Month: September 2024

  • Texniki baxışda maşından narkotik çıxdı

    Bakıda texniki müayinəyə aparılan avtomobildə narkotik vasitələrin olması məlum olub.

    Median.Az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, Müayinə Mərkəzində paytaxt sakini Anar Babayevə məxsus “Land Rover” markalı maşın texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.

    Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prossesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyəti üzrə təhvil verilib.

  • Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb

    İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, sentyabr ayının 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaher saxlanılıb.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • ABŞ-də Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçiriləcək

    Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

  • Sabah Cəbrayıla ilk köç olacaq

    Cəbrayıl şəhərinə sentyabrın 26-da ilk köç olacaq.

    Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan insanlar doğma yurda yola salınacaq.

    Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhərini işğaldan azad edib.

  • DYP toy mərasimləri zamanı avtoxuliqanlıq edən sürücülərə XƏBƏRDARLIQ ETDİ

    “Təəssüf ki, dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu acı faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq”.

    Bu barədə Daxili İşlə Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    Bildirilib ki, ki, ötən gün toy karvanına yetişmək üçün tələsən sürücünün VAZ markalı avtomobillə sərt döngədə idarəetməni itirərək yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər yaxın qohum eyni vaxtda həyatını itirib:

    “Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər.

    Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir. Bu həm dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır”.

  • Во время выборов были попытки кибератак против Азербайджана

    Не только в связи с COP29, но и во время других международных мероприятий происходит множество кибератак против Азербайджана.

    Как сообщает АПА-Экономикс, об этом заявил журналистам глава Государственной службы специальной связи и информационной безопасности Ильгар Мусаев.

    “Граждане этого не видят, а служба не можем раскрывать всю информацию. Но все атаки предотвращаются. Иногда мы размещаем эту информацию ежеквартально в СМИ. Бывают кибератаки и угрозы против граждан и государственных учреждений. Такие атаки происходят и в связи с COP29”, – добавил И.Мусаев.

    Он отметил, что попытки кибератак против Азербайджана были и во время выборов.

    “Попытки кибератак предпринимались и во время президентских и парламентских выборов. Просто мы не можем их разглашать. Но работа с этим проводится ежедневно. Дезинформация распространяется на таких платформах, как Facebook, Instagram и Tiktok. Мы пресекаем ее, совместно работая с этими платформами”, – сказал глава госслужбы.

  • Seçkilər zamanı Azərbaycana qarşı kiberhücumlara cəhdlər olub

    “Təkcə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində deyil, digər beynəlxalq tədbirlər zamanı da Azərbaycana çoxlu sayda kiberhücumlar olur”.

    APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

    “Vətəndaşlar bunu görmürlər. Xidmət olaraq bu məlumatların hamısını açıqlaya bilmirik. Amma bu hücumların qarşısı alınır. Bəzən rüblük olaraq bu məlumatları öz informasiya vasitəmizdə yerləşdiririk. Vətəndaşlara və dövlət qurumlarına qarşı kiberhücumlar və təhdidlər olur. Həmçinin, COP29-la bağlı belə hücumlar baş verir”, – deyə İ.Musayev əlavə edib.

    O bildirib ki, seçkilər zamanı da Azərbaycana qarşı kiberhücumlara cəhdlər vardı:

    “Prezident seçkisi, Milli Məclisə seçki zamanı kiberhücumlara cəhdlər edilirdi. Sadəcə, biz onların hamısını açıqlaya bilmirik. Amma bununla bağlı gündəlik iş gedir. “Facebook”, “Instagram”, “TikTok” kimi platformalarda dezinformasiyalar yayılır. Biz həmin platformalarla birgə işləməklə bunların qarşısını alırıq”.

  • Расширены полномочия “Азеристиликтеджхизат”

    В Азербайджане тарифы на услуги теплоснабжения для небытовых потребителей выведены из-под государственного регулирования, эти полномочия переданы ОАО “Азеристиликтеджхизат”.

    Как сообщает Median.Az со ссылкой на Тарифный (ценовой) совет, постановлением Кабинета министров от 3 апреля 2024 года определены структуры, регулирующие цены на услуги теплоснабжения. В связи с этим внесены изменения в перечень товаров (работ, услуг), цены (тарифы) на которые регулируются государством, и в постановление Кабмина “Об утверждении правил использования тепловой энергии” от 5 сентября 2023 года.

    Указанное постановление вступило в силу с 1 сентября 2024 года.

    Тарифный (ценовой) совет устанавливает тарифы на теплоснабжение только для потребителей, относящихся к группе населения. В новом отопительном сезоне расчеты за услуги теплоснабжения для потребителей, относящихся к группе населения, остаются неизменными.

    Согласно постановлению, расчеты за услуги теплоснабжения для небытовых потребителей будут осуществляться по тарифам, установленным договором с “Азеристиликтеджхизат”.

    Небытовые потребители составляют 1.67% от общего числа абонентов “Азеристиликтеджизат” и 16% от продаж по теплоснабжению.

  • “Azəristiliktəchizat”a yeni səlahiyyət verilib

    Azərbaycanda qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb, bu səlahiyyət “Azəristiliktəchizat” ASC-ə həvalə olunub.

    Median.Az Tarif (qiymət) Şurasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli qərarı ilə istilik təchizatı xidmətlərinin qiymətlərini tənzimləyən qurumlar müəyyənləşdirilib. Bununla əlaqədar, Nazirlər Kabinetinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 2023-cü il 5 sentyabr tarixli Qərarda dəyişiklik edilib.

    Sözügedən Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.

    Tarif (qiymət) Şurası istilik təchizatının yalnız əhali qrupuna aid istehlakçılar üzrə tariflərini müəyyən edir. Yeni istilik mövsümündə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə dəyişilməz olaraq qalır.

    Qərara əsasən qeyri-əhali istehlakçıları üçün istilik təchizatı xidmətlərinə görə hesablaşmalar “Azəristiliktəchizat” ilə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək.

    Qeyri-əhali istehlakçıları “Azəristiliktəchizat”ın ümumi abonentlərinin 1,67% -ni, istilik təchizatı üzrə satışının isə 16%-ni təşkil edir.

  • В Азербайджане скорректированы цены на ряд лекарственных препаратов

    25 сентября 2024 года состоялось очередное заседание Тарифного (ценового) совета.

    Как передает Median.Az со ссылкой на совет, был утвержден верхний предел цен на 156 новых лекарственных средств, зарегистрированных государством, снижен верхний предел цен на 50 лекарственных средств, в целях обеспечения надежности поставок внесены изменения в верхний предел цен на 24 лекарственных средства в соответствии с правилами, утвержденными постановлением Кабинета министров Азербайджана №209 от 3 июня 2015 года и инструкцией, утвержденной решением Тарифного (ценового) совета от 21 июля 2015 года.

    Полный список лекарственных препаратов с утвержденным верхним пределом цен, с учетом торгового наименования, лекарственной формы, наименования действующего вещества, дозировки, коммерческой упаковки, количества, страны производителя, размещен на официальном сайте Тарифного (ценового) совета в разделе “Лекарственные средства”.

    Решение вступит в силу с 1 октября 2024 года.