Month: Sentyabr 2024

  • Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması tədbirlərin keçirilməsi qaydası təsdiqləndi

    Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydası təsdiqlənib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin aşağıdakı növləri vardır:

    1. qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;

    2. təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi;

    3. ilkin zəruri təmir-bərpa işləri;

    4. ictimai asayişin qorunması;

    5. əhalinin təxliyəsi və daimi məskunlaşdırma məsələləri həllini tapanadək müvəqqəti sığınacaqla təmin edilməsi;

    6. sanitariya-gigiyena tədbirləri və epidemiya (epizootiya) əleyhinə tədbirlər;

    7. ərazilərin və su tutumlarının (rezervuarlarının) zərərsizləşdirilməsi;

    8. əhalinin ilkin həyat təminatı üçün tədbirlər;

    9. xəbərdar etmə və maarifləndirmə.

  • Putin Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib

    Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

    Qeyd edək ki, o, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib.

  • “Instagram”da investisiya adı ilə dələduzluq edən şəxs saxlanılıb

    Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitlərini ələ keçirən Mirağa Ağayev saxlanılıb.

    Bu barədə DİN-dən bildirilib.

    O, “Instagram” vasitəsilə tanış olduğu şəxslərə investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verərək onların pullarını ələ keçirib.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə istintaq hərəkətləri davam etdirilir.

    Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

  • Bakıda açıq sahədə yanğın başlayıb

    Suraxanı rayonu ərazisində açıq sahədə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

  • Oktyabrın 1-dən hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 2-si günün birinci yarısında fasilələrlə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Azərbaycanın rayonlarında oktyabrın 1-i, əsasən, dağlıq və dağətəyi rayonlarda, 2-dən 3-ü gündüzədək isə əksər rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 rekordlarla yadda qaldı

    Bakı növbəti dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi etdi. Formula 1 Azərbaycan Qran Prisi növbəti rekorda imza atdı.

    13-15 sentyabr tarixlərində baş tutmuş möhtəşəm idman yarışını tribunalardan və ayaqüstü izləyənlərin sayı son 8 ildə ən yüksək həddə çataraq 76 minə yüksəlib.

    Tribunalar daha yarış başlamamış tam doldu! Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il daha yeni 2 tribuna quraşdırılmaqla ümumilikdə tribunaların sayını 10-a çatdırdı.

    Ötən illə müqayisədə izləyici yerlərinin sayında 35 faiz artım oldu. Maraqlı faktlardan biri yerli azarkeşlər sayına görə top 5 ölkə sırasında yer almasıdır. Yüksələn marağı nəzərə alaraq, gələn il azarkeş yerinin artırılması nəzərdə tutulur.

  • İran vətəndaşına narkokuryerlik edən keçmiş məhkum ƏLƏ KEÇDİ

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Ağaqulu Tağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq heroin aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Vurğulanıb ki, araşdırmalar zamanı A.Tağıyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan iranlı narkotacirdən aldığı müəyyən edilib.

    Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

  • Prezident: “Aşıq Ələsgərin abidəsinin açılması doğrudan da çox gözəl hadisədir”

    “Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu, doğrudan da çox gözəl hadisədir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşında söyləyib.

    Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzaladığını xatırladan dövlətimizin başçısı qeyd edib:

    “Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılır”.

  • Bakının bəzi rayonlarında yeni qazanxanalar tikilir – ÜNVANLAR

    “Azəristiliktəchizat” ASC istismar müddəti başa çatmış qazanxanaların yenidən qurulması işlərinə başlayıb.

    İlkin mərhələdə 4 qazanxananın – Yasamal rayonunun Tağı Şahbazi küçəsində 141 saylı, Səbail rayonunun Badamdar qəsəbəsi, T.Məmmadov 8 küçəsində 505 saylı, Nizami rayonunun Ə.Vəlivev 3 küçəsində 537 saylı, Nərimanov rayonunun Kaveroçkin 34 küçəsində 72 saylı qazanxananın bərpası, o cümlədən, 1 qazanxananın Səbail rayonu, Azərbaycan prospekti 3 ünvanında qazanxananın zirzəmidən çıxarılaraq layihə əsasında yenidən qurulması nəzərdə tutulur.

    Layihə çərçivəsində köhnə tipli qazanxanaların tam sökülməsi, istismar müddətini başa vuran avadanlıqların çıxarılması, habelə yeni qazanxana binasının inşası və müasir tipli avadanlıqlarla təchizatı işləri icra ediləcək.

    Yeni tikiləcək qazanxanalar ən müasir standartlara cavablar verəcək və enerji səmərəliliyinin artırılmasına, etibarlı və ekoloji cəhətdən təmiz enerjinin istehsalına, istehlakçıların keyfiyyətli istilik və isti su xidmətləri ilə təmin edilməsinə imkan verəcək.

    Artıq işlərin icrasına başlanılıb və 2024-2025-ci illər istilik mövsümündə istismara verilməsi nəzərdə tutulur.

    Bu qazanxanalardan ümumilikdə 52 yaşayış binası, 2 392 mənzil, 4 məktəb, 1 uşaq bağçası və 26 digər sosial obyekt istiliklə təmin ediləcək.

  • İlham Əliyev Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.