Month: August 2024

  • Paris-2024: Maqomedxan Maqomedov 1/4 finala yüksəlib (YENİLƏNİB)

    Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

    Oxu.Az-ın məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.

    Görüşdə təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

    * * * * *

    Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

    97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.

    Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

  • Я тебя зарублю топором, и никто ничего мне не сделает: Агададаш Агаев встретился с охранником

    Народный артист Азербайджана Агададаш Агаев и охранник MedEra Нураддин Джалилов, на которого певец напал с топором, встретились лицом к лицу после скандального инцидента.

    Сообщается, что очная ставка состоялась в Следственном отделе Бинагадинского районного управления полиции. Встреча продолжилась около часа. А.Агаев отрицал нападение с топором, называя его “бытовым предметом”, и пытался переложить ответственность за произошедшее на Н.Джалилова.

    В связи с этим сотрудник musavat.com попытался связаться с А.Агаевым. Однако народный артист не ответил на звонки.

    Добавим, после инцидента, произошедшего 22 июля этого года на территории Бинагадинского района Баку, Агададаш Агаев в видеообращении представил свою версию событий. После этого охранник Нуреддин Джалилов, на которого он напал с топором, стал гостем TV Musavat. Раскрыв подробности произошедшего, Джалилов выразил готовность примириться с Агададашем Агаевым. Он сказал, что сожалеет о том, что ударил певца после того, как повалил его на землю, и извинился за этот поступок. Народный артист пока не отреагировал на предложение о примирении, адресованное ему в прямом эфире. Его адвокат Шафа Джамалзаде также не прояснил, примет ли его подзащитный протянутую руку примирения.

    Отметим, что из видео, распространенных в связи с инцидентом, ясно, что А.Агаев напал на Н.Джалилова, работающего в охранной службе здания, где расположен госпиталь MedEra, не один, а три раза. Нуреддин Джалилов сообщил сотруднику musavat.com, что причиной инцидента с Агаевым стало то, что артист употребил в его адрес неприличные выражения:

    “Около 08:00 когда я парковал автомобиль пациента, приехавшего в госпиталь MedEra, услышал крики сверху. Это Агададаш Агаев кричал на меня со своего балкона. Сначала не обращал на него внимания. Затем он продолжал настойчиво звать меня: “Иди сюда, не бойся, иди сюда”. Я спросил, ко мне ли он обращается. Он ответил утвердительно. Тогда я ответил, что мне нечего бояться. Он снова настойчиво сказал мне подойти. Я снова ответил, что сейчас на работе и не могу отойти от территории. Затем он обратился ко мне со словами “армянское отродье, я тебе говорю, иди сюда!” и начал ругаться. Затем он продолжил сыпать оскорблениями”.

    Охранник заявил, что после этих оскорблений Агаев начал приближаться к территории госпиталя с топором в руке.

    “Я был занят своей работой. Вдруг увидел, что он приближается ко мне, выкрикивая издалека “я тебя зарублю топором, и никто ничего не сможет мне сделать”. Он снова употреблял неприличные выражения, и я снова не обращал на него внимания и дважды отходил от территории. Затем он метнул в меня топор, а дальнейшие события известны. Если все обстоит так, как говорит Агаев, и ему действительно нужен был врач, почему он не вошел прямо в MedEra вместо того, чтобы нападать на меня? Почему артист, который три раза гнался за мной с топором до двери MedEra, ни разу не зашел внутрь больницы и не попросил помощи врача?” – рассказал Н.Джалилов.

  • Ağadadaş Ağayev mühafizəçi ilə üzləşdi: “Səni baltalayaram, heç kim mənə heç nə edə bilməz!”

    Xalq artisti Ağadadaş Ağayevin baltalı hücum etdiyi mühafizəçi Nurəddin Cəlilovla üzləşdirilib. Üzləşdirmə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutub. 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.

    Musavat.com əməkdaşı məsələ ilə bağlı Ağadadaş Ağayevlə əlaqə saxlamağa cəhd edib. Lakin xalq artisti zənglərimizi cavabsız qoyub.

    Yada salaq ki, bu il iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov TV Musavat-ın qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib. Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və bu hərəkətinə görə üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti hələ ki reaksiya verməyib. Onun vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib.

    Xatırladaq ki, insidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra” hospitalının yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib. Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

    “Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra” hospitalına gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam ki? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl?”, – deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”. Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra o, əlində balta “MedEra” hospitalının həyətinə doğru irəliləməyə başlayıb:

    “Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir və mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

  • Qızıl bazarında bahalaşma nə vaxta qədər davam edəcək?

    Azərbaycanın qızıl bazarında bahalaşma tendensiyasının bu ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırmaq olar.

    Bunu “Report”a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” ictimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

    “Bu bazar qiymətli metalların və qiymətli daşların birja qiymətləri ilə tənzimlənir: “Hazırda London əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2 430-2 440 ABŞ dolları (4 131-4 148 manat) arasında dəyişir. O cümlədən, birjada 999,9 əyar qızılın 1 qramının qiyməti 78 ABŞ dollarıdır (təxminən 133 manat), 750 əyar qızılın 1 qramının qiyməti 59 ABŞ dolları (təxminən 100 manat), 585 əyar qızılın 1 qramının qiyməti isə 46 ABŞ dolları (təxminən 78 manat) təşkil edir. Yerli bazarda satış qiymətləri isə 999,9 əyar qızıl üçün 140-150 manat, 750 əyar qızıl üçün 130-150 manat, 585 əyar qızıl üçün isə azı 100 manatdır”, – deyə o qeyd edib.

    R.Əmircanovun sözlərinə görə, yaxın vaxtlarda dünya bazarında qızılın 1 unsiyasının qiymətinin 2 500 ABŞ dollarını keçəcəyi gözlənilir: “Araşdırmalar nəticəsində məlum olub ki, 999,9 əyarlı külçə və sikkələrə tələbat daha çoxdur. Çünki onlar daha çox investisiya aləti kimi alınır”.

    “Araşdırmalarımız həm də onu göstərir ki, ölkədə zərgərlik məhsullarının satışı daha çox toylarla bağlıdır. “Həmişəki kimi Ramazan və Məhərrəmlik aylarında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında bu mövsümlərdə alıcılıq qabiliyyəti təqribən 50 % aşağı düşür. Qızıl bazarında 8 Mart və Novruz bayramları öncəsi aktivlik hiss olunur”.

  • В Израиле жители пожаловались на массовую СМС-рассылку с угрозами

    Израильтяне обратились в полицию с жалобами на массовую СМС-рассылку с угрозами.

    Как передает Median.Az, об этом сообщила газета The Jerusalem Post.

    По ее данным, люди получали на телефоны текстовые сообщения с указанием их реальных имен, адресов и фразой: “Тебя к следующей неделе похоронят”.

    Полиция Израиля подтвердила факт рассылки и попросила жителей не реагировать и по возможности заблокировать номер, с которого они получили сообщение.

  • İsrail vətəndaşları kütləvi təhdid mesajları alıblar

    İsrail vətəndaşları kütləvi təhdid mesajları ilə bağlı polisə müraciət ediblər.

    Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

    Şikayət edən şəxslər bildiriblər ki, SMS-lərdə onların adları, yaşadıqları ünvan dəqiq təsbit olunub.

    Təhdid mesajı isə “gələn həftə dəfn olunacaqsan” mətnindən ibarətdir.

    İsrail polisi sözügedən faktı təsdiqləyib və sakinlərdən alınan mesajlara reaksiya verməməyi və mesajı aldıqları nömrəni bloklamağı xahiş edib.

  • В Азербайджане автомобиль упал в водоканал, водитель не найден

    В поселке Шафаг Абшеронского района произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, водитель Абусет Алиев потерял управление, в результате чего автомобиль упал в Самур-Абшеронский водоканал.

    Машину удалось извлечь из воды, однако сам А.Алиев пока не найден. Поисково-спасательная операция продолжается.

    Отметим, А.Алиев является участником 44-дневной Отечественной войны.

  • Avtomobil Samur-Abşeron kanalına düşüb, sürücü tapılmayıb

    Samur-Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.

    “Report”un yerli bürosu məlumat verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.

    Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Axtarışlar davam edir.

    Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsi iştirakçısıdır.

  • В связи с массовым отравлением в Гёранбойском районе начато расследование (ОБНОВЛЕНО)

    В Гёранбойском районе зафиксирован случай массового отравления.

    Как сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА), в связи с инцидентом начато расследование.

    “Специалисты АПБА совместно с сотрудниками соответствующих структур приступили к расследованию причин произошедшего, а также установлению факта, является ли случившееся пищевым отравлением”, – говорится в сообщении агентства.

    * * * * *

    В Гёранбойском районе зафиксирован случай массового отравления.

    Как сообщает АПА, пять жителей района были госпитализированы с диагнозом “отравление”.

    Пострадавшим – А.Керимли (2012 г.р.), А.Гасымова (2011 г.р.), С.Гасымова (2009 г.р.), Г.Гасымов (1982 г.р.) и А.Керимова (2009 г.р.) – немедленно была оказана медпомощь. Согласно данным, их состояние оценивается как удовлетворительное.

    Согласно предварительным данным, граждане отравились пищей.

    По данному факту проводится расследование.

  • Goranboyda kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanıldı (YENİLƏNİB)

    Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə hadisə ilə bağlı araşdırmalara başlanılıb.

    “Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

    Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

    * * * * *

    Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

    APA-nın yerli bürosunun məlumatına görə 5 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Dərhal xəstələrə yardım tibbi yardım göstərilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

    Zəhərlənənlər 2012-ci il təvəllüdlü A. Kərimli, 2011-ci il təvəllüdlü A. Qasımova, 2009-cu il təvəllüdlü S. Qasımova,1982-ci il təvəllüdlü Q. Qasımov və 2009-cu il təvəllüdlü A. Kərimovadır.

    Məlumata görə həmin şəxslər qidadan zəhərləniblər.

    Hazırda faktla bağlı araşdırma aparılır.