Month: June 2024

  • В Низаминском районе 31-летнюю женщину сбил автомобиль

    В Низаминском районе Баку произошло дорожно-транспортное происшествие, в котором пострадала женщина-пешеход.

    Как сообщает Report, автомобиль сбил Мустафаеву Эльсану Анадулла гызы, 1993 года рождения, когда она переходила дорогу.

    Пострадавшую машиной скорой помощи доставили в больницу, где врачи диагностировали ей перелом челюсти.

    Обстоятельства инцидента выясняются.

  • Nizami rayonunda 31 yaşlı qadını avtomobil vurub

    Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mustafayeva Elsanə Ənədulla qızını vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çənə sümüyünün sınığı diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Niderland Ukrayna üçün dronlara 60 milyon avro ayırıb

    Niderland hökuməti Ukrayna üçün dronların alınması və istehsalı üçün 60 milyon avro ayırıb.

    Bu barədə Qərbi Avropa ölkəsinin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Kaysa Ollonqrenin Ukraynaya səfərinin yekunlarına dair press-relizdə bildirilib.

    Niderlandın hərbi qurumu qeyd edib ki, ayrılan vəsaitin 20 milyon avrosu bu ilin əvvəlində yaradılmış beynəlxalq koalisiyanın xətti ilə FPV-dronların alınmasına, daha 17,5 milyon avrosu isə dəniz dronlarının alınması üçün nəzərdə tutulub.

    “Ukrayna öz ölkəsində bu tip dronlar istehsal edə bilər, ona görə də Niderland da bu maliyyə töhfəsi ilə yerli biznesi stimullaşdıracaq… Qalan vəsait digər növ dronların alınmasına sərf olunacaq”, – o qeyd edib.

    Xatırladaq ki, daha əvvəl Niderlandın Baş naziri vəzifəsini müvəqqəti icra edən Mark Rutte Ukrayna Bərpa Konfransında çıxışı zamanı ölkəsinin Kiyevə 138 milyon avro ayırdığını açıqlamışdı.

  • İrəvanda etirazçılarla polis arasında toqquşmalar başladı: Parlament binasına girməyə çalışırlar (VİDEO)

    İrəvanda vəziyyət kəskinləşir.

    Ermənistan parlamentinin binası yaxınlığında izdiham yaranıb. Etirazçılarla polis qüvvələri arasında toqquşmalar başlayıb.

    Bununla bağlı “Telegram”ın Ermənistan seqmentində videogörüntülər yayılıb.

    Etirazçılar parlament binasına girməyə cəhd edirlər.

    “Vətən naminə Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Srbazan Nikol Paşinyanın parlament binasını tərk edə bilməməsi üçün binaya giriş və çıxışı bağlamağa çağırıb.

    Etirazçılar polisə qarşı butulkalar atmağa başlayıblar. Polis aksiya iştirakçılarına xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanlarının qanuni tələbini pozmağa çalışmasınlar, əks halda bütün qanuni tədbirlər görüləcəyini bildiriblər. Polis həmçinin qadın və uşaqları ərazini tərk etməyə çağırıb.

  • Küveytdə binada yanğın – 39 nəfər yanaraq can verdi – VİDEO

    Küveytdə dəhşətli yanğın baş verib.

    Yerli mətbuatın verdiyi məlumata görə, Manqaf şəhərində fəhlələrin yaşadığı binada yanğın baş verib. Hadisə yerli vaxtla səhər saat 6:00-da baş verib.

    Yüksəkrütbəli polis komandiri yanğının baş verdiyi binada çoxlu sayda işçi olduğunu, onlardan bəzilərinin xilas edildiyini bildirib.

    Küveytin Səhiyyə Nazirliyi hadisə nəticəsində 39 nəfərin yanıb öldüyünü, 43 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

    Yanıb ölənlər arasında xarici işçilərin də olduğu bildirilir. Ölənlərin bəzilərinin kimliyini belə müəyyən etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Bacısı oğlunu öldürən dayı DANIŞDI: “Ağacın altına qoydum ki, dirilsin”

    Ağcabədidə dayının bacısı oğlunu döyüb öldürməsi ilə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.
     
    Median.Az 
    lent.az-a istinadən xbər verir ki, ölən azyaşlının ana tərəfi Beyləqan, ata tərəfi isə Füzuli rayonundandır. Onlar Ağcabədinin Pərioğullar kəndinə fermada işləmək üçün gəliblər.
     
    Məlumata əsasən, 7 yaşlı oğlan epilepsiyalı olub. Naməlum səbəbdən dayı bacısı oğluna əsəbiləşib və əlindəki ağacla başına zərbə endirib. Zərbənin təsirindən uşaq özündən gedib. Dayısı deyib ki, uşaq huşunu itirdiyi üçün onu yaxınlıqdakı ağacın altına aparıb. Düşünüb ki, sərinliyə aparsa, uşaq özünə gələcək.
    O, əvvəlcə hadisədə bacısını da ittiham edib. Onun sözlərinə görə, bacısı da epilepsiyalı uşağının başına dəfələrlə vurub. Ancaq sonda dayı öz əməlini etiraf edib və uşağı özünün vurub öldürdüyünü boynuna alıb.
     
    Qeyd edək ki, Ağcabədi rayonunun Pərioğullar kəndində fermada çoban işləyən kişi 7 yaşlı bacısı oğlunun başına ağacla zərbələr vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

  • Azərbaycanda yüksək vəzifəyə yeni təyinat

    Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova yeni müşavir təyin edilib.

    “Unikal”ın məlumatına görə, bu vəzifəyə Rəşad Mehdiyev təyinat alıb.

  • Qırğızıstanda falçılar və ekstrasenslərlə bağlı YENİ QADAĞA

    Qırğızıstan Parlamenti falçıların, kahinlərin və ekstrasenslərin reklamlarının qadağan edilməsi üçün qanunvericiliyə dəyişiklikləri təsdiqləyib.

    Bu barədə TASS məlumat yayıb.

    Bildirilib ki, müvafiq qərar hər hansı sehr və digər etibarsız üsullarla xidmətlərin göstərilməsində vətəndaşların şüurunun manipulyasiyasına qarşı mübarizə məqsədi daşıyır.

    Sənədin əsaslandırma arayışında da qeyd edilib ki, bu cür fəaliyyətlə məşğul olan şəxslər insanlardan psixoloji bacarıqlarından istifadə edərək aldatma yolu ilə pul əldə edirlər.

  • Paşinyan: “ATƏT-in Minsk qrupu de-fakto fəaliyyətini dayandırıb”

    “Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) 2022-ci ilin fevralından sonra fəaliyyətini de-fakto dayandırıb”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

    “ATƏT-in Minsk Qrupu bizim siyasi leksikonumuzda bir növ ikonadır. Lakin biz başa düşürük ki, ATƏT-in Minsk Qrupunun üzvləri 2022-ci ilin fevralından sonra və hətta ondan əvvəl də bir-biri ilə əlaqə saxlamayıblar. Başqa sözlə, ATƏT-in Minsk Qrupu de-fakto mövcud deyil”, – o qeyd edib.

    Mənbə: Ermənistan KİV

  • “Avroviziya” qalibinin əmlakı müsadirə olundu

    Krımda Ukraynanı 2016-cı ildə “Avroviziya”da təmsil edən və qalib olan Camalanın əmlakı müsadirə edilib.

    Krım parlamentinin rəhbəri Vladimir Konstantinovun sözlərinə görə, qərar müğənninin əmlakına, həmçinin Aluştada qohumlarının adına rəsmiləşdirilmiş iki torpaq sahəsinə və yaşayış binasına şamil edilib.

    Siyasətçi bildirib ki, Rusiyaya qarşı düşmən mövqe tutan, habelə Kiyev hakimiyyətini dəstəkləyən və Ukrayna ordusuna himayədarlıq edən şəxslərin milliləşdirilmiş əmlakının siyahısını 110 obyektlə genişləndirən qərara Camalanın aktivləri daxil edilib.

    Qeyd edək ki, Camala daha əvvəl Rusiyada axtarışa verilib.
    //azxeber.com