Month: September 2024

  • Bakıda veloyürüş keçiriləcək

    Sentyabr ayının 22-də Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dənizkənarı Milli Park və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş təşkil olunacaq.

    Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ümumilikdə 15 km məsafəni əhatə edən veloyürüş Dəniz Mall ticarət mərkəzi-Bakı Su İdman Sarayı-Dəniz Mall ticarət mərkəzi marşrutu üzrə keçiriləcək.

    Qeyd edək ki, dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək məqsədilə sentyabr ayının 22-də “Ümumdünya avtomobilsiz günü” keçirilir.

  • Завтра в Баку и на Абшеронском полуострове ожидаются осадки

    21 сентября в Баку и на Абшеронском полуострове ожидаются осадки, северо-западный ветер в дневное время сменится северо-восточным.

    Об этом Median.Az сообщает со ссылкой на Национальную службу гидрометеорологии.

    Температура воздуха составит ночью 14-18°, днем 22-25° тепла. Атмосферное давление составит 762 мм ртутного столба, относительная влажность воздуха – ночью 70-80%, днем 50-55%.

    В большинстве районов Азербайджана ожидаются осадки и грозы, местами град, в высокогорьях – снег. Ночью и утром местами будет туман, будет дуть умеренный восточный ветер.

    Температура воздуха составит ночью 14-18°, днем 23-27°, в горах ночью 5-10°, днем 10-15° тепла.

  • Şənbə günü yağış yağacaq – PROQNOZ

    Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 762 m civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

  • “Göygöl” komandasına texniki məğlubiyyət verilib

    AFFA II Liqada çıxış edən “Göygöl” komandasına texniki məğlubiyyət (0:3) verib.

    Bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

    Buna III turda “Şəmkir” klubu ilə ev matçının 83-cü dəqiqəsində “Göygöl”ün heyətində adı matçın protokolunda olmayan Araz Quliyevin meydana çıxması səbəb olub. Bununla yanaşı, “Göygöl” klubu 400 manat cərimələnib. Komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 70, oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün 80 manat cərimələnib.

    AFFA meydan sahiblərini daha bir neçə səbəbdən cərimələyib. Belə ki, iclas otağı hazır olmadığına görə oyunöncəsi toplantı gec başladığı üçün klub 80 manat cərimələnib. “Göygöl” xərəkdaşıyanlar olmadığı üçün 80, komanda üzvlərində “A buraxılışı” vəsiqəsi olmadığına görə isə 50 manat cərimələnib.

    Qeyd edək ki, sentyabrın 16-da baş tutan “Göygöl” – “Şəmkir” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

  • Naxçıvanda mikroavtobus yanıb

    Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində “Hyundai” markalı mikroavtobusun mühərrik hissəsi yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Мьянме число погибших при наводнениях превысило 290

    По меньшей мере 293 человека погибли, еще 89 человек числятся пропавшими без вести после наводнений в Мьянме, вызванных тайфуном “Яги”.

    Такие данные приводит агентство Xinhua со ссылкой на ежедневную газету The Mirror.

    Согласно информации, наводнения затронули десятки поселков в регионах и штатах по всей стране, включая союзную территорию Нейпьидо. Издание отмечает, что на утро четверга в 425 приютах для пострадавших от наводнения находились в общей сложности свыше 161 тыс. человек.

    В результате наводнений затоплено более 310 тыс. гектаров посевных площадей, погибло 129 150 голов домашнего скота.

    Власти страны и спасательные организации совместно с местными жителями работают для оказания медицинской помощи и доставки продуктов питания, а также других предметов первой необходимости жертвам наводнений.

  • Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb

    Myanmada “Yagi” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində azı 293 nəfər ölüb, daha 89 insan itkin düşüb.

    Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

    Məlumata görə, daşqınlar ölkənin bütün bölgələrində və ştatlarında onlarla şəhərə ziyan vurub.

    Daşqınlar nəticəsində 310 min hektardan çox əkin sahəsi su altında qalıb, 129 150 baş mal-qara tələf olub.

    Ölkənin hakimiyyət orqanları və xilasetmə təşkilatları daşqın qurbanlarına tibbi yardım göstərmək, ərzaq və digər zəruri əşyaları çatdırmaq üçün yerli sakinlərlə işləyir.

  • В США окружного судью застрелили в рабочем кабинете

    Окружного судью Кевина Маллинза застрелили в своем рабочем кабинете.

    Об этом Median.Az передает со ссылкой на телеканал ABC.

    Согласно информации, инцидент произошел в здании суда округа Летчер, штат Кентукки. В полиции штата сообщили, что подозреваемый находится по стражей.

    Коронер округа Летчер подтвердил ABC News имя жертвы и то, что убийство произошло в здании суда.

    По факту проводится расследование.

  • ABŞ-də dairə hakimi iş otağında güllələnib

    ABŞ-də dairə hakimi iş otağında güllələnib.

    Median.Az bu barədə ABC telekanalına istinadən xəbər verir.

    Məlumata görə, hadisə Kentukki ştatının Letçer dairəsinin məhkəmə binasında baş verib. Ştat polisi şübhəlinin nəzarət altında olduğunu bildirib.

    Öldürülən dairə hakiminin Kevin Mallinz olduğu deyilir.

    Faktla bağlı araşdırma aparılır.

  • MN-də 143 milyonluq mənimsəmə: Şahid qismində dəvət olunan rəis məhkəməyə gəlmədi

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, Nizami Məmmədovun müdafiəçilərinin vəsatəti əsasında şahid qismində yenidən dəvət olunan nazirliyin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi Rəfail Xələfov məhkəməyə gələ bilməyəcəyi bildirib:

    “Rəfail Xələfovun vəkili ilə əlaqə saxlanılıb. Bildirilib ki, o, COVID-19 virusuna yoluxub. Laboratoriyanın 17 sentyabr arayışına əsasən, Rəfail Xələfov koronavirusa yoluxub. Bu səbəbdən hazırkı vaxta onun məhkəməyə gəlməsi mümkün deyil”.

    Hakim qeyd edib ki, gələn prosesdə Rəfail Xələfov iştirak edəcək.

    Təqsirləndirilən Bayram Bayramovun vəkili vəsatətlə çıxış edərək ki, müvəkkilinin çalışdığı hərbi birlikdə 2020-ci ilin dekabr ayında Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən çağırılan əsgər və zabitlərə ödənişlərin öyrənilməsi ilə bağlı sənədlərin məhkəməyə təqdim olunmasını istəyib.

    Hakimlər vəsatəti təmin ediblər. Qərarın icrası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndəriləcək.

    Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə büdcədən ayrılan vəsaitdən kənarlaşma ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını istəyib.

    Vəkil deyib ki, Cəlal Kazımov Ali Hərbi Məktəbdə işlədiyi dövrdə büdcədən ayrılan vəsaitdən heç bir kənarlaşma olmayıb:

    “2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə 423 min manat əlavə yazılıb, bunu müəyyən etmək üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması zəruridir”.

    Məhkəmə vəsatət qismən təmin edilib. Belə ki, 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə olan kənarlaşmanın müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunub. Amma Cəlal Kazımovun ekspertizanın keçirilməsində iştirak etməsi təmin edilməyib.

    Daha sonra Nizami Məmmədovun müdafiəçiləri nazirliyinin Təlim və Tədris Mərkəzini həbsdə olan maliyyə xidmət rəisi Rəşad Məlikzadənin təkrar dindirilməsini istəyib.

    Vəkil deyib ki, iş üzrə ən çox ziyanı olan şəxslərdən biri də Rəşad Məlikzadədir, onun tərəfindən ziyanın ödənilməsin müəyyən edilməsi ilə bağlı sualları var.

    Məhkəmə bu vəsatəti təmin etməyib.

    Proses sentyabrın 27-də davam etdiriləcək.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.