Month: July 2024

  • Sərnişin düşürmək üçün avtobus zolağına keçən sürücülər də CƏZALANDIRILACAQLAR?

    İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklikdən sonra avtobus zolağına girən digər avtomobil sürücüsü 100 manat həcmində cərimələnir. Yeni tələbdən sonra şəhərdə qəribə mənzərə yaranıb. Bəzi avtomobil sahibləri avtobus zolağına girməmək üçün sərnişini yolun ortasında düşürürlər. Bu da qəza şəraiti yaradır.

    Maraqlıdır, sərnişini düşürmək üçün avtobus zolağına girən avtomobil sürücüləri də cərimələnəcəklər?

    Suala nəqliyyat üzrə ekspert Yasin Mustafayev aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, sərnişini düşürmək və yaxud götürmək üçün avtobus zolağına girən avtomobil sürücüsünü də 100 manat cərimə gözləyir:

    “Avtobus zolağına digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulmasında məqsəd ictimai nəqliyyatın rahat hərəkətinə daha geniş imkan yaratmaqdır. Hədəf odur ki, şəhərdə həm tıxac yaradan, həm də ətraf mühitə ziyanlı emissiyalar atan fərdi nəqliyyat vasitələrindən uzaqlaşıb, ictimai nəqliyyata üz tutulsun.

    Belə eləməsək, yaxın illərdə paytaxt küçələrində çox ciddi problemlər yaşanacaq. Bu gün eyni küçədə hərəkət edən 50-60 avtomobildəki insanları bir avtobus asanlıqla daşıya bilir. Biz ictimai nəqliyyatı daha əlçatan etsək və yaxşı təşviqat aparsaq, o zaman insanlar avtomobillərdən imtina edəcək, ictimai nəqliyyata üz tutacaq. Amma bu hədəfə çatana qədər biz haqqında danışdığımız mənzərə ilə rastlaşacağıq”.

    100 manat cərimədən yayınmaq üçün bəzi sürücülər sərnişini çox zaman yolun ortasında düşürür.

    Bəs yolun ortasında sərnişini düşürən sürücünü hansı cəza gözləyir?

    Müsahibimiz bu suala belə cavab verdi:

    “Bu halda sürücü dayanma və durma qaydasını pozmuş olur. Bu hərəkətə görə isə sürücünü 40 manat cərimə gözləyir”.

  • Saxta pul hazırlamaqda təqsirləndirilən Türkmənistan vətəndaşı ölkəsinə ekstradisiya edilib

    Saxta pul hazırlamada təqsirləndirilən Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanov ölkəsinə ekstradisiya edilib.

    Bu barədə “Report”a Azərbaycanın Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Qeyd olunub ki, H.Bekçanov 2019-cu ildə beynəlxalq axtarışa verilib və Azərbaycan Respublikası Baş Prokurorluğu onun ölkəsinə verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatətini təmin edilib.

    Bildirilib ki, Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında Azərbaycanda müəyyən edilərək həbs edilib.

    O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.

  • Mask Zukerberqlə istənilən qaydalar əsasında döyüşə hazır olduğunu bildirib

    ABŞ-li milyarder İlon Mask sahibkar Mark Zukerberqlə döyüşməyə hazır olduğunu xatırladıb.

    Median.Az osnmedia.ru-ya istinadən xəbər verir ki, bu sözlərin yer aldığı videonu “Fox News”un jurnalisti Kelli Fares sosial şəbəkə hesabında paylaşıb.

    Eyni zamanda, milyarderin fikrincə, döyüş istənilən qaydalar əsasında baş tuta bilər.

    “Mən Zukerberqlə hər yerdə, istənilən vaxt, istənilən qaydalar əsasında döyüşə hazıram”, – deyə Mask bildirib.

    Xatırladaq ki, bundan əvvəl Mask oktaqonda UFC qaydalarına uyğun döyüşməyə hazır olduğunu bildirmişdi.

  • Ayşənin anası ŞOK DETALLAR açıqladı – Görün nələr olub

    Xırdalanda əri tərəfindən binadan atılan 22 yaşlı Ayşən Kazımovanın anası kimi özünü təqdim edən qadın qızı ilə bağlı bəzi məlumatlar paylaşıb.

    News24.az-ın xəbərinə görə, onun danışdıqları sosial şəbəkələrdə yayılıb.

    Özünü qızın anası kimi təqdim edən qadın qızı və həyat yoldaşı Hüseyn Kazımov barəsində bəzi detallara aydınlıq gətirib:

    “Mənim qızım Sumqayıt Dövlət Universitetində oxuyub. Hüseyn mənim qızımı universitetindən yarımçıq qoydu. 3-cü kursdan onu universitetdən çıxartdı. Onun başını yedi, ağlını oğurladılar. Qızımı məktəbindən etdi, apardı. Apardığı bir gündən sonra da onun başına hicab bağladı. Qızım namaz qılırdı. Mən qızımın evinə sərbəst gedib-gələ bilmirdim. Mənim qızım necə xəyanət edə bilər axı?”

    Evin iki açarı olduğunu və bu açarın birinin qızında digərinin isə həyat yoldaşında qaldığını deyən qadın qeyd edib ki, Hüseyn evdə olmadığı zaman məni belə evə tək gəlməyə qoymurdu.

  • Yanacaq daşıyan maşın aşdı – yaralılar var – FOTOlar

    İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, qəza nəticəsində idarəetmədən çıxan yanacaq daşıyan maşın aşıb.

    Hadisə saat 16 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.

    Ələkbər Ələkbərovun idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan maşın dairəvi yola daxil olan zaman idarəetmədən çıxaraq aşıb.

    Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Yolda təhlükəsizlik təmin olunub. Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Buffon İtaliya millisinin idman direktoru olub

    “Yuventus”un və “Parma”nın keçmiş qapıçısı Canluici Buffon İtaliya millisinin idman direktoru olub.

    O, həm böyüklərdən, həm də gənclərdən ibarət komandalara nəzarət edəcək.

    46 yaşlı italiyalı mütəxəssis 2026-cı ildə keçiriləcək dünya çempionatında milli komandaya yaxşı çıxış etməkdə kömək edə biləcəyinə ümid edir.

    Qeyd edək kii, C.Buffon bundan əvvəl AVRO-2024-də İtaliya millisinin nümayəndə heyətinin rəhbəri olub.

  • Serbiya aviaşirkəti bu ilin sonuna qədər Bakıya uçuşlara başlaya bilər

    Bu ilin sonuna qədər “Air Serbia” şirkəti Belqraddan Bakıya birbaşa sınaq uçuşlarına başlamaq niyyətindədir.

    “Report” xəbər verir ki, bunu Serbiyanın mədəniyyət naziri, Azərbaycanla bu ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

    “Serbiya Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi nadir ölkələrdəndir. Lakin iki ölkə arasında birbaşa uçuş imkanı yoxdur. Yaxın günlərdə bununla bağlı Azərbaycanla videokonfrans keçirmək niyyətindəyik. İlk növbədə bu marşrutun aktivliyini yoxlamaq üçün bu ilin sonuna qədər aviareyslər həyata keçirməyi düşünürük”, – deyə o qeyd edib.

  • Глава Минфина Молдовы ушел в отставку

    Глава правительства Молдовы Дорин Речан сообщил об отставке с поста министра финансов Петру Ротару.

    Как передает Median.Az cо ссылкой на ТАСС, об этом написал Речан в Facebook.

    “Рад, что Ротару продолжит свою профессиональную деятельность на государственной службе в Национальном банке Молдовы”, – отметил он, выразив благодарность министру за его работу.

    Это уже пятая отставка в кабинете Речана за последние 12 месяцев. Ранее свои посты покинули глава МВД Анна Ревенко, министры образования и инфраструктуры Анатолий Топалэ и Лилия Дабижа, а также министр окружающей среды Иорданка-Родика Иорданова.

    Речан возглавил правительство Молдавии после Натальи Гаврилицы, которая подала в отставку в 2023 году на фоне акций протеста оппозиции.

  • Moldovanın maliyyə naziri istefa verib

    Moldovanın maliyyə naziri Petru Rotaru istefa verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova hökumətinin başçısı Dorin Reçan “Facebook”da yazıb.

    Bu, Reçanın başçılıq etdiyi kabinetdə son 12 ay ərzində artıq beşinci istefadır.

    Bundan əvvəl daxili işlər naziri Anna Revenko, təhsil və infrastruktur nazirləri Anatoli Topala və Liliya Dabija, eləcə də ətraf mühit naziri İordanka-Rodika İordanova da öz postlarını tərk ediblər.

  • TDT baş katibi Qırğızıstanın baş prokuroru ilə üzv ölkələr arasında əməkdaşlığı müzakirə edib

    Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömuraliyev Bişkekdə TDT-yə üzv dövlətlərin baş prokurorlarının üçüncü toplantısı çərçivəsində Qırğızıstanın baş prokuroru Maksat Asanalaliev ilə görüşüb.

    Bu barədə qurum məlumat yayıb.

    Qeyd olunub ki, tərəflər TDT-yə üzv ölkələrin baş prokurorluqları arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

    Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışıblar.