    “Yeni Kaledoniyada seçicilərlə bağlı konstitusiya layihəsi dayandırılıb”, – o bildirib.

    2024-cü ildə Yeni Kaledoniyada etirazlar burada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən və yerli əhalinin hüquqlarını pozan qanun layihəsinə görə başlayıb.

  • AVRO-2024-ün açılış oyununun hakimləri bəlli olub

    Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.

    Median.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

    Ona Nikolya Dano və Benjamen Paje yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerom Brisar əyləşəcək. Onun köməkçiləri Villi Delajo və italiyalı Massimiliano İrrati olacaq.

    Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya – Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.

  • Азербайджан сократил чистые финансовые активы на 500 млн долларов в первом квартале

    Чистые финансовые активы Азербайджана сократились на 463,9 млн долларов США в первом квартале этого года.

    Как сообщает Median.Az со ссылкой на Центральный банк Азербайджана, это в 2,4 раза или на 58,5% меньше по сравнению с тем же периодом прошлого года.

    Квартальное снижение произошло за счет уменьшения на 11,9 млн долларов прямых инвестиций за рубежом (год назад был зафиксирован рост), увеличения на 4,4 млн долларов портфельных инвестиций (год назад было зафиксировано снижение) и уменьшения на 456,4 млн долларов прочих инвестиций (-37%).

  • Azərbaycan I rübdə xalis maliyyə aktivlərini 500 milyon dollara yaxın azaldıb

    Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivləri 463,9 milyon ABŞ dolları məbləğində azalıb.

    Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə və ya 58,5 % azdır.

    Rüblük azalma xaricə yönəldilmiş birbaşa investisiyaların 11,9 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub), portfel investisiyalarının 4,4 milyon ABŞ dolları artması (1 il bundan əvvəl azalma olub), digər investisiyaların isə 456,4 milyon ABŞ dolları azalması (37 % az) hesabına təmin edilib.
    //report

  • Azərbaycan cəmiyyətinin 84 faizi türk dövlətlərinin hərbi-siyasi əməkdaşlığını dəstəkləyir – SORĞU (FOTO)

    Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan cəmiyyətinin türk dövlətləri arasında əməkdaşlıq çərçivəsi barədə fikirlərini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib.

    Nəticələrə əsasən, respondentlərin 6.0%-i türk dövlətləri arasında əməkdaşlığın yalnız tarixi-mədəni əlaqələr çərçivəsində, 6.2%-i tarixi-mədəni və iqtisadi əməkdaşlıq çərçivəsində, 84.2%-i iqtisadi və mədəni əlaqələrlə yanaşı, hərbi-siyasi əməkdaşlıq formatında qurulmasını istədiyini bildirib. Respondentlərin 3.6%-i cavab verməkdə çətinlik çəkib.

    İctimai rəy sorğusunun nəticələri göstərir ki, Azərbaycan ictimaiyyəti Türk dünyası ölkələri arasında əməkdaşlıq vizyonunu türk mədəni irsinin qorunmasından enerji-nəqliyyat layihələri əsasında iqtisadi inteqrasiyanın təmin olunmasına, birgə siyasi-diplomatik fəaliyyətin təşkilindən regional təhlükəsizlik üçün vahid hərbi-təhlükəsizlik təsisatı kimi formalaşmağa qədər geniş müstəvidə dəyərləndirir.

    Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, yaşı 18 və ondan yuxarı olan 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

    Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.


    //report

  • Завтра в Азербайджане ожидаются дожди и грозы

    13 июня в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Однако днем в некоторых частях полуострова временами ожидаются дожди и грозы. Северо-западный ветер днем сменится северо-восточным.

    Температура воздуха ночью составит 20-24°, днем – 29-34° тепла. Атмосферное давление – 758 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-75 %, днем – 45-50%.

    В районах Азербайджана преимущественно без осадков, однако днем в некоторых горных районах ожидаются дожди и грозы, в отдельных местах интенсивные, вероятно выпадение града. Ночью и утром временами ожидается туман. Будет преобладать умеренный западный ветер.

    Температура воздуха ночью составит 18-23°, днем – 30-35° тепла, в горах ночью 10-15°, днем – 15-20° тепла.

  • Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

    İyunun 13-də Azərbaycanda havanın arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

  • AVRO-2024-ün təqvimi

    İyunun 14-də Almaniyada futbol üzrə Avropa çempionatına start veriləcək.

    Turnirdə 24 komanda mübarizə aparacaq.

    Bir ay davam edəcək yarışda 51 matç baş tutacaq.

    Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

    AVRO-2024-ün təqvimi

    14 iyun

    A qrupu: 23:00. Almaniya – Şotlandiya (Münhen)

    15 iyun
    A qrupu: 17:00. Macarıstan – İsveçrə (Köln)
    B qrupu: 20:00. İspaniya – Xorvatiya (Berlin)
    B qrupu: 23:00. İtaliya – Albaniya (Dortmund)

    16 iyun
    D qrupu: 17:00. Polşa – Niderland (Hamburq)
    C qrupu: 20:00. Sloveniya – Danimarka (Ştutqart)
    C qrupu: 23:00. Serbiya – İngiltərə (Helzenkirhen)

    17 iyun
    E qrupu: 17:00. Rumıniya – Ukrayna (Münhen)
    E qrupu: 20:00. Belçika – Slovakiya (Frankfurt)
    D qrupu: 23:00. Avstriya – Fransa (Düsseldorf)

    18 iyun
    F qrupu: 20:00. Türkiyə – Gürcüstan (Dortmund)
    F qrupu: 23:00. Portuqaliya – Çexiya (Leyptsiq)

    19 iyun
    B qrupu: 17:00. Xorvatiya – Albaniya (Hamburq)
    A qrupu: 20:00. Almaniya – Macarıstan (Ştutqart)
    A qrupu: 23:00. Şotlandiya – İsveçrə (Köln)

    20 iyun
    C qrupu: 17:00. Sloveniya – Serbiya (Münhen)
    C qrupu: 20:00. Danimarka – İngiltərə (Frankfurt)
    B qrupu: 23:00. İspaniya – İtaliya (Helzenkirhen)

    21 iyun
    E qrupu: 17:00. Slovakiya – Ukrayna (Düsseldorf)
    D qrupu: 20:00. Polşa – Avstriya (Berlin)
    D qrupu: 23:00. Niderland – Fransa (Leyptsiq)

    22 iyun
    F qrupu: 17:00. Gürcüstan – Çexiya (Ştutqart)
    F qrupu: 20:00. Türkiyə – Portuqaliya (Dortmund)
    E qrupu: 23:00. Belçika – Rumıniya (Köln)

    23 iyun
    A qrupu: 23:00. İsveçrə – Almaniya (Frankfurt)
    A qrupu: 23:00. Şotlandiya – Macarıstan (Ştutqart)

    24 iyun
    B qrupu: 23:00. Albaniya – İspaniya (Düsseldorf)
    B qrupu: 23:00. Xorvatiya – İtaliya (Leyptsiq)

    25 iyun
    D qrupu: 20:00. Niderland – Avstriya (Berlin)
    D qrupu: 20:00. Fransa – Polşa (Dortmund)
    C qrupu: 23:00. İngiltərə – Sloveniya (Köln)
    C qrupu: 23:00. Danimarka – Serbiya (Münhen)

    26 iyun
    E qrupu: 20:00. Slovakiya – Rumıniya (Frankfurt)
    E qrupu: 20:00. Ukrayna – Belçika (Ştutqart)
    F qrupu: 23:00. Gürcüstan – Portuqaliya (Helzenkirhen)
    F qrupu: 23:00. Çexiya – Türkiyə (Hamburq)

    29 iyun
    Matç 38. 1/8 final: 20:00. A qrupunda 2-ci – B qrupunda 2-ci (Berlin)
    Matç 37. 1/8 final: 23:00. A qrupunda 1-ci – C qupunda 2-ci (Dortmund)

    30 iyun
    Matç 40. 1/8 final: 20:00. C qrupunda 1-ci – D/E/F qrupunda 3-cü (Helzenkirhen)
    Matç 39. 1/8 final: 23:00. B qrupunda 1-ci – A/D/E/F qrupunda 3-cü (Köln)

    1 iyul
    Matç 42. 1/8 final: 20:00. D qrupunda 2-ci – E qrupunda 2-ci (Düsseldorf)
    Matç 41. 1/8 final: 23:00. F qrupunda 1-ci – A/B/C qrupunda 3-cü (Frankfurt)

    2 iyul
    Matç 43. 1/8 final: 20:00. E qrupunda 1-ci – A/B/C/D qrupunda 3-cü (Münhen)
    Matç 44. 1/8 final: 23:00. D qrupunda 1-ci – F qrupunda 2-ci (Leyptsiq)

    5 iyul
    Matç 45. 1/4 final: 20:00. 39-cu matçın qalibi – 37-ci matçın qalibi (Ştutqart)
    Matç 46. 1/4 final: 23:00. 41-ci matçın qalibi – 42-ci matçın qalibi (Hamburq)

    6 iyul
    Matç 48. 1/4 final: 20:00. 40-cı matçın qalibi – 38-ci matçın qalibi (Düsseldorf)
    Matç 47. 1/4 final: 23:00. 43-cü matçın qalibi – 44-cü matçın qalibi (Berlin)

    9 iyul
    Matç 49. yarımfinal: 23:00. 45-ci matçın qalibi – 46-cı matçın qalibi (Münhen)

    10 iyul
    Matç 50. yarımfinal: 23:00.47-ci matçın qalibi – 48-ci matçın qalibi (Dortmund)

    14 iyul
    Matç 51. Final: 23:00. 49-cu – 50-ci matçın qalibi (Berlin)

    //report

  • Средняя цена в 4-звездочных отелях в Азербайджане снизилась на 37%

    В январе-июле этого года в 4-звездочных отелях Азербайджана, внесенных в систему онлайн-бронирования booking.com, средняя цена за одну ночь проживания составила 161,7 маната, что на 36,8% меньше, чем аналогичный период прошлого года.

    Об этом сообщает Median.Az со ссылкой на отчет Государственного агентства по туризму.

    Самая высокая цена за отчетный период была зафиксирована в Габале – 321,6 маната за ночь, что на 35,6% больше, чем год назад.

    На втором месте расположились отели Абшерона со средней ценой 223,5 маната, что на 0,6% меньше, чем год назад.

    На третьем месте – отели Лерика, средняя цена в которых составляет 223,4 маната. В прошлом году в городе не было 4-звездочных отелей.

    Ночевка в 4-звездочных отелях в Исмаиллы в среднем обходится в 213,9 маната (+1,6%), Гусаре – 180,1 маната (в аналогичный период прошлого года 4-звездочных отелей не было), Нафталане – 174 маната (в аналогичный период прошлого года 4-звездочных отелей не было), Гахе – 159 манат (-15%), Баку – 154,7 маната (- 44,7%), Шеки – 147,3 маната (+7,3%), Хызы – 130,7 маната (в аналогичный период прошлого года 4-звездочных отелей не было), Огузе – 116,2 маната (+16% ), в Гяндже – 112,7 маната (+60%), Астаре – 102,1 маната (-7,1%), Лянкяране – 69,7 маната (-43,1%), Нахчыване – 68 манатов (-16,8%), Газахе – 60 манатов (в аналогичный период прошлого года 4-звездочных отелей не было).
    //report

  • Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 37 % azalıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 161,7 manat təşkil edib.

    Median.Az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 % azdır.

    Hesabat dövründə ən yüksək qiymət 321,6 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 35,6 % çoxdur.

    İkinci yerdə 223,5 manat olmaqla Abşeronun hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 0,6 % azdır.

    4 ulduzlu hotellər arasında üçüncü yeri isə 223,4 manat olmaqla Lerik tutub. Bu şəhərdə ötən il 4 ulduzlu hotel olmayıb.

    İsmayıllıda 4 ulduzlu hotellərdə bir gecə qalmaq 213,9 manata (+1,6 %), Qusarda 180,1 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Naftalanda 174 manat (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Qaxda 159 manata (-15 %), Bakıda 154,7 manata (- 44,7 % ), Şəkidə 147,3 manata (+7,3 %), Xızıda 130,7 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb) Oğuzda 116,2 manata (+16 % ), Gəncədə 112,7 manata (+60 %), Astarada 102,1 manata (-7,1 %), Astarada 108,9 manata (+21,8 % ), Lənkəranda 69,7 manata (-43,1%), Naxçıvanda 68 manata( -16,8), Qazaxda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb) başa gəlib.
    //report