Month: July 2024

  • Meksika yığmasının yeni baş məşqçisi müəyyənləşib

    Meksika yığmasının yeni baş məşqçisi müəyyənləşib.

    Komanda Xavyer Aqirreyə tapşırılıb.

    Onun köməkçisi isə “Barselona”dan ayrılan Rafael Markes olub.

    Qeyd edək ki, 65 yaşlı mütəxəssis əvvəllər İspaniyanın “Malyorka”, “Leqanes”, “Atletiko”, Meksikanın “Monterrey”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” klublarında, həmçinin Misir və Yaponiya yığmalarında çalışıb.
    //report

  • Активы банковского сектора Азербайджана превысили 50 млрд манатов

    По состоянию на 1 июля этого года активы банковского сектора Азербайджана составили 50 млрд 328,1 млн манатов, что на 11,3% больше, чем на 1 июля прошлого года.

    Об этом сообщает Median.Az со ссылкой на Центральный банк Азербайджана (ЦБА).

    Выданные клиентам чистые кредиты составили 23 970,7 млн манатов активов банков. За последний год кредитный портфель сектора вырос на 19,5%, а доля кредитов в активах выросла с 44,4% до 47,6%.

    За отчетный период обязательства банковского сектора выросли на 12,2% и достигли 44 086,3 млн манатов, в том числе депозитный портфель вырос на 9,8% и достиг 35 185 млн манатов. Из них 13 880,3 млн манатов составляют депозиты физических лиц, а 21 304,8 млн манатов – депозиты юридических лиц. За год средства населения в банках выросли на 11,3%, а средства компаний – на 8,8%.

    За последний год обязательства банков перед ЦБА сократились в 2,3 раза и составили 47,1 млн манатов.

    Балансовый капитал сектора увеличился на 5,6% и составил 6 241,8 млн манатов.

  • Azərbaycanın bank sektorunun aktivləri 50 milyard manatı keçib

    Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 50 milyard 328,1 milyon manat təşkil edib.

    “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 11,3 % çoxdur.

    Bankların aktivlərinin 23 970,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44,4 %-dən 47,6 %-ə qalxıb.

    Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,2 % artaraq 44 086,3 milyon manata, o cümlədən depozit portfeli 9,8 % artaraq 35 185 milyon manata çatıb. Bunun 13 880,3 milyon manatı fiziki, 21 304,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 8,8 % artıb.

    Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,3 dəfə azalaraq 47,1 milyon manat olub.

    Sektorun balans kapitalı isə 5,6 % artaraq 6 241,8 milyon manat təşkil edib.

  • В Балакене автомобиль насмерть сбил женщину

    В Балакене женщина погибла в результате ДТП.

    Как сообщили Report в Шекинском региональном отделе пресс-службы МВД, 22 июля около 21:00 в селе Талалар Балакенского района Рамиль Мамедов за рулем автомобиля марки KİA сбил переходившую дорогу Сураю Муртузалиеву (1955 г.р.).

    От полученных травм женщина скончалась в больнице.

    По факту возбуждено уголовное дело.

  • Balakəndə avtomobil qadını vuraraq öldürüb

    Balakən rayonunda avtomobil qadını vuraraq öldürüb.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, iyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Sakit okeanın dibində oksigen istehsal edən minerallar aşkar edilib

    Şotlandiya, ABŞ və digər ölkələrdən olan beynəlxalq tədqiqatçılar qrupu okeanın dibindəki metal mineralların oksigen istehsal edə biləcəyini aşkar ediblər. Kəşf Yerin hidrosferini yalnız fotosintetik orqanizmlərin (yosunlar və fitoplankton) oksigenlə zənginləşdirdiyi ideyasına qarşıdır.

    Bu barədə araşdırma “Nature Geoscience” (NatGeo) elmi jurnalında dərc olunub.

    Mütəxəssislərin fikrincə, oksigeni polimetal düyünlər – dəniz dibindəki təbii mineral yataqları istehsal edir. Onların tərkibində kobalt, nikel, mis, litium, manqan və digər qiymətli elementlər var.

    Alimlər Sakit Okeanın şimal-şərqindəki sualtı dağ silsiləsi olan Klarion-Klipperton zonasında dənizin dibini tədqiq edərkən təsadüfən kəşf ediblər. Sensorlar oksigenin mövcudluğunu aşkar etdikdə, komanda əvvəlcə avadanlığın nasaz olduğunu güman edib. Lakin sonradan aparılan yoxlamalar zamanı qazın tərkibi təsdiqlənib.

    Sonrakı araşdırmalar zamanı məlum olub ki, oksigen pasın duzlu su ilə təmasda olması nəticəsində baş verən elektrokimyəvi reaksiya nəticəsində əmələ gəlir. Dəniz suyunu parçalamaq üçün 1,5 volt gərginlik kifayətdir. Fərdi nodüllər 0,95 volta qədər gərginliyə çata bilər. Çoxluqlara birləşərək, ətrafdakı mayeni oksigen və hidrogenə parçalamaq üçün kifayət qədər güclü bir cərəyan yaradırlar.
    //report

  • Израильскую делегацию на Олимпиаде будет круглосуточно охранять спецназ GIGN

    Отряды спецназа французской жандармерии GIGN будут круглосуточно охранять делегацию Израиля во время Олимпийских игр.

    Об этом сообщил министр внутренних дел Франции Жеральд Дарманен.

    “Я распорядился, чтобы GIGN дежурил 24 часа в сутки с первой секунды прибытия израильской делегации во Францию и до ее отъезда, а также израильских спортсменов, арбитров, членов олимпийского комитета. Угроза для них крайне высокая”, – сказал министр, комментируя заявление парламентария от левой партии “Неподчинившаяся Франция” (НФ) Тома Порта о том, что израильтянам будут не рады на Олимпиаде. “Таким образом важно дать понять израильтянам, как и другим делегациям, для которых сохраняется повышенный уровень угрозы, что им здесь рады”, – добавил Дарманен.

    По информации газеты Le Monde, помимо Израиля, служащие GIGN будут охранять делегацию Украины. Среди прочего членов этих делегаций будут сопровождать “небольшие группы” военнослужащих в гражданской одежде.

  • Olimpiadaya gedəcək İsrail nümayəndə heyətini xüsusi təyinatlılar qoruyacaq

    Fransa Jandarma İdarəsinin xüsusi təyinatlıları “GIGN” Olimpiya Oyunları zamanı İsrail nümayəndə heyətini gecə-gündüz qoruyacaq.

    Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin məlumat verib.

    “Mən “GIGN”ə İsrail nümayəndə heyətinin Fransaya gəlişinin ilk saniyəsindən yola salınana qədər, eləcə də israilli idmançıları, hakimləri, olimpiya komitəsinin üzvlərini 24 saat mühafizə etmələri barədə göstəriş vermişəm” ,- deyə o qeyd edib.

    “Le Monde” qəzetinin yazdığına görə, Ukrayna nümayəndə heyətini də “GIGN” əməkdaşları qoruyacaq. Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərini mülki geyimli hərbi qulluqçulardan ibarət kiçik qruplar müşayiət edəcək.

  • Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantlarla bağlı qanun qəbul olundu

    Rusiya Dövlət Duması miqrasiya siyasətinə dəyişiklikləri və miqrantlar üçün yeni deportasiya rejimi barədə qanunları qəbul edib.

    Bu barədə Rusiya Dövlət Dumasının saytında xəbər verilib.

    Bildirilir ki, qanun layihələri miqrantlar üçün yeni hüquqi deportasiya rejimi müəyyən edir və Rusiyada qanunsuz olan əcnəbilərə, həmçinin hüquq pozuntusu törədənlərə şamil ediləcək.

    Sənədə əsasən, onlara qarşı müxtəlif məhdudiyyətlər, məsələn, daşınmaz əmlak və nəqliyyat vasitələri almaq, avtomobil idarə etmək, Rusiya ərazisində sərbəst hərəkət etmək, nikaha daxil olmaq, banklarda yeni hesablar açmaq qadağası tətbiq edilə bilər.

    Bundan başqa məcburi ödənişlərin edilməsi üçün pul köçürmələri istisna olmaqla, “digər bank əməliyyatlarının həyata keçirilməsinə” qadağa qoyan düzəliş əlavə edilib. Bununla belə, deportasiya rejiminə düşən miqrant ayda 30 min rubla (təqribən 578 manat) qədər nağd pul çıxara biləcək.

    Deportasiya rejiminə düşənlərin məlumatları nəzarət olunan şəxslərin xüsusi reyestrində saxlanılacaq. Məlumatların reyestrdə yerləşdirildiyi gündən əcnəbi bu barədə məlumatlandırılmış hesab olunacaq.

    Əcnəbi Rusiyadan müddəti bitmiş və ya “texniki nasazlıqları” olan, lakin şəxsin identifikasiyasına imkan verən pasportla da çıxa biləcək.

    Bundan əlavə, miqrantların Rusiyada müvəqqəti qalma müddəti azaldılır. Hazırda onlar ölkədə yarım il ərzində 90 gün qala bilirlər, ancaq düzəlişlərlə miqrant bir il ərzində 90 gün ölkədə qala biləcək.

  • Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ! – Bu tarixdən…

    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır.

    Bu barədə Təhsil İnstitutundan məlumat verilib.

    Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

    Namizədlər 26 iyul saat 11:00-dan 28 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.

    “Nəzərinizə çatdırırıq ki, test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq”, – deyə məlumatda qeyd edilib.