Month: June 2024

  • Китайский зонд взлетел с обратной стороны Луны после сбора образцов грунта

    Китайский зонд “Чанъэ-6”, впервые в истории собравший образцы грунта с обратной стороны Луны, взлетел с поверхности естественного спутника Земли.

    Об этом сообщило агентство Синьхуа.

    “Во вторник утром с поверхности Луны взлетел китайский зонд “Чанъэ-6” с образцами грунта, которые впервые в человеческой истории были собраны с обратной стороны естественного спутника Земли. Взлетный модуль “Чанъэ-6″ вышел на заданную орбиту вокруг Луны”, — отмечает агентство.

    Ранее сообщалось, что посадочный модуль китайского аппарата успешно прилунился в заданном районе Южный полюс – Эйткен на обратной стороне Луны.

  • Çin zondu Ayın əks tərəfində süxur nümunələri toplayaraq havalanıb

    Tarixdə ilk dəfə Ayın əks tərəfindən süxur toplamış Çinin “Çane-6” zondu Yer kürəsinin peykindən havalanıb.

    Bu barədə ölkənin “Xinhua” agentliyi məlumat yayıb.

    “Çərşənbə axşamı səhər Çinin “Çane-6” zondu insanlıq tarixində ilk dəfə olaraq Yerin təbii peykinin əks tərəfindən toplanmış süxur nümunələri ilə Ayın səthindən havaya qalxıb. “Çane-6” uçuş modulu Ay ətrafındakı əvvəlcədən müəyyən edilmiş orbitə daxil olub”, – məlumatda diqqətə çatdırılıb.

    Xatırladaq ki, daha əvvəl sözügedən zondun Ayın əks tərəfindəki Cənub Qütbü-Eytken bölgəsinə endiyi bildirilmişdi.

  • В Турции два человека погибли в тяжелом ДТП

    Два человека погибли в результате наезда автомобиля на электрический столб в районе Айваджик провинции Чанаккале на северо-западе Турции.

    Как передает Median.Az со ссылкой на TRT Haber, об этом сообщило агентство “Анадолу”.

    Водитель автомобиля, выехавшего из села Бахарлар района, врезался в электрический столб на обочине дороги у въезда в село Узуналан.

    Пострадавших в ДТП водителя и пассажира доставили в больницу. Несмотря на усилия врачей, спасти их жизни не удалось.

    По факту ведется расследование.

  • Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb

    Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda nəqliyyat vasitəsinin elektrik dirəyinə çırpılması nəticəsində iki nəfər ölüb.

    Median.Az 
    “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

    Bildirilib ki, bölgədəki Baharlar kəndindən yola çıxan avtomobilin sürücüsü Uzunalan kəndinin girişində yol kənarındakı elektrik dirəyinə çırpılaraq onu aşırıb.

    Qeyd olunub ki, hadisədə yaralanan sürücü və sərnişini xəstəxanaya aparılsalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.

  • Banqladeş prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

    Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, təbrikdə deyilir:

    “Zati-aliləri.

    Əlamətdar bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

    Banqladeşlə Azərbaycan arasında ikitərəfli sıx dostluq əlaqələri mövcuddur. Qəti şəkildə inanıram ki, xalqlarımız iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini gələcəkdə daha da möhkəmləndirmək istiqamətində birlikdə işləməyə davam edəcəklər.

    Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Azərbaycan və BƏƏ XİN başçıları iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə ediblər

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

    Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, telefon danışığı zamanı BƏƏ ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlər, eləcə də onların möhkəmləndirilməsi yolları müzakirə edilib.

    Həmçinin Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlaqədar iqlim sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

    BƏƏ Xarici İşlər Nazirliyi bu mühüm qlobal tədbirə uğurla ev sahibliyi etməsi üçün Azərbaycana ən xoş arzularını bildirib.

    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri, Cənubi Qafqaz regionunda sabitlik və sülhün əsaslarının möhkəmləndirilməsi istiqamətində səyləri dəstəkləmək yollarını nəzərdən keçiriblər.

  • Скончался Вагиф Гусейнов

    На 82-м году жизни скончался Вагиф Гусейнов – бывший секретарь Центрального комитета Всесоюзного ленинского коммунистического союза молодёжи (ЦК ВЛКСМ), крупный политический деятель советского Азербайджана и звезда российской геополитической аналитики конца девяностых и двухтысячных годов.

    Первый приход в большую азербайджанскую политику – на должность руководителя столичного горкома партии в 1980 году. 1988 году был назначен на должность заведующего отделом организационно-партийной работы ЦК КП Азербайджана, 1989 год – председателя КГБ республики.

    Источник: mk.ru

  • Azərbaycanın keçmiş DTK sədri Vaqif Hüseynov vəfat etdi

    Keçmiş Sovet Azərbaycanının siyasi xadimi, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi və 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Rusiyanın geosiyasi analitiki Vaqif Hüseynov vəfat edib.

    Bildirilir ki, o, 82 yaşında idi və Rusiyada dünyasını dəyişib.

    Qeyd edək ki, V.Hüseynov 1989-1991-ci illərdə Azərbaycan DTK-nın sədri, uzun müddət Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri və digər vəzifələrdə çalışıb.

    Mənbə: MK.RU

  • Gəncədə nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

    Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Heydər Əliyev prospekti, 3B ünvanında fəaliyyət göstərən “Şah dönər”, Nəriman Nərimanov prospekti, bina 33 ünvanında fəaliyyət göstərən “Mustafa dönər” və “Sultan dönər” ictimai iaşə müəssisələrində yoxlamalar aparıblar.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, yoxlamalar zamanı dönərxanalarda qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

    Dönər ətlərinin emalı üçün xüsusi sahənin ayrılmadığı, temperatur rejiminə əməl olunmadığı, işçilər üçün ayrıca əl yuma çanaqlarının təşkil edilmədiyi, işçi heyətin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

    Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərlikləri barəsində inzibati qaydada tədbir görülüb, dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.

  • Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib

    Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib.

    “Report” xəbər verir ki, bu Prezident İlham Əliyevin iyunun 4-də imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana dəyişiklik etməsi ilə mümkün olub.

    Beləliklə, Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu belə olacaq:

    Strateji planlaşdırma və monitorinq baş idarəsi;

    Qanunvericilik baş idarəsi;

    Notariat, qeydiyyat və reyestr baş idarəsi;

    İcra xidməti (baş idarə səlahiyyətli);

    Probasiya xidməti (baş idarə səlahiyyətli);

    Beynəlxalq əməkdaşlıq baş idarəsi;

    Bələdiyyələrlə iş baş idarəsi;

    Cəzaların icrasına nəzarət baş idarəsi;

    İstintaq idarəsi;

    İnsan resursları idarəsi;

    Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi;

    Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi;

    Maliyyə və təminat idarəsi.

    Mətbuat xidməti (idarə səlahiyyətli)”;