Month: Sentyabr 2024

  • YAP-ın parlament seçkisində 68 namizədi liderdir

    Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisinin ilkin açıqlanan nəticələrinə görə Yeni Azərbaycan Partiyasının (YAP) 68 namizədi liderdir.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.

    İlkin açıqlanan nəticələrə görə, 45 nəfər bitərəf namizəd öz dairələrində öndədir.

    Bundan əlavə, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Ədalət, Haqq və Demokratiya Partiyası (ƏHD) 2, Böyük Azərbaycan Partiyası (BAP) 1, Respublikaçı Alternativ (REAL) 1, Milli Cəbhə Partiyası (MCP) 1, Demokratik Maarifçilik Partiyası (AMDP) 1, Demokratik İslahatlar Partiyası (ADİP) 1, Böyük Quruluş Partiyası (BQP) 1 və Milli İstiqlal Partiyası (AMİP) 1 nəfərlə təmsil olunacaq.

    Qeyd edək ki, artıq seçki məntəqələrinin 100 faizi yekun protokollarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

  • Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Səid Nəcəfzadəni təbrik edib – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadənin Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə paylaşım edib.

    M.Əliyevanın rəsmi “Instagram” hesabındakı paylaşımda deyilir:

    “Paraatlet Səid Nəcəfzadəni Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”

  • İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Azərbaycan çempionatında 32 il əvvəlin antirekordu təkrarlanıb

    1992-ci ildən bu yana keçirilən Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi” 32 ildən sonra özünün ən pis göstəricisini təkrarlayıb.

    “Ağ-qaralar” Azərbaycan Premyer Liqasının ilk beş turunda qələbə qazanmayıblar. Bakı klubu 4 oyunda heç-heçə edib və bir matçda məğlub olub.

    Roman Qriqorçukun başçılıq etdiyi komanda “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçələr edib. “Sabah”dan isə iki cavabsız qol buraxıb.

    1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub. İlk belə hadisə 2017/18 mövsümündə qeydə alınıb. Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi bir xal qazanıb: bir heç-heçə və 4 məğlubiyyət.

    Qeyd edək ki, 2017/18 mövsümündəki qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.

  • Bakıda marketlərə qənim kəsilənlər saxlanıldılar – VİDEO

    Paytaxtın Suraxanı rayonu və digər ərazilərində silsilə oğurluq hadisələri qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə hazırladıqları xüsusi maskalarla kamuflyaj olunaraq 7 marketi talayıblar. Onlar həmin marketlərdən 2 min manatdan artıq nağd pul, 12 min manat dəyərində tütün məmulatları və ödəmə terminallarından 27 000 manata yaxın maddi vəsait ələ keçiriblər. Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qabaqcadan əlbir olaraq qeyd edilən cinayət əməllərini törədən şəxslər – 2000-ci il təvəllüdlü Rəhman Məhərrəmov və 1975-ci il təvəllüdlü Cəbrayıl Bağırov saxlanılıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məhərrəmov və C.Bağırovun analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

  • Mehriban Əliyeva Kəlbəcərdən video paylaşdı

    Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər səfərindən video paylaşıb.

    M.Əliyeva bununla bağlı “Instagram”da paylaşım edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Prezident və birinci xanım “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan işlərlə tanış olublar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən PFL prezidenti xəstəxanadan evə buraxılacaq

    Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov sabah xəstəxanadan evə buraxılacaq.

    Bu barədə PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat yayıb.

    “Elxan müəllim sabah xəstəxanadan evə buraxılacaq. Amma 6 ay müddətində reabilitasiya davam edəcək. Bununla yanaşı, bu həftədən həm də işə çıxacaq”, – deyə S. Abdullayev bildirib.

    Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

  • Prezident Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Ceyhun Bayramovdan Paşinyana tutarlı cavab

    “Azərbaycan sülh sazişi üzrə növbəti versiyasını iyunun 24-də Ermənistana təqdim edib, İrəvan isə yalnız 70 gün sonra öz versiyasını təqdim edib”.

    Bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə mətbuat konfransında deyib.

    Nazir bildirib ki, Azərbaycan yenidən təkliflər paketi hazırlayıb Ermənistana təqdim edəcək.

    Onun sözlərinə görə, Ermənistanın Baş naziri mətbuat konfransında həqiqəti əks etdirməyən fikirlər səsləndirib:

    “Ermənistanın təqdim etdiyi təkliflər paketindən tərəflərin razılığa gəlmədiyi məqamlar çıxarılıb. Ermənistan düşünür ki, guya bu yolla məsələni həlli etmək olar. Halbuki əsas, taleyüklü məqamlara diqqət ayrılmayıb”.
    //oxu.az