Month: August 2024

  • Paris-2024: Mariya Stadnik Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb

    Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

    Rəqibinə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

  • Kürdəmirdə yük avtomobili yanıb – VİDEO

    Kürdəmir rayonu, Çölərəb kəndi ərazisində yük avtomobilində yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAF” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində qoşqunun dörd ədəd təkəri yanıb.

    Yük avtomobili və qoşqu yanğından mühafizə olunub.

  • Париж-2024: Санан Сулейманов победил спортсмена армянского происхождения

    На Олимпиаде в Париже набирают ход соревнования по греко-римской борьбе.

    Сегодня выступление начал Санан Сулейманов (77 кг). В первом круге он одолел представителя Болгарии армянского происхождения Аика Мнацаканяна со счётом 2:0 и вышел в четвертьфинал.

    Отметим, парижская Олимпиада 2024 года завершится 11 августа.

  • Paris-2024: Sənan Süleymanov erməniəsilli idmançıya qalib gələrək 1/4 finala yüksəlib

    Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən erməniəsilli Ayk Mnatsakanyanla qarşılaşıb.

    Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

    İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominges (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

  • İsmayıllıda ev ilanların yuvasına çevrilib – VİDEO

    İsmayıllı rayonunun Qalınçaq kənd sakini Mehman Babayevə məxsus yaşayış evi sürünənlərin yuvasına çevrilib.

    Ev sahibi bildirib ki, iki aydan çoxdur onlar bu vəziyyətdə yaşayırlar.

    Rayonun Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, onlarda olan dərmanlar həmin ilanların kökünü kəsməyə kömək etmir.

    Daha ətraflı Xəzər TV-nin materialında:

  • Qaşım Maqomedovun ilk rəqibi bəlli olub

    Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun ilk rəqibi bəlli olub.

    Bu, yarışın püşkatmasından sonra dəqiqləşib.

    58 kq çəkidə mübarizə aparacaq idmançımız 1/8 finaldan yarışa qoşulacaq. O, İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gələcək. Görüş sabah Bakı vaxtı ilə saat 13:48-də başlayacaq.

    Qeyd edək ki, 58 kq çəki dərəcəsində mübarizəyə sabah yekun vurulacaq.

  • Турция повышает налоги на импорт: удар по европейским и китайским товарам

    Президент Турции Реджеп Тайип Эрдоган подписал указ, который существенно повышает налоги на импортные товары из стран Европейского союза и других государств, включая Китай.

    Документ, опубликованный в официальном печатном органе правительства Resmi Gazete, вступит в силу через 15 дней.

    Согласно новым правилам, налог на продукцию из ЕС увеличивается с 18% до 30%, а на товары из других стран, в том числе из Китая – с 30% до 60%. Кроме того, необлагаемый налогом лимит на международные покупки с быстрой доставкой снижен со 150 до 30 евро. Если вес приобретенных товаров превышает 30 кг, они подпадают под действие таможенного коммерческого законодательства и облагаются дополнительной пошлиной в размере 48%.

  • Türkiyədə xaricdən sifariş edilən yüklərlə bağlı qərar: Rüsumlar artırıldı

    Türkiyədə xaricdən sifariş edilən məhsullar üzrə gömrük rüsumları dəyişdirilib.

    Bu barədə Median.Az “Resmi Gazete”də dərc olunan qərara istinadən bildirir.

    Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə, xaricdən sürətli çatdırılma üzrə alış-veriş limiti 150 avrodan 30 avroya endirilib.

    Avropa İttifaqı (Aİ) ölkələrindən gələn yüklər üzrə vergi ödənişi 18 faizdən 30 faizə, Aİ-yə daxil olmayan ölkələrdən gələn yüklər üçün vergi isə 30 faizdən 60 faizə qaldırılıb.

    Qərar avqustun 21-də həyata keçiriləcək.

  • Американский суд признал Google монополистом

    Федеральный суд округа Колумбия постановил, что компания Google злоупотребляла своим положением на рынке, чтобы сохранить монополию в сфере поисковых систем и размещения рекламы в интернете.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорятся в постановлении суда.

    “После тщательного рассмотрения и взвешивания показаний свидетелей и доказательств суд пришел к следующему выводу: Google является монополистом и действовала как таковой, чтобы поддерживать свою монополию”, – заключил федеральный судья Амит Мехта.

    Суд постановил, что Google заблокировала для конкурентов порядка 90% рынка интернет-поиска, заключив соглашение с производителем электроники Apple, который сделал поисковую систему Google поисковиком по умолчанию в своем веб-браузере Safari. Похожие соглашения корпорация заключила с производителем техники Samsung и оператором мобильной связи Verizon.

    Кроме того, Мехта установил, что Google поставила своего конкурента Microsoft в “невыгодное положение” на рынке рекламы, которая отображается рядом с результатами поиска, что позволило ей стать монополистом и в этой сфере.

    Ранее Министерство юстиции США подало иск против Google за нарушение антимонопольного законодательства. Похожие иски также были поданы в отношении корпораций Amazon, Apple и Meta.

  • “Google” üzərində tarixi qələbə

    ABŞ-nin məhkəməsi “Google”un onlayn axtarış bazarında monopoliyasını saxlamaq üçün qeyri-qanuni hərəkətlər etdiyi barədə qərar çıxarıb.

    Bu barədə “The New York Times” məlumat yayıb.

    “Google” monopolistdir və monopoliyasını qoruyub saxlamaq üçün monopolist kimi çıxış edib”, – deyə məhkəmənin verdiyi qərarda qeyd olunub.

    ABŞ Ədliyyə Nazirliyi 2020-ci ildə şirkətə qarşı iddia qaldırıb. “Google” antiinhisar qanunlarını pozmaqda ittiham edilib. Qeyd olunub ki, “Google”un ana şirkəti “Alphabet Inc” digər texnoloji nəhənglərə öz axtarış sistemini smartfon və brauzerlərində standart seçim etmək üçün 26 milyard dollar ödəyib və bu, rəqiblərin bazarda uğur qazanmasına mane olub.

    Məhkəmədə “Google”un daha yaxşı olduğu üçün qalib gəldiyini deyən şirkət nümayəndələri iddia ediblər ki, istifadəçilər onu faydalı hesab etdikləri üçün “Google”da axtarışa üstünlük verirlər.

    ABŞ-nin baş prokuroru Merrik Qarland məhkəmədə “Google” üzərində qələbəni “tarixi” adlandırıb.

    “Heç bir şirkət, nə qədər böyük və ya güclü olursa olsun, qanundan üstün deyil”, – deyə o bildirib.

    Qeyd olunub ki, bu qərar, hökumətin digər antiinhisar qərarlarına – məsələn, “Apple”, “Amazon” və “Meta”ya qarşı böyük təsir göstərəcək. Texnologiya şirkətinə qarşı sonuncu antiinhisar qərar 26 il əvvəl – 1998-ci ildə “Microsoft”a qarşı qəbul edilib.

    Hakim yaxın aylarda “Google”a qarşı tədbirlərə qərar verəcək. Şirkət əməliyyat təcrübələrini dəyişməyə və ya biznesin bir hissəsini satmağa məcbur ola bilər.