Month: August 2024

  • “Kondisioner yoxdur, yeməklər pisdir” – Paris 2024-dən şikayət

    İtaliyalı üzgüçü Tomas Çekon Parisdəki Olimpiya kəndindəki şəraitindən şikayətlənib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “La Repubblica” nəşri yazır.

    O, ilk növbədə kondisionerin olmamasını tənqid edib: “Kənddə kondisioner yoxdur, hava istidir, yeməklər pisdir. Bu səbəbdən bir çox idmançılar çıxıb gedir. Bəzən yağış yağır, bəzən isti, bəzən soyuq olur, pis yatırıq və pis qidalanırıq. Bütün bunlar yorğunluğa səbəb olur”.

    Qeyd edək ki, bundan əvvəl də Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar narazılıqlar ediblər. Hətta atletlərin əksəriyyəti Olimpiya kəndindəki binaların otaqlarındakı yataqların narahat olmasını dilə gətiriblər.

    Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək.

  • AAYDA-nın idarəsi külli miqdarda cərimələnir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “1 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub.

    Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə irəli sürülüb.

    İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

    İşə 15.08.2024-cü il tarixində Xızı Rayon Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə baxılacaq.//qaynar.az

  • Xalq artisti: “Rasim Balayev məndən qisas alır”

    Bu gün Azərbaycanda kino işçiləri peşə bayramını qeyd edir. Hər il Azərbaycan Kinosu Günü müxtəlif tədbirlərlə yadda qalır. Bu il də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək.

    Kino sahəsində xidməti olan aktyorların arasında ayrıseçkilik edilib, bəzi aktyorları tədbirdən kənarda saxlayıblar. Onlardan biri Xalq artisti Tariyel Qasımovdur.

    Aktyor Qaynarinfo-ya açıqlamasında buna görə, Xalq artisti Rasim Balayevi ittiham edib:

    “Bunu Rasim Balayevlə Şəfiqə Məmmədovadan soruşmaq lazımdır. Qoy cavab versinlər ki, məni tədbirə niyə dəvət etməyiblər? Mən sovet dövründən xarici ölkələrdə filmə çəkilən bir aktyoram. Niyə kənarda qalmalıyam? Onlar həmişə mənə qarşı olublar. Amma müsahibəmdə də hər ikisinin ünvanına möhkəm döşəmişəm. Kinomotoqrafçılar İttifaqından mənə zəng gəldi, soruşdular ki, hansının sədr olmasını istəyirsiniz? Dedim ki, ikisini də sədrlikdən qovmaq lazımdır. İndi onun qisasını alırlar. Başqa heç nə olmayıb. Rasim bir dəfə ünvamına xoşagəlməyən ifadə işlətmidi. Tədbirlərin birində gördüm, soruşdum ki, Rasim, sən yaxşı aktyorsan, yoxsa mən? Dedi ikimiz də. Dedim ki, bəs niyə demisən ki, Tariyel Qasımov aktyor deyil. Çox heyif ki, kino günündə zəhməti olan adam kimi sayılmıram”.

    Kinomotoqrafçılar İttifaqının məsul katibi Əli İsa Cabbarov Xalq artisti Tariyel Qasımovun ittihamlarına cavab verib. O, tədbirin təşkilatçısının Mədəniyyət Nazirliyi olduğunu xatırladıb:

    “Rasim müəllim Bakıda deyil, məzuniyyətdədir. Burada onluq heç nə yoxdur. Tədbiri keçirən biz deyilik. Təşkilatçısı da nazirlikdir. Onu tədbirə nazirlik dəvət etməlidir”.
    //qaynar.az

  • Bakıda məşhur şirkətin məlumat bazasını rəqibə – 60 minə satdılar

    Bakıda qida, qeyri-qida və digər məhsulların satışı, idxalı və istehsalı ilə məşğul olan böyük şirkətlərdən birinin məlumat bazası rəqib şirkətə satılıb.

    Bir müddət əvvəl həmin şirkətin İT şöbəsinin rəhbəri işləmiş 1998-ci il təvəllüdlü İbrahim S. və satınalmalar üzrə menecer işləmiş 1986-cı il təvəllüdlü Murad M. polisin keçirdiyi əməliyyat zamanı tutulub.

    Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2, 202.1, 271.2.2 və 272,2.2-ci (Külli miqdarda dələduzluq, ixrac nəzarətinə aid sənəd və məlumatları yayma, kompüter sisteminə qanunsuz daxil olma və məlumatları ələ keçirmə) maddələri ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    Məlum olub ki, İbrahim və Murad işlədikləri şirkətin “SQL” və “Logo Enterprise” proqramları vasitəsilə işlənilmiş məlumatlarına çıxış imkanına sahib olublar. Onlar əlbir olaraq bu məlumatları bazarda böyük pay sahibi olan rəqib şirkətə satmaq qərarına gəliblər və həmin şirkətdən müştəri tapıblar. Onlar 60 min manat qarşılığında işçilərinin sayı, istehsal edilən məhsulların adları və siyahısı, anbar qalığı, idxal-ixrac əməliyyatları, maliyyə hesabatları barədə məlumatları texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirərək yeni istifadəçi adından yaratdıqları səhifəyə əlavə ediblər. Beləliklə, kompüter sisteminə qanunsuz daxil olmaqla yaymaq və istifadə etmək məqsədilə oğurlayaraq qanunsuz əldə etdikləri kommersiya sirri olan məlumatları yayıblar.

    Razılaşmaya əsasən, müştərini Murad tapıb və Mərdəkan-Buzovna yolunun kənarında yerləşən restoranlardan birində görüşüb. Buraya gələn rəqib şirkətin rəhbərinin yanında digər şəxs də olub və özünü rəhbər şəxs kimi təqdim edərək məlumatlara yerindəcə baxaraq həqiqiliyini yoxlamaq istədiyini deyib. Kompüter vasitəsilə məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra onlar Murada 60 min manat verərək gediblər. Murad da İbrahimə mesaj yazaraq pulu aldığını bildirib.

    Lakin bir qədər sonra polisin keçirdiyi əməliyyatla hər iki şəxs tutulub.

    Cinayət işi üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iyulun 31-də hökm oxunub. Hökmə əsasən, hər iki şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilib. Həmçinin onların hər biri 5 min manat cərimə edilib və 2 il müddətində vəzifə tutmaq hüquqları məhdudlaşdırılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

    Zərərçəkmiş şirkət keçmiş əməkdaşlarından artıq şikayətçi olmadığını və İT sisteminin təkmilləşdirdiyini bildirib.

  • Azərbaycanda bu dövlət institutu satışa çıxarılır – FOTO

    Sumqayıt şəhərində yerləşən Azərbaycan Dövlət Elmi-Tədqiqat Kimya İnstitutu hərrac vasitəsilə satışa çıxarılır.

    Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13 avqust 2024-cü il tarixdə hərrac keçiriləcəkək.

  • DİN Bakıda narkomanların məkanına çevrilən binanı nəzarətə götürüb (VİDEO/YENİLƏNİB)

    Bakıda yerləşən Şəhərsalma, Memarlıq və Arxeologiya Abidələrinin Bərpası üzrə “Bərpaçı” Baş İdarəsinin binası xarabalığı xatırladır.

    Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Səbail rayonu ərazisində yerləşən binada illər öncə mühüm qərarlar qəbul edilib, vacib sənədlər saxlanılıb.

    Deyilənə görə, hazırda bina baxımsız qalıb və narkomanların məkanına çevrilib.

    Verilən məlumata görə, sözügedən bina Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olub. 2000-ci ildə isə bu idarə sərəncam əsasında ləğv edilib.

    Sakinlər iddia edirlər ki, bu boş məkan indi narkomanların məkanına çevrilib.

    Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azər Nəsirov küçəsi 1 ünvanında yerləşən tikili özəl mülkdür. Sözügedən ünvanda təmir-bərpa işlərinin nə vaxt aparılacağı barədə isə məlumat əldə etmək mümkün olmayıb. Buna baxmayaraq, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktublar ünvanlanacaq.

    * * * * * *

    DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarışısının alınması məqsədilə tərəfimizdən mütəmadi olaraq tədbirlər görülür:

    “Qeyd edilən ünvanda da narkotik maddə istifadəçilərinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar və profilaktik tədbirlər keçirilib. Ərazi mütəmadi olaraq polis naryadları tərəfindən nəzarətdə saxlanılır”.

  • Dərslər nə vaxt başlamalıdır?

    “Hesab edirəm ki, istər ali məktəblərdə, istərsə də orta ümumtəhsil məktəblərində dərslər sentyabrın 1-də başlamalıdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

    Ekspert təklif edib ki, dərslər başlayan gündən şagirdlərə noyabr ayında keçirilməsi nəzərdə tutulan proqramları sürətləndirilməlidir:

    “Azərbaycanda dərslərin sentyabrın 1-i başlaması zəruridir. Bu, tədrisin keyfiyyətinə təsir göstərir. Çünki sentyabrın 15-də başlanılan tədris ili iyunun 14-ə kimi davam edən müddətdə keyfiyyətli dərs keçməyə imkan vermir”.

    Kamran Əsədovun sözlərinə görə, payız tətilinin noyabr ayına kimi uzadılması tədrisə müəyyən qədər öz təsirini göstərəcək:

    “Bir gün belə müəyyən fənlərin keçirilməməsi və yaxud da alternativ təhsil alma formasında keçirilməsi təhsilalanların dərs yükünün mənimsəməsinə mane ola bilər. Yaxşı olar ki, dərslər sentyabrın 1-dən başlasın. Bu həm uşaqların itirdikləri vaxtın bərpasına gətirə bilər. 10 günə yaxın tətilin uzadılması mütləq şəkildə tədrisin keyfiyyətinə təsirini qaçılmaz edir. Bütün ailələrin internetə çıxış imkanları yoxdur. Elə ailə var ki, iki və daha çox uşaq təhsil alır”.

  • Almaniya rus qatilini niyə dəyişdirmək qərarı verib? – Şolts şərh etdi

    Almaniya kansleri Olaf Şolts cümə axşamı axşam Rusiyadan azad edilmiş məhbusların təyyarəsini hava limanında şəxsən qarşılayıb və məhkum edilmiş qatil Vadim Krasikovla mübadilə qərarını müdafiə edib.

    Qaynarinfo xəbər verir ki, ki, Köln-Bonn hava limanındakı görüş barədə “Spiegel” yazıb.

    Sərbəst buraxılmış 13 məhbusu daşıyan şəxsi təyyarə cümə axşamı günü axşam yerə enib. Kansler onlarla görüşmək üçün yay tətilini yarımçıq qoyub.

    Şolts qeyd edib ki, məhbusların bir çoxu sağlamlıqları və həyatları üçün qorxurlar, buna görə də onlar üçün vacib olan bu mühafizə təşkil edilib.

    Berlində çeçen komandir Zəlimxan Xanqoşvilini qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Vadimka Krasikovun mübadiləsini şərh edən Şolts bu qərarın asan olmadığını deyib.
    “İllər həbsdən sonra ömürlük həbs cəzasına məhkum edilmiş bir qatili deportasiya etmək qərarı heç kəs üçün asan deyildi”, – Şolts deyib.

    Krasikovla bağlı çətin qərar koalisiya tərəfindən hərtərəfli müzakirə və müzakirədən sonra birgə qəbul edilib. Müxalifət lideri, CDU/CSU parlament fraksiyasının sədri Fridrix Merz ilkin mərhələdə məlumatlandırılıb və Şoltsun sözlərinə görə, qərarla razılaşıb.

    Sərbəst buraxılanlarla görüşdükdən sonra Şolts mübadiləni düzgün qərar adlandırıb: “Və hər hansı bir şübhəniz var idisə, indi azad olanlarla danışdıqdan sonra o şübhədən qurtulacaqsınız”.

    Sosial Demokratların xarici siyasət istiqamətinin nümayəndəsi Maykl Rot şərh edib ki, bəzən “insanlıq naminə şeytanla sövdələşmək lazımdır”.

    Ədliyyə naziri Marko Buşman məhbusları azad etmək üçün ağrılı güzəştlərə getməli olduğunu etiraf edib. O bildirib ki, Krasikov əfv edilməyib, deportasiya edilib. “Ədliyyə naziri kimi mən xüsusilə acı bir güzəştə görə cavabdehəm”, – Buşman deyib.

    Türkiyənin kəşfiyyat təşkilatı MİT-in də iştirak etdiyi görünməmiş əməliyyatda ümumilikdə 26 məhbus dəyişdirilib.

    Siyasi məhbusların və Kreml tənqidçilərinin azadlığa buraxılması müqabilində Almaniya, ABŞ və tərəfdaş ölkələr Rusiyaya casusluqda şübhəli bilinən bir qatil və məhbusları azad ediblər.

    ABŞ prezidenti Co Bayden etiraf edib ki, Almaniya məhbus mübadiləsinə nail olmaq üçün əhəmiyyətli güzəştlərə getməli olub. Şolts bu qərarın Almaniya-Amerika dostluğunu gücləndirdiyini bildirib.

    Qeyd edək ki, fevral ayında həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnı Qərb-Rusiya mübadiləsi sazişinin bir hissəsi olmalı idi.

    Krasikovun Almaniyada sərbəst buraxılması Almaniya prokurorluğunda məyusluq yaradıb. Almaniya hökuməti bu qərarın yüngül qəbul edilmədiyini etiraf edib.

  • Sosial yardımın məbləği artırılır? – AÇIQLAMA

    Ünvanlı sosial yardımın artırılması birbaşa ehtiyac meyarının dəyişdirilməsi ilə bağlıdır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

    O qeyd edib ki, ehtiyac meyarı artırılanda avtomatik olaraq, ünvanlı sosial yardım məbləğində də artımlar baş verir.

    “Son illər ehtiyac meyarının artırılması reallaşıb. Bu da ünvanlı sosial yardım məbləğinə təsir göstərib. 2025-ci ilin büdcə paketi təqdim edilən zaman ünvanlı sosial yardımda hansı səviyyədə artımların olacağı müəyyənləşəcək. Əgər büdcə paketində ehtiyac meyarının artırılması ilə bağlı sənəd olarsa, bu, praktik olaraq 2025-ci ilin yanvar ayından etibarən ünvanlı sosial yardımın məbləğində artım olmasına gətirib çıxaracaq.

    Ona görə də ünvanlı sosial yardım məbləğini artıran əsas meyar ehtiyac meyarıdır və bu kontekstdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ehtiyac meyarının artırılması təklif olunarsa və bu, büdcə sənədində təsdiqini taparsa, artım baş verir”, – deyə o əlavə edib.

    Qeyd edək ki, Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 mlrd. 382 mln. manat vəsait ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 408,5 mln. manat və ya 10,3 faiz çoxdur.

  • Azercell ev qiymətinə nömrə satışa çıxardı – “222 22 22” (FOTO)

    “Azercell Telekom” MMC mobil telefon nömrələrin satışı ilə bağlı hərrac elan edib.

    Nömrələr 30 avqust 2024-cü il tarixində hərraca çıxarılacaq.

    Elan edilən siyahıda olan “010 222 22 22” mobil nömrəsinin ilkin satış qiyməti 150 min manatdır.

    Digər nömrələr və qiymətləri ilə fotodakı cədvəldən tanış ola bilərsiniz:

    //metbuat.az