Month: August 2024

  • İspaniya Ukraynanı hərbi yardımla təmin etməyi dayandırmayacaq

    İspaniya hökuməti Ukraynanı hərbi yardımla təmin etməyi davam etdirmək niyyətindədir.

    APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Marqarita Robles bildirib.

    “Ukrayna hər zaman İspaniyanın dəstəyindən istifadə edəcək”, – deyə o bildirib.

    O qeyd edib ki, İspaniya Ukrayna Silahlı Qüvvələrinə çox vacib olan müdafiə materialları göndərir.

    Ukrayna ordusunun Kursk bölgəsinə hücumu ilə bağlı Robles vurğulayıb ki, bu əməliyyatda İspaniyanın köməyindən istifadə edilməsinə dair məlumat yoxdur.

    Eyni zamanda o, Ukraynanın zəruri hesab etdiyi materiallardan istənilən vaxt istifadə edə biləcəyini istisna etməyib.

  • Bakıda gecə saatlarında qanunsuz süxur daşıyırla

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Sabunçu rayonunda və Abşeron rayonu Güzdək və Aşağı Güzdək qəsəbələrinin ərazisində gecə saatlarında qanunsuz süxur daşıyan nəqliyyat vasitələri müəyyən edilib.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

    Sabunçu rayonu ərazisində “Ford” markalı 90-MY-236 və 99-ZB-399, “Mersedes” markalı 99-TU-357, Abşeron rayonu Güzdək qəsəbəsində “Mercedes” markalı 99-BH-616, “HOWO” markalı 99-RO-742, KamAZ markalı 90-TY-221, “Şaqman” markalı 90-ME-611, 99-ZP-585, 77-LE-975, 99-OY-245, 99-ON-141, “Ford” markalı 99-EG-789, 99-TV-242, 77-XM-821, 77-HO-834, 99-XF-853, 05-BH-524 və “Daf” markalı 77-XF-321, Aşağı Güzdək qəsəbəsində isə “Kamaz” markalı 29-BA-302, 99-HN-327, 01-CN-079, 02-BG-202, 90-EM- 362, 01-CR-941, 10-MB-829, 90-VC-422, “Ford” markalı 99-NY-646 dövlət nömrə nişanlı yük avtomobilləri vasitəsilə ümumilikdə 304 m3 həcmində süxurun qanunsuz daşınması faktları məlum olub.

    Faktlarla bağlı akt tərtib olunub, nəqliyyat vasitələrinin məxsus olduğu şəxlərin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub. Daha sonra qanun pozucularının inzibati məsuliyyətə cəlb olunması üçün qanunamüvafiq tədbirlər görüləcək

  • Ali Məclisə seçkilərdə qeydə alınan namizədlərin siyahısı açıqladı

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək seçkilərdə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.

    Median.Az xəbər verir ki, Naxçıvan Ali Məclisinə deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.

    Siyahı ilə bu linkə keçid etməklə tanış olmaq olar.

  • 55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi DANIŞDI – VİDEO

    Ötən gün toyda sonra kütləvi zəhərlənmə olub. 50-dən çox şəxs xəstəxanaya yerləşdirilib.

    Sfera.az xəbər verir ki, hadisə Qəbələnin Zarağan kəndində qeydə alınıb.

    Məlumata görə, kənddəki restoranların birində keçirilən toydan sonra iştirakçıların halı pisləşib və xəstəxanaya kütləvi müraciət olub. TƏBİB-dən bildirilib ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər, 21 kişi, 34 qadın olmaqla qida zəhərlənməsi şübhəsi ilə müraciət edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

    Həmin restoranı işlədən Pərviz Kərimov bildirib ki, istifadə edilən bütün qida məhsulları toy yiyəsi tərəfindən gətirilib və hazırlanıb.

    Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  • Байден заявил о близости к заключению договоренностей по прекращению огня в Газе

    Израиль и ХАМАС близки к заключению соглашения по прекращению огня в секторе Газа и освобождению удерживаемых палестинским движением заложников.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил президент США Джо Байден, отвечая на вопросы журналистов в Белом доме.

    Он подчеркнул, что 16 августа занимался “усилиями по прекращению огня на Ближнем Востоке”. “Мы намного, намного ближе, чем три дня назад”, – отметил президент, говоря о переговорном процессе. “Я не хочу сглазить. <…> Мы еще не пришли к этому, – добавил он, – [но] мы близки”.

    По данным портала Axios, госсекретарь Энтони Блинкен 17 августа вечером вылетит в Израиль, где 19 августа встретится с премьер-министром Биньямином Нетаньяху. Как ожидается, после этого он посетит Египет и Катар.

    15 августа в Дохе начался новый раунд консультаций, направленных на достижение режима прекращения огня в секторе Газа и освобождение удерживаемых ХАМА

  • Bayden: İsrail və HƏMAS Qəzzada atəşkəs əldə etməyə yaxındır

    İsraillə HƏMAS Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı saziş bağlamağa yaxındır.

    Median.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

    O, avqustun 16-da Yaxın Şərqdə atəşkəs səylərində iştirak etdiyini vurğulayıb.

    “Biz atəşkəsə üç gün əvvəlkindən çox yaxınıq”, – Amerika lideri danışıqlar prosesi barədə danışarkən qeyd edib.

    “Axios” portalının məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinken avqustun 17-də axşam saatlarında İsrailə səfər edəcək və avqustun 19-da Baş nazir Benyamin Netanyahu ilə görüşəcək. Bundan sonra onun Misir və Qətərə səfəri gözlənilir.

    Avqustun 15-də Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlində olan girovları azad etmək məqsədi ilə Dohada məsləhətləşmələrin ye

  • Böyük Vətən müharibəsinin Masallıdan olan sonuncu iştirakçısı vəfat edib

    Böyük Vətən müharibəsinin Masallı rayonundan olan sonuncu sağ qalan iştirakçısı vəfat edib.

    Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

    Bildirilib ki, veteran Cənnət Teymurov 103 yaşında dünyasını dəyişib.

    C.Teymurov yaşadığı Masallı rayonunun Viləş kəndində dəfn olunub.

    Qeyd edək ki, Azərbaycan xalqı 1941-1945-ci illərdə faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

    İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

  • Ali məktəbə qəbulda test imtahanı ləğv edilir? – DİM sədri açıqladı

    İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”.

    Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində deyib.

    M.Abbaszadə deyib ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: “Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

    M.Abbaszadə bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: “Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.

  • Deputatlığa nam​​​​​​​izədlərin siyahısı açıqlandı: Talıbovların adı yoxdur

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək seçkilərdə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.

    Modern.az xəbər verir ki, Naxçıvan Ali Məclisinə deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.

    Siyahıda Naxçıvan Ali Məclisinin sabiq sədri, məclisin üzvü Vasif Talıbov və oğlu Seymur Talıbovun adı yoxdur.

    Qeyd edək ki, bundan əvvəl hər iki şəxsin deputatlığa namizəd olmayacağı barədə xəbər verilmişdi.

  • “Abzas Media”nın əməkdaşı barəsində əlavə ittihamlar

    “Abzas Media” işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində əlavə ittihamlar verilib.

    Bu barədə onun vəkili Şəhla Hümbətova məlumat yayıb.

    Belə ki, N.Absalamova 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2-ci maddələrlə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ittiham olunur.

    Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də N.Absalamova barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.