Month: August 2024

  • Президент присвоил высшее воинское звание “генерал-майор” военнослужащим ГПС

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал распоряжение о присвоении высшего воинского звания “генерал-майор” военнослужащим Государственной пограничной службы АР.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 24 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    Присвоить высшее воинское звание “генерал-майор” следующим военнослужащим Государственной пограничной службы Азербайджанской Республики:

    полковнику Бахману Рза оглу Бабаеву

    полковнику Эйюбу Вели оглу Мамедову

    полковнику Насибу Таир оглу Мирзоеву”.

  • Prezident DSX-nin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verdi

    Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə President.az məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

    1) Polkovnik Bəhmən Rza oğlu Babayevə,

    2) Polkovnik Əyyub Vəli oğlu Məmmədova,

    3) Polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.

  • Alimlər Günəş sistemində Yerə yaxın ən soyuq yeri aşkarlayıblar

    London Universiteti və Uorik Universitetinin (Böyük Britaniya) alimləri belə qənaətə gəliblər ki, Günəş sistemində ən soyuq yer Yerə yaxın ərazidə – Ayın səthində yerləşə bilər. Kosmik aparatların müşahidələrinin göstərdiyi kimi, Ayın bəzi sahələri uzaq Plutondan daha soyuqdur.

    Müvafiq araşdırmanı “Live Science” elmi portalı dərc edib.

    Mütəxəssislər 2009-cu ildə Ayın cənub qütbündəki kölgəli kraterlərdə NASA-nın ətraf mühitin vəziyyətini qiymətləndirən Ay Kəşfiyyat Orbiti missiyasının məlumatlarını təhlil ediblər. Ölçmələrə əsasən, bu yerlərdə temperatur -248,15°Selsi (25° Kelvin) təşkil edir.

    Müqayisə üçün deyək ki, Plutonun səthinin orta temperaturu -232,75°Selsi (40,4°Kelvin) təşkil edir.

    Alimlər əmindirlər ki, Ayın cənub qütbünün Merkuridən Mars və Yupiter arasındakı asteroid qurşağına qədər daxili Günəş sisteminin ən soyuq yeri olaraq qalır.

    Bununla belə, Ay kraterləri Neptunun orbitindən kənarda geniş kosmik buz sahəsi olan Oort buludundan daha isti ola bilər. Oort buludunda temperatur -268,15° Selsiyə (5° Kelvin) çatır ki, bu da mütləq sıfıra yaxındır.

    Tədqiqatçılar qeyd ediblər ki, buludun özü o qədər uzaqdadır ki, onu Günəş sisteminin hissəsi hesab etmək olmaz, baxmayaraq ki, elm adamlarının bu məsələdə müxtəlif fikirləri var. Yerlə Oort buludunun yaxın sərhədi arasındakı məsafə 2000 astronomik vahiddir ki, bu da Yerlə Günəş arasındakı məsafədən 2000 dəfə artıqdır.

  • ПСЖ забил трижды в последние 5 минут: такого не было с 2016 года

    ПСЖ начал с крупной победы новый сезон французского чемпионата.

    “Красно-синие” обыграли в гостевом матче “Гавр”, забив тому четыре мяча.

    Три из них были забиты после 85-й минуты игры вышедшими на замену игроками, что само по себе стало редким событием.

    Выяснилось, что три гола в последние пять минут основного времени матча команда французского чемпионата не забивала с 2016 года. Правда, тогда это был не ПСЖ, а “Монако”. Тогда монегаски огорчили “Нанси”, после чего стали чемпионами страны с молодым Килианом Мбаппе в составе.

  • PSJ 28 ildən sonra tarixi hadisəni təkrarladı

    “Havr”la qarşılaşan PSJ-nin üç qoluna oyuna sonradan daxil olan futbolçular imza atıb.

    Usman Dembele, Bredli Barkolya və Rendal Kolo-Muani matça ehtiyatda başlasalar da, meydana çıxdıqdan sonra qol sevinci yaşayıblar. Liqa1-in I turunda yaşanan bu hadisə PSJ-nin tarixində ikinci dəfə qeydə alınıb.

    1996-cı il sentyabrın 3-də “Monpelye”ni 3:0 hesabı ilə məğlub edən parislilərin hər üç qolunu əvəzetmədən oyuna çıxanlar vurub. Həmin vaxt Xulio Deli Valdes, Leonardo və Loran Furnye fərqlənib.

    Qeyd edək ki, PSJ ilk turda 4:1 hesablı qələbə qazanıb.

  • Разбойное нападение в Баку: ранены две женщины

    В Баку совершено разбойное нападение, пострадали два человека.

    Об этом сообщили в Министерстве внутренних дел.

    В полицию поступила информация о том, что 16 августа около 02:00 грабители проникли в один из домов, расположенных на территории Гарадагского района, нанесли режущим инструментом ранения проживающим в нем двум женщинам и похитили холодильник, телевизор и кондиционер.

    Сотрудники 10-го отделения Гарадагского районного управления полиции выявили и задержали подозреваемых в разбое Э.Хатамова, М.Нагиева и Т.Нагиева.

    По данному факту ведется расследование.

  • Bakıda iki qadının yaşadığı evə gecə saatlarında basqın edilib

    Bakıda evə basqın edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, avqustun 16-da gecə saat iki radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan iki qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

    Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Hətəmov, M.Nağıyev və T.Nağıyev müəyyən edilərək saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyədə yanğınlar davam edir: Beş bölgədə 3 583 nəfər təxliyə edildi

    Türkiyənin İzmir, Aydın, Bolu, Muğla və Manisa bölgələrində yanğın və onun söndürülməsi istiqamətində əməliyyatlar davam edir.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) bu bölgələrdə ümumilikdə 3 583 nəfərin ehtiyat tədbiri olaraq təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirib.

    AFAD həmçinin qeyd edib ki, ölkənin müxtəlif bölgələrində davam edən yanğınların nəzarət altına alınması üçün bütün əlaqədar qurumlar havadan və qurudan fasiləsiz olaraq müdaxilələri davam etdirirlər.

    “İzmir, Aydın, Bolu, Muğla və Manisa vilayətlərində yanğınsöndürmə əməliyyatlarına 90 hava vasitəsi, 4 717 işçi heyəti və 1 218 texnika cəlb olunub. Ümumilikdə 3 583 vətəndaş təhlükəsiz ərazilərə təxliyə olunub”, – deyə qurumdan bildirilib.

  • İlham Əliyev DSX hərbi qulluqçularını orden və medallarla təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    President.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub-saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:

    3-cü dərəcəli “Rəşadət” ordeni ilə

    Abdullayev Cavid Mirhəmzə oğlu – general-leytenant

    Musayev Elşad Nadir oğlu – polkovnik

    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Məmmədov Faiq Həmzəağa oğlu – general-mayor

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Cəbrayılov Rahil Ağacəfər oğlu – polkovnik

    Paşayev Emin Rauf oğlu – polkovnik

    Şərifova Maya Kərəm qızı – polkovnik

    Əliyev Rüfət Fizuli oğlu – gizir (ölümündən sonra)

    “Vətən uğrunda” medalı ilə

    Əhmədov Zaur Bəhlul oğlu – 1-ci dərəcəli kapitan

    Məmmədov Pərviz Şakir oğlu – 1-ci dərəcəli kapitan

    Muradova Pərvanə Şamil qızı – polkovnik

    Məmmədov Samir Əmirxan oğlu – polkovnik-leytenant

    Abbasova Xəyalə Kamil qızı – mayor

    Baxışlı Baxış Elşən oğlu – mayor (ölümündən sonra)

    Əliyev Sədi Sadil oğlu – mayor

    Bəşirov Turxan Ərəstun oğlu – kapitan

    Cəfərov Məhəmməd Əmiraslan oğlu – kapitan

    “İgidliyə görə” medalı ilə

    Hüseynov Zakir Əmir oğlu – polkovnik

    Əmirov Vüsal Cəbrayıl oğlu – 2-ci dərəcəli kapitan

    Quliyev Ramil Heydər oğlu – polkovnik-leytenant

    Babayev Bəxtiyar Səyavuş oğlu – kapitan-leytenant

    Fazilzadə Fazil Məhərrəm oğlu – kapitan-leytenant

    Şirinov Əşrəf Namiq oğlu – baş leytenant

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Cabbarov Bəxtibar Səyyaf oğlu – polkovnik

    Məmmədov Zəka Nazim oğlu – 1-ci dərəcəli kapitan

    Salamov Samir Akif oğlu – polkovnik

    Abbasov Murad Abbas oğlu – polkovnik-leytenant

    Abdullayev Xanlar Tofiq oğlu – 2-ci dərəcəli kapitan

    Allahverdiyev Fikrət Kərəm oğlu – polkovnik-leytenant

    Allahverdiyev Fikrət Məmməd oğlu – polkovnik-leytenant

    Həsənov Samir Həsən oğlu – polkovnik-leytenant

    Hüseynov İlqar Əslan oğlu – polkovnik-leytenant

    İmanov Turxan Mamed oğlu – polkovnik-leytenant

    Quliyev Mehman Nizaməddin oğlu – polkovnik-leytenant

    Məmmədov Samir Güləhməd oğlu – polkovnik-leytenant

    Müseyibov Hafiz Zakir oğlu – polkovnik-leytenant

    Rzayev Elvin Vahid oğlu – polkovnik-leytenant

    Salamov Zaur Rəhman oğlu – 2-ci dərəcəli kapitan

    Veyisov Mehdi Hüseyn oğlu – polkovnik-leytenant

    Abbaszadə Zəka Vəli oğlu – mayor

    Abdulov Yaşar Kazım oğlu – mayor

    Ağayev Muxtar Sənan oğlu – mayor

    Baxışov Rahib Nüşrəvan oğlu – 3-cü dərəcəli kapitan

    Əliyev Fərid Fəzayıl oğlu – mayor

    İsmayılov Afiq Nadir oğlu – 3-cü dərəcəli kapitan

    Məmmədova Günay Xaliq qızı – mayor

    Mirzəyev Amil Habil oğlu – mayor

    Muxtarov Elnur Eynullah oğlu – mayor

    Mustafayev Allahverdi Cəlil oğlu – mayor

    Nağızadə Elnur Fətulla oğlu – mayor

    Nəbiyev Samir Ağanəbi oğlu – mayor

    Nəcəfov Cəlal Qüdrət oğlu – mayor

    Nəcəfzadə Ramiq Elçin oğlu – mayor

    Sadıqov Şahin Mustafa oğlu – mayor

    Sadıqov Teymuraz Surxay oğlu – mayor

    Şahbazov Ülvi Sakit oğlu – mayor

    Şirəliyev Rəşad Yaşar oğlu – mayor

    Şirinzadə Emin Firuz oğlu – mayor

    Altınbəyov Fuad Ənvəroviç – kapitan

    Babayev Xalid Sərdar oğlu – kapitan

    Bayramov Şəhriyar Azər oğlu – kapitan

    Behbudov Anar Eyvaz oğlu – kapitan

    Cəfərli Orxan Niyazi oğlu – kapitan

    Cəfərov Sərxan İbrahim oğlu – kapitan

    Dadaşova Gültac Vahid qızı – kapitan

    Əhədov Zamiq Nazim oğlu – kapitan

    Əhmədov Rauf Məmməd oğlu – kapitan

    Əlicanlı Vahid Ələddin oğlu – kapitan

    Əliyev Murtuzəli Mustafa oğlu – kapitan

    Fərhadova Yeganə Ziyad qızı – kapitan

    Hüseynli Orxan Elman oğlu – kapitan-leytenant

    Hüseynov Şəmistan Şahlar oğlu – kapitan

    Xəlilov Ülvi Səməd oğlu – kapitan

    Məmmədov Elsevər Ağaverdi oğlu – kapitan

    Mövlayev Anar Ələkbər oğlu – kapitan

    Muradov Bəhruz Novruz oğlu – kapitan

    Süleymanov Fərhad Mahir oğlu – kapitan

    Vaqifli Eltun Aydın oğlu – kapitan

    Zeynalov Orxan Bəhrəm oğlu – kapitan

    Alıyev Rəşad Vəli oğlu – baş leytenant

    Aslanov Rüstəm Mirzə oğlu – baş leytenant

    Bağırov Alçın Bayram oğlu – baş leytenant

    Daşdəmirov Orxan Əmircan oğlu – baş leytenant

    Əliyev Firal Hafis oğlu – baş leytenant

    Əmiraslanov Elmar Emin oğlu – baş leytenant

    Həsənov Ramin Vahid oğlu – baş leytenant

    Hüseynli Faiq Bilal oğlu – baş leytenant

    Hüseynli Vahid Hüseynqulu oğlu – baş leytenant

    Qəhriyev Yaşar Şadət oğlu – baş leytenant

    Qubadov Asiman Nuru oğlu – baş leytenant

    Quliyev Asim Bahadır oğlu – baş leytenant

    Quliyev Camal Tarzan oğlu – baş leytenant

    Qurbanov Orxan Yaşar oğlu – baş leytenant

    Mədətli Təbriz Araz oğlu – baş leytenant

    Məmmədov Amil Rafiq oğlu – baş leytenant

    Məmmədov Ramin Həbib oğlu – baş leytenant

    Məmmədzadə Vüsal Qabil oğlu – baş leytenant

    Musayev Xəzər Azər oğlu – baş leytenant

    Nəsirov Cabbar Etibar oğlu – baş leytenant

    Rəsulov Hüseyn Rəsul oğlu – baş leytenant

    Tağıyev Tacəddin Qəhrəman oğlu – baş leytenant

    Tağızadə Əflatun Nurəddin oğlu – baş leytenant

    Vəliyev Zamin Şirəhməd oğlu – baş leytenant

    Əkbərov Fərid Namiq oğlu – leytenant

    Abişov Sadiq Əlman oğlu – baş gizir

    Cəfərov Vüsal Fizuli oğlu – baş gizir

    Əsgərova Sevda Rasif qızı – baş gizir

    Mustafayev Elman Səməd oğlu – baş gizir

    Naqiyev Nicat Yusub oğlu – baş gizir

    Sadiqov Pərvin Hüseyn oğlu – baş gizir

    Ağayev Əziz Mürsəl oğlu – gizir

    Xəlilov Elşən Azadxan oğlu – gizir

    İsmayılov İsmayıl Fazil oğlu ­- gizir

    Qəssəbov Aşqın Şahmar oğlu – gizir

    Məcidov Rauf Ramiz oğlu – gizir

    Mikayıllı Pənah Maqsud oğlu – gizir

    Səfərov Elvin Səfiyar oğlu ­- gizir

    Səmədov Həmid Bilman oğlu – gizir

    Şahpələngov Elnur Şahabbas oğlu – gizir

    Vəliyev Cavid Zubeyir oğlu – gizir

    Kazımzadə Tural Əzizağa oğlu – baş çavuş

    Nağıyev Əli Elşən oğlu – əsgər (ölümündən sonra).

  • İspaniya Ukraynanı hərbi yardımla təmin etməyi dayandırmayacaq

    İspaniya hökuməti Ukraynanı hərbi yardımla təmin etməyi davam etdirmək niyyətindədir.

    APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Marqarita Robles bildirib.

    “Ukrayna hər zaman İspaniyanın dəstəyindən istifadə edəcək”, – deyə o bildirib.

    O qeyd edib ki, İspaniya Ukrayna Silahlı Qüvvələrinə çox vacib olan müdafiə materialları göndərir.

    Ukrayna ordusunun Kursk bölgəsinə hücumu ilə bağlı Robles vurğulayıb ki, bu əməliyyatda İspaniyanın köməyindən istifadə edilməsinə dair məlumat yoxdur.

    Eyni zamanda o, Ukraynanın zəruri hesab etdiyi materiallardan istənilən vaxt istifadə edə biləcəyini istisna etməyib.