Month: September 2024

  • Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR

    Tarif (qiymət) Şurasının 25 sentyabr 2024-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

    Bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası məlumat verib.

    Belə ki, yeni dövlət qeydiyyatına alınan 156 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 50 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 24 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

    Qərar 1 oktyabr 2024-cü il tarixindən qüvvəyə minəcək.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli 197 nömrəli Qərarı ilə qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb. Bu xidmətlərin tarifləri “Azəristiliktəchizat” ASC ilə müqavilə əsasında müəyyən ediləcək. Bununla əlaqədar Şuranın 24 noyabr 2011-ci il tarixli 4 nömrəli Qərarı Nazirlər Kabinetinin müvafiq Qərarına uyğunlaşdırılıb.

    Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.

  • Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib

    Bakıda təşkil olunmuş “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində müdafiə naziri general-polkovnik Zakir Həsənov serbiyalı həmkarının maddi resurslar üzrə köməkçisi Nenad Miloradoviç ilə görüşüb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə Serbiyanın “Yugoimport SDPR” dövlət şirkətinə məxsus stenddə nümayiş olunan silah və texnika nümunələrinə baxış keçirilib:

    “Daha sonra baş tutan görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də digər məsələlər müzakirə olunub”.

  • Azərbaycanda “Zəngəzur” PUA-sı istehsal olunub

    Azərbaycanda “Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) istehsal olunub.

    APA xəbər verir ki, PUA ilk dəfə Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

    “Zəngəzur” PUA-sı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub. İşğaldan azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta əhəmiyyətli dərəcədə qənaət edir.

    PUA-nın təkmilləşdirilərək döyüş zamanı istifadəsi də nəzərdə tutulub.

  • Arvadını və 8 aylıq körpəsini qətlə yetirən ata məhkəmədən vaxt istədi

    Həyat yoldaşı və 8 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin məhkəməsi davam etdirilib.

    “Unikal”ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən onlayn prosesdə vəkil müdafiə çıxışı edib.

    Daha sonra son söz demək üçün Fərid Hüseynliyə söz verilib.

    Lakin o, son söz demək üçün məhkəmə zalından çıxış edəcəyini əsas gətirərək vaxt istəyib.

    Məhkəmənin son iclası oktyabrın 7-nə təyin edilib.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Samir Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, hadisə ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızına Hüseynli və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

  • İcra başçısının qardaşı faciəli şəkildə öldü – FOTO

    Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.

    Modern.az saytının məlumatına görə, icra başçısının qardaşı Habil Quliyev faciəli şəkildə vəfat edib.

    Mərhumu elektrik cərəyanı vurub. Hadisənin dünən baş verdiyi qeyd edilir.

    Fotoda icra başçısı Məhərrəm Quliyev

  • Marşrut avtobusunda güclü yanğın: Sumqayıtda təhlükəli anlar – VİDEO

    Sumqayıt şəhərində “AKIA” markalı 5 nömrəli avtobusun mühərrik hissəsi yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, hadisə “Etilen-Polietilen” zavodunun qarşısında baş verib. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • DYP hava şəraiti ilə bağlı müraciət etdi

    Əlverişsiz hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

    Median.Az həmin müraciəti təqdim edir:

    “Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq sentyabrın 27-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

    Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormozlama etməkdən çəkinməyi tövsiyə edir”.

  • Bakıda həmyerlilərinə qarşı dələduzluq edən pakistanlı ilə bağlı QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda və qanunsuz miqrasiya təşkil etməkdə təqsirləndirilən Pakistan vətəndaşı Muhammad Naeem Bilalın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muhammad Bilal 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Pakistan vətəndaşı olan Muhammad Naeem Bilal 18 həmyerlisinin qanunsuz miqrasiyasını təşkil edib. Onlara qarşı 51 min manat dələduzluq edib.

    Pakistan vətəndaşına qarşı 178.3.2-ci (külli miqdarda dələduzluq) və 318-1.2.3 (qanunsuz miqrasiyanın təşkili) maddələri ilə ittiham irəli sürülüb.

  • Zərərçəkmiş qadın: “Prius”un sürücüsü əvvəl mənə söz atdı, sonra döydü”

    Yasamal Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəfər Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Cəfər Cəfərova 2000 manat məbləğində cərimə cəzası təyin edilib.

    İttihama görə, hadisə 2024-cü il aprelin 4-də, saat 14 radələrində Yasamal rayonu ərazisində qeydə alınıb.

    Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Cəfər Cəfərov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən həmin yolla piyada hərəkətdə olan zərərçəkmiş Günay Ramazanovaya (şərti) maşın yolundan kənara çəkilməsi ilə bağlı irad bildirib. Bu zaman onlar mübahisə ediblər. Nəticədə Cəfər qadının sol təpə nahiyəsinə iki dəfə, üst dodağına isə bir dəfə yumruq zərbəsi endirərək ona xəsarət yetirib.

    Hadisədən sonra Cəfər Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

    Məhkəmə iclasında o, irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, maşını ilə hərəkətdə olan zaman iki nəfər qadının əks istiqamətdə yolun avtomobillərə aid olan hissəsi ilə hərəkət etməsini görüb. Bu zaman o, avtomobilin pəncərəsindən həmin şəxslərə yoldan kənara çıxmalarını bildirib. Onun bu sözündən sonra ortayaşlı qadın yolun sağ tərəfinə keçib, digər şəxs isə avtomobilin sol tərəfində dayanıb. Həmin vaxt o, idarə etdiyi avtomobili dayandırmaq istəyib, lakin maşında olan nasazlıq səbəbindən dayandıra bilməyib. Bu zaman avtomobilin sol tərəfindən dayanan qadın əlindəki dondurmanı pəncərədən onun sifət nahiyəsinə tərəf tullayıb, dondurma onun gözünə dəyib. Cəfər qeyd edib ki, avtomobili saxlayıb və aşağı düşmək istəyəndə sifətinə dondurma tullayan qadın şillə ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurub və ona – “sən kimsən mənə söz atırsan”, – deyib. O, əsəbiləşdiyi üçün həmin qadının sinəsindən itələyərək yerə yıxıb.

    Məhkəmə iclasında zərərçəkmiş Günay Ramazanova ifadəsində söyləyib ki, Cəfər maşını ilə gedərkən “nazlana-nazlana yerimə” ifadəsini işlədib. Sürücü ona söz atdığına görə əlində olan dondurmanı onun sifət nahiyəsinə tərəf tullayıb. Bundan sonra həmin şəxs avtomobildən aşağı düşərək onun üstünə gəlib, qəfildən yumruqla onun sinə nahiyəsinə vurub. Bundan sonra onların arasında dava başlayıb. Bu zaman onun anası onları ayırmaq istəyərkən Cəfər onun yaxasından yapışaraq bir neçə dəfə zərərçəkmişin sifət nahiyəsindən vurub. Bundan əlavə həmin şəxs uca səslə dəfələrlə onu küçə söyüşləri ilə təhqir edib.

  • 2 октября произойдет второе солнечное затмение года

    2 октября произойдет второе за этот год солнечное затмение.

    Об этом сообщает Median.Az со ссылкой на данные кафедры астрофизики физического факультета Бакинского государственного университета.

    Во время затмения Луна будет находиться дальше от Земли, чем обычно, поэтому ее угловой размер окажется меньше углового размера Солнца. В результате Луна не сможет полностью закрыть солнечный диск, и вокруг нее образуется яркое кольцо. Такое редкое астрономическое явление называется кольцеобразным солнечным затмением.

    Затмение начнется 2 октября в 19:42:47 по бакинскому времени и завершится 3 октября в 01:46:47. Его пик придется на 22:44:51 2 октября. Затмение продлится 6 часов 4 минуты. Полное затмение начнется в 20:50:24 2 октября и завершится в 00:39:04 3 октября. Оно продлится 3 часа 48 минут 40 секунд.

    Кольцеобразное солнечное затмение будет наблюдаться в Чили и на юге Аргентины. Как минимум, частичное затмение можно будет увидеть на юге Северной Америки, большей части Южной Америки, над Тихим и Атлантическим океанами и в Антарктиде. В Азербайджане явление наблюдаться не будет.