Month: August 2024

  • Ukraynadakı müharibənin təşkilatın məsuliyyət zonasına keçidi eskalasiyanın yeni mərhələsidir

    Rusiya hərbi dəstək üçün müraciət edərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı nizamnaməsinə uyğun olaraq üzərinə düşən prosedurları yerinə yetirəcək.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə sözü gedən qurumun mətbuat xidmətindən bildirilib.

    Qeyd olunub ki, Ukraynadakı müharibənin KTMT-nin məsuliyyət zonasına keçidi eskalasiyanın yeni mərhələsidir.

    Təşkilatin mətbuat xidmətindən həmçinin Rusiya tərəfi ilə mütəmadi olaraq məlumat mübadiləsi həyata keçirildiyi də açıqlanıb.

    Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın NATO-nun mənzil-qərargahındakı keçmiş baş nümayəndəsi, Dövlət Dumasının deputatı Viktor Zavarzin hələlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kurskdakı hərbi əməliyyatlarda iştirakına zərurət olmadığını bəyan edib.

  • Psixiatriya Xəstəxanasında vətəndaş döyülüb? – İDDİA (VİDEO)

    Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş Sevil Hüseynova iddia edir ki, onun həyat yoldaşı Mahir Hüseynov Psixiatriya Xəstəxanasına yerləşdirildikdən sonra orada döyülüb.

    Onun sözlərinə görə, avqustun 10-da həyat yoldaşı təcili tibbi yardımla Psixiatriya Mərkəzinə gətirilib.

    Bir neçə gün sonra isə onun ziyarətinə gedərkən gördükləri həyat yoldaşını dəhşətə gətirib.

    “Yoldaşımı əlil arabasında gətirdilər. Hazırda ayağa dura bilmir. Sol tərəfdən böyrünü tutmuşdu, nəfəs alıb-verə bilmirdi. Sağ tərəfdən qaşının üstü partlamışdı. Məndə videogörüntülər, şəkillər var. Həkimlər dedilər ki, biz döyməmişik, palatadakı ruhi xəstə döyüb”, – deyə S.Hüseynova söyləyib.

    Şöbə müdiri Nigar Novruzova isə bildirib ki, Sevil Hüseynovanın səsləndirdiyi fikirlər əsassızdır:

    “Xəstə gələndə psixi vəziyyətində narahatlıqlar olub, eyni zamanda halsızlığı var idi. Sistemlərin nəticəsində ayağa durmaq istəyərkən yıxılaraq qaşın yuxarı nahiyəsindən xəsarət alıb. Xəstənin özündən də soruşanda cavab verir ki, heç kəs məni vura bilməz. Əlavə müayinələr üçün onu Sabunçu Tibb Mərkəzinə də göndərdik. Oradakı həkimlər yıxılmağını dərmanların əlavə təsiri olaraq qiymətləndirir. Başqa xəstənin üzərində heç bir xəsarət yeri yoxdur. Deyilən sözlər yanlışdır”.

    Şöbə müdiri onu da bildirib ki, xəstənin hazırda vəziyyəti normaldır və o, artıq xəstəxanaya gətirilərək palataya yerləşdirilib.

    Ətraflı süjetdə:

  • Sabunçuda sex yanıb

    Bakının Sabunçu rayonunda fəaliyyət göstərən sex yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan dəmir sexinin yanar konstruksiyaları 150 m² sahədə yanıb.

    Sexin qalan hissəsi və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

    Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

  • Qazaxda qardaşların ağlasığmaz PLANLARI: Özlərinə “Porsche” və “İnfiniti” aldılar

    Qazaxda həmkəndliləri Qabil Rəhimova qarşı quldurluq edərək, onun 13,5 milyon rubl pulunu aparan qardaşların məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nuru və Yusif Quliyev (soyad şərtidir) qardaşları hərəsi 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Cinayət hadisəsi isə 2022-ci ilin yanvarında baş verib. Qardaşlar quldurluq etmək üçün əməlli ssenari fikirləşiblər ki, buna da daha çox filmlərdə rast gəlmək mümkündür.

    Belə ki, hadisə günü Yusiflə Nuru valyuta mübadiləsi ilə məşğul olan həmkəndlilərini təqib ediblər. Qazax-Ağstafa yolunda isə idarə etdikləri BMW markalı avtomobillə zərərçəkənin Vaz-2107 markalı maşınını arxadan vurublar.

    Qabil Rəhimov qəzanın arxadan gələn avtomobilin sürücüsünün yuxu tutması səbəbi ilə baş verdiyini düşünsə də, realda tamam fərqli mənzərə görüb.

    Belə ki, arxa maşından düşən qardaşlar küt alətlə həm Qabilə, həm də avtomobildə əyləşən dostuna zərbə yetirib və onları ölümlə hədələyiblər.

    Bu zaman qardaşlardan biri maşında olan 13,5 milyon rublu (təxminən 300 min manat) götürüb. Bundan sonra qardaşlar Bakıya, zərərçəkən isə ona qarşı quldurluq edənlərin atasının evinə gedib. O, Nuru və Yusifin atasına baş verən hadisəni nəql etsə də, valideyn bundan xəbərsiz olduğunu deyib. Bundan sonra Qabil Rəhimov polisə müraciət edib.

    Qardaşlar isə mənimsədikləri pulla Bakıda özlərinə ev, “Porsche”, “İnfiniti” markalı avtomobillər və bahalı telefon alıblar. 33 və 35 yaşlı təqsirləndirilən şəxslər tutulana qədər bütün pulları xərclədiyini bildiriblər.

    Məhkəmə isə özgə pulu ilə alınan mülklərin zərərçəkmişə dəymiş ziyanın ödənilməsinə dair qərar çıxarıb.

  • Suriyanın şimalında daha dörd terrorçu öldürülüb

    Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı “Fırat kalkanı” bölgəsində yeni əməliyyat keçirilib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının dörd üzvü öldürülüb.

    Nazirlikdən bildirilib ki, terrorçulara qarşı əməliyyatlar müntəzəm davam etdirilir.

  • “Sədərək”də bir ailə girov götürülüb? – DİN-dən REAKSİYA

    “Sədərək”də ticarət mərkəzinin rəhbərliyinin bir ailəni girov götürərək qapını bağlaması iddia olunur.

    Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb:

    “Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb.

    Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır”.

  • Qarabağ Universitetində qiyabi təhsil olacaq?

    “Qarabağ Universitetində 2024-2025-ci tədris ili üçün əlavə, qiyabi, magistratura və doktorantura səviyyəsində təhsilin təşkili nəzərdə tutulmayıb”.

    Bizim.Media xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib.

    Ş.Bayramov qeyd edib ki, növbəti tədris illərindəki fəaliyyətlə bağlı müvafiq qərar verildikdən sonra ictimaiyyətə məlumat çatdırılacaq.

  • 3 gün sonra ilk Super Ay görünəcək

    Avqustun 19-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunacaq.

    Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Qeyd edilib ki, bu Super Ay Mavi Super Aydır. Ayın mavi çalarda görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbli baş verə bilər.

    Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür. 19 Avqustda Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361 969 km olacaq.

    Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.

  • Четверым исполнителям теракта в “Крокусе” продлили арест

    Басманный суд Москвы продлил арест четверым участникам нападения на концертный зал “Крокус сити холл” в подмосковном Красногорске.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    “Суд удовлетворил ходатайство следствия и продлил срок содержания под стражей Далерджону Мирзоеву, Саидакраму Рачабализоде, Шамсидину Фаридуни и Мухаммадсобиру Файзову до 22 ноября”, – огласила решение судья Евгения Николаева.

    Заседание прошло в закрытом режиме.

    Все четверо являются непосредственными исполнителями теракта. Срок их ареста истекал 22 августа.

    Также исполнителям теракта в “Крокус сити холле” добавили два новых пункта обвинения – в прохождении обучения терроризму и в участии в террористической организации.

    “Далерджон Мирзоев, Саидакрам Рачабализода, Шамсидин Фаридуни и Мухамадсобир Файзов, обвиняемые по ч. 2 ст. 205.5 (участие в террористической организации), ст. 205.3 (прохождение обучения в целях осуществления террористической деятельности) УК РФ”, – зачитала материалы дела судья.

    Теракт в концертном зале “Крокус Сити Холл” в подмосковном Красногорске произошел 22 марта 2024 года. Нападавшие открыли огонь из автоматов по посетителям и подожгли зрительный зал. Погибли 145 человек.

    Арестованы 12 обвиняемых в совершении теракта.

  • “Crocus” terrorçularının işi ilə bağlı yeni qərar verildi

    Rusiyanın Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert salonuna hücumda iştirak edən dörd nəfərlə bağlı yeni qərar verilib.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Basmannı məhkəməsindən xəbər verilib.

    Bildirilib ki, iclas qapalı rejimdə keçirilib. Məhkəmə istintaqın vəsatətini təmin edərək Dalerjon Mirzoyev, Saidakram Raçabalizoda, Şamsidin Fariduni və Muhammadsobir Fayzovun həbs müddətini 22 noyabra qədər uzadıb. Müttəhimlərin dördü də terror aktının bilavasitə icraçılarıdır. Onların həbs müddəti avqustun 22-də başa çatırdı.

    Onların işinə, həmçinin iki yeni ittiham bəndi – terrorizm təlimi keçmək və terror təşkilatında iştirak etmək əlavə olunub.

    Xatırladaq ki, terror aktı martın 22-də baş verib. Hücum edənlər tamaşaçılara avtomat silahlardan atəş açıb və tamaşa zalını yandırıblar. Terror zamanı 145 nəfər həlak olub. Terror aktını törətməkdə ittiham olunan 12 nəfər həbs edilib.