Month: October 2024

  • Ağdamın üç kəndində tikinti işləri tamamlanmaq üzrədir

    Bu ilin sonuna qədər Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində tikinti işləri tamamlanacaq.

    Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.

    “Bu kəndlərə köç bu ilin sonuna və yaxud gələn ilin əvvəlinə planlaşdırılır”, – deyə o qeyd edib.

    Bundan başqa, S.Abdullayev deyib ki, ağdamlıların sevimli ünvanı olan “Çay evi” olduğu kimi bərpa olunacaq və istifadəyə veriləcək: “Hazırda xarici və yerli şirkətlər bu istiqamətdə çalışır. “Çay evi”nin dizayn və layihələndirmə işləri davam edir”.

  • Президент утвердил продление на 2 года освобождение от НДС импорта зарядных станций для электромобилей

    Президент Ильхам Алиев утвердил продление еще на два года срока освобождения от НДС импорта и продажи зарядных станций второго и третьего уровня для электромобилей.

    Глава государства утвердил закон о внесении соответствующих изменений в Налоговый кодекс.

    Согласно поправкам, срок освобождения от НДС импорта и продажи зарядных станций второго и третьего поколений продлен с трех [истекал 1 января 2025 года] до пяти лет – до 1 января 2027 года.

    Ранее соответствующие поправки в Налоговый кодекс утвердил Милли Меджлис Азербайджана.

  • Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub

    Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti 3 ildən 5 ilə kimi artırılıb.

    Bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.

    Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb.

    Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad idi.

  • Rusiya Olimpiya Komitəsinin prezidenti istefa verib

    Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Stanislav Pozdnyakov vəzifəsindən istefa verdiyini elan edib.

    O, bu barədə qurumun mətbuat xidmətinə bildirib.

    S.Pozdnyakov 2018-ci ildən ROK-a rəhbərlik edirdi. Bundan əvvəl o, iki il ərzində təşkilatın vitse-prezidenti vəzifəsini tutub.

  • В Азербайджане снизилась смертность

    В Азербайджане за 8 месяцев этого года умерли 39 684 человек.

    Об этом сообщает Median.Az со ссылкой на данные Государственного комитета статистика.

    Согласно данным, по сравнению с соответствующим периодом 2023 года показатель смертности населения на каждые 1000 человек снизился с 6,0 до 5,8.

  • Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı azalıb

    Bu il 8 ayı ərzində ölkə üzrə 39684 ölüm halı qeydə alınıb.

    Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

    Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,8-ə düşüb.

  • “Real”ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub

    İspaniyanın “Real” klubunun keçmiş yarımmüdafiəçisi Fernando Qaqo Argentina təmsilçisi “Boka Xuniors”un baş məşqçisi olub.

    Bu barədə Cənubi Amerika ölkəsinin mətbuat xidməti məlumat yayıb.

    38 yaşlı məşqçi 2020-ci ildə futbolçu karyerasını başa vurub. Onun son iş yeri Meksikanın “Qvadalahara” klubu olub.

    Qeyd edək ki, F.Qaqo “Real”ın heyətində iki dəfə İspaniya çempionu (2006/2007 və 2008/2009 mövsümləri) olub, həmçinin 2008-ci ildə İspaniya Kubokunu və Superkubokunu qazanıb. Keçmiş yarımmüdafiəçi peşəkar futbolçu karyerasına məhz “Boka Xuniors” klubunda başlayıb.

  • Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib, şübhəlilər saxlanılıb

    Türkiyənin Ərdahan şəhərində tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Bildirilib ki, əməliyyat nəticəsində səkkiz şübhəli saxlanılıb.

    Həmçinin axtarış tədbirləri nəticəsində 8 firon fiquru, 58 bürünc sikkə, 2 xaç fiquru, 1 oval daşı, 1 sənədsiz tapança, 46 patron, 1 laptop, generator, projektor və başqa ləvazimatlar maddi sübut kimi götürülüb.

  • Nəsimi rayonunda narkotik əməliyyatı: Üç nəfər saxlanıldı – VİDEO

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramin Quliyev, tanışı İlqar Quliyev və Xədicə Ağayeva saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, onlardan 8 kiloqramdan artıq heroin, marixuana, metamfetamin, iki ədəd elektron tərəzi və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədilə əldə ediblər.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, Nəsimi rayonunda narkotiklərlə əlaqəli cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

  • KİV: İranın qanunsuz neft satışından gəliri 200 milyard dollara çatıb

    İranın qanunsuz neft satışından əldə etdiyi gəlir 200 milyard dollara çatıb.

    Bu barədə “Washington Freebeacon” məlumat yayıb.

    Bildirilib ki, İranın qanunsuz neft satışını davam etdirməsi və bu ticarətdən gəlirlərini artırmasının səbəbi qismində ABŞ hökumətinin sanksiyalarına zəif riayət olunması göstərilib.

    Məlumata görə, həmin maliyyə vəsaitindən İsrailə qarşı müharibəni maliyyələşdirmək üçün istifadə edilib.