Month: Sentyabr 2024

  • Prezident İlham Əliyev Kəlbəcərdə “Zar”, Göygöl rayonunda “Toğanalı” KSES-in açılışını edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib. Eyni zamanda, dövlətimizin başçısına Kəlbəcərdə, Laçında və Ağdərədə tikintisinə başlanılan ümumi gücü 37,5 MVt olan 6 KSES barədə məlumat verilib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.


  • Aktyorun ayağı yanlış amputasiya edilib? Klinikadan AÇIQLAMA – VİDEO

    Aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında aktyor Əlvan Fərmanoğlunun səhhətində problem yaranması ilə bağlı paylaşım edib.

    O, bildirib ki, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:

    “Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. “Məlhəm” klinikasının bəzi “həkim”lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.

    Məsələ ilə bağlı “Məlhəm” klinikasından Bakupost.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

    “Aktyor Əlvan Fərmanoğlu bizim klinikada pasiyent olub. Dəfələrlə müayinə olunub, müalicəsi həyata keçirilib. Onun keçirdiyi əməliyyat “Məlhəm” klinikasında olunmayıb”.

  • Xarici işlər naziri Ermənistanın silahlandırılmasından danışdı

    “Ermənistanın silahlandırılması bölgədə sülh və sabitlik mühitinin yaradılmasına əngəl olan amildir”.

    Bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə keçirdiyi mətbuat konfransında deyib.

    Nazir bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı hələ də ərazi iddiaları mövcuddur:

    “Bütün bu proseslər ölkəmiz tərəfindən müşahidə edilir. Əgər Ermənistan da regionda sülh üçün maraqlıdırsa, ciddi addımlar atmalıdır”.
    //oxu.az

  • Təqaüd düzəltmək adı ilə pullarını mənimsədi, saxlanıldı

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Mikayıl Mirzəyev saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, M.Mirzəyev 4 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30 000 manatdan çox pulunu ələ keçirib.

    M.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

  • Ancelina Coli imicini dəyişdi – FOTO

    Ancelina Coli Venesiya Film Festivalının əsas ulduzlarından birinə çevrilib.

    Median.Az championat.com-a istinadən xəbər verir ki, o, İtaliyada baş rolu ifa etdiyi müğənni Mariya Kallas haqqında “Mariya” filmini təqdim edib.

    49 yaşlı Hollivud divası gözlənilməz bir görünüşlə bütün diqqətləri üzərinə cəlb edib. Adətən qaraşın saçları ilə tanınan Coli, bu dəfə kül sarışın rənginə üstünlük verərək saçlarını boyayıb.

    Bir neçə il əvvəl aktrisa oxşar rəngdə saçlar boyasa da, tezliklə təbii saç rənginə qayıdıb.

    Qeyd edək ki, Ancelina nadir hallarda görünüşü ilə təcrübələr aparır. Colinin dediyinə görə, yalnız yaşlandıqca o, özünü həqiqətən sevməyi və olduğu kimi qəbul etməyi öyrənib.

    //oxu.az

  • İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Oğurlandığı deyilən 17 yaşlı qız tapıldı

    Bakıda oğurlandığı iddia edilən yeniyetmə tapıldı Bakıda itkin düşən 17 yaşlı Sevda Marat qızı Şaymuradova tapılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib:

    “Yeniyetmənin atasının yanında olduğu müəyyən olunub. Onun anasına təhvil verilməsi təmin edilib”.

    Qeyd edək ki, yeniyetmənin ailəsi onun oğurlandığını iddia etmişdi.

  • Həkim məsləhəti: Omeqa-3 ilə ehtiyatlı olun!

    Omeqa-3 yağ turşusu çatışmazlığı ümumi bir problemdir. Bəzi tədqiqatlar göstərir ki, Qərb ölkələrində insanların 70-80%-ə qədəri qida ilə bu vacib məddəni kifayət qədər ala bilmir.

    Median.Az gazeta.ru-ya istinadən xəbər verir ki, omeqa-3 qəbulu sadəcə dəbli trend deyil, zərurətdir.

    Rusiyalı həkim Anna Averkina bildirib ki, omeqa-3-ün qeyri-kafi miqdarı bir çox xəstəliklərə səbəb olsa da, tövsiyə olunan dozaya riayət etmək vacibdir.

    “Çox yüksək dozalar qanı durulaşdıra və digər yan təsirlərə səbəb ola bilər. Xüsusilə xroniki sağlamlıq probleminiz varsa və ya başqa dərmanlar qəbul edirsinizsə, uzunmüddətli əlavələrdən istifadəyə başlamazdan əvvəl həmişə həkiminizlə məsləhətləşmək yaxşı fikirdir”, – deyə o əlavə edib.

    Həkim vurğulayıb ki, omeqa-3 yağ turşuları oksidləşməyə həssasdır və bu, zərərli sərbəst radikalların əmələ gəlməsinə səbəb ola bilər. Əlavələr sərin, qaranlıq yerdə saxlanmalı və son istifadə tarixinə nəzarət edilməlidir.

    Həmçinin, omeqa-3 əlavələri bəzi insanlarda mədə yanması və ya ishal kimi mədə-bağırsaq narahatlığına səbəb ola bilər. Belə hallarda qida əlavələrinin qəbulunu dayandırmaq tövsiyə olunur.

  • Azərbaycanəsilli biznesmen Vahid Ələkbərov sərvətini artırdı

    Rusiyada azərbaycanəsilli sahibkar, “LUKOİL”un təsisçisi Vahid Ələkbərov ilin əvvəlindən sərvətinə 3.59 milyard dollar (təxminən 6.1 milyard manat) əlavə edə bilib.

    Bu barədə “Bloomberg” agentliyinin ekspertlərinin tərtib etdikləri “Milyarderlər İndeksi”ndə məlumat verilib.

    Bildirilib ki, rusiyalı milyarderin sərvəti ümumilikdə 28.2 milyard dollardır.

    Qeyd edək ki, dünyanın ən varlı 500 insanının sərvəti haqqında məlumatları özündə birləşdirən “Bloomberg Billionaires Index” 2012-ci ilin martından bəri dərc edilir. İndeks, xüsusilə şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.

  • Azərbaycana turist axını: Rusiyalı səyyahların sayı 50% artıb

    “Rusiyalı turistlərin Azərbaycana səfərlərinin sayı 50% artıb”.

    Bu barədə Rusiyanın “Ostrovok” onlayn hotel və mənzil bronlaşdırma xidmətindən gazeta.ru-nun sorğusuna cavab olaraq bildirib.

    Məlumatda deyilir ki, rusiyalıların 2024-cü ilin sentyabr ayı üçün xaricdəki hotellərdə bronlaşdırmaları ümumilikdə 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 81% artıb.

    Tədqiqatın 2024-cü ilin avqust ayında aparıldığı vurğulanıb.