Month: Sentyabr 2024

  • Brüssel Hava Limanında bütün uçuşlar ləğv ediləcək

    Belçikanın paytaxtı Brüsseldə hava limanında işçilərin tətili səbəbindən oktiyabrın 1-nə planlaşdırılan bütün uçuşlar ləğv edilib.

    Hava limanının rəsmiləri təhlükəsizlik işçilərinin oktyabrın 1-i tətilə gedəcəyini, bu səbəbdən uçuşlarda ciddi fasilələrin yaranağını elan edib.

    Elanda hava yolu şirkətlərinin zərər çəkmiş sərnişinlərlə əlaqə saxlayacağı, həmin günə uçuşu olan sərnişinlərdən hava limanına gəlməmələri istənilib.

    Qeyd edək ki, işçilərin tətil etmə səbəbi iş saatının artması və iş şəraitinin çətinliyinə görədir.
    //azxeber

  • “Qalatasaray” azarkeşlərinə Viktor Osimhendən BƏD XƏBƏR

    “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhen Kasımpaşa matçında ilk qollarını vursa da, əzələsindən zədə aldığı üçün ikinci hissədə oynaya bilməyib. Komandanın baş məşqçisi nigeriyalı futbolçunun Avropa Liqası matçında çıxışı ilə bağlı yekun qərarını verib.

    Nigeriyalı futbolçunun zədəsinin ciddi olmadığını deyən baş məşqçi Okan Buruk risk etməmək üçün Osimhenə “Riqas Futbol Şkola” ilə matçda istirahət vermək qərarına gəlib.

    Təcrübəli çalışdırıcı UEFA Avropa Liqası matçında Osimhenin xidmətlərindən yararlanmayacaq və onu Super Liqada “Alanyaspor” matçında heyətə qatacaq.

  • Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edildi

    VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib.

    “Report” xəbər verir ki, vəsiqələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov verib.

    Vəsiqə ilk olaraq parlamentin sədri Sahibə Qafarovaya, ardınca sədr müavinləri və deputatlara verilib.

    Qeyd edək ki, bu ilin sentyabr ayının 1-də növbədənkənar parlament seçkisi keçirilib. Bu gün VII çağırış Milli Məclisin ilk plenar iclası keçirilir.

  • Bakı sakininə qarşı 60 min manatlıq dələduzluq olub

    Bakı şəhər sakini olan bir nəfərin aldadılaraq 60 min manatının ələ keçirilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı C.Ağayev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Diplom üçün tələbələrdən rüşvət aldığı iddia edilən müəllim QOVULDU

    Rüşvət aldığı iddia edilən müəllim işdən azad edilib.

    Bu barədə Gencexeber.az-a Gəncə Dövlət Universitetinin (GDU) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, GDU-nun Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub.

    Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə GDU-da diplom almaq üçün tələbələrdən rüşvət tələb olunduğu iddia edilib və müvafiq videogörüntülər yayılıb. Qüdrət adlı müəllim diplomları təqdim etmək üçün tələbələrdən 10 manat məbləğində pul istəyib.

    Səbəb olaraq isə, rüsum ödənilməsini göstərib. Hətta tələbə iddia edir ki, praktika üçün 250 manat yığılıb.

  • İki yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi

    Göygöldə 2 yaşlı uşağa müxtəlif dərəcəli xəsarətlər yetirən Şirin Qasımov məhkəmə qarşısına çıxarılıb.

    “Qafqazinfo” xəbər verir ki, Göygöl Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Göygöl Rayon Polis Şöbəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər. Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb.

    Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs – azyaşlının atalığı saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bakıda 5 nəfərdən 13 kiloqram narkotik aşkarlanıb – VİDEO

    Bakının Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən 5 nəfərdən 13 kiloqram narkotik aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, son 10 gün ərzində keçirilən tədbirlərlə paytaxt sakinləri Röyal Şahhüseynov, Rahid Məmmədov, Kənan Niftalıyev, Mirəli Sadıqov və Samir Əliyev saxlanılıblar.

    Onlardan ümumilikdə 13 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin, tiryək, marixuana, metamfetamin, həmçinin 660 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon və preqabalin həbi aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerliklə məşğul olan şəbəkənin əsas üzvlərindən olduqları müəyyən edilib.

    Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? – Rəsmi AÇIQLAMA

    Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin müəllimləri tərəfindən döyüldüyü deyilir.

    Bu barədə “Qafqazinfo”ya müraciət daxil olub. İddiada qeyd edilib ki, Fiziki tərbiyə müəllimi Azər Bəşirov və Gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Həsənbala Xasməmmədov dərsi buraxaraq şahmat oynayıblar. Nəticədə şagirdlər nəzarətsiz qaldıqları üçün sinif otağında səs-küy salıblar. İddiaya əsasən, həmin müəllimlər sinfə gələrək 11-ci sinif şagirdi B.Ü.-nü ölümcül halda döyüblər.

    Məsələ ilə bağlı Xaçmaz şəhər Təhsil İdarəsindən belə cavab verilib: “26.09.2024-cü il Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin səhər növbəsinin I saatında, təqribən 08:30-08:45 arasında məktəbin 11-ci sinif şagirdi B.Ü. Gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsindən məktəbin yeməkxanasına gedərkən məktəbin həyətində fiziki tərbiyə dərsində olan 9-cu sinif şagirdi J.A.-ya topu zərblə atıb və top qızın qarın nahiyəsinə möhkəm dəyib. Nəticədə fiziki tərbiyə müəllimi Azər Musayib oğlu Bəşirov 11-ci sinif şagirdini tənbeh edib.

    Qeyd edirik ki, J.A. 3 ay bundan əvvəl qarın nahiyəsindən əməliyyat olunub və müəllimin digər şagirdə sərt reaksiyası da bu səbəbdən olub. Nəticədə məktəb rəhbərliyi şagirdləri və müəllimi dəvət edərək onların izahatını alıb və barışıq edib”.

    Açıqlamada qeyd edilib ki, müəllim polis şöbəsinə də dəvət edilib:

    “Hadisədən bir saat sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəbin fiziki tərbiyə müəllimi Azər Musayib oğlu Bəşirov polis şöbəsinə çağırılıb və orada ona şagirdi döydüyü üçün dəvət olunduğu qeyd edilib. Lakin Xaçmaz Rayon Polis Şöbəsi döyülmə hadisəsinin olduğunu təsdiq etməyib. Hazırda valideynlərin heç bir şikayəti yoxdur və şikayətçi olmadıqlarını yazılı bildiriblər”.

  • Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib.

    Müraciətdə deyilir:

    “Ölkə ərazisində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə cari ilin oktyabr ayının 1-dən 31-dək respublika ərazisində “Təmiz hava” aylığı keçirəcək:

    Baş Dövlət Yol Polisi İdarəsi sözügedən tədbirlə əlaqədar nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.

    Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”

  • İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.