Month: September 2024

  • Maaş və pensiya artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

    2025-ci ildə Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

    Median.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

    “Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43 %-ni təşkil edir”, – deyə o qeyd edib.

  • Azərbaycan və Yunanıstan arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə edilib – FOTOlar

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri George Gerapetritislə görüş keçirib.

    Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabına istinadən xəbər verir.

    Görüş zamanı tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edib, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

  • Vaxtılə yaşamış 6 ən böyük canlının adı açıqlandı – FOTOLAR

    Alimlər Yer kürəsinin ən böyük canlılarının siyahısını müəyyən ediblər. 
     
    AZXEBER.COM xəbər verir ki, onların sıralamasında vaxtılə yaşamış 6 ən böyük canlının adları yer alıb.
     
    Titanaboa – Müasir piton, insanların qohumu sayılır. O, 58-61 milyon il bundan öncə yaşayıb, uzunluğu 13 metrəyə çatıb.

    Meqalodon – 3-28 milyon il əvvəl yaşamış nəhəng akula növü idi. Megalodonun uzunluğu 20 metrə, çəkisi isə 47 tona çata bilərdi.


    Giqantopitek – Təxminən 1 milyon il əvvəl yaşayan ən böyük insanabənzər meymun olub. Alimlər hesab edirlər ki, onun boyu 3-4 m, çəkisi 300-550 kq olub, əsasən bambukla qidalanıb.


    Ketzalkoati – tarix boyu ən böyük pterozavr və ən böyük uçan heyvandır. 66-68 mln il əvvəl yaşamış heyvanın qanadlarının uzunluğu 12-15 metr olub. Leş və kiçik onurğalılarla qidalanıb.


    Evripterid – indiyədək məlum olan ən böyük buğumayaqlı olub. 248-510 milyon il əvvəl yaşamış bu canlı 2,5 metrə qədər böyüyə bilirmiş.


    Palaeoloksodon – nəsli kəsilmiş bu fil növü erkən pleystosendə Afrikada yaranmışdı. Bu heyvanın qalıqlarını tədqiq edən alimlərin fikrincə, onun hündürlüyü 5 metrə, çəkisi isə 20 tona çata bilərdi.

  • Payızda BU BÜRCLƏR ciddi sınaqlarla üzləşəcəklər

    2024-cü ilin sentyabr ayı özü ilə ən vacib astroloji tranzitlərdən birini gətirəcək.

    Median.Az lent.az-a istinadən bildirir ki, bu hadisə bürcün dörd əlaməti üçün ciddi problemlər vəd edir. Transformasiya və güc planeti olan Pluton sentyabrın 4-də retroqradına başlayacaq və noyabrın 19-na qədər Oğlaq bürcündə qalacaq. Bu, Plutonun 16 illik dövrünü tamamlayaraq bu bürcdə olması uzun müddət ərzində sonuncu dəfədir.

    Oğlaq bürcündə Pluton ənənəvi olaraq cəmiyyətdəki sistem dəyişiklikləri ilə əlaqələndirilir. Bu dəfə işarənin son dərəcələrində tranzit güc və nəzarət sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Ola bilsin ki, bəzi köhnəlmiş strukturlar öz gücünü itirəcək, dünyada yeni yanaşmalar və həll yolları tələb edən proseslər başlayacaq. Bu dövr son 16 il ərzində baş vermiş bütün dəyişikliklərin gücünün yekun sınağı kimi qəbul edilə bilər.

    Sınaqlara necə hazırlaşmaq olar?

    Retroqrad dövrlər artıq başlamış prosesləri nəzərdən keçirmək və təkmilləşdirmək üçün vaxtdır. Köhnə problemlər geri qayıda bilsə də, bu, geriyə doğru getdiyiniz demək deyil. Əksinə, bu, gələcəyə yeni güclə qədəm qoymaq üçün başladığımız işləri tamamlamaq şansıdır. Nəhayət, özünüzü inkişafınıza mane olan hər şeydən azad etmək üçün həyatınızdakı zəif nöqtələri təhlil etmək və aradan qaldırmaq üçün bu vaxtdan istifadə edin.

    Qoç

    Pluton onuncu karyera evinizə və sosial statusunuza təsir edəcək. Peşəkar sahədə ambisiyalarınızın nəzərdən keçirilməsini və yenidən qiymətləndirilməsini tələb edəcək dəyişikliklər ola bilər. Bu, karyeranızı və onun gələcək istiqamətini dərindən təhlil etmək üçün bir fürsətdir.

    Xərçəng

    Pluton yeddinci evinizə qayıdacaq, bu da münasibətlər sahəsinə təsir edəcək. Həyatınızdakı insanlarla keçmiş münaqişələr və həll olunmamış problemlər pozulacaq. Zəhərli bağlardan qurtulmağın və sağlam münasibətlər qurmağın vaxtıdır.

    Tərəzi

    Pluton ev və ailə ilə əlaqəli dördüncü evinizi aktivləşdirir. Daxili münaqişələr və ya köhnə ailə problemləri yenidən gündəmə gələ bilər. Bu, ailə münasibətlərinizi yenidən nəzərdən keçirmək və daha sabit bir mühit yaratmaq
    vaxtıdır.

    Oğlaq

    Pluton şəxsi transformasiyanı aktivləşdirərək ilk evinizə yenidən daxil olacaq. Oğlaqlar öz şəxsiyyətləri və məqsədləri ilə bağlı köhnə məsələlərdən dolayı təzyiq hiss edə bilərlər. Özünüz haqqında köhnəlmiş fikirləri buraxmalı və şəxsiyyətinizin yeni versiyasını qəbul etməli ola bilərsiniz.

  • Azərbaycanda kişi arvadı ilə münasibəti olan dostunu döyərək öldürdü

    A-A+Masallı rayonunda 1996-cı il təvəllüdlü Sərxan Abbasov mübahisə zamanı həmkəndlisi Rahib Muradovu (adlar şərti verilib – red.) öldürüb.
    Teleqraf.comun məlumatına görə, Sərxan bu il yanvarın 21-də saat 23 radələrində Masallı rayonunun kəndində evinə gəlib. O, qapını döyərkən evdən ayaq səsləri eşidib və qapını açan arvadı Sevdadan bu barədə soruşub.
    Sevda müxtəlif bəhanələr gətirib, təmirsiz olan otağa pişik girdiyini deyib. Sərxan əlindəki telefonun fənəri ilə otağa işıq salanda dostu və həmkəndlisi, 1994-cü il təvəllüdlü Rahibin orada gizləndiyini görüb. O, Rahibi dəhlizə çıxarıb, hansı səbəbdən evinə gəldiyini soruşub.
    Cavab verə bilməyən Rahibin Sevda ilə sevgi münasibətində olduğunu və arvadının xəyanət etdiyini başa düşüb. Dostunun sifət və baş nahiyələrinə ardıcıl yumruq-təpik zərbələri vurub.
    Rahibin oraya gəlmiş şəxslərin köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılmasına və tibbi yardımlar göstərilməsinə baxmayaraq o, aldığı xəsarət səbəbindən yanvarın 27-də ölüb.
    İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
    O qeyd edib ki, Rahib həmkəndlisi olmaqla yanaşı dostu və sinif yoldaşı olub:
    “Rahib Bakı şəhərində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, həftəsonu isə kəndə qayıdırdı. Masallıya gələndə çox vaxt mənimlə əlaqə saxlayardı “.
    “Yanımızda olacağını dedi”
    Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 21-də saat 14 radələrində Rahib mobil telefonuna zəng edib və Masallı rayonuna gəlmək istədiyini deyib:
    “O, Bakı şəhərinin Qaradağ rayonu ərazisində olduğunu, Masallının Ərkivan qəsəbəsinə sərnişin gətirdiyini dedi, dostumuz Pərvizlə saat 21 radələrində restoranların birində əyləşib onu gözləməyimizi istədi.
    Mən Pərvizlə kənd ərazisində olan restorana gedib orada çay içdik və Rahibi gözləməyə başladıq. Rahibin gəlmədiyini görəndə Pərviz ona zəng edərək harada olduğunu soruşdu. O, Ərkivan qəsəbəsi ərazisində olduğunu, bir neçə dəqiqəyə yanımıza gələcəyini dedi. Buna görə çay içib, onu gözləməyə davam etdik.
    Bir neçə dəfə Rahiblə telefon əlaqəsi saxlamağa çalışmağımıza baxmayaraq o, zəngləri açmadı, artıq gec olduğunu nəzərə alıb saat 23 radələrində Pərvizlə restoranı tərk etdik”.
    “Pişik olduğunu dedi”
    Sərxan qeyd edib ki, kənd ərazisində Pərvizlə vidalaşıb və evinə gedib:
    “Mən telefonda oyun oynaya-oynaya evimə çatdım. Həyətə girəndə dəmirdən olan giriş qapısının bağlı olduğunu görüb qapını döyməyə başladım. Bir neçə saniyə sonra arvadım Sevda qapını açdı.
    Sevda qapını açanadək mən çöl tərəfdə gözləyərkən evin içərisindən ayaq səslərinə oxşar səs gəldiyini eşitdim. Sevda qapını açıb məni sakit tərzdə qarşıladı. Mən də arvadımla hal-əhval tutaraq içəri keçdim. Ondan evdən ayaq səsləri gəldiyini, həmin səslərin nə olduğunu soruşdum. Arvadım mənə təmirsiz otağa qonşudan pişik girə biləcəyini dedi.
    Qeyd edim ki, maddi imkanım zəif olduğundan 2 otaqdan ibarət evin ancaq yataq otağını təmir edə bilmişəm. Tavanı və qapısı olmadığı üçün qapı yerinə pərdə asılıb. Arvadım pişik ehtimalını dedikdə təmirsiz otağa daxil oldum. İşıq olmadığı üçün telefonumun fənəri ilə həmin otaqda pişiyi axtarmağa başladım. Bir nəfəri üzü divara əlləri ilə başını tutmuş vəziyyətdə gördüm.
    Onun kurtkasının qolundan tutaraq evin dəhlizinə çıxardım. İşıqda Rahibi tanıdım. Ondan evimdə nə işi olduğunu soruşdum. Heç bir cavab vermədiyini, sadəcə qorxudan əsdiyini gördüm. Təkrar ondan evimdə nə işi olduğunu soruşsam da, sualıma yenə cavab vermədi”.
    “Dostuma zəng etdim”
    Sərxanın ifadəsinə görə, Rahibin arvadı Sevda ilə əlaqəsinin olmasını güman edib və qeyri-ixtiyari Rahibin üz nahiyəsinə bir neçə yumruq zərbəsi vurub:
    “Zərbələrin təsirindən Rahib yıxıldı. Sevdadan Rahibin burada nə elədiyini soruşdum, cavab vermədiyini görəndə ona da bir şillə vurdum. Rahibi vurduğumu görən arvadım Sevda qonşuluqda yaşayan atasını çağırmaq üçün evdən getdi. Dostum Pərvizə zəng edərək bizə gəlməsini xahiş etdim.
    Sonra yerdə dizləri üstə əlləri ilə üzünü tutan Rahibin baş və üz nahiyəsinə dayanmadan yumruq zərbələri vurmağa başladım. Rahib müqavimət göstərərək sinə nahiyəmə zərbə vursa da, onun müqavimətini qırdım. Təxminən 15-20 dəqiqə Rahibin baş və üz nahiyələrinə çoxsaylı zərbələr vurmağa davam etdim.
    Rahibə zərbələr vurub hirsimi çıxdıqdan sonra mətbəxə keçdim və bıçaq götürərək dəhlizə qayıtmaq istədim. Atamın, anamın və Sevdanın artıq evdə olduqlarını gördüm. Atam əlimdəki bıçağı aldı və özümə gəlməyim üçün üzümə şillə vurdu. Bıçağı alıb məni kənara itələdi”.
    “Məqsədim öldürmək olub”
    Sərxan qeyd edib ki, daha sonra atası ondan nə baş verdiyini soruşub:
    “Ona olanlar barədə məlumat verdim. Atam səbirli olmağımı, növbəti gün hər şeyin aydınlaşacağını dedi. Evdə ailə üzvlərim olmasına baxmayaraq Rahibə təkrar bir neçə yumruq zərbəsi vurdum. Bir-iki dəqiqə sonra isə Pərviz və digər sinif yoldaşım Rasim yaşadığım evə gəldilər.
    Pərviz Rahibə yaxınlaşaraq ondan mənim evimdə nə işi olduğunu soruşdu. Rahib ona da cavab vermədi. Pərvizin ürəyi xəstə olduğu üçün halı pisləşərək yerə yıxıldı. Mən Rasimlə birlikdə Pərvizi rayon mərkəzi xəstəxanasına apardıq.
    Atam isə Rahibin oğurluq məqsədi ilə evə girməsini düşündüyü üçün polisə məlumat verdi. Polis əməkdaşları gələrək Rahibi rayon mərkəzi xəstəxanasına apardılar. Yanvarın 27-də onun xəstəxanada öldüyünü eşitdim. Rahibi vurmaqda məqsədim onu öldürmək idi”.
    “Niyə döyülməsini mənə demədilər”
    İş üzrə zərərçəkmiş Rahibin hüquqi varisi qismində ifadə verən həyat yoldaşının sözlərinə görə, Rahiblə 2019-cu ildə evlənib, bu evlilikdən iki uşaqları doğulub:
    “Ərim bir neçə gün ağır vəziyyətdə reanimasiya şöbəsində qaldıqdan sonra yanvarın 27-də xəstəxanada öldü. Hadisədən sonra bildim ki, Sərxan yanvarın 21-də Rahibi evində tutub və onu döyüb”.
    “Cinsi əlaqədə oldum”
    İş üzrə şahid qismində adı keçən Sevdanın sözlərinə görə, əri Sərxan və iki azyaşlı uşağı ilə birlikdə Masallı rayonun kəndində yaşayıb:
    “2023-cü ilin dekabrın 27-də Sərxanın dostu Rahiblə “TikTok” sosial şəbəkəsində danışmağa başladıq. Daha sonra yaxın münasibətlərimiz yarandı. Müxtəlif vaxtlarda, ərimin evdə olmadığı hallarda bizə gəlirdi və cinsi əlaqədə olurduq.
    Sonuncu dəfə Rahiblə gecə saatlarında Sərxan dostları ilə restoranda olduğu zaman evdə cinsi əlaqədə olmaq barədə razılaşdıq. Rahib gecə saat 23 radələrində mesaj yazaraq evin həyətinə çatdığını dedi. Mən onu qarşıladım. Evin həyətində cinsi əlaqədə olmağı təklif etsəm də, havanın soyuq olması ilə əlaqədar evə getmək istədiyini dedi. Mən də razılaşdım”.
    “Otaqda gizlənməsini bildi”
    Sevda qeyd edib ki, daha sonra Rahibə Sərxan və ortaq dostları Pərviz zəng edib və restorana çağırıblar:
    “Bir neçə dəfə Rahib onlara gələcəyini desə də, sonra mobil telefonunu səssiz rejimə qoydu. Rahiblə cinsi əlaqədə olduqdan sonra evin dəhlizində döşəmənin üzərində oturaraq söhbət etməyə başladıq. Təxminən yarım saat sonra qapının döyülməsini eşidəndə Sərxanın evə gəldiyini dedim. Rahib özünü itirərək evin təmirsiz olan otağına keçdi. Otağın taxtaları bərkidilmədiyi üçün səs saldı. Sərxan telefonla təmirsiz otağa işıq salanda Rahibi gördü”.
    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Məşhur “ABBA” üzvü vəfat etdi

    İsveçin “ABBA” qrupunun nağara ifaçısı Rocer Palm 75 yaşında dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, əfsanəvi nağaraçı şənbə günü Alzheimer xəstəliyindən vəfat edib.

    Roger Palm 1949-cu ildə anadan olub, o, “Gimmicks”, “Beatmakers”, “Moonlighters” qruplarının nağaraçısı olub, lakin ABBA-nın bir hissəsi kimi məşhurlaşıb.

    Onun iştirakı ilə “Dancing Queen”, “Mamma Mia”, “Take a Chance on Me”, “Thank You for the Music” və s. kimi “ABBA” hitləri buraxılıb.

  • Qarabağ və Şərqi Zəngəzura ayrılacaq vəsaitin həcmi…

    2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb.
     
    Median.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

    “Gələn il isə Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir”, – o qeyd edib.//sfera.az

  • Azərbaycanlı ağırlıqqaldıranlar dünya birinciliyində çıxışlarını başa vurublar

    Azərbaycan təmsilçiləri İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyində çıxışlarını başa vurublar.

    Report xəbər verir ki, atletlərimizdən son olaraq Nurlan Məmmədzadə körpücük üzərinə qalxıb.

    89 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı toplam 322 kq (142+180) nəticə ilə 11-ci yeri tutub.

    Qeyd edək ki, yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edib.

  • “Kəpəz” “Turan Tovuz”dan ayrılan futbolçunu transfer edib

    Ötən mövsüm “Turan Tovuz”da çıxış edən Paçu Lira “Kəpəz”ə transfer olunub.

    Report xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    28 yaşlı hücumçu cari mövsümün sonuna qədər Gəncə təmsilçisinin şərəfini qoruyacaq.

  • Sabunçu rayonunun bir hissəsində qaz olmayacaq

    Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki qaz xətlərində təmir-bərpa işləri aparılacaq.

    Bu barədə report-a “Azəriqaz” İB-dən bildirilib.
    Məlumata görə, bu səbəbdən sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qaz təchizatı dayandırılan müddətdə N.İsmayılov və Ş.Kamilov küçələrinin bir hissəsinin, Sülh (2/10, 2/11, 1/5), U.B.Pirməmməd, Zabrat, V.Həsənov, H.Balakişiyev, A.Pəri, Əlibalayev, , Dostayevski, Q.Qarayev, D.Bünyadzadə, Ü.Hacıbəyov, M.Maqomayev, T.Mustafayev, C.Şərifov, Y.Qasımov, İnşaatçılar, Ə.Anaplı, H.Araslı, Ə.Cəfərov, Y.Əliyev, Axundzadə, Novruzov, Ə.Bakıxanov, H.Cavid, Krılov, M.Hacınski küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.