Month: September 2024

  • İlin ikinci Günəş tutulması olacaq

    Bu ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək.

    Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

    Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır.

    Tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək.

    Halqavari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq. Ən azından qismən tutulma görən ölkələr Şimali Amerikanın cənubu, Cənubi Amerikanın böyük hissəsi, Sakit və Atlantik okeanlar, Antarktida olacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

  • UEFA-nın futbolsevərləri çaş-baş salan yeni formatı

    UEFA tərəfindən qəbul olunan yeni format futbol azarkeşlərini keçirilən oyunlar və zamanları ilə bağlı çaş-baş salıb.

    Öncəki illərdə keçirilən UEFA Çempionlar Liqasının qrup mərhələsinin görüşləri həftənin yalnız ikinci və üçüncü günləri baş tuturdu. UEFA Avropa Liqası və Konfrans Liqasının qarşılaşmaları isə həftənin üçüncü və dördüncü günlərində təşkil olunurdu.

    UEFA yeni formata keçdikdən sonra isə azarkeşlərin fikirlərini qarışdırıb.

    Belə ki, UEFA Çempionlar Liqasının ilk turu həftənin ikinci, üçüncü və dördüncü günlərində keçirildi. Bu həftə baş tutacaq UEFA Avropa Liqasının görüşlərinə isə bu gün start veriləcək.

    Burada maraqlı məqamlardan biri odur ki, təmsilçimiz “Qarabağ” sentyabr ayının 26-da ilk oyununu səfərdə İngiltərənin “Tottenhem” klubu ilə keçirəcək. “Köhlən atlar” növbəti matçında bir həftə sonra, yəni oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda “Malmö” klubunu qəbul edəcəklər. Yəni təmsilçimiz iki həftə ardıcıl olaraq Avrokuboklarda mübarizə aparacaq.

    Həmin ərəfədə, həftənin ikinci və üçüncü günləri UEFA Çempionlar Liqasının, dördüncü günü isə UEFA Avropa Liqası və Konfrans Liqasının növbəti oyunları baş tutacaq.

    UEFA tərəfindən qəbul olunan yeni format komandaların səviyyəsini artırmaq və Liqadakı mübarizəni və finala doğru yolu daha çətin vəziyyətə gətirmək üçün nəzərdə tutulsa da, bu, turnirdə iştirak edən klubların hər birində yorğunluq yarada bilər.

    Nəzərə alsaq ki, UEFA Çempionlar Liqasının və Avropa Liqasının ikinci turu və Konfrans Liqasının ilk turu oktyabr ayının 3-də başa çatdıqdan sonra milli yığmaların oyunları üçün fasilə yaranacaq. Bu da öz ölkəsinin uğurları üçün seçmə komandaya dəvət olunan futbolçulara ikiqat yükə çevrilə bilər.

  • В Азербайджане продлен особый карантинный режим

    На территории Азербайджанской Республики продлен особый карантинный режим.

    Соответствующее постановление принял Кабинет министров страны.

    Согласно документу, срок особого карантинного режима на территории республики продлен до 06:00 1 января 2025 года.

    Отметим, что ранее карантинный режим был продлен до 1 октября 2024 года.

  • Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.

    Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.

  • Naxçıvanda altı vəzifəli şəxs işdən çıxarıldı – SƏBƏB

    Naxçıvanda 6 məktəbin direktoru işdən çıxarılıb.

    Modern.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə deputat seçilən məktəb direktorları vəzifəsindən azad edilib.

    Vəzifəsindən azad edilən şəxslər Naxçıvan Ali Məclisinə seçkilərdə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucova, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Gülxarə Tarverdiyevadır.

    Məlumatı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən təsdiqləyiblər.

    Qurumdan bildirilib ki, 20 sentyabr 2024-cü il tarixindən deputat seçilən məktəb direktorları ərizələri ilə vəzifələrindən azad olunublar.

  • Bakıda tələbə qız vəfat edib

    Bakı Qızlar Universitetinin tələbəsi vəfat edib.

    Bu barədə “Azərbaycan Tələbələri” “Facebook” səhifəsi məlumat yayıb.

    Məlumata görə, Məsmə Rəsulzadə universitetin Məktəbəqədər təhsil ixtisasının II kurs tələbəsi olub.

    Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

  • Обвиняемый в подготовке теракта в Азербайджане дал показания

    В Бакинском суде по тяжким преступлениям под председательством судьи Айтен Алиевой прошло очередное заседание по делу 39-летнего Эльшана Наджафова, обвиняемого в подготовке террористического акта и покушения на жизнь государственного или общественного деятеля в Азербайджане.

    Об этом сообщает Report.

    Во время процесса Эльшан Наджафов, имеющий высшее образование и проработавший 10 лет в Министерстве науки и образования, дал показания. Он рассказал, что был задержан сотрудниками Службы государственной безопасности (СГБ) в прошлом году, когда возвращался с работы домой. При этом Наджафов не знал причину своего задержания.

    Отвечая на вопросы государственного обвинителя, подсудимый признал, что пользовался социальной сетью Facebook. “Я проголосовал за книгу про английского шпиона, которую предложил пользователь Рагим Алиев. Она показалась мне интересной”, – пояснил Наджафов.

    На вопрос о том, размещал ли он в своем профиле под другим именем статусы о насильственном захвате власти и изменении Конституции в Азербайджане, Эльшан Наджафов подтвердил, что профиль принадлежит ему. “Меня интересовали некоторые вещи, связанные с шариатом. Я задавал вопросы определенным людям, чтобы узнать, является ли это грехом”, – сказал он.

    Отвечая на вопросы адвоката, обвиняемый рассказал, что через Telegram-канал задавал вопросы нескольким лицам. “Просматривая соцсети, я увидел посты о том, на кого можно совершить покушение. Тогда я написал пользователю Рагиму Алиеву вопрос: дозволено ли по исламскому шариату убийство некоторых госчиновников? У него были подобные высказывания, поэтому я адресовал ему этот вопрос. Через некоторое время я удалил эти сообщения”, – сообщил Наджафов.

    Адвокат отметил, что в материалах дела говорится о слежке Эльшана Наджафова за посольством одной из зарубежных стран в Азербайджане. Однако подзащитный пояснил, что не следил за посольством, а просто проходил мимо той территории.

    Судебный процесс продолжится 3 октября.

    Эльшан Наджафов был задержан сотрудниками СГБ в сентябре 2023 года в ходе спецоперации. Ему предъявлено обвинение в том, что, сговорившись с другим гражданином Азербайджана, проживающим за рубежом, он готовился совершить террористическую атаку на иностранных госчиновников во время их визита в Азербайджан, а также на азербайджанских государственных и общественных деятелей на публичном мероприятии. Доказательства в виде голосовых сообщений, где Наджафов выражает свою решимость и сговор с сообщником, приобщены к материалам дела.

    Сообщник обвиняемого заявил, что в случае гибели при осуществлении плана Наджафов будет считаться “шехидом”. Однако Эльшан Наджафов был разоблачен и задержан сотрудниками СГБ, поэтому не смог предпринять попытку совершения указанных террористических действий помимо своей воли.

    Эльшану Наджафову предъявлено обвинение по статьям 28,277 (подготовка к посягательству на жизнь государственного или общественного деятеля) Уголовного кодекса Азербайджана.

  • Azərbaycanda terror aktı hazırlamaqda ittiham olunan şəxs İFADƏ VERDİ

    Azərbaycanda terror aktı və dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlamaqda ittiham olunan Elşən Nəcəfovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Elşən Nəcəfov sərbəst ifadə verib.

    O bildirib ki, ali təhsillidir, dövlət qulluğunda çalışıb:

    “Səhər işə gedib, evə gəlmişəm. Ötən il DTX əməkdaşları tərəfindən səhər saatlarında saxlanmışam. Lakin hansı səbəbdən saxlandığını bilmirdim”.

    39 yaşım var, 10 ildir Elm və Təhsil Nazirliyində işləmişəm.

    Dövlət ittihamçısının suallarını cavablayan Elşən Nəcəfov bildirib ki, “Facebook” sosial şəbəkəsindən istifadə edib:

    “Rəhim Əliyevə kitab barəsində səs atmışam. İngilis casusuna aid bir kitab idi. Mənə maraqlı gəldi”.

    Dövlət ittihamçısı təqsirləndirilən şəxsə “Facebook” profilinizdə başqa ad altında Azərbaycanda hakimiyyətin zorla əl keçirilməsi, konstitusiyanın zorla dəyişdirilməsi ilə bağlı status yazmışınız?” sualını ünvanlayıb.

    Elşən Nəcəfov profilin ona məxsus olduğunu bildirib:

    “Şəriətlə bağlı bəzi şeylər məni maraqlandırırdı. Bəzi şəxslərə bununla bağlı suallar ünvanlamışam. Bunun da səbəbi yalnız günah olub-olmadığı olub”.

    E.Nəcəfov vəkilin suallarını cavablandıran zaman “Telegram” kanalı vasitəsilə bir neçə şəxsə suallar verdiyini bildirib:

    “Sosial şəbəkələrə baxanda gördüm ki, bəzi profillərdə kimlərə sui-qəsd etməklə bağlı postlar gördüm. Mən də Rəhim Əliyev adlı istifadəçiyə sual yazdım ki, islam şəriətinə görə bəzi dövlət xadimlərinin öldürülməsi halaldır, ya haramdır? Onun bu cür çıxışları vardı, bu səbəbdən bu sualı ona ünvanlamışdım. Bir müddət sonra da həmin mesajları sildim”.

    Vəkil qeyd edib ki, iş materiallarında Elşən Nəcəfovun xarici ölkələrdən birinin Azərbaycandakı Səfirliyini izlədiyi yazılıb, o, müdafiə etdiyi şəxsdən bunu soruşub.

    Təqsirləndirilən şəxs vəkilin sualına cavab olaraq deyib ki, səfirliyi izləməyib, sadəcə yolüstü həmin o ərazidən keçib.

    Məhkəmə prosesi oktyabrın 3-də davam edəcək.

    Qeyd edək ki, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.

    Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.

    Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.

    Ona Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) və digər maddələri ilə ittiham elan edilib.

  • Состоятся похороны еще двух шехидов первой Карабахской войны – ФОТО

    Состоятся похороны еще двух шехидов, считавшихся пропавшими без вести в первой Карабахской войне.

    Информацию об этом распространила Государственная комиссия Азербайджанской Республики по делам военнопленных, заложников и без вести пропавших граждан.

    Один из шехидов, останки которых будут преданы земле, – военнослужащий Вагиф Сардар оглу Алиев, а другой – мирный житель Мирзали Мюслет оглу Гулиев.

    26 сентября В.Алиев будет похоронен на Аллее шехидов в Гяндже, а М.Гулиев – на Аллее шехидов в селе Гарадаглы Ходжавендского района.

  • Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcək – FOTO

    Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    Dəfn olunacaq şəhidlərdən biri hərbçi Vaqif Sərdar oğlu Alıyev, digəri isə mülki şəxs Mirzəli Müslət oğlu Quliyevdir.

    Sentyabrın 26-sı V.Alıyev Gəncə şəhəri Şəhidlər xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin Şəhidlər xiyabanında dəfn olunacaqlar.