Month: September 2024

  • В Баку наркоторговец напал на полицейских: им пришлось открыть огонь

    В Баку подозреваемый в незаконном обороте наркотических средств и находящийся в розыске попытался оказать сопротивление сотрудникам полиции с помощью режущего предмета и сбежать.

    Как сообщили в пресс-службе Министерства внутренних дел Азербайджана, ночью 24 сентября ранее судимый Фарид Ализаде (1991 г.р.) при задержании оказал правоохранителям сопротивление с применением ножа. Правоохранители открыли по нему предупредительный огонь из табельного оружия.

    Подозреваемый, получивший ранение, был госпитализирован. При личном досмотре у него были обнаружены нож и героин, расфасованный для продажи.

    По данному факту возбуждено уголовное дело по соответствующим статьям Уголовного кодекса. Следственные действия продолжаются.

  • Bakıda axtarışda olan şəxs bıçaqla müqavimət göstərdi – Polis atəş açdı

    Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sentyabrın 24 -də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Fərid Əlizadə saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb. Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib.

    Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

  • Начальник Генштаба ВС Беларуси прибыл в Азербайджан

    По приглашению министра обороны Азербайджанской Республики генерал-полковника Закира Гасанова начальник Генерального штаба Вооруженных сил Республики Беларусь генерал-майор Павел Муравейко прибыл в Баку 25 сентября для участия в 5-й юбилейной Азербайджанской международной оборонной выставке ADEX.

    Как передает Median.Az со ссылкой на пресс-службу азербайджанского оборонного ведомства, в рамках визита запланировано проведение ряда встреч с целью обсуждения текущего состояния и перспектив развития военного сотрудничества между двумя странами.

  • Belaruslu general Bakıya gəldi

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Pavel Muraveyko “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 25-də Bakıya gəlib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunması məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

  • Азербайджан и Иран обсудили мирное соглашение между Баку и Ереваном

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов на полях 79-й сессии Генеральной Ассамблеи ООН встретился с иранским коллегой Аббасом Арагчи.

    Об этом сообщили в Министерстве иностранных дел (МИД) АР.

    На встрече было сказано, что культурная и религиозная общность между двумя странами является одним из ключевых факторов развития отношений, подчеркнута важность регулярных контактов между соответствующими органами и официальными лицами для устойчивости двусторонних связей.

    Наличие сильной политической воли с обеих сторон является основой для развития азербайджано-иранских отношений. Азербайджан выразил полную приверженность сотрудничеству, основанному на принципах добрососедства, равенства, взаимного уважения и выгоды. Также была подчеркнута важность продолжения усилий по дальнейшему развитию этих отношений.

    В рамках активизации сотрудничества между Азербайджаном и Ираном в различных областях, включая экономику, торговлю, транспорт и коммуникации, была подчеркнута важная роль Азербайджано-Иранской государственной комиссии по сотрудничеству в экономической, торговой и гуманитарной сферах, а также в выявлении взаимовыгодных проектов.

    Было отмечено, что 29-я сессия Конференции сторон Рамочной конвенции ООН по изменению климата (COP29), которая пройдет в Азербайджане, создала дополнительные возможности для азербайджано-иранского сотрудничества.

    Иранская сторона также была подробно проинформирована о процессе нормализации армяно-азербайджанских отношений.

    Было подчеркнуто, что самым серьезным препятствием на пути заключения окончательного мирного соглашения является продолжение территориальных претензий к Азербайджану в ряде правовых и политических документов Армении, особенно в конституции этой страны.

    На фоне продолжающихся реваншистских тенденций в РА было доведено до внимания, что активная милитаризация Армении и увеличение её военной поддержки со стороны различных государств наносят ущерб усилиям по установлению безопасности и стабильности в регионе.

    В ходе встречи также состоялся обмен мнениями по другим двусторонним и многосторонним вопросам, представляющим взаимный интерес.

  • Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçı ilə görüşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

    Görüş zamanı Azərbaycan və İran arasında mədəni və dini ortaqlıqların ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əsas amillərdən biri olduğuna dair həmfikirlik bildirilib, ikitərəfli münasibətlərimizin davamlılığı baxımından iki ölkənin müvafiq qurumları, eləcə də rəsmi şəxsləri arasında müntəzəm təmasların əhəmiyyəti vurğulanıb.

    Azərbaycan-İran əlaqələrinin inkişafı naminə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, Azərbaycanın mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əməkdaşlığa tam şəkildə sadiqliyi diqqətə çatdırılıb və ölkəmizin bu əməkdaşlığın davam və daha da inkişaf etdirilməsi istiqamətində səylərin əhəmiyyəti vurğulanıb.

    Azərbaycan və İran arasında müxtəlif istiqamətlər, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın intensivləşdirilməsi, qarşılıqlı maraq doğuran layihələrin aşkar edilməsi işində Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

    Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan-İran əməkdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb. Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması prosesi barədə qarşı tərəf ətraflı şəkildə məlumatlandırılıb.

    Yekun sülh sazişinin bağlanmasına ən ciddi maneənin isə başda Ermənistan konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Ermənistanda davam edən revanşist meyliləri fonunda Ermənistanın sürətli hərbiləşdirilməsi və müxtəlif dövlətlər tərəfindən Ermənistana hərbi dəstəyin artırılmasının regionda təhlükəsizlik və sabitliyin bərqərar edilməsi səylərimizə zərər vurduğu diqqətə çatdırılıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Врач рассказал об отличии гриппа от ОРВИ

    В отличие от острой респираторно-вирусной инфекции (ОРВИ), грипп начинается внезапно.

    Как передает Median.Az, об этом в беседе с РИА Новости рассказал инфекционист, глава клинико-диагностической лаборатории ООО “Инвитро-Сибирь” Андрей Поздняков.

    “Классический грипп имеет достаточно отличный от других инфекций симптомокомплекс”, – сказал он.

    По его словам, на начальной стадии заболевания человек может с точностью до часа указать время начала болезни. Также среди симптомов специалист назвал высокую температуру, выраженную интоксикацию и боли в голове, мышцах и суставах.

    Инфекционист подчеркнул, что со стороны дыхательных путей симптомы проявляются позже. По его словам, кашель проявляется на вторые-третьи сутки с момента начала развития гриппа. Он также отметил, что поначалу кашель простой, а затем становится частым.

    Осложнения у гриппа Поздняков делит на ранние и поздние. Среди ранних он назвал поражение легких, первичную гриппозную пневмонию, выраженную интоксикацию, а также возможное развитие поражений центральной нервной системы.

    К поздним осложнениям специалист отнес вторичные бактериальные осложнения со стороны дыхательных путей – синусит, тонзиллит, фарингит. Кроме того, после гриппа у переболевшего может наблюдаться нестабильная температура, утомляемость и выраженная потливость.

    Поздняков отметил, что на начальных стадиях развития гриппа во избежание осложнений можно применять специальную противовирусную терапию, а прием антибиотиков должен осуществляться только по рекомендации врача.

  • Qrip və KRVİ arasındakı fərq nədir? – Həkimdən AÇIQLAMA

    “Kəskin respirator virus infeksiyasından (KRVİ) fərqli olaraq, qrip qəflətən başlayır”.

    Median.Az-ın “RİA Novosti”yə istinadla məlumatına görə, bu barədə tanınmış rusiyalı infeksionist Andrey Pozdnyakov danışıb.

    O bildirib ki, klassik qrip digər infeksiyalardan kifayət qədər fərqli simptom kompleksinə malikdir.

    “Xəstəliyin ilkin mərhələsində insan xəstəliyin başlama vaxtını saatına qədər dəqiqliklə göstərə bilər. Simptomlar arasında yüksək hərarət, intoksikasiya, həmçinin baş, əzələ və oynaq ağrıları var”, – deyə həkim izah edib.

    İnfeksionist vurğulayıb ki, tənəffüs yolları tərəfindən simptomlar daha sonra özünü göstərir.

    “Öskürək qripin inkişafının başlanğıcından 2-3 gün sonra meydana çıxır. Əvvəlcə öskürək sadə olur, sonra isə tezləşir”, – deyə o əlavə edib.

    Pozdnyakov qripin fəsadlarını erkən və gec olmaqla iki yerə bölündüyünü bildirib.

    “Erkən fəsadlar arasında ağciyərlərin zədələnməsini, ilkin qrip pnevmoniyasını, intoksikasiya, həmçinin mərkəzi sinir sisteminin zədələnmələrinin mümkün inkişafını qeyd etmək olar. Gec fəsadlara tənəffüs yollarında olan bakterial fəsadlar – sinusit, tonzillit, faringit aid edilir. Bundan əlavə, qripdən sonra xəstədə qeyri-sabit hərarət, yorğunluq və tərləmə müşahidə oluna bilər”, – deyə mütəxəssis qeyd edib.

    Həkim bildirib ki, qripin inkişafının ilkin mərhələlərində fəsadların qarşısını almaq üçün xüsusi antivirus terapiyası tətbiq etmək olar, ancaq antibiotiklərin qəbulu yalnız həkimin tövsiyəsi ilə həyata keçirilməlidir.

  • В Масаллы 33-летний мужчина покончил с собой после расставания с невестой

    В Масаллинском районе 33-летний мужчина совершил самоубийство.

    Как сообщает Qafqazinfo, трагедия произошла в ночь на 24 сентября в селе Шарафа.

    Согласно информации, речь идет о местном жителе Сеймуре Гасанове. Члены семьи обнаружили при нем предсмертную записку.

    Отмечается, что незадолго до этого была расторгнута его помолвка.

    По данному факту проводится расследование.

  • Masallıda nişanı qaytarılan 33 yaşlı kişi canına qəsd etdi

    Masallıda 33 yaşlı şəxs məktub yazaraq intihar edib.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə sentyabrın 24-ü gecə saatlarında rayonun Şərəfə kəndindəki evlərin birində baş verib.

    Belə ki, kənd sakini 33 yaşlı Seymur Həsənov həyatına qəsd edib. Ailə üzvləri tərəfindən onun üzərindən məktub aşkarlanıb.

    Məlumata görə, mərhumun bir müddət öncə nişanı qaytarılıb.

    Faktla bağlı araşdırma aparılır.