Month: İyun 2024

  • Danimarka və Almaniya Baltik dənizində sualtı tunel inşa edəcəklər

    Danimarka və Almaniya 2029-cu ilə qədər Baltik dənizinin altında müvafiq olaraq Redbyu şəhərini Putqarten icması ilə birləşdirmək üçün sualtı tunel inşa edəcəklər.

    Bu barədə “Naked Science” nəşri məlumat yayıb.

    “Səyahətçilər Femarnbelt tunelindən keçmək üçün ya yeddi dəqiqə qatarla, ya da 10 dəqiqə avtomobillə gəzintiyə çıxmalı olacaqlar. Bu gün bərə ilə bu su maneəsini aşmaq 45 dəqiqə çəkir”, – nəşr qeyd edib.

    Tunelin eninə görə Qərbi Avropada ən böyüyü olacağı və istismar müddətinin azı 120 il olacağı gözlənilir. Tunel suyun altında orta hesabla 40 metr dərinlikdə quraşdırılacaq.

  • Livandan İsrailə 25 raket və 3 PUA atılıb

    Livandan İsrailin şimalına 25 raket və 3 pilotsuz uçuş aparatı (PUA) atılıb, qarşı tərəfin döyüşçüləri “Hizbullah” hərəkatının hərbi obyektlərinə zərbələr endirib.

    Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

    “Livandan Qalileya (İsrailin şimalında) doğru atılan 25-ə yaxın raket qeydə alınıb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb, Qalileyanın qərb hissəsindəki binaya ziyan dəyib. İsrailin yanğınsöndürmə xidmətləri hazırda atəş nəticəsində yaranan çoxsaylı yanğınların söndürülməsi üzərində işləyir”, – məlumatda deyilir.

    Mətbuat xidməti qeyd edib ki, ölkənin şimalında səslənən sirenlərdən sonra Livandan İsrailin şimal hissəsinə sərhəddən keçən və Qalileya bölgəsinə düşən üç düşmən PUA-sı aşkarlanıb. Zərərçəkənlərin olmadığı bildirilir.
    //report

  • Xaçmazda itkin düşən şəxs axtarılır

    Xaçmazda itkin düşən 27 yaşlı şəxs axtarılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, rayon ərazisində yaşayan 27 yaşlı Elşad İmran oğlu Müseyibov 2024-cü il iyunun 4-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

    Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

  • Daşkəsəndə dağ uçqunu olub

    Daşkəsəndə dağ uçqunu baş verib.

    Hadisə Gəncə-Daşkəsən yolunun 17-ci kilometrində, rayonun Bayan kəndi yaxınlığında qeydə alınıb.

    Güclü yağışdan sonra dağ uçqunu zamanı yolun hərəkət hissəsinə qayalar və torpaq axıb. Nəticədə, magistral yol qismən bağlanıb.

    Dərhal əraziyə Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunublar. Qısa zamanda yol açılıb.

    Qeyd edək ki, dağ uçqunu iki dəfə baş verib.

  • “Konyaspor” “Fənərbaxça”dan futbolçunu almaq istəyir

    Türkiyənin “Konyaspor” klubu transfer planlarını davam etdirir.

    “Yaşıl-ağlı” komanda “Fənərbaxça”nın hücumçusu Melih Bostanı transfer etmək istəyir.

    “Konyaspor” rəsmiləri 20 yaşlı futbolçunu transfer etmək istəyir, lakin “Fənərbaxça” hələ ki bu təklifi düşünür.

    Transfer prosesinin detallarını müzakirə etmək üçün iki klubun rəsmilərinin yaxın günlərdə görüşəcəyi gözlənilir.
    //azxeber

  • Narkotik vasitə qarşılığında kuryerliyə cəlb edilən şəxs saxlanılıb

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Xalid Şükürov saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, X.Şükürovdan 11 kiloqram marixuana, 3 kiloqram heroin, əlavə olaraq tiryək, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

    Araşdırmalarla onun narkotik vasitə qarşılığında İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi müəyyən edilib. X.Şükürov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırma aparılır.

  • Azərbaycanda nağdsız ödənişlərin məbləği mayda 60 % artıb

    Bu ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 60 % artaraq – 6 milyard 259 milyon manat təşkil edib.

    Median.Az 
    Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 5 milyard 245,6 milyon manatı (83,8 %) elektron ticarətin payına düşüb.

    Qalan məbləğin 1 003,3 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 62,2 %-ni təşkil edib.

    Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 17 milyon 867 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,1 %, ilin əvvəlinə nisbətən 5,6 %, illik müqayisədə isə 21,2 % çoxdur.

    Son 1 ildə ölkədə debet kartlarının sayı 22,1 % artaraq 15,585 milyona, kredit kartlarının sayı isə 15,3 % artaraq 2,282 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 9,514 milyard manat (illik müqayisədə 35,1 % çox) və 701 milyon manat (37,2 % çox) təşkil edib.

    Hesabat dövründə ölkədə bankomatların sayı 1,9 %, POS-terminalların sayı isə 17,7 % artaraq müvafiq olaraq 3 134 ədəd (Bakı üzrə 1 648 ədəd) və 94 719 ədəd (Bakı üzrə 61 136 ədəd) təşkil edib.

    Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur – “Visa İnternational”, “MasterCard İnternational”, “American Express”, “Diners Club İnternational” və “JCB Card”dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

  • İsmayıllının Qoydan kənd sakinlərinin təxliyəsinə başlanılıb

    İsmayıllı rayonunun Qoydan kəndində torpaq sürüşməsi nəticəsində sakinlərin təxliyəsinə başlanılıb.

    Bu barədə ”Report”un Yuxarı Şirvan bürosuna İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

    Qeyd edilib ki, sakinlərin müvəqqəti olaraq kirayə evlərə köçürülməsi nəzərdə tutulur.

    Qeyd edək ki, bir neçə gündür intensiv yağışlar nəticəsində rayonun Qoydan kənd ərazisində torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi kənd sakinlərinin evlərinə xeyli ziyan vurub, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.

    Ötən gün Qızıl Aypara Cəmiyyəti tərəfindən kənd sakinlərinə müvəqqəti məskunlaşmaq üçün xüsusi çadırlar verilməsinə baxmayaraq, artıq bu gündən FHN-in əməkdaşları sakinlərə kəndi dərhal tərk etməyi tövsiyə ediblər. Onların bir hissəsinin qohum evlərinə, bir hissəsinin isə kirayə mənzillərə köçürülməsi nəzərdə tutulur.

    Hazırda kənddə təxliyə işləri davam edir.

  • Dünən gecə qətlə yetirilən 31 yaşlı Rasimin FOTOSU

    İyunun 28-də saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədov tanışı tərəfindən qətlə yetirilib.

    İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

    Qətlə yetirilmiş 31 yaşlı Rasimin fotosunu təqdim edirik.
     
    ///Qafqazinfo

  • ATƏT PA-nın baş katibi məlum oldu

    Roberto Montella yenidən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) baş katibi vəzifəsinə seçilib.

    Bu barədə ATƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, Roberto Montellanın yeni mandatı 2026-cı il yanvarın 1-dən başlayacaq və 2030-cu il dekabrın 31-də başa çatacaq.

    Baş katib Assambleyanın işlərinin idarə edilməsi, katibliyin fəaliyyət effektivliyinin təminatı və onun Kopenhagen və Vyanadakı ofislərinə nəzarət, həmçinin büronun, daimi komitənin və assambleyanın qərarlarının yerinə yetirilməsi üzrə ümumi məsuliyyət daşıyır.

    Xatırladaq ki, Roberto Montella ilk dəfə bu vəzifəni 2016-cı ilin yanvarında tutub. 2019-cu ildə Daimi Komitə onu 2021-ci il yanvarın 1-dən başlayan ikinci beşillik müddətə yenidən seçib.