Month: August 2024

  • В Гаджигабульском районе задержали мошенника, выдававшего себя за банковского работника

    Сотрудники Гаджигабульского районного отдела полиции в ходе оперативных мероприятий задержали Ниджата Абдуллаева, подозреваемого в мошенничестве в социальных сетях.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы МВД.

    Злоумышленник познакомился с жителем Гаджигабульского района в социальной сети TikTok и, представившись банковским работником, пообещал предоставить ему онлайн-кредит.

    После того как потерпевшему был одобрен кредит на сумму 1 600 манатов, Н.Абдуллаев перевел эти деньги на свою карту.

    По данному факту возбуждено уголовное дело, расследование продолжается.

  • Sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxs saxlanılıb

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən Nicat Abdullayev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, həmin şəxs “TikTok” sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib.

    Vətəndaşa 1600 manat məbləğində kredit təsdiq olunandan sonra isə N.Abdullayev həmin pulu öz kartına yönləndirib.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

    N.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

  • Qazlı içkilər insult riskini artırır

    Diyetik kimi tanınan şəkərsiz qazlı içkilər ürək çatışmazlığı və insult riskini artırır. Buna səbəb sözügedən məhsulda istifadə olunan aşağı kalorili şirin maddə – eritritdir.

    Median.Az-ın “New York Post”a istinadən verdiyi məlumata görə, bu barədə elm adamları apardıqları araşdırmadan sonra xəbərdarlıq ediblər.

    Onların sözlərinə görə, eritrit şəkərdən 70% daha şirindir və qanda trombositlərin aktivliyini artırır, bu isə qan laxtalarının yaranmasına səbəb ola bilər.

    “Qan laxtaları damarları tıxayaraq insult və ya ürək tutmasına, bəzi hallarda isə, hətta ölümə səbəb ola bilər”, – deyə mütəxəssislərin xəbərdarlığında bildirilir.

    Qeyd edək ki, eritrit təbii şəkildə bəzi meyvə və tərəvəzlərdə, o cümlədən qarpız, armud və göbələklərdə var. Bu maddə orqanizmdə insulin ifrazını stimullaşdırmır və qanda şəkərin səviyyəsinə təsir göstərmir. Buna görə də o, diabet xəstələri üçün təhlükəsiz hesab edilir.

    Lakin son tədqiqatlar qanda eritritin yüksək miqdarda olmasının çox qısa müddətdə ürək-damar sistemi üçün ciddi risk yaratdığını göstərir.

    Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Azərbaycanda da bu xəstəliklər ölüm hallarının əsas səbəblərindəndir.

  • “Instagram”da yenilik: Paylaşıla biləcək foto və ya videoların sayı artırıldı

    “Instagram”a yeniləmə gəlib. Artıq istifadəçilər bir postda 20 foto və ya video paylaşa biləcəklər.

    Bu barədə Median.Az “Haber Global”a istinadən bildirir.

    Məlumata görə, “Instagram” istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün daha bir addım atıb və bir postda paylaşıla bilən foto və ya videoların sayını 20-yə çatdırıb.

    Əvvəllər bu limit 10 olaraq təyin edilmişdi, lakin platforma istifadəçilərin tələblərini nəzərə alaraq bu mühüm yeniliyə qərar verib.

    Bu yeniləmə ilə “Instagram” istifadəçiləri hekayə və paylaşımlarında daha çox kontent təqdim etmək imkanı əldə edəcəklər. Bu yenilik xüsusilə foto seriyası, məhsul tanıtımları və ya səyahət gündəliklərini bir postda toplamaq istəyən istifadəçilər üçün böyük üstünlük olacaq.

  • NASA сообщило о приближении к Земле сразу пяти астероидов

    Панель мониторинга Asteroid Watch, входящая в структуру американского Национального управления по аэронавтике и исследованию космического пространства (NASA), зафиксировала приближение к Земле сразу пяти астероидов.

    Об этом сообщает jpl.nasa.gov

    Созданная NASA панель управления отслеживает астероиды и кометы, которые могут пролетать относительно близко от Земли. Система отображает дату возможного сближения, примерный диаметр объекта, относительный размер и расстояние от нашей планеты.

    Имя небесного тела отображается при наведении курсора на дату. Также выводится веб-страница с подробностями о нужном объекте. Сейчас Asteroid Watch зафиксировала пять сближений с Землей на расстоянии в пределах 7.5 млн км, что эквивалентно 19.5 расстояниям до Луны.

    Среднее расстояние между Землей и Луной составляет 385 000 км. Любой космический объект размером более 150 м, который может приблизиться к нашей планете на это расстояние, воспринимается как потенциально опасный. Конечно, речь идет лишь о вероятности.

  • NASA: “Yer kürəsinə eyni anda beş asteroid yaxınlaşır”

    “Yer kürəsinə eyni anda beş asteroid yaxınlaşır. Asteroidlər planetimizə nisbətən yaxın məsafədən keçəcəklər”.

    Bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) yaydığı məlumatda qeyd olunub.

    Bildirilib ki, kosmik cisimlər arasında ölçüsü 150 metrdən böyük olan asteroidlər Yerə doğru hərəkət edir və buna görə də potensial təhlükəli obyektlər hesab olunurlar.

    Asteroidlər planetə 7,5 milyon kilometrə qədər məsafədə yaxınlaşacaqlar ki, bu da Yerdən Aya qədər olan məsafədən 19,5 dəfə çoxdur, onların arasındakı orta məsafə təxminən 385 min kilometrdir.

  • В Турции прокомментировали возможность закрытия TikTok

    Власти Турции не имеют планов закрытия доступа к популярной в стране соцсети TikTok после блокировки Instagram.

    Как передает Median.Az, об этом сообщает телеканал TRT Haber

    “Вопроса о закрытии TikTok в нашей повестке нет, мы вообще не ставим целью что-либо запретить. Мы хотим, чтобы зарубежные соцсети выполняли требования нашего законодательства”, – сказал глава Минтранса Абдулкадир Уралоглу в эфире телеканала, напомнив, что в адрес TikTok высказывается критика относительно его контентной политики.

    По словам Уралоглу, турецкие власти находятся на связи с представителями соцсетей, в том числе Instagram. “У всех соцсетей в Турции есть свои представители, мы со всеми находимся на связи. С представителями Instagram провели несколько встреч, дошли до определенной стадии, изложили свою позицию. Мы надеемся на снятие запрета доступа к Instagram в ближайшее время, но и они должны понимать, что Турция является правовым государством и соблюдать ее законодательство”, – отметил министр.

    2 августа в Турции был заблокирован доступ к Instagram. Турецкие власти заявляли, что это решение принято из-за нарушения соцсетью требований местного законодательства. Переговоры с представителями Instagram ведутся ежедневно, но пока безрезультатно.

  • Türkiyədə “TikTok” bloklanacaq?

    “Türkiyə hakimiyyəti “Instagram”ı blokladıqdan sonra ölkədə məşhur olan “TikTok” sosial şəbəkə platformasına girişi əngəlləmək fikrində deyil”.

    Median.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu məlumat verib.

    “TikTok”un bağlanması məsələsi gündəmimizdə yoxdur, biz heç nəyi qadağan etməyi qarşımıza məqsəd qoymuruq. Xarici sosial şəbəkələrin qanunvericiliyimizin tələblərinə əməl etməsini istəyirik”, – nazir bildirib.

    Uraloğlunun sözlərinə görə, Türkiyə hakimiyyəti sosial şəbəkələrin, o cümlədən “Instagram”ın nümayəndələri ilə əlaqə saxlayır.

    “Türkiyədə bütün sosial şəbəkələrin öz nümayəndələri var, hər biri ilə əlaqə saxlayırıq. “Instagram” nümayəndələri ilə bir neçə görüş keçirdik, müəyyən mərhələyə gəldik, mövqeyimizi bildirdik. Yaxın gələcəkdə “Instagram”a giriş qadağasının aradan qaldırılacağına ümid edirik, lakin onlar da başa düşməlidirlər ki, Türkiyə hüquqi dövlətdir və onun qanunvericiliyinə əməl etməlidirlər”, – nazir qeyd edib.

    Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bloklanıb. Türkiyə hökuməti bu qərarın sosial şəbəkənin yerli qanunvericiliyin tələblərini pozması səbəbindən qəbul edildiyini bildirib.

  • Bakıda illərdir quraşdırılan işıqfor hələ də istifadəyə verilməyib – VİDEO

    Qəzaları azaltmaq və sıxlığı aradan qaldırmaq üçün bir ildən çoxdur ki, quraşdırılmış işıqfor hələ də istifadəyə verilməyib.

    Xezerxeber.az-ın məlumatına görə, söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki iki küçənin kəsişməsindən gedir.

    Sürücülər tezliklə işıqforun istifadəyə verilməsini istəyirlər.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır.

    Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Bu işlər sözügedən ərazidə də həyata keçirilib. Nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.

    Ətraflı süjetdə:

  • Naxçıvanda arvadına “haradan pul tapım?” deyən ər həbs edildi

    Naxçıvan şəhərində arvadı tərəfindən pul vermədiyi üçün polisə şikayət olunan kişi həbs edilib.

    “Qaynarinfo”nun məlumatına görə, 1960-cı ildə Şərur rayon Təzəkənd kəndində doğulmuş Q.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib.

    Təqsirləndirilən şəxsin həyat yoldaşı onunla bağlı polisə şikayət edib. Q.B. isə məhkəmədə özünü günahkar görməyib.

    O qeyd edib ki, evinin tələbatlarını qarşılamağa çalışır, amma yenə də həyat yoldaşı S.B.-nı razı sala bilmir. Həyat yoldaşı onunla bağlı yenə də qonşuların yanında deyir ki, guya evə baxmır. Bu sözlər də onu əsəbiləşdirir. Son hadisə zamanı – axşam saatlarında yorğun halda evə gəlib, yeməyini yeyib dincələn zaman S.B. yenə ondan pul istəyib, o isə hirslənərək “pul yoxdur, fəhlə adamam, haradan pul tapım?” deyərək yatmağa gedib.

    Məhkəmədə təqsirləndirilən şəxsin həyat yoldaşı. şikayətçi S.B ərini xəsislikdə ittiham edib. Bildirib ki, illərdir ki, övladlarının qayğısını çəkməyə, işlədiyi dövrlərdə daim evin ehtiyaclarını ödəməyə çalışıb. Qadının iddiasına görə, ərinin istədiyi odur ki, kimsə ondan bir qəpik belə pul istəməsin. Problemləri də əsasən pul üstündə olur.

    Artıq səbrinin tükəndiyini deyən S.B. hadisə baş verən gün yenə ərindən pul istəyib, əvəzində kişi onu söyərək təhqir edib. O da Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə zəng vurub.

    Polis gələndə Q.B. onlara da müqavimət göstərib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və 20 gün müddətinə inzibati qaydada həbs edilib.