Month: June 2024

  • Narkotik vasitənin təsiri altında qeyri-etik hərəkətlər edən sürücü həbs edilib – VİDEO

    Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində “Toyota” markalı, 77-XA-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsgəndərov Tahir Elşən oğlu qeyri-etik tərzdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Pol İdarəsi məlumat yayıb.

    Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.İsgəndərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

    “Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.İsgəndərovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib”.

  • İranda xanım kinorejissor həbsxanada müəmmalı şəkildə ölüb

    İranda ötən il keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün həbs olunmuş kinorejissor Bahar Lelehi Hacı Delay saxlanıldığı zindanda müəmmalı şəkildə ölüb.

    Bu barədə “İraninternational” məlumat yayıb.

    Bildirilib ki, Bahar xanımı ailə üzvləri dar çevrədə Tehran yaxınlığındakı Kərəc şəhərində, Beheşte-Səkinə qəbiristanlığında dəfn ediblər.

    Qeyd olunub ki, 40 yaşlı Bahar Lelehi Sur Universitetində kino rejissorluğu üzrə bakalavr dərəcəsi və Tarbiət Madras Universitetində ədəbiyyat üzrə magistr dərəcəsi alıb. O, karyerası dövründə qısametrajlı film festivalı və gənclərin bu istiqamətdə tədbirlərinə münsiflik edib. Son illərdə İran Gənclər Filmləri Assosiasiyasında müəllim və eyni zamanda Sur Film Akademiyasında müəllim olub.

    B.Lalehi 2022-ci il sentyabrın 27-də İranda başlamış “Qadın, həyat, azadlıq” hərəkatında fəal iştirak edib.

  • Azərbaycanda yüksəkvəzifəli şəxs həbs olundu

    Daşkəsən Rayonu Əhmədli Kənd Bələdiyyəsinin sədri Sərvaz Quliyevin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

    Daşkəsən Rayon Prokurorluğundan Manset.az-a bildirilib ki, istintaqla Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin mülkiyyətindəki torpaq sahələrinin müxtəlif şəxslərə ayrılmasına dair təkbaşına qərarlar qəbul etməsi, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini əla keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Sərvaz Quliyev 178.2.2, 178.2.3 (təkrar və qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

  • АЖД: Граждане смогут совершать оплату через Google Pay и Apple Pay

    В Азербайджане в ближайшем будущем граждане смогут приобретать билеты на поезда онлайн с использованием средств оплаты Google Pay и Apple Pay.

    Как сообщает Median.Az со ссылкой на ЗАО “Азербайджанские железные дороги” (АЖД), работы по внедрению указанных средств оплаты находятся на завершающей стадии.

    “Благодаря приложению ADY Mobile сегодня порядка 70% пассажиров покупают билеты на железнодорожные рейсы онлайн. Помимо этого, предпринимаются шаги для создания зон бесплатного Wi-Fi в поездах и на вокзалах”, – говорится в информации.

  • ADY: “Google Pay və “Apple Pay”lə bağlı işlər son mərhələdədir

    Azərbaycanda dəmir yolu ilə hərəkət edən sərnişinlərin “Google Pay və “Apple Pay” kimi ödəniş üsullarından istifadə etməklə qatarlara onlayn bilet ala bilməsi üçün aparılan işlər son mərhələdədir.

    Median.Az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

    “Artıq sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan “ADY Mobile” tətbiqi istifadəyə verilib. Görülmüş işlərin nəticəsində bu gün sərnişinlərin təxminən 70%-i səyahət ödənişlərini onlayn qaydada həyata keçirir. Bundan başqa, qatarlarda və stansiyalarda ödənişsiz “Wi-Fi” zonalarının yaradılması istiqamətində müvafiq addımlar atılır”, – deyə məlumatda əlavə olunub.

  • Bu il Bakıda 175 bağçada monitorinq aparılıb

    2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.

    Bu barədə “Report”a idarədən məlumat verilib.

    Qeyd olunub ki, monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.

    Monitorinq aparılan məktəbəqədər təhsil müəssisələrinə fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq təkliflər verilib, nəticəyönlü idarəetmə modelini formalaşdırmaq üçün analitik hesabatlar hazırlanıb.

  • Министр: К 2040 году спрос на авиаперевозки удвоится

    К 2040 году спрос на авиаперевозки, согласно отчету Global Air Transport Outlook Международной ассоциации воздушного транспорта (IATA), вырастет вдвое или в среднем на 3,4% в год.

    Об этом сказал министр цифрового развития и транспорта Рашад Набиев на Всемирном саммите по аэронавигации CANSO в Баку.

    “Резкий рост конфликтов и политической нестабильности в различных регионах препятствует обеспечению безопасности и координации воздушного движения. Кроме того, обязательства отрасли по достижению нулевого уровня выбросов к 2050 году возлагают дополнительную ответственность. Учитывая значительное давление, создаваемое этими факторами, члены CANSO, контролирующие 90% воздушного движения по всему миру, должны использовать коллективный опыт и прилагать совместные усилия для обеспечения устойчивых и безопасных глобальных авиаперевозок”, – сказал он.
    //report

  • Nazir: “2040-cı ilə qədər hava nəqliyyatına tələbat 2 dəfə artacaq”

    Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Global Air Transport Outlook” hesabatına əsasən, 2040-cı ilə qədər hava nəqliyyatına tələbat 2 dəfə və yaxud ildə orta hesabla 3,4 % artacaq.

    Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində bildirib.

    “Müxtəlif regionlarda münaqişələrin və siyasi qeyri-sabitliyin qəfil artması hava hərəkətinin təhlükəsizliyində və koordinasiyasında da qeyri-sabitlik yaradır. Bundan əlavə, sənayenin 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq öhdəliyi əlavə bir məsuliyyət yaradır. Bu amillərin yaratdığı əhəmiyyətli təzyiqləri nəzərə alaraq, dünya hava nəqliyyatının 90 %-nə nəzarət edən CANSO üzvləri davamlı, təhlükəsiz qlobal hava səyahətinin gələcəyi üçün təməl olan kollektiv təcrübə, birgə əməkdaşlıq səylərindən istifadə etməlidirlər”, – deyə o qeyd edib.
    //report

  • Глава ВОЗ потребовал немедленного освобождения задержанных в Йемене сотрудников ООН

    Сотрудники ООН и гуманитарных организаций, задержанные в Йемене, должны быть немедленно и безоговорочно освобождены.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил генеральный директор Всемирной организации здравоохранения (ВОЗ) Тедрос Аданом Гебрейесус.

    “Глубоко обеспокоен задержанием сотрудника ВОЗ в Йемене вместе с другими сотрудниками ООН и гуманитарными работниками. Мы тесно сотрудничаем с нашими коллегами из ООН, чтобы обеспечить их безопасность. Призываем к немедленному и безоговорочному освобождению задержанных. Гуманитарные работники никогда не должны становиться мишенями”, – подчеркнул Гебрейесус.

  • ÜST Yəməndə saxlanılan BMT əməkdaşlarının dərhal azad edilməsini tələb edib

    Yəməndə saxlanılan BMT və humanitar yardım işçiləri dərhal və qeyd-şərtsiz azad edilməlidir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

    “BMT-nin digər işçiləri ilə birlikdə Yəməndə ÜST əməkdaşının saxlanılmasından narahatam. Biz onların təhlükəsizliyini təmin etmək üçün BMT-dəki həmkarlarımızla sıx əməkdaşlıq edirik. Saxlanılanların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq. Humanitar işçilər heç vaxt hədəf olmamalıdır”, – o vurğulayıb.