Month: October 2024

  • Minatəmizləmə zamanı həlak olanlara şəhid adının verilməsi təklif olunub

    Minatəmizləmə zamanı həlak olanlara şəhid adının verilməsi təklif olunub.

    Azad edilmiş ərazilərdə 4 il ərzində ilk dəfə olaraq həmkarımız mina qurbanı oldu.

    TNS xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında yeni “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.

    “O, tələ minanın zərərsizləşdirilməsi zamanı həlak oldu. Minatəmizləmə zamanı həlak olmuş şəxslərə xüsusi titul verilməsini bizdən xahiş edirəm. Minatəmizləmə zamanı həlak olanlara da şəhid adının verilməsi məsələsini qaldırmağı xahiş edirəm”- deyə o qeyd edib.

  • ANAMA: Минами сильно загрязнено 250 га территории

    Противоминная деятельность охватывает очень большую сферу, сюда относится и работа с пострадавшими.

    Как сообщает апа, об этом при обсуждении законопроекта «О разминировании» на сегодняшнем заседании Комитета Милли Меджлиса по обороне, безопасности и борьбе с коррупцией сказал первый заместитель председателя Правления Агентства по разминированию Азербайджанской Республики Бахруз Мамедов.

    Он сказал, что вопросы контроля качества будут определяться центральным органом исполнительной власти: «Минирование освобожденных территорий осуществлялось хаотично, поэтому оценить степень загрязнения минами этих территорий невозможно. Мы ограждаем сильно загрязненные территории, здесь речь идет о 250 гектарах».

  • ANAMA: Minalarla yüksək çirklənmiş 250 hektar ərazi var

    Mina əleyhinə fəaliyyət çox genişdir, burada zərərçəkənlərlə iş də var.

    Apa xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.

    O bildirib ki, keyfiyyət nəzarəti ilə bağlı məsələlər mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək: “Azad olunmuş ərazilərdə minalanma çox nizamsız şəraitdə aparılıb. Ona görə orada minalarla çirklənmənin qiymətləndirilməsi mümkün deyil. Yüksək çirklənmə ərazilərini biz çəpərləyirik, burada 250 hektar ərazidən söhbət gedir”.

  • Zabratda piyadanı maşın vurub – FOTO

    Sabunçuda yol-nəqliyyat hadisəsi baş verib.
    Bu barədə apa-ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Qəza səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

    Oktyabrın 17-si gündüzdən 19-u gündüzədək bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Apa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

    Qeyd edilib ki, Naxçıvan, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Babək, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Daşkəsən, Gəncə, Zərdab, Ağdaş, Ucar, Göyçay, Kəlbəcər, Laçın, Cəbrayıl, Ağdam, Ağcabədi, Neftçala, Qobustan, Lənkəran, Masallı, Astara, Cəlilabad, Göygöl, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Şahdağda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

  • В Милли Меджлис внесен законопроект «О государственном бюджете на 2025 год»

    15 октября Президент Ильхам Алиев представил на рассмотрение Милли Меджлиса Азербайджанской Республики законопроект «О государственном бюджете Азербайджанской Республики на 2025 год».
    Об этом сообщает апа-Экономикс со ссылкой на Минфин.

  • “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib

    Oktyabrın 15-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.

    “Apa-Economics” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

  • Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı? – VİDEO

    Hər dəfə bir damcı yağış yağan kimi paytaxt yolları keçilməz olur. Həm nəqliyyatın, həm də piyadaların həkəti iflic vəziyyətə düşür.

    Mütəxəssis Aqşin Kərimov deyir ki, şəhərsalma zamanı ciddi nöqsanlara yol verilib. Paytaxtın drenaj və kanalizasiya sistemləri düzgün qurulmayıb.

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Katibi Ceyhun Musaoğlu deyir ki, paytaxtda yağış sularının idarəolunmasında yağış və kanalizasiya kollektorlarından istifadə edilir. Həmçinin hər 2 növ kollektor mütəmadi olaraq təmizlənir və daim nəzarətdə saxlanılır. Lakin yağış kollektorlarının az olması problemlərə səbəb olur.

    Qurum rəsmisi həmçinin bildirdi ki, “Bakı və Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Plan”ına uyğun olaraq paytaxtda yeni kollektorların qurulması nəzərdə tutulub.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

  • Un marketlərdə topdansatış qiymətindən 3 dəfə baha satılır – Son qiymətlər

    Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 25,3-27,5 manat arasında dəyişir.

    Son bir neçə aydır 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətində heç bir dəyişiklik olmayıb.

    Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 25,3 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 27,5 manata “Azeri-Arapoğlu U.S və
    Məlumat üçün bildirək ki, Azərbaycanda unun topdansatış qiymətilə pərakəndə satış qiyməti arasında kəskin fərq var.

    Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycanda pərakəndə satış şəbəkələrində (marketlər) 1 kiloqram unun orta satış qiyməti 1 manat 50 qəpik təşkil edir. Hazırda 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətinin 25-26 manat (1 kiloqram – 50-52 qəpik) olduğunu nəzərə alsaq, o zaman unun marketlərdə topdansatış qiymətindən təxminən 3 dəfə baha satıldığı görülür.

    Onu da qeyd edək ki, marketlərdə xaricdən idxal olunan un yerli un ilə müqayisədə daha baha satılır. Belə ki, marketlərdə idxal unun 1 kiloqramının orta satış qiyməti 1 manat 70 qəpik təşkil edir. Bu ilin ilk 8 ayı ərzində Rusiyadan Azərbaycana gətirilən unun 1 kiloqramın orta gömrük dəyəri (ölkəyə daxil olma qiyməti) 49 qəpik (29 sent) olub. (Yeniavaz.com)

  • Ancelina Coli Bred Pitin filminin uğursuzluğuna sevinir

    Hollivud aktrisası Ancelina Coli keçmiş əri Bred Pitin kinodakı uğursuzluqlarına sevinir.

    Bu barədə “In Touch Weekly” məlumat verib.

    Mənbə iddia edir ki, “Apple TV+” rəhbərləri “Tənha qurdlar” filminin nümayişini azaltmaqla və film üçün reklam kampaniyası aparmamaqla Pit və Corc Klunini “dəhşətli vəziyyətdə” qoyublar.

    Mənbənin sözlərinə görə, bu vəziyyətdə yalnız Ancelina Coli xoşbəxtdir, çünki bu mövsüm “Netflix” tərəfindən fəal şəkildə dəstəklənir. Onun “Mariya” filminə görə Oskar mükafatına namizəd olacağı gözlənilir.

    İnsayderin sözlərinə görə, Coli “Bredə ehtirasla nifrət edir” və “onun Kluni ilə dostluğunu heç vaxt bəyənməyib”.

    Avqustun sonunda “Mariya” sənədli filmi 81-ci Venesiya Beynəlxalq Film Festivalında premyerasında səkkiz dəqiqəlik sürəkli alqışlarla qarşılanıb. Filmin rejissoru çilili rejissor Pablo Larreyndir. Bioqrafik film dünya şöhrətli opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir. Baş rolu Coliyə oynayıb.

    “Tənha qurdlar” kriminal komediyasının dünya premyerası sentyabrın 1-də, rəqəmsal buraxılışı isə sentyabrın 27-də olub. Bu filmdə Pit və Kluni bir işdə birlikdə işləmək məcburiyyətində qalan rolu oynayırlar.
    //qaynar