Month: September 2024

  • Врач рассказала о симптомах новой инфекции, распространяющейся среди детей – ВИДЕО

    В последнее время среди детей распространилась инфекция, сопровождающаяся сыпью.

    По словам врачей, это заболевание особенно часто проявляется в осенний период и вызывается вирусами Коксаки.

    Отмечается, что в некоторых случаях болезнь может привести к осложнениям.

    Специалисты подчеркивают, что специфического лечения этой инфекции не существует. Основное внимание во время заболевания следует уделять контролю температуры тела и соблюдению гигиены полости рта.

    Подробнее – в сюжете Xəzər Xəbər:

  • Uşaqlar arasında yayılan yeni infeksiyanın ƏLAMƏTLƏRİ – VİDEO

    Son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur.

    Həkimlərin sözlərinə görə, xüsusilə payız aylarında ortaya çıxan bu virusa qızılca, məxmərək, su çiçəyi və ya skarlatina deyilir. “Ağız-əl-ayaq” xəstəliyi adlandırılan bu virus Koksaki törədir.

    Qeyd edilib ki, xəstəlik bəzi hallarda ağırlaşa da bilər.

    Mütəxəssis bildirib ki, bu xəstəliyin spesifik müalicəsi yoxdur. Yalnız hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Bakıda kişi tanışını salam vermədiyi üçün öldürmək istədi

    Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.

    İstintaqla müəyyən edilib ki, Bəhrəm İbayev ötən ilin aprelində tanışı Natiq Hüseynovun ona hansı səbəbə görə yanından keçən zaman görüb salam verməməsinə dair irad bildirib.

    Daha sonra tərəflər görüşüb bu məzmunda aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətiriblər.

    Lakin sonradan Bəhrəm İbayev qohumunun vəfat etməsi səbəbindən iki aylıq Göyçay rayonuna getməli olub.

    Rayonda olduğu zaman özü haqda guya Natiqin onu aparıb təklikdə cəzalandırması, onu görəndə hərəkətlərinə fikir verməsi, özündən üzr istəməsi, saymamazlıq etdiyi üçün hətta qəsəbədən qovması kimi məlumatların dolaşdığını eşidib

    İttiham aktında göstərilib ki, o, bu söz-söhbətlərə son qoymaq üçün Natiq Hüseynovdan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Belə ki, Bəhrəm iyunun 7-də paytaxtın Sabunçu rayonunda yerləşən obyektə gedən zaman təsadüfən Natiq Hüseynovu orda görərək ona ümumilikdə 14 bıçaq zərbəsi vurub.

    Natiq Hüseynov aktiv şəkildə müqavimət göstərərək qaçıb kafeyə daxil olduğundan, eləcə də ətrafdakıların köməkliyi ilə vaxtında Sabunçu Rayon Xəstəxanasına çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

    Bəhrəm İbayeva qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

  • МВД: В Азербайджане мошенники организовали финансовую пирамиду “Тост” – ФОТО

    В Сети распространилась информация о массовых случаях мошенничества, связанных с финансовой пирамидой “Тост”.

    Как сообщили в пресс-службе Министерства внутренних дел (МВД) Азербайджана, Главное управление по борьбе с киберпреступностью МВД уже начало расследование по данному делу, о результатах которого будет известно позже.

  • DİN “Tost” maliyyə piramidası ilə bağlı araşdırmaya başladı – FOTO

    İnternet resurslarında “Tost” maliyyə piramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə piramidası ilə bağlı araşdırma aparılır.

    Nəticəsi barədə məlumat veriləcək.

  • Президенту Ильхаму Алиеву представлены многоцелевые самолеты JF-17C

    25 сентября в международном аэропорту Гейдар Алиев Президенту Азербайджанской Республики, Верховному главнокомандующему Вооруженными силами Ильхаму Алиеву были представлены современные, легкие, всепогодные многоцелевые самолеты с дневным и ночным режимами JF-17C (Block-III), разработанные в рамках совместного проекта Авиационного комплекса Пакистана и Китайской авиационной корпорации Чэнду.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyevə çoxməqsədli “JF-17C” təyyarələri təqdim olunub

    Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli “JF-17C” (Block-III) təyyarələri təqdim olunub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • QHT sədri Qarabağ Universitetinin gələcəyi, tələbələrin sevinci və qlobal tanınmadan danışdı

    “Şuşada və Xocalıda Qarabağ Universitetinin fakultələrinin açılması, şəhid olan qardaşlarımızın ruhunu şad edəcək və qazilərə dəstək olacaq. “Xocalı bizim ən yaralı yerimizdir. Ağdam şəhərində də bir texnikum olub. İşğal zamanı düşmən oranı darmadağın etdi. Arzu edərdim ki, Qarabağ Universitetinin bir filialı Ağdamda da olsun”.

    Bu sözləri QHT.az-a açıqlama verən “İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev bildirib. QHT sədri Qarabağ Universitetinin tələbələrinin beynəlxalq alanda tanınacağına inandığını, bu universitetin Avropada və digər ölkələrdə magistratura təhsili üçün qəbul edilməsində Azərbaycan təhsilinin tanınmasına səbəb olacağını vurğuladı. “Bu universitetin tələbələri digər universitetlərə nümunə olacaq,” dedi. Son olaraq, Əliyev bütün təhsil alan tələbələrə və müəllimlərə uğurlar arzuladı, Qarabağ Universitetinin dünya brendi olacağına inandığını bildirdi.

    QHT.az olaraq, Qarabağ Universitetinin fəaliyyətini izləyərək, onun təhsil sahəsindəki müsbət təsirlərini və cəmiyyətimiz üçün əhəmiyyətini vurğulamağa davam edəcəyik.

  • Bakıda bu ərazidə evlər söküləcək – VİDEO

    Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. 

    Median.Az xəbər verir ki, evlər söküldükdən sonra ərazidə park salınacaq.

    Artıq 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasınınarxa hissəsinə kimi olan ərazidə yerləşən evlərin siyahıyaalınma prosesinə start verilib. Sakinlər Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən söhbət getdiyini desələr də, iddia edirlər ki, təkcə fərdi evlərə deyil, ərazidəki bütün köhnə tikililərə də baxış keçirlib.

    Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Cəmil Qarayev “Xəzər Xəbər”ə təsdiqləyib ki, həmin ərazidə söküntü olacaq. Əhaliyə məxsus fərdi yaşayış evlərlərlə yanaşı, köhnə tikililər sökülərək yerində park inşa olunacaq. 
    Hazırda Nizami və Lev Tolstoy küçələrində yaşayış fondunun inventarizasiyası aparılır. Siyahıya alınma prosesi başa çatdıqdan sonra köhnə tikililərin memarlıq abidəsi olub – olması yoxlanılacaq. Fərdi yaşayış evlərinin dəqiq sayı da müəyyənləşəcək. Evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.
    Kompensasiyanın dəqiq məbləğini isə Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Qarabağ Universitetinin yeni fakültələri hansılardır? – VİDEO

    Qarabağ Universitetinin nəzdində tibb fakültəsi açılacaq. Bu fakultə yeni açılacaq xəstəxana ilə birgə fəaliyyət göstərəcək.. 

    Median.Az bildirir ki, artıq Xankəndidəki Qarabağ Universitetində tədris başlayıb. Tələbələr təhsil ocağına gələrək tədris prosesinə qoşulublar. İlk dərs günündə iştirak edən Elm və Təhsil naziri Emin Əmrullayev Universitetin fəaliyyəti və yeni fakültələr barədə məlumat verib.

    Xocalı şəhərində də kənd təsərrüfatı elmləri fakültəsinin 2027 ildə fəaliyyətə başlaması planlaşdırılır.
    Bu gün dərslərə başlayan tələbələr də öz təəssuratlarını bölüşüblər.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.