Month: September 2024

  • Суд в Венесуэле выдал ордер на задержание президента Аргентины

    Суд в Венесуэле одобрил запрос Генпрокуратуры о выдаче ордера на задержание президента Аргентины Хавьера Милея по делу о конфискации Соединенными Штатами венесуэльского самолета Emtrasur, находившегося в Буэнос-Айресе.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в постановлении, которое обнародовал Верховный суд Венесуэлы.

    “Суд первой инстанции Каракаса в связи с ходатайством, сделанным Генпрокуратурой 18 сентября, в котором говорилось, что она просит принять превентивные меры по ограничению свободы в связи с расследованием в отношении гражданина Хавьера Милея, решил одобрить запрошенное”, – говорится в сообщении.

    Напомним, что 18 сентября генпрокурор Венесуэлы Тарек Вильям Сааб сообщил, что возглавляемое им ведомство добивается ордера на задержание Милея, его сестры и генерального секретаря канцелярии президента Карины Милея, а также министра безопасности Аргентины Патрисии Буллрич. По словам венесуэльского генпрокурора, они обвиняются, в частности, в краже с отягчающими обстоятельствами. МИД Аргентины назвал расследование в отношении Милея необоснованным, так как решение о передаче самолета США принял аргентинский суд.

  • Venesuela məhkəməsi Argentina Prezidentinin həbsinə order verib

    Venesuela məhkəməsi Argentina Prezidenti Xavyer Mileyin həbsinə order verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, order Buenos-Ayresdə olan Venesuelanın Emtrasur təyyarəsinin ABŞ tərəfindən müsadirə edilməsi ilə bağlıdır.

    Venesuela Baş Prokurorunun sözlərinə görə, Argentina lideri xüsusilə ağır oğurluqda ittiham olunur.

    Argentina Xarici İşlər Nazirliyi isə təyyarənin ABŞ-yə təhvil verilməsi ilə bağlı qərarın Argentina məhkəməsi tərəfindən verildiyini nəzərə alaraq, Miley ilə bağlı istintaqı əsassız adlandırıb.

  • Pensiya alanlara ŞAD XƏBƏR

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
     
    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
     
    Bildirilib ki, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
     
    Qeyd edilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

  • Azərbaycanda iki qardaş yarım milyardı necə mənimsədi?

    Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri – Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun növbəti məhkəmə prosesi keçirilib.

    Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə baxışında müdafiəçilərin vəsatəti dinlənilib.

    Təqsirləndirilən Bahadur Qasımovun vəkili vəsatət qaldıraraq bildirib ki, müvəkkili səhhətindəki problemlərlə bağlı müayinə olunmalıdır:

    “Onun ürəyində problem var. Səhhəti ağırdır. Ölümünün qarşısının alınması üçün ürəyinə refüqulyator cihazı yerləşdirilib. Həmçinin Bahadur Qasımovun şəkəri var və piylənmədən əziyyət çəkir. Ona Rusiyada II qrup əlillik təyin olunub. Təyin olunmanın sənədi var. Biz o sənədi notariusda tərcümə edib məhkəməyə təqdim edə bilərik. Onun həyatının təhlükə altında olduğunu nəzərə alaraq doktor Emin Kərimov və Natəvan Qurbanova tərəfindən müayinə olunmasını təmin edəsiniz”.

    Dövlət ittihamçısı bu vəsatətin təmin olunmamasını bildirsə də, məhkəmə yerində müşavirə keçirərək sözügedən vəsatəti qismən təmin edib.

    Digər təqsirləndirilən İkram Qasımovun vəkili də məhkəmə qarşısında vəsatətlə çıxış edib.

    Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxsin qızılların rəsmiləşdirilməməsindən xəbəri olmayıb:

    “Ümumiyyətlə, İkramdan götürülən qızıllarla Vəlinin Qubadan gətirdiyi qızıllar fərqlidir. O, ümumiyyətlə, qızılların rəsmiləşdirilməməsindən xəbərsizdir. İkram qızılları hava limanında neytral ərazidə digər şəxsə verib. Qızılları Dubaydan rəsmi gətirib. O, oradakı hava limanında qızılları bəyan edib. Biz Dubayda “Şahan Ən-Nami” hüquq şirkəti ilə etibarnamə əsasında o sənədi gətirib məhkəməyə təqdim edə bilərik. Bu prosesə məhkəmə şərait yaratmalıdır. Etibarnamə vermək onun konstitusion hüququdur. Həmçinin biz Dövlət Gömrük Komitəsinə sorğu verə bilərik. İkramdan götürülən qızılların çəkisi ilə həmin gün ölkəyə gətirilən qızılların çəksini müqayisə etmək lazımdır. Bu vacibdir. Vəsatəti təmin etməyinizi xahiş edirəm”.

    Məhkəmə vəkilin vəsatətini təmin etməyib. Təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmə heyətinin aparılan işə obyektiv yanaşmadığını bildirərək etiraz edəcəklərini deyiblər. Müdafiəçilər bunun üçün məhkəmədən vaxt istəyiblər. Dövlət ittihamçısı bu istəyin onların hüquqi olduğunu bildirərək etiraz etməyib. Məhkəmə etiraz məktubunun yazılması üçün müdafiəçilərə vaxt verib.

    Məhkəmənin növbəti prosesi oktyabrın 4-ə təyin olunub.

    Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

    Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Ağaqulu oğlu Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov həbs ediliblər.

    İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

    Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

    Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

    Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilib.

    Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

  • Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

    Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.
     
    Median.Az xəbər verir ki, bu barədə Report-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
     
    Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:
     
    “Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək”.

  • Rüşvət verməyə təhriketməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

    “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Allahverdi Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, Allahverdi Məmmədovun dələduzluq, rüşvətverməyə təhriketmə, rəsmi sənədi saxtalaşdırma və qanunsuz miqrasiya təşkiletməyə cəhd cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

    Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.

  • Rüşvət verməyə təhriketməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

    ​​​​​”Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Allahverdi Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, Allahverdi Məmmədovun dələduzluq, rüşvətverməyə təhriketmə, rəsmi sənədi saxtalaşdırma və qanunsuz miqrasiya təşkiletməyə cəhd cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

    Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.

  • Bərdədə arı sancması ölümə səbəb olub

    Bərdədə arı sancması ölümə səbəb olub.

    “Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Bərdə rayonu Nazırlı kəndində qeydə alınıb.

    Kənd sakini 1976-cı il təvəllüdlü Tağıyev Rüfət Çıraq oğlunu arı sancıb. Bundan sonra onun vəziyyəti pisləşib. O, xəstəxanaya aparılarkən yolda ölüb.

  • Bakıda veloyürüş keçiriləcək

    Sentyabr ayının 22-də Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dənizkənarı Milli Park və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş təşkil olunacaq.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ümumilikdə 15 km məsafəni əhatə edən veloyürüş Dəniz Mall ticarət mərkəzi-Bakı Su İdman Sarayı-Dəniz Mall ticarət mərkəzi marşrutu üzrə keçiriləcək.

    Qeyd edək ki, dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək məqsədilə sentyabr ayının 22-də “Ümumdünya avtomobilsiz günü” keçirilir.

  • Начато расследование в связи с оскорблением и избиением подростка в бакинском детдоме – ВИДЕО

    Из детского дома №3 при Агентстве социальных услуг, расположенного в Хатаинском районе Баку, сбежал 13-летний подросток, подвергавшийся в стенах учреждения оскорблениям и избиениям.

    Как заявил oxu.az сотрудник пресс-службы Министерства внутренних дел (МВД) Ибрагим Амирасланлы, в связи с утверждениями воспитанника детдома начато расследование.

    “Несовершеннолетний помещен в другой приют сотрудниками полиции и соответствующих госструктур. На основании озвученных им обвинений проводится надлежащее расследование”, – сообщил представитель ведомства.

    * * * * *

    13-летний подросток сбежал из детского дома №3 при Агентстве социальных услуг, расположенного в Хатаинском районе Баку.

    Рамал выступил с обвинениями в адрес детского дома в программе Səni axtarıram (“Ищу тебя”) на телеканале ARB.

    Он отметил, что уже 8 дней живет на улице. Причина в том, что дети подвергаются оскорблениям со стороны воспитателей, более того по их указке другие воспитанники детдома избивают их.

    “В детдоме нас каждый день кормят одними макаронами и сухим хлебом. А если и дают мясо, то червивое. Мы не можем есть, они швыряют нам “еду”. В детдом пришла новая заведующая, ее зовут Гюнай ханым. Она делает то же самое”, – сказал Рамал.
    //oxu.az