Month: October 2024

  • Erkən nikahlara qarşı Hindistan modeli: Dövlət təhsildən yayınan qızlar üçün nə edə bilər?

    “Hindistanda erkən nikaha daxil olan qızların təhsilini davam etdirməsi üçün maliyyə dəstəyi alması pozitiv bir addımdır. Belə bir maliyyə dəstəyi həm qızların, həm də ailələrin erkən nikahların mənfi nəticələrini dərk etməsi və bu prosesin qarşısını almaq üçün bir motivasiya yaratmağa kömək edir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Hindistanda erkən nikaha daxil olan qızlara dövlət tərəfindən təhsilini davam etdirmək üçün maliyyə yardımı ayrılması ilə bağlı qərardan danşarkən deyib.

    Onun fikirincə, bu siyasət həmçinin erkən nikaha məruz qalan qızların təhsilini bərpa etməyi təşviq edir:

    “Onların cəmiyyətdə bərabər şərtlərdə iştirakını təmin etməyə xidmət edir. Azərbaycanda erkən nikahlar geniş yayılmış bir problemdir. 2023-cü ilin məlumatlarına görə, erkən nikahların sayı xüsusilə kənd yerlərində daha yüksəkdir və qızların məktəbi yarımçıq tərk etməsinə səbəb olur. 2019-cu il statistikasına görə, Azərbaycanda 18 yaşdan aşağı nikaha daxil olan qadınların sayı 11,000 nəfəri keçib. Bu, təxminən bütün nikahların 10%-ni təşkil edir və ölkədə erkən nikahların böyük miqyasda mövcud olduğunu göstərir. Hindistan modelinə uyğun olaraq Azərbaycanda da erkən yaşda ailə həyatı quran qızların təhsil alması üçün dövlət tərəfindən maliyyə dəstəyi nəzərdə tutulsa, bu, cəmiyyətin iqtisadi və sosial inkişafı üçün böyük əhəmiyyət kəsb edərdi”.

    Kamran Əsədov hesab edir ki, Azərbaycan kimi ölkələrdə belə qanunların tətbiqi cəmiyyətin təhsil sisteminə olan yanaşmasını dəyişdirə bilər:

    “Maliyyə dəstəyi yalnız təhsil almanın vacibliyini ön plana çıxartmaqla qalmır, həm də qızların təhsili üçün ailələrin məsuliyyət daşımasını artırır. Dövlətin bu sahədə maliyyə yardımını təklif etməsi, erkən nikahların zərərini azaltmaqla yanaşı, qızların gələcəkdə sosial-iqtisadi həyatda daha aktiv və müstəqil iştirak etmələrinə də şərait yaradar. Erkən nikaha daxil olan qızlar təhsil üçün dövlət dəstəyi alarsa, bu, həm cəmiyyətin təhsilə olan münasibətini dəyişdirə bilər, həm də qızların gələcəkdə iqtisadi və sosial həyatlarında daha güclü olmasını təmin edər. Təhsilli qadınların gələcəkdə işləmək və cəmiyyətə fayda vermək şansları daha çox olur və bu, ailələrinin və uşaqlarının rifahını da yüksəldir. Erkən nikah səbəbindən təhsildən uzaqlaşan qızlar dövlətin maliyyə dəstəyi ilə təhsillərini davam etdirə bilərlər. Bu, onların gələcəkdə daha yaxşı iş imkanlarına sahib olmalarına və öz iqtisadi müstəqilliqlərini qurmalarına kömək edər”.

    Eksperin sözlərinə görə, əgər erkən nikaha daxil olan qızlar təhsil üçün dövlət dəstəyi alırsa, bu, ailələrin erkən nikah qərarlarında daha diqqətli olmasına səbəb ola bilər:

    “Təhsilin dəyərinin maliyyə ilə tanınması ailələrin nikahı təxirə salmasına və təhsilə daha çox önəm verməsinə yol açar. Təhsil yalnız iqtisadi imkanlar yaratmaqla yanaşı, qadınların cəmiyyətdəki sosial statusunu da artırır. Erkən nikaha daxil olan qızların təhsil almaları onların cəmiyyətdə daha fəal iştirak etməsinə, bərabər hüquqlar əldə etməsinə və stereotiplərin yıxılmasına kömək edər. Təhsilli qadınların övladları da daha çox təhsil almağa meyilli olurlar. Bu, bir nəsil sonra erkən nikahların və təhsilsizliyin yaratdığı dövriyyəni qıra bilər və təhsilə önəm verən daha güclü bir cəmiyyətin yaranmasına səbəb ola bilər”.

    Kamran Əsədov Azərbaycanda erkən nikahların qarşısını almaq və erkən yaşda ailə həyatı quran qızların təhsillərini davam etdirmək üçün dövlətin maliyyə dəstəyi verməsini əhəmiyyətli addım hesab edir:

    “Bu həm cəmiyyətin təhsilə olan münasibətini dəyişdirər, həm də qızların gələcəkdə iqtisadi və sosial həyatlarında daha güclü olmasını təmin edər. Hindistanın bu sahədəki təcrübəsi Azərbaycan üçün örnək ola bilər, lakin bu qanunun uğurlu icrası üçün paralel olaraq ailələr və gənclər arasında təhsilin vacibliyi barədə maarifləndirici işlər də həyata keçirilməlidir. Erkən nikahın yaratdığı sosial, iqtisadi və təhsil problemlərinin həllində bu cür təşəbbüslərin həyata keçirilməsi uzunmüddətli olaraq daha bərabər və inkişaf etmiş bir cəmiyyətin yaranmasına kömək edəcəkdir”.

  • Nigeriya prezidenti Liviyanı futbolçulara qarşı qeyri-insani rəftarda ittiham etdi

    Nigeriya prezidenti Bola Tinubu Afrika Futbol Konfederasiyasını (CAF) Nigeriya millisinin futbolçularına qarşı qeyri-insani rəftarına görə Liviyaya qarşı tədbir görməyə çağırıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə Tinubu administrasiyasının bəyanatında deyilir.

    Sənəddə qeyd olunur ki, Nigeriya prezidenti milli komandaya qarşı qeyri-insani rəftardan sonra tez zamanda ədalət tələb edir. Dövlət başçısı Liviya hava limanında futbolçulara qarşı qeyri-insani rəftardan dərin sarsıntı keçirdiyini bildirib.

    Tinubu CAF İntizam Komissiyasından hərtərəfli araşdırma aparmasını, Konfederasiyanın qayda və qaydalarını qəsdən pozan şəxslərə qarşı müvafiq tədbirlər görməsini gözləyir.

    Oktyabrın 14-də Nigeriya milli futbol komandasının oyunçularının tərk edilmiş Liviyanın Əl-Abraq hava limanında qida, su və əlaqə olmadan ilişib qaldıqları bildirilib. Nigeriyalılar Liviyanı uçuşu qəsdən pozmaqda ittiham edirlər.

  • Otellərin “ulduz fırıldaqçılığı”: Məqsəd nədir?

    “Təəssüflər olsun ki, bəzi otelllərdə müştəriləri aldadaraq bu cür addımlar atırlar. Bu da müştərilərdə çaşqınlığa səbəb olur. Hətta bəzən müştəriləri aldadaraq bir otelin içində bir neçə otelin olduğunu göstərərək sadəcə görüntü yaratmaqla satışlarını artırmağa çalışırlar”.

    Bunu Qaynarinfoya turizm eksperti Ceyhun Aşurov Bakıda 77 mehmanxananın qonaqları aldatması ilə bağlı faktlara münasibət bildirərkən deyib.

    Ekspert bildirib ki, hazırda Azərbaycanda ulduz təsniflatlaşdırlması prosesi davam edir:

    “Turizm haqqında qanun” qəbul edildikdən sonra bu məsələ icbari xarakter daşıdı və otellərin ulduz təsnifatlaşdırılmasından keçməsi mütləqdir. Əks halda otel bu təsnifatlaşdırımdan keçməsə onu cərimə də gözləyir. Bu proses zaman alan məsələdir. Bu çox sürətli olmur, zaman-zaman otellər müraciət edərək təsnifatlaşdırmadan keçirirlər. COP29-la əlaqədar proses bir az da sürətlənib”.

    Ekspert bu gün Azərbaycanda 800-ə yaxın otelin olduğunu vurğulayıb ki, bunun da yalnız 300-ə qədəri təsnifatlaşdırmadan keçib:

    “40-a yaxın otel bu təsnifatlaşmadan keçə bilməyib. Bu proses hələ ki, davam edir. Bundan əvvəl ulduz təsnifatlaşdırmasını Mədəniyyət Nazirliyi həyata keçirirdi. Bunlar müddətli olur. Müddətdən sonra qüvvədən düşür. Yenidən otelin vəziyyətinə baxılır və ulduz təsnifatlaşdırılması aparılır. Əvvəlki ulduz təsnifatlaşdırılmasına görə verilən ulduzlar artıq qüvvəsini itirib. Bu müddətdə bir çox liberal addımlar atıldı. Turizm şirkətlərində lisenziyalar ləğv edildi. Eyni zamanda otellərdə bu məsələ məcburi deyil, daha çox könüllü idi. İndi vəziyyət daha fərqlidir. Turizm sahəsində sağlam rəqabətin təmin olunması, müştəri məmnuniyyətinin artırılması üçün Avropa Otellər Komissiyası, Azərbaycan Otellər Assosiasiyası və Dövlət Turizm Agentliyi ilə bir yerdə işləyir. Bir çox kriteriyalıar var. Səhv etmirəmsə, 300-ə yaxın kriteriya mövcuddur. Otellərdə həmin kriteriyalara baxılır və yekunda qiymətləndirilərək ulduzlaşmaq məsələsi həyata keçirilir”.

    Ekspert qeyd edib ki, bir çox otellər tikilib və yaxud da mövcud otellər, hansısa ulduz katiqoriyasına layiq görülmüşdüsə, artıq onlar qüvvəsini itirib:

    “Buna uyğun olaraq da indiki təsnifatlaşdırmaya kimi bəzi otellər onlayın portallarda öz satışlarını ulduz katiqoriyalarına görə davam etdirir. Təsnifatlaşdırmadan keçdikdən sonra müvafiq ulduz katiqoriyasına özlərini mövqeləndirməyə məcburdurlar. Yəni bu günün reallığı ilə addım atırlar. Burada təkcə ulduz təsnifatı rol oynamır, eyni zamanda müştəri, turistlərlə doğru şəkildə davranmaq məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, proses tamamlandıqca bu kimi məsələlə aydınlıq gətiriləcək və nöqsanlar tədricən aradan qaldırılacaq”.

    Ekspert deyir ki, hər hansı oteli rezerv edən müştəri otelə gələrkən real vəziyyəti görür və xidmətlə yaxından tanış olur:

    “Onun da gözləntilərinə uyğun xidmət olmadıqda əlbəttə bu müştərinin etirazına səbəb olur. Yeni qanunda qeyd edildiyi kimi artıq 10 otaqdan az olan yerləşmə yerləri otel hesab olunmur. Ona görə orada otel sözünü yazılması qaydalara uyğun deyil. Bunlar daha çox qonaq evləri statusuna uyğun gəlir”.

    Ceyhun Aşırov düşünür ki, Azərbaycanda otellərin sayı artdıqca, eyni zamanda təsnifatlaşdırılma yekunlaşdıqca daha sağlam rəqabət mühiti formalaşacaq ki, bu da müştəri məmnuniyyətini artırmış olacaq.

    Qeyd edək ki, Dövlət Reklam Agentliyinin məlumatına görə, Bakıda 77 mehmanxana sahiblərinin qonaqları aldatması məlum olub. Azərbaycan Dövlət Reklam Agentliyi ilə Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 2024-cü ilin sentyabr ayında təkcə paytaxtda ulduz kateqoriyasını düzgün qeyd etməyən 70 mehmanxananın açıq məkandakı reklamlarında düzəlişlər edilib. Məlumatda bildirilib ki, mehmanxanalar müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirirlərmiş.

  • Velosiped və skuterlər bu hallarda cərimələnir

    Son illərdə Bakı şəhərində velosiped və skuter istifadəçilərinin sayı artmaqdadır. Bu, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə yönəlmə meyli olsa da, eyni zamanda, bir sıra təhlükələrə yol açır. Avtomobil yollarına çıxan velosipedçilər və skuter sürücüləri öz təhlükəsizlikləri ilə yanaşı, digər yol istifadəçilərinin də təhlükəsizliyini riskə atırlar.

    Velosipedçilər və skuter sürücüləri avtomobil yoluna çıxmaqla, qəza riskini artırırlar. Xüsusən də yolun sıx olduğu vaxtlarda sürətlə hərəkət edən avtomobillərin arasında manevr etmək ciddi zədələrə səbəb ola bilər. Həmçinin, bəzi avtomobil sürücüləri velosipedçiləri və skuterləri nəzərə almadan manevr edə bilər ki, bu da qəza riskini daha da artırır.

    Velosipedçilərin və skuter sürücülərinin düzgün davranışı yol təhlükəsizliyini artırmaq üçün vacibdir. Lakin bir çox istifadəçi yol hərəkəti qaydalarını tam mənimsəməyib. Bu səbəbdən ictimai maarifləndirmə kampaniyaları və təlimlərin keçirilməsi vacibdir. Velosipedçilər və skuter sürücüləri təhlükəsizlik qaydalarına riayət etməli, qoruyucu avadanlıqlardan istifadə etməli və səkilərdə, xüsusi yollar üzərində hərəkət etməlidirlər.

    Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, velosiped və skuterlərin avtobus zolağında hərəkəti ilə bağlı qanunda qeyri-müəyyənlik var.

    “Belə ki, qanunda bir yerdə yazılıb ki, eyni yolda həm velosiped zolağı, həm avtobus zolağı yaratmaq mümkündürsə, bu halda velosiped zolağı avtobus zolağının sağ tərəfində omalıdır. “Yol hərəkəti haqqında” Qanunun 46 və 46-1-ci maddələrinə əsasən, velosipedlər, mopedlər və kiçik elektrikli nəqliyyat vasitləri heç bir halda ikinci zolaqla hərəkət etməməlidirlər.

    Ən sağ zolaqda maneənin yanı ilə hərəkət etməlidirlər. Avtobus zolağı olan yerlərdə ən sağ zolaq elə avtobus zolağıdır. O müddəalardan yola çıxsaq, belə çıxır ki, velosiped, skuter üçün ayrıca yol nəzərdə tutulmayıbsa, o, heç bir halda avtobus zolağından başqa zolaqla gedə bilməz. Çünki bu təhlükəlidir. Bu səbəbdən də qanunda göstərilməsə də, bu nəqliyyat vasitələri avtobus zolağı ilə getməlidirlər. Velosiped yolu varsa, hərəkət iştirakçısı velosiped yolu ilə deyil, avtomobil və avtobus yolu ilə gedirsə, 40 manat məbləğində cərimə olunur”, – o qeyd edib.

    Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə bildirib ki, ilkin olaraq velosiped və skuterlərin ayrıca hərəkətini təmin edən zolaq şəbəkəsi tamamlanmalıdır.

    “Bu zolaq kəsintisiz olmalı və zəbt edilməməlidir. Hazırda paytaxtda kifayət qədər belə faktlar var. Bu nəqliyyat vasitələrinin yol şəbəkəsi müəyyən bir ərazini əhatə edirsə və təyin olunan zolaqlardan kənara çıxarsa, o zaman cərimə olunacaq. Belə halda cərimə tətbiq edilməsi ədalətsiz yanaşmadır. Zolaq olmadığından bu nəqliyyat vasitələri məcburən avtomobil yollarına çıxırlar”, – deyə o vurğulayıb.

  • Lufthansa оштрафовали на $4 млн за дискриминацию пассажиров-евреев

    Министерство транспорта США оштрафовало авиакомпанию Lufthansa на 4 млн долларов за отказ в посадке на рейс пассажирам еврейского происхождения.

    Об этом говорится в заявлении американского ведомства.

    В Минтрансе сообщили о получении более 40 жалоб, связанных с рейсом из Нью-Йорка в Будапешт с пересадкой во Франкфурте-на-Майне в мае 2022 года. Расследование показало, что 128 пассажирам было отказано в посадке на стыковочный рейс в германском аэропорту из-за “неправомерного поведения” нескольких человек, не выполнявших требований экипажа.

    Отмечается, что обратившиеся в Минтранс США с жалобами лица заявили, что Lufthansa рассматривала всех путешественников, одетых в традиционную одежду ортодоксальных евреев, как единую группу, хотя большинство из них не были знакомы друг с другом. Впоследствии авиакомпания отказала им всем в посадке на рейс до Будапешта.

    В ведомстве отметили, что это самый крупный штраф, который когда-либо был наложен министерством за дискриминацию.

  • “Lufthansa” yəhudi sərnişinlərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələnib

    ABŞ Nəqliyyat Nazirliyi “Lufthansa” şirkətini yəhudi əsilli sərnişinləri təyyarəyə mindirmədiyinə görə 4 milyon dollar cərimələyib.

    Bu barədə qurumun bəyanatında deyilir.

    Qeyd edilib ki, 2022-ci ilin may ayında Frankfurt-Maynda eniş etməklə Nyu Yorkdan Budapeştə olan uçuşla bağlı 40-dan çox şikayət olub. Araşdırma zamanı müəyyən edilib ki, ekipajın tələblərini yerinə yetirməyən bir neçə nəfərin özünü lazımi qaydada aparmaması ucbatından Almaniya hava limanında 128 sərnişinin reysə minməsinə icazə verilməyib.

    Nazirliyin bəyanatında yazılanlara görə, quruma şikayət edənlər “Lufthansa”nın ənənəvi ortodoksal yəhudi paltarı geyinmiş bütün səyahətçiləri eyni qrup hesab etdiyini, əslində isə onların əksəriyyətinin bir-birini tanımadığını bildiriblər. Yekunda aviaşirkət onların heç birinə Budapeştə uçan təyyarəyə minmək icazəsi verməyib.

    Nazirlikdən qeyd olunub ki, bu, qurumun indiyədək ayrı-seçkiliyə görə tətbiq etdiyi ən böyük cərimədir.

  • “Liverpul” 17 yaşlı futbolçu ilə müqavilə imzalayıb

    İngiltərənin “Liverpul” klubu əvəzedici heyətin üzvü Trey Nyoni ilə müqavilə bağlayıb.

    17 yaşlı yarımmüdafiəçi 2027-ci ilə qədər mersisaydlıların əsas komandasının şərəfini qoruyacaq.

    Qeyd edək ki, İngiltərənin 18 yaşadək futbolçulardan ibarət yığmasının üzvü ötən il “Lester”dən “Liverpul”a keçib.

  • Cəlilabadın Göytəpə şəhərində səkkiz küçəyə şəhid adı verilib

    Cəlilabad rayonunun Göytəpə şəhərində səkkiz küçəyə şəhid adı verilib.

    Bunlarla bağlı müvafiq sərəncamlar verilib.

    Belə ki, şəhid Elməddin Əliyevin adı köhnə Nizami küçəsinin bir hissəsinə, şəhid Vüqar İbadovun adı köhnə Həzi Aslanov küçəsinin bir hissəsinə, şəhid Əlikram Xanışovun adı köhnə Pişəvəri küçəsinə, şəhid Elmir Məmmədovun adı əvvəl adsız olan küçəyə, şəhid Muxtar Babayevin adı əvvəl adsız olan küçəyə, şəhid Namiq Həsənovun adı köhnə Cəfər Cabbarlı küçəsinin bir hissəsinə, şəhid Mirlətif Ağayevin adı köhnə Ərdəbil küçəsinə və şəhid Murad Səlifovun adı köhnə Fərman Salman küçəsinə verilib.

    Qeyd edək ki, Göytəpəyə 1976-ci ildə şəhər statusu verilib.

  • Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb

    Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, İraqın şimalındakı Hakurk bölgəsində PKK terror təşkilatının iki üzvü öldürülüb.

    Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə əzmlə davam edəcək.

  • В трех селах Агдамского района завершаются строительные работы

    До конца этого года будут завершены строительные работы в селах Хыдырлы, Кенгерли и Сарыджалы Агдамского района.

    Об этом сказал заместитель исполнительного директора Службы восстановления, строительства и управления в Агдамском, Физулинском и Ходжавендском районах Сабухи Абдуллаев на панельных дискуссиях в рамках Каспийской строительной недели.

    “Переселение в эти села запланировано в конце этого – начале следующего года”, – отметил он.

    С.Абдуллаев также сообщил, что любимое место агдамцев – Чайный дом будет восстановлен и сдан в эксплуатацию: “В настоящее время зарубежные и местные компании работают в этом направлении. Продолжаются работы по дизайну и проектированию Чайного дома”.