Month: August 2024

  • Мехрибан Алиева поздравила боксера Альфонсо Домингеса – ФОТО / ВИДЕО

    Первый вице-президент Мехрибан Алиева поздравила азербайджанского боксера Альфонсо Домингеса с завоеванием серебра на летних Олимпийских играх, проходящих в столице Франции Париже.

    “От всей души поздравляю боксера – обладателя серебряной медали Альфонсо Домингеса! Желаю нашему спортсмену, достойно представившему Азербайджан на летних Олимпийских играх в Париже, сил, энергии, новых побед и достижений!” – говорится в публикации, размещённой на странице Первого вице-президента в Instagram.

  • Mehriban Əliyeva Alfonso Dominqesi təbrik etdi – FOTO / VİDEO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” sosial şəbəkə hesabında Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, boksçu Alfonso Dominqes ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

    “Boksçu – gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!”

  • Суд вынес решение в отношении Эльнары Гасымовой

    Хатаинский районный суд принял решение о продлении срока ареста Эльнары Гасымовой, задержанной в рамках дела Abzas Media.

    Как сообщает АПА, срок ареста продлен на 1 месяц и 7 дней.

    Отметим, 21 ноября прошлого года по обвинению в контрабанде, осуществленной группой лиц, были задержаны директор и главный редактор Abzas Media Ульви Гасанли и Севиндж Вагифгызы, 23 ноября – замдиректора Мухаммед Кекалов, а 1 декабря – сотрудница сайта Наргиз Абсаламова.

    Позднее журналисту Х.Бабалы также было предъявлено обвинение по статье 206.3.2 (контрабанда, совершенная группой лиц по предварительному сговору) Уголовного кодекса Азербайджанской Республики, в его отношении была избрана мера пресечения в виде ареста.

  • Məhkəmə Elnarə Qasımova ilə bağlı qərar verdi

    Xətai Rayon Məhkəməsi, “Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib.

    APA xəbər verir ki, Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin müddəti 1 ay 7 gün uzadılıb.

    Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

    Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

  • İsmayıllıda avtomobil piyadanı vurub

    İsmayıllıda avtomobil piyadanı vurub.

    Camal Məlikov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə İsmayıllı şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2009-cu il təvəllüdlü Qalacıq kənd sakini Rahid Sotanovu vurub.

    Piyada xəstəxanaya yerləşdirilib və ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Азербайджана поздравил эквадорского коллегу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Республики Эквадор Даниэлю Нобоа Асине.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и Ваш народ по случаю национального праздника – Дня независимости Республики Эквадор.

    Верю, что отношения между Азербайджаном и Эквадором будут еще больше расширяться, наше сотрудничество в многосторонних институтах продолжится и впредь.

    В столь знаменательный день передаю Вам наилучшие пожелания, желаю Вашему народу постоянного благополучия и процветания”.

  • Azərbaycan Prezidenti ekvadorlu həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Ekvador Respublikasının Prezidenti Daniel Noboa Azinə təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Ekvador Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan ilə Ekvador arasında münasibətlər daha da genişlənəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Bakıda xarici vətəndaşın avtomobilindən 100 min manat oğurlanıb, şübhəli bilinən sürücüsü saxlanılıb

    Bakının Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100 000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.

    Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700.000 manatın 100 000 talayaraq ələ keçirib.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

  • Состояние самой богатой семьи Индии составляет 10% ВВП этой страны

    Состояние семьи индийского миллиардера Мукеша Амбани составило почти 10% ВВП всей южноазиатской республики.

    Как передает Median.Az, об этом пишет Hindustan Times со ссылкой на отчет банка Barclays-Hurun India.

    По состоянию на 20 марта семейное богатство Амбани оценивалось в 25,7 трлн рупий, или $385,5 млрд.

    Бизнес-империя Амбани Reliance Industries является крупнейшей в стране. Она охватила сектора энергетики, телекоммуникаций и розничной торговли.

    На втором месте в рейтинге богатейших семей Индии расположилась семья миллиардера Нираджа Баджаджа с капиталом в размере 7,13 трлн рупий. Топ-3 замыкает семья Кумара Бирлы с 5,39 трлн рупий.

  • Hindistanın ən zəngin ailəsinin sərvəti ölkə ÜDM-inin 10 faizini təşkil edir

    Hindistanlı milyarder Mukeş Ambaninin ailəsinin sərvəti bütünlükdə ölkə ÜDM-inin təxminən 10 faizini təşkil edir.

    Median.Az xəbər verir ki, bu barədə “Hindustan Times” “Barclays-Hurun India Bank”ın hesabatına istinadən yazıb.

    Martın 20-nə olan məlumata görə, Ambani ailəsinin sərvəti 25,7 trilyon rupi və ya 385,5 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib.

    Ambaninin biznes imperiyası olan “Reliance Industries” ölkədəki ən böyük holdinqdir. O, energetika, telekommunikasiya və pərakəndə satış sektorlarını alıb.

    Hindistanın ən zəngin ailələri reytinqində ikinci yerdə 7,13 trilyon rupi kapitalı ilə milyarder Nirac Bacacın ailəsi qərarlaşıb. İlk üçlüyü isə 5,39 trilyon rupi ilə Kumar Birlanın ailəsi tamamlayır.